Sinif rəhbəri haqqında əsasnamə
Azərbaycan
Respublikası Təhsil nazirinin
05 mart 2009-ci
il tarixli,
270 №-li əmri
ilə təsdiq edilmişdir
Ümumi müddəalar
Sinif rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət
kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və
müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etmək, insanın hüquq və
azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri
aşılamaq, sağlam həyat tərzinə alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə
sadiq vətəndaş kimi formalaşdırmaqdır.
Sinif rəhbəri fəaliyyətində Azərbaycan
RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları haqqında Azərbaycan
Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, məktəbin
nümunəvi Əsasnaməsini rəhbər tutur.
Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir
və vəzifədən azad edilir. Sinif rəhbərlərinin fəaliyyətinə rəhbərlik tərbiyə
işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.Müəyyən səbəb üzündən
məktəbdən ayrı düşdükdə, əmək qabiliyyətini müvəqqəti itirdikdə sinif
rəhbərinin vəzifələrinin icrası digər sinif rəhbər və müəllimə həvalə edilə
bilər.
Sinif rəhbərinin fəaliyyəti məqsədyönlü, sistemli, planlaşdırılan prosesdir. O, məktəb nizamnaməsi, tərbiyə işinin planlaşdırılması, əvvəlki fəaliyyətin, ictimai həyatın müsbət və mənfi tendensiyalarının təhlili əsasında, pedaqoji kollektiv qarşısında duran aktual vəzifələr nəzərə alınmaqla şəxsiyyətə yönəldilmiş yanaşma, sinif kollektivində vəziyyət, müxtəlif illətlərin nümayəndələri arasında etnik və dini münasibətləri tənzimləməklə şagirdlərin tərbiyəlilik səviyyəsi, onların sosial vəziyyəti, ailə şəraitlərinin özünəməxsusluğu əsasında qurulur.
Sinif rəhbərinin fəaliyyət istiqamətləri
Sinif rəhbəri öz fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur:
- sinif kollektivini formalaşdırmaq və inkişaf etdirmək;
- müdafiə olunma situasiyası, emosional rahatlıq, şəxsiyyətin inkişafı üçün əlverişli psixoloji-pedaqoji şəraiti yaratmaq;
- hər bir uşağın fərdi özünüifadəsi üçün lazımi şərait yaratmaq, şəxsiyyət kimi inkişaf etdirmək, təkrarolunmazlığını qoruyub saxlamaq və onun potensial u1075 qabiliyyətini aşkarlamaq;
- məktəblinin hüquq və maraqlarını müdafiə etmək;
- sinif kollektivi ilə sistemli iş təşkil etmək;
- şagirdlərlə şagirdlər, şagirdlərlə müəllimlər arasında münasibətləri humanistləşdirmək;
- şagirdlərdə əxlaqi və mənəvi dəyərləri formalaşdırmaq;
- şagird özünüidarə inkişafı vasitəsilə şagirdlərin sosial əhəmiyyətli, yaradıcı fəaliyyətlərini təşkil etmək.
Sinif rəhbərinin hüquqları
Sinif rəhbəri aşağıdakı hüquqlara malikdir:
- uşaqların fiziki və psixoloji sağlamlığı barədə müntəzəm olaraq məlumat əldə etmək;
- sinifdə dərs deyən fənn müəllimlərinin (həmçinin, məktəb psixoloqu və digər müəllimlərin) işini əlaqələndirmək;
- məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış etmək, təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi fikir söyləmək, sinif kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri pedaqoji şurada baxılmaq üçün təqdim etmək;
- mövcud vəziyyəti nəzərə almaqla, uşaqlarla fərdi iş rejimi müəyyənləşdirmək;
- tərbiyə problemləri üzrə təcrübi-eksperimental iş
aparmaq;
- valideynləri(onlar əvəz edən şəxsləri) təhsil
müəssisəsinə dəvət etmək, onlarla işgüzar əlaqə yaratmaq;
- pedaqoji kadrların yenidən hazırlanması sistemi
vasitəsilə pedaqoji ustalığın yüksəldilməsi formalarını seçmək, treninqlər
vasitəsilə pedaqoji işin müxtəlif qrup və kollektiv formalarında iştirak etmək;
- məktəb özünüidarəetmə orqanlarında şəxsi şərəf və
ləyaqətini qorumaq və sinif kollektivində sinifdənxaric işin vəziyyətinin
qiymətləndirilməsində mövqeyini müdafiə etmək;
- ümumtəhsil müəssisəsinin rəhbərliyi ilə razılaşma
əsasında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyaya (mütəxəssislərə) müraciət etmək.
Sinif rəhbərinin
fəaliyyətində aşağıdakılar yolverilməzdir:
- uşaqların şəxsiyyətini, ləyaqətini alçaltmaq, onu
sözlə və ya hərəkətləri ilə təhqir etmək;
- şagirdi cəzalandırmaq məqsədilə dərs zamanı əsassız
olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini aşağı salmaq;
- uşağın etimadından süni istifadə etmək, ona verdiyi
vədə əməl etməmək, onu düşünülmüş şəkildə aldatmaq;
- şagirdin özü iştirak etmədiyi şəraitdə onun
hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq.
- şagirdlər qarşısında öz həmkarlarını u1086 onların
iştirakı olmadan müzakirə etmək, onları pisləmək, müəllimin və bütün pedaqoji
kollektivin nüfuzuna xələl gətirmək.
Sinif rəhbərinin
vəzifələri
Sinif rəhbərinin
vəzifələrinə aşağıdakılar aiddir:
Təlim prosesinin təşkili:
- sinifdə ümumməktəb kollektivinin fəaliyyəti
çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli
təlim-tərbiyə mühiti yaratmaq;
- şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət
etmək;
- şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
- hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət
etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək
göstərmək;
- valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların
tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər
vasitəsilə);
- eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji
əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;
- Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri
ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək.
Təşkilati-koordinasiya işi:
- ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin
yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili;
- uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən
valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili;
- fənn müəllimləri və məktəbin digər mütəxəssisləri
ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və
bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkili;
- şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar
təhsil sistemi də daxil olmaqla nəzərə alınması və stimullaşdırılması;
- təhsil fəaliyyətinin subyektləri qismində hər bir
şagirdlə və bütövlükdə sinif kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin
təşkili;
- sənədləşmənin aparılması (sinif jurnalları,
gündəliklər, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı, sinfin sosial
pasportu, istedadlı uşaqlarla, risk qrupu şagirdlərilə, yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyalarda qeydiyyatda olan şagirdlərlə iş planları);
- şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının
müdafiəsi, qorunması və möhkəmləndirilməsi;
- məktəbin tibb işçisi u1080 ilə əməkdaşlıq;
- fiziki tərbiyə dərslərinə və məşğələlərinə müsbət
münasibətin aşılanması;
- əməyin mühafizəsi qaydalarının, yol hərəkəti
qaydalarının, şəhərdə, məişətdə təhlükəsiz davranış qaydalarının şagirdlər
tərəfindən öyrənilməsinin təşkili;
- məzunların peşə seçmələrinə köməklik göstərilməsi;
- həftəlik sinif saatları keçirmək;
- hər tətildən sonra bir dəfə valideyn iclası
keçirmək;
- sinif, məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili;
- təhkim olunmuş kabinetdə sanitar-gigiyenik
vəziyyətin gözlənilməsi;
- hər bir hadisə barədə məktəb rəhbərliyinin operativ
şəkildə məlumatlandırılması, ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin
həyata keçirilməsi.
Kommunikativ iş:
- şagirdlər arasında şəxsi münasibətlərin
tənzimlənməsi;
- müəllim və şagirdlər arasında subyektlərarası
(subyekt-subyekt) münasibətlərin yaradılması.
- müəllim və valideynlər arasında kommunikativ
münasibətlərin tənzimlənməsi;
- sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi
ilə kommunikativ münasibətlərin tənzimlənməsi;
Təhlil-proqnozlaşdırma işi:
- uşaqların ailədə tərbiyə olunma şəraitinin
öyrənilməsi, sinfin sosial pasportunun tərtib edilməsi;
- şagirdlərin fərdi qabiliyyətlərinin və onların
inkişaf dinamikasının öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla iş;
- sinif kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin
müəyyən edilməsi.
Sinif rəhbərinin
iş formaları
Sinif rəhbərinin iş formaları yaranmış pedaqoji
vəziyyətdən asılı olaraq müəyyənləşdirilir.
- sinif kollektivinin dərsdənkənar, məktəbdənkənar
işinin, asudə və tətil vaxtı tədbirlərin (kollektiv yaradıcılıq işləri,
söhbətlər, debatlar, müşavirələr, tamaşalar, konsertlər, treninqlər, yarışlar,
yürüşlər və ekskursiyalar, müsabiqələr, ictimai-faydalı və yaradıcı əmək)
təşkili;
- fərdi iş (söhbətlər, məsləhətlər, fərdi köməyin
göstərilməsi, problemlərin həllinin birgə axtarışı);
- qruplarla (yaradıcı qruplar, uşaq parlamentləri,
özünüidarəetmə orqanları, şuralar) iş. Dərs saatı müəllim və şagirdlərin ünsiyyətinin
təşkili formasıdır və onun gedişində mühüm əxlaqi, mənəvi və etik problemlər
qaldırıla və həll edilə bilər. Şagirdlərlə iş formalarının
seçimində aşağıdakıları rəhbər tutmaq məqsədəuyğundur:
- işin mövcud dövrü üçün müəyyənləşdirilmiş tərbiyə məsələlərinin
nəzərə alınması;
- tərbiyə prosesinin təşkili prinsiplərinin, uşaqların
imkan, maraq və tələblərinin, xarici şəraitin, müəllim və valideynlərin
imkanlarının nəzərə alınması;
- tərbiyə işinin metod və formalarının məzmun
bütövlüyünün təmin edilməsi.
Sinif rəhbərinin
iş rejimi
Sinif rəhbərinin iş rejimi ümumtəhsil müəssisəsi
tərəfindən müəyyənləşdirilir və müəssisənin əsasnaməsində, daxili əmək intizamı
qaydalarında, cədvəldə, tədbirlər planında və digər rəsmi sənədlərdə –
protokollarda əks olunur.
Sinif rəhbərinin
işinin dəyərləndirilməsi meyarları
Sinif rəhbərinin işi səmərəliliyinə görə: məhsuldarlıq
və fəaliyyət meyarları əsasında qiymətləndirilir.
Məhsuldarlıq meyarı şagirdlərin sosial inkişafının səviyyəsini əks etdirir:
- şagirdlərin ümumi mədəniyyətinin, nizam-intizamının,
vətəndaş yetkinliyinin, əxlaqının, tərbiyəsinin səviyyəsi;
- sinif şagirdlərinin davamiyyəti (aşağı, orta,
yüksək), ona nəzarət və onun artım formaları;
- rahat psixoloji iqlim.
Fəaliyyət meyarı sinif rəhbəri üçün müəyyənləşdirilmiş sənədlərin mövcudluğu,
sənədləşdirmənin tələblərə müvafiq şəkildə aparılması sinif rəhbərinin
idarəetmə qərarlarının icrasını qiymətləndirmək imkanı verir:
- tərbiyə işinin planı, tərbiyələndirmədə konkret
vəzifələrin qoyuluşu və onların icrasını;
- tapşırıqları, dərnəklərdə, bölmələrdə məşğulluğu
qeydə alan sinif jurnalını;
- sinifdə dərslərə davamiyyətin jurnalda müntəzəm
qeydə alınmasına, dərslərin buraxılmasına nəzarət;
- şəxsiyyətin öyrənilməsinin psixoloji və pedaqoji
xəritəsi.
Şagirdlərlə
tərbiyə işinin təşkili
- kütləvi tərbiyə işləri;
- sinif kollektivinin məktəbin ümumi işlərində
iştirakı;
- sinfin məktəbdənkənar tədbirlərdə (rayon, şəhər
tədbirləri, müsabiqələr, ekskursiyalar və s.) iştirakının təşkili;
- şagird özünüidarəetmənin inkişafı;
- şagirdlərin sosial müdafiəsi;
- münaqişələri (şagird-şagird, şagird-müəllim) həll
etmək bacarığı;
- hər bir şagirdin (özü və ətrafdakılar üçün)
əhəmiyyətli fəaliyyətə cəlb olunması.
Valideynlərlə iş
- valideynlərlə birgə tədbirlər təşkil etmək;
- şagirdlərin ailələri ilə tanışlıq və ailələrlə fərdi işin təşkili.
Sinif rəhbərinin fəaliyyət sahələri
- tərbiyə işi, təhsil müəssisəsində, eləcə də şəhər, rayon çərçivəsində təcrübə mübadiləsi üzrə tədbirlərdə iştirak etmək;
- sinifdə şagirdlərlə, tədris prosesinin digər iştirakçıları ilə qarşılıqlı fəaliyyətdə olan pedaqoji işçilərlə birgə fəaliyyət göstərmək.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.