Salam mən Həsən Əliyev
(Educational Consultant) bu dəfəki məqalədə gənclərin ən çox çətinlik çəkdiyi
Motivation Letter (istək məktubu) nədir? necə yazılır? bu haqda ətraflı məlumat
verəcəyəmki hərkəs özü tam dərk eləsin və yazmaq qabiliyyəti formalaşsın. Niyyət
məktubu həm xarici universitetlərə magistratura və doktoranturaya qəbul olarkən
sizin həmin ixtisası nə üçün seçdiyiniz həmdə yeni işə qəbul olarkən sizin həmin
vəzifə haqqında düşüncənizi və həmin vəzifəni nə üçün seçdiyinizi göstərəcəyiniz
bir akademik yazı nümunəsidir. Amma ölkəmizdə hal-hazırda niyyət məktubundan
xarici universitetlərə qəbul olarkən daha çox istifadə olunur, yəni iş yerləri
çox nadir hallarda tələb edir. Burdanda aydın olduğu kimi niyyət məktubunun 2
növü vardır və hər ikisi haqqında məlumat verəcəyəm.
Akademik niyyət məktubu öncədəndə
qeyd etdiyim kimi xarici universitetlərə qəbul olmaq istəyərkən lazım olan bir
yazı. Akademik niyyət məktubunda siz aşağıdakı suallara cavab verməlisiniz.
hansı ixtisasda təhsil almaq
istəyiriniz?
nə üçün bu ixtisasda təhsil
almaq istəyirsiniz?
bu sahədə təcrübəniz nələrdir?
bu ixtisası bitirdikdən
sonra nə etməyi düşünürsünüz?
İş dünyası üçün
yazılan niyyət məktubu isə adətən böyük şirkətlər tələb edir. İş üçün niyyət
məktubunda aşağıdakı suallara cavab verməlisiniz.
hansı vəzifədə işləmək istəyirsiniz?
bu vəzifə üçün üstünlüyünüz
nədir?
şirkətə nə verə bilərsiniz?
şirkətdən işçi kimi gözləntiləriniz
nələrdir?
İndi isə niyyət məktubu necə
yazılır onu izah edim:
təcrübədə olduğunuz şirkətin
tam adı və əlaqə qurulacaq şəxsin əlaqə vasitələri.
bakalavrda təhsil aldığınız
ixtisas haqqında geniş məlumat.
yazığınız tezis və digər
elmi məqalələr haqqında qısa məlumat.
İndi isə əsas məsələ sizin
üstünlüyünüz yəni şəxsi keyfiyyətiniz haqqında məlumat verin. Bunun üçünsə
özünüz özünüzə sual verin və həmin sualın
cavabınında obyektiv olduğuna inanın. Özünüzə verəcəyiniz sualları qeyd edirəm
siz isə niyyət məktubunda bu suallara cavab yazın. Amma dediyim kimi tam
obyektiv olun və öncə özünüz inanın yazdıqlarınıza birşeyidə nəzərə alınki bu
niyyət məktubunu oxuyacaq şəxslər gündə yüzlərlə məktub oxuyur və ilk cümlənizdən
bunu doğru yazdığınızı və ya şişirtmənin olduğunu anlayacaq qədər peşəkardırlar.
kariyera hədəfləriniz nələrdir?
keriyera hədəflərinizin
formalaşmasına yardımçı olan hər hansı bir hadisə baş veribmi həyatınızda? və
ya kimə görə bu fikir formalaşıb? (məsələn tanınmış bir iş adamı və ya
valideyniniz ola bilər)
sizi özəl, fərqli edən nədir?
(şişirtməyə yol verməyin bu suala cavab yazarkən)
universitetdə oxuduğunuz zaman nə etmisiniz? (məşğuliyyətini və işləmisinizsə
o haqda yazın və unutmayın həm oxuyub həm işləyən tələbə daha diqqət çəkici
olur. Əgər işləyibsinizsə onu ətraflı yazın)
Akademik mənfi cəhətləriniz nələrdir? (aşağı diplom balı və ya zəif oxuduğunuz
fənn ola bilər)
Nəyə görə digərlərini yox sizi seçsinlər? (ən üstün bacarığınızı və layihə,
ideyanız varsa qısa qeyd edin)
İndi isə niyyət məktubunun yazılma qaydasını izah edim. Niyyət məktubu 3
hissədən ibarətdir 1. giriş hissə, 2. əsas hissə, 3. nəticə. Bu üç hissə cəmi
iki səhifədən ibarət olsa daha yaxşıdır az və ya çox böyük olması məsləhət
deyil. Bu hər üç hissə öz yazılma qaydaları və üsulu var onların hər birini
aşağıda ətraflı izah edəcəm.
Niyyət məktubunun giriş səhifəsinə daha çox diqqət yetirin çünki qazanib
qazanmamağınız burdan asılıdır hətta ola bilərki sizin məktub yaxşıdır amma üz
qabığında bir gobud səhvi görüb onu oxumaya bilərlər.
Müraciət ediyiniz universitetin onun ixtisasının adını mütləq giriş səhifəsində
qeyd edin.
1) Giriş hissədə nələri necə yazmalı olduğunuzu daha yaxşı başa düşməniz
üçün sizə bir nümunə göstərim daha yaxşı yadınızda qalsın.
When introduced to economics in high school I realized that it
interestingly qualified as a subject of both Arts and Science. It was an area
defined by precise rules, principles and axioms and yet there was tremendous
scope for self-expression in the form of interpretation and analysis. This
facet of economics intrigued me very much and I decided to pursue further
studies in Economics.
The boundless possibility of trying out and the
instant knowledge of the outcome that stimulates one for further analysis of a
rationale in question, is what I find most appealing about Computer
Science. Keeping up an inquisitive and explorative attitude, I believe, leads
to a constant learning process. This approach adds to the already immense
potential for innovation that exists in this field.
As a student in the final year of undergraduate study for a Bachelor of
Engineering degree in Computer Science & Engineering, I look to graduate
study to refine my knowledge and skills in my areas of interest. I believe it
will also serve to give direction to my goal of a career as a research
professional at an academic or commercial, research-oriented organisation. I
intend to pursue an MS degree in order to reach that goal.
2) Əsas hissədə isə
universiteti və ixtisası nə üçün seçdiyinizi bu ixtisasa olan marağınızı geniş
izah edin və çalışın universitetin reytinqindən və ya hansısa üstünlüyünə görə
seçdiiyinizi qeyd edəsiniz. İndi isə əsas hissəyə aid bir nümunə göstərimki
dahada aydın olsun.
I was introduced to mathematics and the physical sciences while at school
and it was in high school that I considered a career in this area. The desire
to study the applied physical sciences and mathematics prompted me to take the
Joint Entrance Examination (JEE) for admission to the Indian Institutes of
Technology. I was ranked in the top 0.25 % of the nearly 1,00,000 students who
took the examination.
My past work in the area of industrial engineering and operations research
was characterised by a dichotomy of approaches. The courses that I took in this
area dealt with various operational and tactical issues. The basic aim was to
understand a specific problem, model the problem appropriately and find an
optimal or reasonably optimal solution using the techniques of operations
research. This has given me a good background in issues related to methodology,
modelling, and heuristic solutions. On the other hand, my research has been
oriented towards strategic issues. The basic thrust of my junior year
seminar and senior year project has been ‘integrative’. Through my future
research efforts I would like to understand this dichotomy better. Initially, I
want to study rigorous model-based methods and do research on operational and
tactical topics. After gaining a thorough grounding in these topics, I am
interested in applying the same methodologies and techniques to strategic
topics in operations management.
3) Nəticə hissəsində isə sizin bu sahədəki üstünlüyünuz və sizi nəyə
görə bu universitetə qəbul etmələri haqqında, və nə üçün siz buranı istəyirsiniz
bu haqda qısa fikirlərinizi yazın. Nəticənin aydın olması üçün bunada sizə
nümunə göstərək və baxın tam anlayın necə olduğunu.
I want to study at UCLA, as it emphasizes on the rigor and analytical tools
that are necessary for academic research. I have well-developed analytical and
mathematical skills and I want to exploit these skills to the greatest extent.
I feel the help and guidance that can be provided to me by the distinguished
faculty of your university will be invaluable. I am sure if I am given the
opportunity to study at your university that attracts some of the best students
from all over the world, it will provide an environment competitive enough to
bring out the best in me.
Bu sizlərə niyyət məktubunun yazılması haqqında verdiyim məlumatdır indi isə
niyyət məktubu yazarkən nələrdən istifadə etmək olmaz onları sizə izah edim.
Sizə biraz gülməli gələ bilər amma bu halları dəfələrlə qarşılaşmışam əminəmki
oxuduqca sizdə gülümsəyəcəksiniz gəlin niyyət məktubunda
qeyd etmək olmaz onlara baxaq.
1) özünüzü tərifləməyin.
2) yalan məlumat yazmayın (çünki oxuyanlar psixoloq və ya güclü pedaqoq
olur)
3) gündəlik danışıq dilində yazmayın (çünki bu akademik yazıdır).
4) gülməli ifadələr yazmayın (oxuyan adam Azərbaycanın yumor hissindən xəbərsizdir )
5) mövzudan kənara qətiyyən çıxmayın.
6) şəxsi həyatınızdan heçnə yazmayın. oxuyana sizin hobbiləriniz maraqlı
deyil
7) yazıda bacardığınız qədər hərf səhvləri olmasın dəqiqliklə yoxlayın.
8) tənbəllik edib hansısa saytdan niyyət məktubunu götürüb adınızı və
universitet adını dəyişməklə göndərməyin hər universitet üçün ayrı olsa daha
yaxşıdır.
9) “I was born in…,” və ya “My parents came from…” bu kimi primitiv
cümcələrlə başlamayın siz universitetə magistratura üçün müraciət edirsiniz bu
qədər sadə olması mənfi haldır.
10) Ən nəhayət niyyət məktubunda çox qarşılaşdığım mənfi hallardan biri isə
tez-tez diplom balınızın yüksək olduğunu qeyd etməyin çünki transklipti sənədlərin
arasında göndərirsiniz onu yazmanıza gərək yoxdur baxacaqlar
Əziz oxucular inanıramki bu məqalədə sizlər üçün maraqlı oldu həm öyrəndiniz
həmdə azda olsa yumor hissi qatmağa çalışdımki məqaləni oxuyarkən beyniniz
yorulmasın. Məqalənin nə qədər maraqlı olub olmadığını rəylərinizdən və bəyənməyinizdən
görəcəm Növbəti məqalədə dahada
maraqlı və sizlərə lazım olan bir mövzuda yazacağam. Mənimlə əlaqə saxlmayıb təklif
və istəklərinizi deyə bilərsiniz. Facebook profil adresimin linkini aşağıda
qeyd edirəm. İstəyən dostluqda göndərə bilər şad olaram
Müəllif: Həsən Əliyev (Educational Consultant)
Facebook adresi:
https://www.facebook.com/AR.hasanaliyev
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.