Bakı şəhərinin ümumi təhsil
müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsinə
start verilib.
29-31 oktyabr 2015-ci il tarixlərini əhatə edən diaqnostik qiymətləndirilməyə
əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal
toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi
müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və
yeni işə qəbul olunan müəllimlər qatılır. Ümumilikdə,
qiymətləndirilmədə 2403 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulub.
İştirakçıların 2003 nəfəri Azərbaycan, 400 nəfəri rus bölməsində tədris aparan
müəllimlərdir.
Kompüter vasitəsilə təşkil olunan
imtahanlar zamanı müəllimlərə ixtisasları üzrə 40, təlim strategiyaları və
kurikulum üzrə 20 test sualı təqdim olunur. Xatırladaq ki, hər iki blok
(ixtisas, metodika) üzrə sualların ən azı 10 faizinə cavab vermiş müəllimlər
diaqnostik qiymətləndirilmədən keçmiş hesab olunacaqlar.
İmtahan iştirakçılarından ibtidai sinif
(860 nəfər), riyaziyyat (194 nəfər), Azərbaycan dili (181 nəfər), tarix (124 nəfər)
müəllimləri sayca üstünlük təşkil edir.
Fənlər üzrə imtahan qrafiki aşağıdakı
kimidir:
29.10.2015 - coğrafiya, biologiya, fiziki
tərbiyə, fransız dili, GÇHR, kimya, musiqi, rus dili, ingilis dili, təsviri incəsənət,
alman dili, fizika, texnologiya;
30.10.2015 - riyaziyyat, tarix, Azərbaycan
dili və ədəbiyyat, ingilis dili, ibtidai sinif;
31.10.2015 - ibtidai sinif.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.