“Sabahın alimləri” V
Respublika müsabiqəsi keçiriləcək
Təhsil naziri Mikayıl Cabbarov “Sabahın alimləri” V
Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
Əmrə əsasən, 2016-cı ilin
11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən
ümumi təhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər öz elmi
layihələri ilə iştirak edə bilərlər.
“Sabahın alimləri”
Respublika müsabiqəsi hər il ABŞ-da təşkil edilən İntel İSEF–İntel Beynəlxalq
Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Respublika müsabiqəsində
ciddi elmi nəticə əldə etmiş şagirdlər Münsiflər Heyəti tərəfindən seçilərək
İntel İSEF-də iştirak etmək hüququ qazanırlar.
Müsabiqənin kateqoriyaları:
- Riyaziyyat
- Fizika, astronomiya
- Kimya
- Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)
- Tibb və sağlamlıq
- Ekologiya, ətraf mühitin idarə olunması
- Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)
- Kompüter elmləri.
“Sabahın alimləri” Respublika müsabiqəsində iştirak etmək istəyən şagirdlər 2015-ci il 5 noyabr tarixindən başlayaraq http://sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Müsabiqə ilə bağlı bütün məlumatları həmin saytdan əldə etmək olar.
Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti , Azərbaycan Texniki Universiteti , Sumqayıt Dövlət Universiteti , Naxçıvan Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən verilir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.