Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan
Bayramova Leyla Bəhman qızı
Azərbaycan tarixi dərslərində bədii ədəbiyyatdan səmərəli və düzgün istifadə olunması şagirdlərdə: 1) bir sıra təlim və tərbiyə vəzifələrinin yerinə yetirilməsinə, şagirdlərdə düşünülmüş, dərin və möhkəm bilik yaranmasına səbəb olur; 2) bədii ədəbiyyatla müstəqil işləmək bacarığı aşılayır; 3) şagirdlərin estetik tərbiyəsinə, şifahi və yazılı nitqinin zənginləşməsinə kömək edir; 4) şagirdlərdə humanist ideyaların aşılanmasına, ünsiyyət mədəniyyətinin formalaşmasına, məfkurə, ideya, xarakter formalaşmasına xidmət edir; 5) milli mədəniyyət yaranmasına, millətlərarası münasibətlərdə milli özünüdərk etməyə kömək edir;
Tarix dərslərində öyrənilən bədii əsərlər tarixçi metodistlər tərəfindən əsasən iki qrupa bölünmüşdür:
1) öyrənilən dövrdə yazılan bədii ədəbiyyat;
2) tarixi belletristika əsərləri;
Birinci qrup əsərlər dövrün bir növ sənədi və abidəsi
hesab edilir. Bunlardan həm tədqiqatçı, həm də şagird istədiyi qədər istifadə
edib, tarix haqqında biliklər dairəsini genişləndirə bilər. Məsələn, N.Gəncəvinin
«Xəmsə» si, A.A.Bakıxanovun «Gülüstani-İrəm», M.S.Ordubadnin «Gizli Bakı»,
«Döyüşən şəhər» romanları və s. belələrinə nümunədir.
İkinci qrup əsərlər isə sonrakı dövrün yazıçıları tərəfindən
yazılanlardır. Burada yazıçı məhz tədqiqat vasitəsi ilə tarixi keçmişimizi
canlandırır. Məsələn, F.Kərimzadənin «Xudafərin körpüsü», «Çaldıran döyüşü»,
C.Bərgüşadın «Sıyrılmış qılınc», «Boz atın belində» və s. əsərlər bu qəbildəndir.
Hər iki qrupdan olan nümunələr bütövlükdə şagirdlərdə
tarix haqqında canlı təsəvvür yaratdığından, tarix müəllimlərinə tarix dərslərində
bədii ədəbiyyatdan istifadənin aşağıdakı optimal yollarından faydalanmağı
tövsiyyə edirik:
1)Bədii əsərlərdən parçaların dərsdə oxunub izah
olunması;
2)Bədii ədəbiyyat nümunəsinin özünün dərsdə oxunmadan
müəllimin hekayəsinə daxil edilməsi;
3)Müvafiq dərslərin bədii ədəbiyyat əsasında
qurulması;
4)Bədii ədəbiyyat əsasında müşahidə, müsahibə, dialoq
və s.
Birinci üsul ən çox V və VIII siniflərdə tətbiq
olunur. Bunu tətbiq etmək üçün ilk növbədə müəllim mövzuya dair bədii əsərlə ətraflı
tanış olmalı, özlüyündə onu təhlil etməli, əsas yerləri qeydə almalı və yalnız
bundan sonra yeri gəldikcə parçanı oxuyub izah etməlidir. Ona görə də, yaxşı
olar ki, tədris ilinin əvvəlindən hər bir müəllim və şagird aşağıdakı
formalarda oxucu gündəlikləri tərtib etsinlər.
İkinci və üçüncü üsullar əsasən yuxarı siniflərdə tətbiq
olunur. İkinci üsul xüsusilə mühazirə və seminar dərslərində səmərəli nəticələr
verir. Üçüncü üsulun tətbiqi isə hər bir sinifdə 2-3 dərsdən artıq olmamalıdır.
Burada müəllim əvvəlcədən keçəcəyi dərsləri dəqiqləşdirməli, sonra mövzuya dair
ədəbiyyat siyahısı tərtib edib şagirdlərə tapşırıq olaraq müəyyənləşdirdiyi ədəbiyyatın
mövzunun öyrənilməsinə qədər əldə edib oxumağı, lazımi qeydlər götürməyi
tapşırmalıdır. Dərsin təklif olunan qaydada tədrisi həm müəllim, həm də şagirddə
tədqiqatçılıq vərdişi aşılayır.
Dördüncü üsul isə bədii ədəbiyyat nümunəsini geniş şagird
kollektivi arasında yaymaq məqsədilə bütün siniflərdə tətbiq oluna bilər.
Yuxarıda irəli südüyümüz fikir və mülahizələrimizin
düzgünlüyünü müəyyənləşdirmək məqsədilə dərs nümunələrinə diqqət yetirək:
X sinifdə «Azərbaycanda rus müstəmləkəçiliyinə qarşı
mübarizə» mövzusu tədris olunarkən müəllim Azərbaycan tarixində mühüm yer tutan
qaçaqçılıq hərəkatından da bəhs etməli, bədii ədəbiyyat nümunələri vasitəsilə
qaçaqçılıq hərəkatının səbəbləri, xarakteri və bədii ədəbiyyatda əksini necə
tapması haqqında söhbət açaraq şagirdlərdə vətənpərvərlik hissini qüvvətləndirməlidir.
Bu mövzunun tədrisində əsas məqsəd şagirdlərə milli
özünüdərkə kömək etmək, düşmənə qarşı amansız olmaq hissləri aşılamaq, son
dövrdə nəşr olunan bədii əsərlərlə tanış etməkdir.
Müəllim ilk əvvəl qaçaqçılıq hərəkatının xarakterini
açmalıdır. Hekyəyə diqdət yetirək:
«…Qaçaqçılıq hərəkatı XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbay canda kəndlilərin bəylərə, çar məmurlarına-istismarçı siniflərə qarşı
müba rizə formalarından biri idi. XIX əsrin 80-90-cı illərində Azərbaycanın kənd
əhalisinin əksəriyyətini təşkil edən dövlət kəndliləri xəzinə torpaqlarında
yaşayır, dövlət tərəfindən feodal istismarına məruz qalırdılar.
Sahibkar kəndlilərinin vəziyyəti daha ağır idi. Sinfi
ziddiyyətlər sinfi mübarizəyə-qaçaqçılığa gətirib çıxardı. Müəllim bildirməlidir
ki, qaçaqçılıq hərəkatı qeyri-mütəşəkkil olub yerli xarakter daşıyırdı, siyasi
şüurluluqdan uzaq idi. Qaçaqlar gözlənilmədən peyda olur, haqq-ədalət divanı
qurur, torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacrlərin,
ham paların var-dövlətini talayıb yoxsullara paylayırdılar. Buna görə də, rəislər,
pristavlar, atlı kazak dəstələri, ağalar vahimə içərisində yaşayırdılar. Xalqın
məhəbbətini qazanmış qaçaqlar öz cəsarət və mərdlikləri ilə əfsanəvi varlıq
lara çevrilirdi. Molla Nur, Qaçaq Adıgözəl, Qaçaq Abbas, Qaçaq Mayıl, Qaçaq Yarəli,
Qaçaq Nəbi, Dəli Alı, Qandal Nağı, Qaçaq Zahid, Qaçaq Yusif, Qaçaq Kərəm məhz
belələrindən idi».
Müəllim qaçaqlar haqqında qısa məlumat verdikdən sonra
onlar haqqında yazılmı bədii əsərlərdən söhbət aça bilər. Məsələn, Qaçaq Nəbi dən
danışarkən Şair S.Rüstəmin onun haqqında «Qaçaq Nəbi» pyesini yazdığını,
Qubadlıda Nəbiyə abidə qoyulduğunu, Cəlal Bərgüşadın «Boz atın belində»
romanını xatırlatmalıdır. Bundan sonra müəllim həmin roman əsasında hekayəsini
davam etdirərək bildirməlidir ki, romanda əfsanəvi qılınc bahadırlarımızdan
Qaçaq Nəbinin və Qaçaq Həcərin ölüm-dirim mübarizəsi bədii çalarlarla qələmə
alınmışdır. Əsəri vərəqlədikcə gözlərimiz qaşısında insan cildinə girmiş
istismarçı cəlladlar, qan içən vəhşilər canla nır. Romandakı təsvirlərdən o
zamankı acı ruzigarın dözülməz mənzə rələrini təsəvvür edirik.
Romanda zəngin Azərbaycan torpağı, onun çox çalarlı təbiəti,
xınalı qayaları, çılpaq dağları, dilimlənmiş dərələri, çətirli təpələri
ehtirasla təsvir edilir və bu təsvirlər qəhrəmanların iç aləmini açmağa kömək
edir. Burada təsvir olunan
qəhrəmanlar tarixi şəxsiyyətlərdir, oxucu tədricən
hadisələri saf-çürük edir və qiymət verir.
Müəllim şagirdlərə xatırlatmalıdır ki, bəhs olunan
dövrdə Qafqazda qəzet – jurnal az nəşr olunurdu. Kütlələr əsasən savadsız idi.
Bu səbəbdən də, qaçaqlar haqındakı məlumatlar aşıqlar və müğənnilər vasitəsi ilə
yayılırdı. Xalq öz qəhrəmanını sevir, onların hünərinə nəğmələr qoşur, hətta
igidlərin adlarını və silahlarını belə əfsanələşdirirdi.
Nəbinin bığları eşmə-eşmədir.
Papağı güllədən deşmə-deşmədir.
Nəbinin Bozatın heç at keçmədi.
Deyirlər mahalda qaçaqdır Nəbi
Həcəri özündən qoçaqdır Nəbi…
Yaxud, Əfsanəvi qəhrəmanlar içərisində bu vaxta qədər
çoxlarına tanış olmayan Qaçaq Kərəm haqqında danışarkən müəllim xatırlatmalıdır
ki, 15 il qaçaqçılıq edən Kərəm Qıraq Kəsəmənli kəndlilərinin haqqını müdafiə
etdiyi üçün qolları qandallanıb Sibirə sürgün edilmişdir. Sürgündən qaçaraq
yenidən öz doğma diyarında at belində görünmüşdür. Kərəmin igidliyi, mərdliyi,
cəngavərliyi, cəsarət və qoçaqlığı, gözlənilmədən peyda olması və yoxa çıxması,
harada ədalətsizlik görsə oraya özünü yetirməsi və zalımlara divan tutması
haqqında əfsanəvi nağılar o qədər geniş yayılmışdı ki, canişin dən tutmuş adi
pristava qədər hamı qorxmağa başlamışdı. Onu aradan götürmək üçün min cür hiylələr
hazırlansa da, Təbrizdən tutmuş Naxçıvana qədər bütün əhali onun tərəfində
olduğundan tuta bilməmişdilər.
Müəllim qaçaq hərəkatından danışarkən dərsliklərdə
olan materiallarla kifayətlənməməli, adları kitablara düşməyən, lakin xalq
arasında hörmətlə yad edilən insanlar haqqında material toplamağı tapşıra bilər
və yeri gəl dikcə onlardan istifadə dərsin səmərəliliyinə müsbət təsir göstərər.
Beləliklə, müəllim bu yolla həm qaçaqçılıq hərəkatı
haqqında şagirdlərin bilik dairəsini zənginləşdirər, həm də bu haqda yazılan bədii
nümunələrlə onlarda maraq yaradar, bədii əsərlərlə müstəqil işin təşkili üçün
istiqamət verər.
Ədəbiyyat
Azərbaycan dilində
1.Bünyadov Z. Mərd qalalar, sərt qalalar. Bakı: Azərnəşr,
1986, 26 s.
2.Cəbrayılov İ. Azərbaycan tarixinin tədrisi
metodikası. Bakı: Mütərcim, 2006, 234 s.
3.Nəzir Eltəkin. Qaçaq Abbas (poema). Bakı: Gənclik.
2001, 228 s.
4.Qasımova L., «Azərbaycan tarixi» fənninin tədrisi
prosesində şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə ediməsi. Bakı:
BDU, 2002, 120 s.
5.Tarixi materiallar şagirdlərin vətənpərvərlik tərbiyəsinin
vasitəsi kimi (metodik tövsiyyə). Bakı: ADPU-nun nəşriyyatı, 2006, 32 s.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.