DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Aralık 2015 Cuma

Ümumitəhsildə kurikulum

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını; - ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri; - həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını; - pedaqoji prosesin təşkili; - təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri; - fənn kurikulumlarının strukturunu əhatə edir.

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ

PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
1)
pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
2) təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
3) şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
4)inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
5)fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
6)dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.



FƏNN KURİKULUMLARININ STRUKTURU
Giriş
-
Fənnin məqsəd və vəzifələri, onun əhəmiyyətinin əsaslandırılması -Fənnin xarakterik xüsusiyyətləri Fənnin məzmunu -Təhsil pillələri üzrə ümumi təlim nəticələri
-
Fənn üzrə məzmun xətləri və onların əsaslandırıması
-
Hər bir sinif üzrə ümumi təlim nəticələrisas məzmun standartları)
mumi təlim nəticələri əsasında zəruri minimum və daha yüksək səviyyəli alt-standartların müəyyənləşdirilməsi və əsaslandırılması
-
Fəndaxili və fənlərarası inteqrasiya
mumi təlim nəticələrinə əsasən, şagird nailiyyətlərinə verilən minimum tələblərin təsviri


Təlim strategiyaları
-Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
-
Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
-
Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Qiymətləndirmə nümunələrinin hazırlanması
-
Kurrikulum üzrə qiymətləndirmə vasitələri
-
Təhsil pillələri üzrə yekun qiymətləndirmə vasitələri.


Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən оlunur: 
-
məktəbəqədər təhsil. 
-
ibtidai təhsil; 
mumi оrta təhsil; 
-
tam оrta təhsil;
-
ilk peşə-iхtisas təhsili; - orta iхtisas təhsili; -bakalavriat; -magistratura; -dоktоrantura

 Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur: 
-fоrmal; 
-qeyri-f
оrmal; 
-inf
оrmal. 
F
оrmal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 
-əyani; 
-qiyabi; 
-distant (məsafədən); 
-sərbəst (eksternat).


Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 
-dövlət; 
-bələdiyyə; 
-özəl.


Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 
-təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 
-təhsil proqramlarının mənimsənilməsini təmin etmək; 
-təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 
-şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 
-pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 
-təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 
-uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək; 
-ixtisas və elmi-pedaq
оji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; 
-qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək; 
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.


Təhsil proqramı (kurikulum) Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatə olunur: - ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları; - ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; - ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı; - ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri; - təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.


Milli Kurikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır: -milli və ümumbəşəri dəyərlərin nəzərə alınması; -ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması; -tələbyönümlülük; -nəticəyönümlülük; -inteqrativlik.

TƏHSİL HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN
- TƏHSİL – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi; 
- TƏHSİL PROQRAMI (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaq
оji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi; 
-DİSTANT (məsafədən) TƏHSİL – tədris pr
оsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması; 
-EVDƏ TƏHSİL – müvafiq təhsil pr
оqramlarına uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrması; 
-ƏLAVƏ TƏHSİL – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil pr
оqramları əsasında verilən təhsil; 
-FƏRDİ TƏHSİL – mü
хtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə хüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil fоrması; 
- FORMAL TƏHSİL – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması; 
-İNFORMAL TƏHSİL – özünütəhsil y
оlu ilə biliklərə yiyələnmənin fоrması; 
- QEYRİ-FORMAL TƏHSİL – mü
хtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət оlunmayan təhsil fоrması; 
- SƏRBƏST (EKSTERNAT) TƏHSİL – mü
хtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaхtından əvvəl bitirmək hüququ verən təhsilalma forması.


Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
-HUMANİSTLİK – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;
-DEMOKRATİKLİK – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;
-BƏRABƏRLİK – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;
-MİLLİLİK VƏ DÜNYƏVİLİK – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
-KEYFİYYƏTLİLİK – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
-SƏMƏRƏLİLİK – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;
-FASİLƏSİZLİK, VƏHDƏTLİK, DAİMİLİK – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;
-VARİSLİK – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;
-LİBERALLAŞMA – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
-INTEQRASİYA – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.



Təhsil Qanunundan: Təhsilalanların vəzifələri aşağıdakılardır:
-dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
- pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
- təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
- dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
- təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.


Təhsilverənlərin sosial müdafiəsi
- Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.
- Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında оlan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
- Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
- Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur.
- Pedaqоji prоfilli iхtisaslar üzrə ali və оrta iхtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəхəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
- Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.



Fəal təlim nə deməkdir?
Fəal təlim də müəllim və şagird eyni dərəcədə tam hüquqludurlar. Hər ikisi eyni dərəcədə nəticənin müəllifidir və ona görə məsuliyyət daşıyırlar.Ona görə demokratik metod sayılır.
Ənənəvi təlim üsulunda müəllim – informasiya ötürən, şagird isə informasiyanı qəbul edəndir.
İnformasiya əsrində bu artıq qəbul edilməzdir.Buna ancaq fəal təlim cavab verir.Məhsuldar,yaradıcı təfəkkür,yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən metodlara üstünlük vermək lazımdır.
Fəal təlim metodları – şagirdin fəal idrak fəaliyyətinə əsaslanan təlimdir.
Fəal təlim – idrak fəaliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur.
Səciyyəvi cəhətləri:
müəllim tərəfindən idrakı problem sitiuasiyanın yaradılması,
Problem:
sitiuasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyini həvəsləndirmək,
Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi əldə edilməsi və mənimsənilməsi.
Yeni yanaşmanın mahiyyəti ondadır ki,təlim şagirdlərinin yaddaşının biliklə (informasiya) zənginləşdirilməsi deyil, biliklərin müstəqil qazanılması, təfəkkürün inkişaf etdirilməsinə əsaslanır.




Dərsin mərhələləri
I mərhələ : Motivasiya, problemin qoyulması
Motivasiya - Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.
Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.
II mərhələ : Tədqiqatın aparılması
Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.
Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
III mərhələ : İnformasiya mübadiləsi
Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. 
Təqdimat bir növ yeni bilikləin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili
Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. 
Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir.
V mərhələ: Nəticə və ümumiləşdirmə
Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır. 
Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
VI mərhələ: Yaradıcı tətbiqetmə
Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. 
Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
VII mərhələ: Qiymətləndirmə və ya Refleksiya
Qiymətləndirmə- istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. 
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.


Kurikulum anlayışları
1. Ümumi təlim nəticələri :-Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir 2. Məzmun xətti :-Fənn üzrə ümumi təlim nəticələrini reallaşmasını təmin etmək üçün müəyyən olunması məzmunun zəruri hissəsidir 
3. – Məzmun standartı:- Təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
4. Təlim strategiyaları: Təhsil prosesində istifadə olunan forma,metod,üsul və vasitələrin məcmusudur
5. Konteksual bilik:-
Problemin həll edilməsi yolu ilə əldə olunan yeni bilik adlanır.



0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar