Uşağı döymək olarmı?
Bəzən
valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq
etməyi seçirlər.
Təəssüf ki,
bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın
zəif formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə
bilməli, hər vəziyyət uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu
alınmır. Belə uşaqlar daha kinli olur.
Uşağın döyülərək cəzalandırılması
vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:
— Uşaq dəcəllik
edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini,
davranışını düzəltmək üçün səy gostərməyi vacib saymır.
— Döyülmək
uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Uşaq etdiyinin pis bir şey
olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.
— Uşağın
valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu bu formada öyrənməsi onu
utandırır və sarsıdır. O, valideynlərinə qarşı güvənini itirir.
— Uşaq
valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll
etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa
vicdanlı olmamağı öyrədir!
— Bəzi
hallarda valideynlər uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə
tapa bilmirlər. Əgər valideynlər uşağı döyməyə məcbur qalırlarsa, heç olmasa
aşağıdakı qeydləri nəzərə alsınlar:
— Deyilən
sözü başa düşən 6 yaşdan yuxarı olan uşağı vurmağın gərəyi də, faydası da
yoxdur.
Sözlə
anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa —
üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərlə döymək çox zərərlidir. Bu
ana-ataya deyil, zülümkara yaraşır.
Uşağı döyməyin
əslində zərərli olduğunu anlamaq və buna ancaq aşağıdakı hallarda son çarə kimi
əl atmaq olar:
— Uşaq
başqasına qəsdən və bilərək zərər verərsə;
— Davamlı xəbərdarlığa
baxmayaraq pis hərəkətində israr edirsə (məsələn, elektrik cərəyanı ilə, qazla
oynamaq).
Yenə də, əsas
qaydamızı təkrarlayaq:
Əlinizdən gəldiyi
qədər uşağı döyməkdən uzaq olmağa, söz başa düşən yaşda sözlə izah etməyə, döyməyi
faydası olduğu zaman seçməyə, əsəb və gərginlik keçirdikdə fiziki gücü qəti tədbiq
etməməyə çalışın.
Sonda isə onu demək istəyirəm
ki, uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və ata birgə uşağın tərbiyəsinə
ciddi fikir verməlidirlər.
İnanın, nə qədər mümkünsüz
görünsə də, uşağı xətər yetirmədən böyütmək mümkündür.
“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri,
psixoloq Narınc Rüstəmova
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.