Yarımil və
illik qiymətin hesablanması cədvəli
(Qısa təsvir)
Ümumi təhsil məktəblərinin
yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili
qiymətləndirmə sistemi tətbiq olunur. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik,
formativ və summativ qiymətləndirmə-lərdən ibarətdir.
Şagirdlərin summativ
qiymətləndirmə zamanı aldıqları qiymətlər nəticəsində yarımil qiymətləri,
yarımil qiymətləri nəticəsində isə illik qiymətləri hesablanır. Bu hesablanmanın müəyyən qaydalara əsasən
aparılması müəllimlərin vaxtını, ən əsası isə müəyyən səhvlərin edilməsinə gətirib
çıxarır. Bütün bunları nəzərə alıb MS
Excel proqramının imkanlarından istifadə edərək Yarımil və
illik qiymətin hesablanması cədvəlini hazırlamışam.
Bu cədvəl Azərbaycan Respublikası Təhsil Nazirinin
2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil
məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ
TƏLİMAT" a əsaslanaraq hazırlanmışdır. İllik qiymətlərin çıxarılması da
son dəyişikliyə (Azərbaycan Respublikasının Təhsil Naziri, 7 iyul 2014-cü il, №
782 ) uyğunlaşdırılmışdır.
Bu elektron sənəddə 4 bölmə var:
1.
Yarımil
və illik qiymətin hesablanması cədvəli
2.
Qiymət
cədvəli
3.
Müvəqqəti
təlimat
4.
Müvəqqəti
təlimatda dəyişiklik
Yarımil
və illik qiymətin hesablanması cədvəli.
Bu cədvəldə siz
şagirdlərin soyadı, adı, ata adını və Summativ qiymətləndirmə (Kiçik və
Böyük summativ) qiymətlərini yazırsınız. Fənninizə uyğun yarımillər üzrə neçə KSQ-niz
varsa onları qeyd edirsiniz, digər KSQ sütunlarını boş saxlayırsınız. Qiymətlər
yerinə yazıldıqdan sonra yarımil və illik qiymətlər avtomatik olaraq
hesablanacaq.
Qiymət cədvəli.
Bəzən müəllimlər summativ qiymətlərin faizlərə
uyğun çıxarılmasında çətinlik çəkirlər. Bunu nəzərə alaraq əlavə olaraq bu cədvəlin
olmasını vacib hesab etdim. Müəllim yalnız qiymətləndirmə vasitəsində istifadə
edilən sual və tapşırıqların ümumi sayını və şagirdlərin cavab verdiyi düzgün
sualların sayını yazmaqla qiymət avtomatik olaraq fazilərə uyğun hesablanır.
Növbəti 2 bölmədə isə "Ümumi təhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT" və
illik qiymətlərin çıxarılması ilə bağlı edilmiş dəyişiliklərlə tanış ola bilərlər.
Müəllif : Alqış Həsrətov. musabiqe.edu.az-a təqdim edilmiş resurs.
Resursu yükləyib tanış ola və istifadə edə bilərsiniz.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.