Oktyabrın 28-də təhsil naziri Mikayıl Cabbarov Quba şəhərindəki Heydər
Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini
qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
2015-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və
ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə
bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin
bir təhsil müəssisəsindən digərinə köçürülməsi, tədris müəssisələrinin
maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil haqqı və bir sıra digər məsələlərlə
əlaqədar müraciət ediblər.
Qəbulda
54 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb.
Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar
verilib.
Bəzi vətəndaşların
nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri
isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.