Fənn üzrə
təlimin planlaşdırılması.
İşini səmərəli təşkil etmək üçün ilk növbədə müəllimin
planlaşdırma bacarığı olmalıdır. O, dərs dediyi fənn üzrə bütün mərhələləri
aydın təsəvvür edə bilmıli, onlara aid pesrpektiv və cari planlar hazırlamağı
bacarmalıdır.
Fənnin tədrisində illik planlaşdırma müəllimlərin qarşısında duran ən
mühüm vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail
olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir. Illik planlaşdırmada tədris
vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda
hər fəslə ayrılacaq vaxtı müəyyənləşdirir.
Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:
Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:
1. Tədris
ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək . yəni
ilk növbədə standartlar müəyyənləşir, sonra isə tədris vahidi onlara
uyğunlaşdırılır.
2. Tədris
vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. (tədris vahidlərinin
ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, didaktik tələblərə əməl edilir: məzmunun
ardıcıllığı (bəsitdən mürəkkəbə doğru), xronoloji ardıcıllıq (zaman
ardıcıllığı), məntiqi ardıcıllıq (əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti
anlayışların açılmasında mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur.

Nümunəvi illik planlşadırma əsasında müəllim fərdi olaraq gündəlik və ya həftəlik dərs
planlaşdırması tərtib edir.
1. Tədris
ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək. Əvvəlcə
standartlar sonra isə tədris vahidi müəyyənləşir.
2. Tədris
vahidlərinin ardıcıllığını müəyyənləşdirmək
3. Hər tədris
vahidi üçün düzgün vaxt bölgüsü aparmaq
4. Müəllim
üçün vəsait, dərslik və digər materialların nəzərə alınması
Nümunəyə baxaq: (Azərbaycan dili və ədəbiyyat fənni üzrə)
Burdan yüklə
Müəllimin təlim fəaliyyətini planlaşdırmasına dair gündəlik plan


Bu məqsədlərə və dərsdə öyrəniləcək təlim materialının məzmununa, habelə malik olduğu təlim vasitələrinə uyğun olaraq təlimin təşkilat formasını və üsullarını müəyyənləşdirməlidir.
Nümunəyə baxaq: (Azərbaycan dili və ədəbiyyat fənni üzrə)
Burdan yüklə
Müəllimin təlim fəaliyyətini planlaşdırmasına dair gündəlik plan


Müəllim dərsə hazırlaşarkən ilk növbədə sinif üzrə təlim nəticələrini
və alt standartları nəzərə almalıdır. Keçiriləcək hər bir mövzu üzrə
standartların təhlil olunmalıdır və qruplaşdırılmalıdır.
Mövzunun dərslər üzrə bölgüsü də bu qruplaşdırma əsasında həyata
keçirilməlidir. Mövzu dərslərə bölündükdən sonra hər dərsin öz standartları müəyyənləşdirilməlidir.
Həmin standartlar əsasında isə dərsin təlim tərbiyə və inkifafetdici məqsədləri
müəyyənləşdirilməlidir.
Bu məqsədlərə və dərsdə öyrəniləcək təlim materialının məzmununa, habelə malik olduğu təlim vasitələrinə uyğun olaraq təlimin təşkilat formasını və üsullarını müəyyənləşdirməlidir.
ac939467@gn
YanıtlaSilYuklemek yoxdu axi
YanıtlaSil