Təhsilalanların bilik
və bacarıqları haqqında məlumatların toplanması, yəni qiymətləndirmə
ibtidai təhsil pilləsində diaqnostik (ilkin səviyyənin
qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və
summativ (kiçik və böyük) olmaqla üç formada həyata keçirilir.
Qiymətləndirmənin biri digərinə xidmət edən və bir-birini tamamlayan
hər üç növü öz mahiyyətinə uyğun olaraq şagirdlərin bilik
və bacarıqlarını standartlara əsasən ölçür. İbtidai təhsil pilləsində
qiymətləndirmənin düzgün həyata keçirilməsi üçün onun növləri və bu
qiymətləndirmələrdə istifadə olunan üsul və vasitələr haqqında
ayrı-ayrılıqda məlumat verməyi məqsədəuyğun hesab edirik.
I Diaqnostik
qiymətləndirmə
“ümumi təhsil
müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və
şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın
layihə variantının ikinci maddəsində göstərilir ki, diaqnostik qiymətləndirmə
şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və
bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim
strategiyalarının seçilməsinə xidmət edir.
Hər bir müəllim
keyfiyyətli dərsə
yiyələnmək üçün başlanğıcda özünə “şagirdlərin bilik
və bacarıqlarının səviyyəsi necədir”, “tədris edilmiş materialı necə
mənimsəyiblər”, “əldə olunmuş bilikləri tətbiq edə bilirlərmi”,
“şagirdlərin dərsi yaxşı mənimsəmələri üçün hansı məsələlərə xüsusi
diqqət yetirilməlidir” kimi suallar verməlidir.
Məhz bu suallara
cavab tapmaq üçün müəllim şagirdin, müvafiq hallarda qrup və ya sinfin
hazırkı vəziyyətinə qiymət verməli, yəni diaqnoz qoymalıdır. Diaqnostik
qiymətləndirməni keçirmək üçün müəllim Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsində müzakirə edilərək tövsiyə olunan aşağıdakı
üsul və vasitələrdən istifadə etməlidir.
Qiymətləndirmə üsulu
dedikdə bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur.
Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir. Aydınlıq üçün
deyək ki, bilik və bacarıqları yoxlamaq üçün testləşdirmə qiymətləndirmə
üsuludursa, test tapşırıqları qiymətləndirmə vasitəsidir:
Üsullar
|
Vasitələr
|
Tapşırıqvermə
|
Çalışmalar
|
Müsahibə (şifahi yoxlama)
|
Müəllimin qeydiyyat vərəqi (şagirdlə,
müvafiq hallarda qrup, yaxud siniflə aparılan sifahi
yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin
yazıldığı vərəq)
|
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
|
Söhbət və müəllimin sorğu vərəqi
(şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
|
Diaqostik
qiymətləndirmə üçün verdiyimiz nümunələr arasında ən populyar və
əlverişlisi tapşırıqvermə üsuludur ki, bu üsulu həyata keçirmək üçün
müəllim dərs ilinin əvvəlində əvvəlki sinif, dərs ili ərzində isə
bəhs və bölmələrə aid çalışmalardan istifadə edir.
Müsahibə üsulu isə
müəllimdən bir qədər yaradıcılıq tələb edir. Bu üsulu həyata keçirmək üçün
müəllim vasitə kimi özü üçün qeydiyyat vərəqi tərtib edir və
burada şagirdlərin yoxlamaq istədiyi bacarıqlarını sadalayır. Məsələn, ana
dilindən anlama, danışmaq, tələffüz qaydalarına əməl etmək,
riyaziyyatdan toplama, çıxma,vurma, bölmə, sadalama, həyat
bilgisindən ətraf mühiti tanımaq və təbiət hadisələrini bilmək,
ünsiyyət qurmaq və s. bacarıqlar yoxlanılır və hər şagirdin adının
qarşısında “yenidən izah edilməlidir”, “təkmilləşdirilməlidir” və ya
“qənaətbəxşdir” kimi qeydlər edilir. Bu qeydlər barədə şagird və onların
valideynlərinin də məlumatlandırılması məqsədəuyğundur.
Valideynlərlə və digər
fənn müəllimləri ilə əməkdaşlıq üsulu isə müəllimin şagird haqqında
məlumatlarını tamamlamaq üçün əlverişli sayılır. Burada istifadə olunan vasitə
sorğu səciyyəli olur və daha çox şagirdi əhatə edən mühit, onun məktəbdənkənar
fəaliyyəti haqqında rəy yaradır. Bu qiymətləndirmədə də müəllim
özünün istifadəsi üçün sorğu vərəqi tərtib edir və lazımi nəticələr çıxarır.
Tədris
proqramları və şagirdlərin hazırlıq səviyyəsi imkan verdiyi
hallarda şagirdlərlə diaqnostik qiymətləndirmə test tapşırıqları
vasitəsilə də aparıla bilər.
Məqsəddən asılı
olaraq bəzən diaqnostik qiymətləndirmədə müşahidə üsulundan və bu
üsul üçün hazırlanan vasitədən-meyar cədvəlindən də istifadə
edilir. Müşahidə yolu ilə müəllim şagirdlərin hər
birinin inkişaf səviyyəsini müəyyən edir və təlim prosesində strategiyalarla
bağlı qərar qəbul edərkən bu məlumatlara arxalanır. Şagirdə hansı
səviyyədə ev və sinif tapşırıqlarının verilməsi də bu məlumatlar
əsasında müəyyən olunur.
Müşahidə üsulu və
vasitəsi adətən davamlı diaqnostik qiymətləndirmənin obyekti olur. Bu baxımdan
diaqnostik qiymətləndirmə forma cəhətdən formativ
qiymətləndirməyə yaxınlaşsa da, məqsədinə görə onunla eyniyyət
təşkil etmir. Davamlı diaqnostik qiymətləndirmə adətən dərs ilinin
əvvəllərində aparılır.
Qeyd edək
ki diaqnostik qiymətləndirmənin aparılma formaları siniflərə uyğun
olaraq da dəyişilir. Belə ki, ilk dəfə məktəbə qədəm qoyan şagirdlə
aparılan diaqnostik qiymətləndirmə digərlərindən xeyli
fərqlənir. Birinci sinfin şagirdi ilə təlim prosesində davamlı diaqnostik
qiymətləndirmə aparmaq üçün inkişaf və öyrənmə sahələrinə əsaslanan
müşahidə vərəqi aşağıdakı kimi tərtib edilə bilər.
Verilən müşahidə
vərəqinə uyğun olaraq müəllim təlimə başlamazdan əvvəl bir-neçə
gün ərzində I sinif şagirdlərini aşağıda göstərilən
əsas inkişaf sahələrinə görə müşahidə edir, qiymətləndirir və təlim
fəaliyyətini bu nəticələrə uyğun olaraq qurur:
Müşahidə vərəqi
|
||
İnkişaf sahələri
|
Müəllim nəyə diqqət etməlidir?
|
Müəllim hansı köməyi göstərə bilər?
|
Şəxsi inkişaf:
Özü və başqaları barədə danışmaq,
özünə inanmaq , öz xüsusiyyətlərini bilmək, müxtəlif situasiyalarda
davrana bilmək.
|
Müşahidə etdiyiniz şagird başqaları
ilə ünsiyyətdə olarkən özü barədə necə danışır?
Şagird ailə üzvləri barədə danışırmı? O, özünün hansı bacarıqları haqqında danışır? O, bildikləri və gördüklərini necə ifadə edə bilir? Hər hansı istəyini necə ifadə edir? |
Müəllim dərsi elə qurur ki, hər bir şagird şəxsiyyət olduğunu və
digərləri ilə bir qrupa daxil olduğunu anlasın. Şagirdlərə müəyyən
təcrübəni aşılamaq üçün birlikdə “Sinfin idarə qaydaları” tərtib
edilir. Şagirdlər barədə lazım olan məlumatı əldə etmək üçün
valideynlərlə ünsiyyət çox vacibdir.
|
Sosial-emosional inkişaf:
Öz məsuliyyətini anlamaq,
yaşıdları və özündən böyüklərlə ünsiyyətə girmək, ətrafındakıların
hərəkətlərini qiymətləndirmək, davranışının səbəblərini izah
etmək.
|
Şagird öz istəklərini başqalarınınkından ayıra bilirmi? Danışanlara
diqqətlə qulaq asırmı? Onların mövqeyini başa düşməyə çalışırmı?
|
Müəllim daim şagirdlərə məsuliyyətlərini anladır, onlardan
gözlənilən nəticələri izah edir, qaydaları yada salır,dinləmənin
vacibliyini izah edir. Uşaqları bir-biri ilə ünsiyyət qurmağa və
nailiyyətlərindən danışmağa həvəsləndirir.
|
Fiziki inkişaf:
Böyüklərin köməyi olmadan özünə qulluq
etməyi bacarmaq, gigiyena və təhlükəsizlik qaydalarından xəbərdar
olmaq.
|
Şagird sinifdə özünü necə aparır?, Özünün və sinfin təmizliyini
qoruyurmu? Sinif yoldaşları ilə gigiyena qaydalarından danışırmı?
Təhlükəsizlik qaydalarına riayət edirmi?
|
Müəllim sinif otağının təmiz və
səliqəli saxlanmasının vacibliyini izah edir. “Təmizlik və
təhlükəsizlik qaydaları” tərtib edir və ona nəzarət üçün məsul şəxslər seçir.
Uşaqları müstəqil şəkildə özünə qulluq
etməyə həvəsləndirir.
|
İdraki inkişaf: Sual vermək və
sualları cavablandırmaq, eşitdiyi sözlərin mənasını bilmək,şəkil üzrə
danışmaq, hadisələri ardıcıllıqla sadalamaq, onları əvvəllər rastlaşdığı
digər hadisələrlə əlaqələndirmək və müqayisə etmək.
|
Şagird sual-cavabda fəal iştirak
edirmi?, Deyilənləri başa düşməyəndə soruşurmu?
Deyilənləri yerinə yetirməyə həvəslidirmi? Şəkildə verilən obrazı və ya hər-hansı bir qrafik işarəni başa düşürmü? |
Şagirdlər müzakirələrdə fəal
iştirak etməyə həvəsləndirilir, hər biri ayrılıqda danışdırılır.
Verilən tapşırıqlar mütləq yoxlanılır və daima əks-əlaqə yaradılır. |
İkinci, üçüncü və s.
sinfə gələn şagirdin diaqnostik qiymətləndirilməsi
üçün müəllim əvvəlki sinfin təlim standartlarından çıxan
məqamları önə çəkir. Şagirdin fənn üzrə əvvəlki illərdə yiyələndiyi bilik
və bacarıqlara əsaslanan qiymətləndirmə meyarlarını müəyyən edir və
bir-iki həftə ərzində müşahidələr aparır. Məsələn, ikinci sinifdə ana dili
fənnindən dinləyib-anlama və danışma məzmun xətti üzrə meyarlar aşağıdakı
kimi tərtib edilə bilər. Qeyd edək ki, verilən nümunə davamlı diaqnostik
qiymətləndirmə üçün deyil, bir dərs müddətində aparılan diaqnostik
qiymətləndirmə üçün nəzərdə tutulmuşdur:
Müşahidə (müəllim şagirdlərin
fəaliyyətini müşahidə edərək qiymətləndirir)
|
Müşahidə vərəqi (şagirdin təlim
fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarların yazıldığı
cədvəl)
|
||||||
Meyarlar
|
|||||||
Şagirdlərin soyadı və adı
|
Mətn qurur
|
Cümlələr arasında rabitə yaradır
|
Mətndəki əsas fikri
müəyyənləşdirir
|
İfadəli oxuyur
|
Sürətlə oxuyur
|
Danışarkən sadə bədii ifadələrdən
istifadə edir |
Danışarkən
jest və mimikalardan istifadə edir
|
Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi
sənədlərdə qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır,
nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri də
məlumatlandırılır.
II Formativ qiymətləndirmə
“ümumi təhsil müəssisələrində, peşə
liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə,
səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın üçüncü maddəsində göstərilir
ki, formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların
reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman
qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək
məqsədilə aparılır.
Yeni və ənənəvi qiymətləndirmə
arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim
fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim
nəticələrinə nail olması və nəticədə summmativ qiymətləndirmədə nailiyyət
qazanmasına kömək məqsədilə aparılır. Məhz formativ qiymətləndirmə
sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli
qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün
çalışır.
Qeyd edək ki, yeni
məktəbdaxili qiymətləndirmənin əsas mahiyyəti və ağırlıq mərkəzi məhz
formativ qiymətləndirmənin üzərinə düşür. Bu məzmun formativ
qiymətləndirmənin adında da aydın əks olunub. Formativ sözü
(formative) “formalaşdıran”, “formalaşdırıcı” deməkdir. Formativ
qiymətləndirmə təlim nəticələrinin mənimsənilməsi ilə
bağlı mütəmadi məlumat toplamaq məqsədilə aparılır. Fənni tədris
edən müəllim formativ qiymətləndirməni məzmun standartlarından
irəli gələn təlim məqsədləri əsasında hazırladığı meyarlar üzrə dərs ili
ərzində müntəzəm olaraq həyata keçirir, nəticədə şagirdin
ehtiyaclarını öyrənir, uğur qazana bilməməsinin səbəblərinı araşdırır və onun
inkişafının təmin olunması üçün zəruri tədbirlər görür.
Formativ
qiymətləndirmədə istifadə olunan əlverişli üsul və vasitələr
aşağıdakılardır:
Üsullar
|
Vasitələr
|
Müşahidə
|
Müəllimin müşahidə vərəqləri
|
Şifahi sual-cavab
|
Bacarıqlar üzrə qeydiyyat
vərəqi (müəllimin istifadəsi üçün)
|
Yazı
|
İmla, inşa, ifadə, məsələ, misal
həlli, yoxlama yazı işləri
|
Oxu
|
Mətnlər
|
Tədqiqat
|
Ayrı-ayrı şagirdlərin və ya qrupların
hazırladığı layihə
|
Test
|
Test tapşırıqları
|
Sorğu və ya müsahibə
|
Ayrı-ayrı şagirdlərin və ya qrupların
hazırladığı sorğu vərəqləri
|
Özünüqiymətləndirmə
|
Özünüqiymətləndirmə vərəqləri
|
Rollu oyunlar
|
Meyar cədvəli
|
Müşahidə
Müşahidə üsulu və burada istifadə
olunan vasitələr diaqnostik qiymətləndirmədə olduğu kimi tərtib oluna
bilər. Məsələn, şəkil üzrə mətn qurmaqla bağlı dərsin müşahidəsini müəllim
aşağıdakı meyarlar əsasında apara bilər:
Meyarlar
|
||||
Şagirdlərin soyadı və adı
|
Sözlərin mənasını düzgün anlayır
|
Mətn qurur
|
Sadə bədii ifadələrdən
istifadə edir |
Jest və
mimikalardan istifadə edir
|
|
|
|
|
|
Şifahi sual-cavab
Şifahi sual-cavab üsulundan istifadə edən müəllim
qiymətləndirmə vasitəsi kimi bacarıqlar üzrə qeydiyyat
vərəqindən istifadə edir və bu qeydiyyat vərəqi hər bir fənnin
xüsusiyyətlərinə uyğun tərtib edilir.
Yazı
Yazı üsulundan istifadə edərək müəllim hər hansı
mövzuda imla, inşa yazmağı, məsələ və ya misal həllini tapşırır və
şagirdlərin bacarıqlarını meyarlar tərtib etməklə yoxlayır. Şagirdin
yazısını yoxlayan müəllim onun nəticələri haqqında valideynləri də
məlumatlandırır.
Oxu
Müəllim qiymətləndirmə məqsədinə uyğun
olaraq müxtəlif mətnlərin oxusunu təşkil edir və oxu zamanı yoxlamaq
istədiyi bacarıqların şagirdlər tərəfindən necə nümayiş
etdirilməsinə diqqət yetirir.
Şagird oxuyanda müəllim müdaxilə etmədən dinləyir,
onun etdiyi səhvləri qeyd edir. Sözlərin və ifadələrin düzgün tələffüz
edilməməsinin səbəbini aydınlaşdırır, müşahidə etdiklərini qeydiyyat vərəqində
yazır və şagirdin portfoliosuna daxil edir. Müəllim sonrakı fəaliyyətini
hər bir şagirdin portfoliosunda etdiyi qeydləri əsas götürməklə qurur.
Qeydiyyat vərəqindəki qeydləri müəllim valideynə
bildirmək üçün şagirdin məktəbli kitabçasına da yazmalıdır.
Tədqiqat
Tədqiqat üsulunun mahiyyəti ondan ibarətdir ki,
şagirdlərə fərdi və ya qrup halında tədqiqat xarakterli sual verilir və
onlar bu sual ətrafında apardıqları araşdırmanı layihə şəklində təqdim
edirlər. Məsələn, həyat bilgisi fənnindən aşağıdakı tipli
suallardan müxtəlif mövzular üzrə araşdırma aparmaq üçün istifadə
etmək olar:
·
Zəlzələ
zamanı öz təhlükəsizliyini necə təmin edə bilərsən?
·
Partada düzgün
əyləşmək nə üçün vacibdir?
·
Heyvanları qorumaq
üçün sən nə edirsən?
Bu suallar əsasında hazırlanan layihə şagirdin
aşağıdakı bacarıqlarını yoxlamaq üçün imkan verir:
|
Məsələyə münasibət bildirmək
|
Şərh etmək
|
Topladığı məlumatları
əlaqələndirmək
|
Zəif
|
|
|
|
Orta
|
|
|
|
Yaxşı
|
|
|
|
Nəticəyə uyğun
olaraq müəllim şagird haqqında qeydini qısa şəkildə belə yaza
bilər:
“Danışır, amma
danışdığı məsələyə öz münasibətini bildirə bilmir”,”Məlumatları toplayır,
ancaq əlaqələndirə bilmir” və.s
Sorğu və ya müsahibə
Sorğu və ya müsahibə
şagirdə müstəqil ev tapşırığı kimi verilir. Bu zaman müsahibənin kiminlə
aparılacağını və hansı suallara cavab axtarılacağını sinifdə müəllim
şagirdlərlə birgə müəyyən edir. Şagird həmin suallar ətrafında topladığı
məlumatı təhlil edərək sinif qarşısında təqdimat edir. Birinci sinif
şagirdi üçün bu tipli tapşırıqlar şifahi formada ola bilər. Müəyyən bir
sual ətrafında valideyni, digər fənn müəllimi və ya yuxarı sinif şagirdi ilə
aparılacaq müsahibənin bütün detalları müəllim və şagirdlər tərəfindən
şagirdin yaş səviyyəsinə və məzmun standartlarına uyğun olaraq diqqətlə
araşdırılır, vaxt təyin edilir və məlumatların sistemləşdirilməsi
üçün istiqamətlər müəyyənləşdirilir. Burada əsas şərt veriləcək
sualın düzgün tərtib edilməsi və dəqiq ünvanlanmasıdır.
Məsələn, ana dili
fənnindən 20 yanvar hadisələri ilə bağlı mövzunu tədris edən müəllim şagirdlərə
fərdi və ya qrup halında belə bir sual ətrafında müsahibə götürməyi
tövsiyə edir:
-“Siz 20 yanvar
hadisələrini necə xatırlayırsınız?”
Bu sual həmin
hadisələri xatırlayacaq yaş səviyyəsində olan adamlara- valideynə, baba və ya
nənələrə, digər müəllimlərə və hətta qonşulara ünvanlana bilər. Bir neçə
nəfərdən məlumat toplayan şagird həmin hadisə haqqında fikirləri
ümumiləşdirib nəticəyə gəlməli və sinfə təqdim etməlidir.
Bu yolla şagirdin
məlumat toplamaq, nəticə çıxarmaq, ümumiləşdirmək və
eşitdiklərini şərh etmək bacarıqları yoxlanılır:
Şagirdin adı və
ya qrupun nömrəsi:
Meyarlar
|
|
||
|
Zəif
|
Orta
|
Yaxşı
|
məlumat toplamaq
|
|
|
|
eşitdiklərini şərh etmək
|
|
|
|
ümumiləşdirmək
|
|
|
|
nəticə çıxarmaq
|
|
|
|
Bu qiymətləndirmənin
nəticəsini hər bir şagirdin vəziyyətinə uyğun olaraq qısa şəkildə belə
ifadə edərək məktəbli kitabçasına yazmaq olar:
“Müvafiq məlumatı
toplamağın yolunu bilmir”, “Toplanmış məlumat əsasında nəticəyə gəlib, amma
fikrini yaxşı ifadə edə bilmir”, “Əldə etdiyi
məlumatları ümumiləşdirib təqdim edir” və s.
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə
üsulundan istifadə geniş yayılmışdır. Məsələn, ana dili fənnindən əlifbanın
öyrənilməsi zamanı müəllim şagirdlərlə özünüqiymətləndirmə
keçirə bilər. Özünüqiymətləndirmə vərəqində göstərilən meyarlar üzrə
şagird özünə qiymət verir və bunu “+”, “-” ilə işarə edir.
Şagirdin özünü qiymətləndirmə vərəqi
Şagirdin adı : ____________
Sinif:
Meyarlar
|
Özünüqiymətləndirmə
|
|
|
+
|
-
|
Hərfləri tanıyır
|
|
|
Sait və samit səsləri fərqləndirir
|
|
|
Səsləri hecalarda birləşdirərək oxuyur
|
|
|
Hecalardan sözlər düzəldir.
|
|
|
Müəllim özünüqiymətləndirmə
vərəqlərini də şagird portfoliosuna daxil edir və şagirdin valideyninin həmin
vərəqlə tanış olması məqsədəuyğundur.
Rollu oyunlar
Rollu oyunlar
jest və mimikalardan istifadə, şagirdin ifadəli danışığı, nitqində bədii
ifadələrdən istifadə etməsi və digər bacarıqlarının üzə çıxarılması üçün
əhəmiyyətlidir. Rollu oyunlar üçün şagirdlərə hər hansı bir
situasiya təqdim olunur. Şagird həmin problemə dair düşüncələrini əks
etdirən həll yolunu təqdim edir.
Rollu oyunları
müşahidə etmək üçün meyarlar hazırlanarkən bir yox, bir neçə
standartın məzmunundan istifadə edilir. Aşağıdakı standartlar
qrupu buna misal ola bilər.
Şagird:
1.2.1. Müşahidə
etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.
1.2.2. Dialoqlarda
vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqində
müvafiq bədii ifadələrdən istifadə edir.
1.2.4. Nitq
situasiyalarından asılı olaraq danışıq prosesində müvafiq jest və mimikalardan
istifadə edir.
Meyarlar aşağıdakı
kimi yazıla bilər:
Meyarlar
|
|||||||
Şagirdlərin soyadı və adı
|
Müşahidə etdiyi hadisələri danışır
|
Oxuduqlarını şərh edir
|
Eşitdiyi məlumatı təsvir edir
|
Dialoq qurur
|
Dialoqlarda nitq etiketləri işlədir
|
Sadə bədii ifadələrdən istifadə
edir
|
Jest və
mimikalardan istifadə edir
|
Əgər müəllim göstərilən üsul və vasitələr əsasında
bütün müşahidələri vaxtlı-vaxtında, düzgün aparmasına baxmayaraq, ondan öz
işini qurmaq üçün istifadə etməzsə və zəif şagirdi elə zəif olduğuna görə
diqqətdən kənarda saxlayarsa, formativ qiymətləndirmənin əhəmiyyəti azalar və
məzmununa xələl gələr .
“ümumi təhsil müəssisələrində, peşə
liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə,
səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın layihəsində göstərildiyi
kimi, formativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunmasa
da, şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi qeyd dəftərində öz əksini
tapır və şagird qovluğunda (portfolio) toplanır, eyni
zamanda ümumiləşdirilmiş cümlələr şəklində şagird gündəliyi vasitəsilə
valideynə çatdırılır. Qiymətləndirmənin nəticələrinin qeydiyyatı müəllimlərə,
şagirdlərə və valideynlərə aşağıdakı suallara cavab verməyə kömək edir:
·
Şagird nələri öyrənmişdir?
·
Daha nələri öyrənməlidir?
·
İnkişaf üçün o hansı addımları atmalıdır?
İzləmələrin qeydiyyatı
həmçinin müəllimin məktəb və valideyn qarşısında hesabatlılıq
məsuliyyətini də artırır. Odur ki, müəllim şəxsi qeyd dəftərinə “rəsmi
sənəd deyildir”, deyə diqqətsiz yanaşmamalı və onun valideynlər üçün əsas
məlumat mənbələrindən biri olduğunu unutmamalıdır.
Uzun illər övladının
məktəbli kitabçasında qiymət görməyə adət etmiş valideynin indi başqa bir
vəziyyətlə rastlaşdıqda müəyyən narahatlıq keçirməsi təbiidir. Lakin
fənn müəllimi formativ qiymətləndirmənin mahiyyətini və məqsədini valideynə
düzgün izah edərsə, şagirdin gündəlik rəqəmli qiymətləndirilməməsi valideyn
üçün cavabı olmayan tapmacaya çevrilməz. Məhz formativ qiymətləndirmə
sayəsində valideynlər öz övladlarının inkişafını, nailiyyətlərini daha diqqətlə
izləməyə müvəffəq olur, məktəblə, müəllimlə daim təmas saxlayırlar.
Valideyn bilməlidir ki, ənənəvi qiymətləndirmənin prinsiplərinə uyğun olaraq
şagird gündəlik 2,3, 4,5 rəqəmləri ilə
qiymətləndirildikdə övladının çatışmayan və ya zəif cəhətləri barədə
məlumata malik olmur, övladına kömək etmək istəsə də, hədəfi dəqiq seçə
bilmir.Formativ qiymətləndirmənin nəticəsi olan təsviri qiymətləndirmə
isə bu cür anlaşılmazlıqları aradan qaldırır. Belə ki, övladının
gündəliyində „ hərfləri tanıyır, lakin sözləri yazmaqda çətinlik çəkir“ ifadəsini
oxuyarkən valideyn problemin mahiyyətini anlayır və onun aradan qaldırılması
üçün müəllimin köməkçisinə çevrilir.
III Summativ
qiymətləndirmə
“ümumi təhsil
müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və
şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları”nın
layihə variantının beşinci və altıncı maddələrində göstərilir ki,
summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin,
yarımilin sonunda) yekun vurmaqla, şagirdin nailiyyət səviyyəsini ölçmək
məqsədilə aparılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin
sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə
yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada
yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim
tərəfindən aparılır.
Kiçik summativ
qiymətləndirmənin keçirilmə vaxtı tədris planında həftədə həmin dərs üçün
nəzərdə tutulan saatların sayından asılı olaraq fərdi şəkildə müəyyən
edilir. Belə ki, ana dili fənnindən kiçik summativ qiymətləndirmə üçün
müəyyən edilmiş vaxt texnologiya və ya musiqi fənni ilə eyni ola
bilməz. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim
tərəfindən hazırlanır.
Böyük summativ
üçün qiymətləndirmə vasitələri qiymətləndirmə standartları əsasında
hazırlanır. Standartın hər səviyyəsinə uyğun olaraq müəyyən sayda suallar
nəzərdə tutulur. Şagirdin düzgün cavab verdiyi sualların sayı ilə onun
qiyməti müəyyən olunur.
Sualların ümumi
sayının 10%-nə düzgün cavab verən “1”, 10% daxil olmaqla 20%-nə düzgün cavab
verən “2”, 20% daxil olmaqla 50%-nə düzgün cavab verən “3”, 50% daxil olmaqla
80%-nə düzgün cavab verən “4”, 80% daxil olmaqla 100%-nə düzgün cavab verən
şagird “5” qiymətlə qiymətləndirilir. Summativ qiymətləndirmənin
nəticələri 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və
qiymətlər jurnala yazılır.
Summativ
qiymətləndirmənin keçirilməsi üçün üsullar fənnin məqsədinə uyğun olaraq
müəyyənləşir. Ana dili, riyaziyyat, həyat bilgisi fənlərindən ən əlverişli
qiymətləndirmə üsulları testləşmə və yazı, qiymətləndirmə vasitələri isə test
tapşırıqları, imla, inşa, misal, məsələ həllidirsə, texnologiya fənni üçün
şagirdin hər hansı bir məmulatı hazırlaması, musiqi üçün
hər hansı musiqi nümunəsinin ifa edilməsi, fiziki tərbiyədən isə
normativlərin yerinə yetirilməsi ola bilər.
IV Qeyd
Kurikulum tətbiq olunan
siniflərin jurnalında gündəlik qiymətlər yazılmır. Dərsdə iştirak
etməyənlərin adının qarşısında “q”, dərsdə iştirak edən şagirdlərin adının
qarşısında “+” qeyd olunur. Jurnalda yalnız summativ qiymətləndirmənin
nəticələri summativ qiymətləndirmənin keçirildiyi gün üçün ayrılmış
qrafada sütun şəklində yazılır.
Kurikulum tətbiq olunmayan
siniflərdə dərsdə iştirak etməyən şagirdin adının qarşısında “q”, dərsdə olub,
amma qiymətləndirilməyən şagirdin adının qarşısında “+”, qiymətləndirilən
şagirdin adının qarşısında aldığı qiymət yazılır.
Qeyd edək ki, şagirdlərin həm fiziki, həm
zehni yüklənməsinin qarşısını almaq məqsədilə ibtidai təhsil pilləsində
formativ və summativ qiymətləndirmə aparmaq üçün yalnız Təhsil Nazirliyinin
təsdiq etdiyi , Monitorinq və qiymətləndirmə şöbəsinin tövsiyə etdiyi
qiymətləndirmə vasitələrindən istifadə edilə bilər. Qiymətləndirmənin
göstərilən qaydalar əsasında aparılması üçün müəllimlərlə yanaşı, məktəb
rəhbərləri də məsuliyyət daşıyır.
|
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.