| İngilis dilindən dərs nümunəsi |
Sevinc ORUCOVA,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin ingilis dili müəllimi
Motivasiya:
Bildiyimiz kimi, motivasiya fəal təlimdə dərsin mühüm mərhələsidir.
Motivasiya hər dəfə elə rəngarəng qurulmalıdır ki, şagirddə keçilən mövzuya maraq oyatsın. Müxtəlif şəkillərlə motivasiyanın qoyulması sinifdə canlanma yaradır, şagirdləri fəallaşdırır və öyrəniləcək mövzuya qarşı marağı daha da artıraraq fikirləri bu istiqamətə yönəldir.
İKT-dən istifadə etməklə şəkillər nümayiş etdirilir və şagirdlərə həmin şəkillərə baxıb öz fikirlərini bildirmələri təklif olunur. Bu üsulla mövzunun adı şagirdlərdən alındıqdan sonra onlar televizor haqqında bəzi sualları cavablandırırlar.
1. Televizora gün ərzində nə qədər baxırsınız?
2. Nəyə görə televizora baxmağı xoşlayırsınız?
3. Bütün günü televizor proqramlarına baxmaq yaxşıdırmı?
4. Hansı televiziya proqramlarını tanıyırsınız?
5. Televizora çox baxanda özünüzü yorğun hiss edirsinizmi?
Tədqiqatın aparılması zamanı əqli hücum üsuluna üstünlük verirəm. Əqli hücum tamamilə şagirdlərin fikir sərbəstliyini təmin edir. Bu zaman bütün qrup hər hansı problemin həllinə cəlb edilir, fikir və təkliflər qeyd olunur. Bu fikirlər nə tənqid olunur, nə də qiymətləndirilir. Yerinə yetirilən işin sonunda bütün deyilən fikirlər təhlil edilir və düzəlişlər olunur. Əsas məqsəd beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamaqdır.
Dərsə başlayarkən və ya öyrənmə prosesi başa catdıqdan sonra BİBÖ üsulundan istifadə edirəm. Şagirdlər keçəcəkləri mövzu haqqında nə bildiklərini, nəyi öyrənmək istədiklərini əvvəlcədən bildirirlər. BİBÖ cədvəlində bildikləri I sütunda yazılır.
II sütunda şagirdlər nələri bilmək istədiklərini müəyyənləşdirirlər.
|
15 Kasım 2015 Pazar
Kaydol:
Kayıt Yorumları (Atom)


0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.