Hökümə XƏLƏFLİ,
Bakı şəhər Heydər Əliyev adına liseyin ibtidai sinif müəllimi,əməkdar müəllim,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2009) qalibi
Bakı şəhər Heydər Əliyev adına liseyin ibtidai sinif müəllimi,əməkdar müəllim,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2009) qalibi
II SİNİF
RİYAZİYYAT FƏNNİ
Mövzu: Kəsrlər və hissələr
Motivasiya: Motivasiya üçün ekranda aşağıdakı şəkil nümayiş olunur və sinfə belə bir sualla müraciət edilir: Sizcə, düzbucaqlının altında nə var?
Şəklə baxan şagirdlər öz fərziyyələrini irəli sürürlər. Həmin fərziyyələrdən hansının düzgün olduğunu və şəklin altında nə olmasını müəyyənləşdirə bilmələri üçün müəllim şagirdlərə istiqamət verir:
Müəllim: taxtanın üzərindəki əşyanı görmək üçün düzbucaqlını şəffaflaşdırın.
Şagirdlərdən biri şəffaflaşdırma alətindən istifadə edərək şəkli açır, ətirli pendirin şəkli ekrana gəlir.
Müəllim sinfə növbəti sualla müraciət edir:
- Pendiri hansı heyvan daha çox sevir?
Yenə də fərziyyələr irəli sürülür.
Müəllim: Pendirə elektron qələmlə toxunun, heyvan şəkli ekrana gəlsin.
Ekran aydınlaşanda şagirdlər bu heyvanın siçan olduğunu görürlər.
Növbəti slayd nümayiş olunur. Burada siçanın pendiri yarıya bölməsi təsvir olunur.
Müəllim: Siçan pendiri tən yarıya böldü (sual-cavab aparılır):
- Pendir necə idi? (bütöv)
- Nə alındı? (iki bərabər hissəyə bölündü)
- Bütöv pendir neçə deməkdir? (bir)
- Bölünmüş hər bir hissə neçə deməkdir? (ikidə bir)
Şagirdlər sehirli qələmin (lupanın) köməyi ilə bütöv pendirin və bölünmüş hissələrin içindəki yazılışları görürlər və bir şagird elektron lövhədə, digər şagirdlər isə dəftərlərində 1/2 kəsrini yazmağı öyrənirlər.
Müəllim: Nağılın ardına qulaq asaq. Siçanın yanına dostu gəldi və onlar tən yarıya bölünmüş dilimlərin hər birini yenə də tən yarıya böldülər.
Şagirdlər sehirli qələmin vasitəsilə hər hissənin içini şəffaflaşdırırlar və bu dəfə 1/4 kəsrinin yazılışını görərək izah edirlər, kəsri yazmağı öyrənirlər.
Tədqiqat sualı:
Aparılan bu işdən sonra tədqiqat sualı qoyulur:
Hissə nədir? O necə əmələ gəlir? Hissəni necə göstərə bilərik?
Tədqiqat işi mərhələsində şagirdlərə üç tapşırıq verilir. Müəllim bu tapşırıqları istədiyi iş formasında verə bilər.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.