Noyabrın 10-da Heydər Əliyev Mərkəzində ali məktəb tələbələri arasında ənənəvi "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışına start verilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği məqsədi daşıyır.
Yarışda ölkənin ali məktəblərində təhsil alan tələbələrdən ibarət komandalar iştirak edirlər. Bu il hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparır. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı var. Qeyd edək ki, ötən il keçirilən bilik yarışına 44 komanda qatılıb.
3 turdan ibarət yarışın hər turunda 12 sual səsləndiriləcək. Suallar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövləri ilə bağlı mövzuları əhatə edəcək. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən ediləcək.
Qeyd edək ki, yarış ərəfəsində bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, zəngin foto və video materiallarla yanaşı, arxiv sənədləri əsasında da araşdırma aparıblar.
Bilik yarışında I, II və III yerləri qazanacaq komandalar Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyə və diplomlarla təltif olunacaqlar. Tədbirin digər iştirakçılarına xüsusi iştirakçı sertifikatları təqdim ediləcəkdir.
Məşhur Postlar
-
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər...
-
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir ...
-
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə...
-
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə...
-
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya...
-
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1)...
-
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) ...
-
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd...
-
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü...
-
Layih ə haqqında m ə lumat verm ə kl ə nümun ə «Layih ə » ə r ə b sözü olub, h ə r hansı s ə n ə din, q ə rarın, prosesin ə vv ə lc ə d...
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.