16 may 2014-cü il tarixli,
600 nömrəli əmri ilə təsdiq edilmişdir
MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI
1. Ümumi müddəalar
1.1. Müəllimlərin etik davranış qaydaları (bundan sonra - Qaydalar) təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakcıları ilə qarşılıqlı munasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.
1.2. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakcılarının etik
standartlar
modeli”nə uyğun hazırlanmışdır.
1.3. Bu Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara
uyğun tələbləri, təhsil prosesi iştirakcılarının qarşılıqlı munasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.
1.4. Bu Qaydalar bütün növ təhsil muəssisələrində calışan müəllimlərə
şamil edilir.
1.5. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil muəssisələrində sağlam
işguzar durumun bərqərar olmasına, vətəndaşların təhsil muəssisəsinə və muəllimə etimadının artırılmasına, təhsil muəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil muəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın
artırılmasına, təhsil muəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının
qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.
2. Etik davranış prinsipləri və onlara uyğun tələblər
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.
Qanunun aliliyi – müəllim vəzifə
funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının,
habelə Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan huquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
Vicdanlılıq – müəllim cəmiyyət
və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim
bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərcivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin
təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işcilərinə inamını artırmalı və möhkəmləndirməlidir.
Loyallıq – müəllim onun peşə vəzifəsinə
aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin
fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, cıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işguzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
Mədəni davranış – müəllim təhsilalanlarla,
rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim
peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli
və onlardan düzgün nəticə cıxarmalıdır. Müəllim səmimi, calışqan,
intizamlı, təşəbbuskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər
zaman səliqəli olmalıdır.
Qərəzsizlik – müəllim peşə vəzifəsini
yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil
prosesinin digər iştirakcılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə
yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.
Gender bərabərliyi – müəllim təhsil
və tərbiyə prosesində kişi və qadın cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə
davamlı olaraq əməl etməlidir.
İctimai etimad – müəllim peşə
nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış
qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai
etimadın bərpasına calışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti
barədə KİV nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.
Konfidensiallıq - qanunvericiliklə
nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların
valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.
3. Müəllim şəxsiyyəti
3.1. Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi və huquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir.
3.2. Müəllim təhsil sahəsində dovlət siyasətinin həyata kecirilməsində
iştirak edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin
edir.
3.3. Müəllim təhsilalanlarda fəal vətəndaş movqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycancılıq və dovlətcilik ruhunda tərbiyə edir,
müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır.
3.4. Müəllim əlavə təhsil və ozunutəhsil yolu ilə ixtisasını,
elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və gostəriciləri
uzrə araşdırma və təhlillər aparır, keyfiyyətin yuksəldilməsi və nailiyyətlərin
əldə edilməsi üçün təkliflərlə cıxış edir.
3.5. Müəllim yenilikcidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir və oz təcrubəsində tətbiq edir.
3.6. Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə gorə və
hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı ucun məsuliyyət
daşıyır.
3.7. Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların mədəni inikişafı prosesində birbaşa iştirak edir.
3.8. Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan
ictimai etimad və horməti doğruldur.
3.9. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, muəllim
nufuzunu yüksək tutur, ziyalılıq numunəsi göstərir.
3.10. Müəllim şəxsi numunəsi ilə təhsilalanlara Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına, dovlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və umumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf muhitə hormət və qayğı hissi aşılayır.
3.11. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hormətlə yanaşır, əsassız mühakimələrə yol vermir,
obyektivlik və qərəzsizlik numayiş etdirir.
3.12. Müəllim peşə fəaliyyəti
dovrundə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi
maraqları ucun istifadə etmir.
3.13. Müəllim bilərəkdən yalan, təhrif
olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən
və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır.
3.14. Müəllim təhsil muəssisəsinin
əmlakından səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil muəssisəsinə
məxsus əmlakdan (sinif otağı, tədris resursları, telefon,
kompyuter, mebel və s.) şəxsi maraqları üçün istifadə etmir.
3.15. Müəllim icra və əmək
intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzürsüz səbəbdən
işdən yayınmır.
3.16. Müəllim şəxsi həyatında
milli əxlaq, ictimai davranış normalarına riayət edir.
4. Münasibətlər
4.1. Təhsilalanlarla
münasibət
4.1.1. Müəllim təhsilalanlarla
münasibətdə qarşılıqlı hormətə əsaslanan ünsiyyət tərzi secməlidir.
4.1.2. Müəllim ozunə və təhsilalanlara
qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və musbət xarakter daşımalıdır.
4.1.3. Müəllim təmkinli
davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.
4.1.4. Müəllim təhsilalanlarda
müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim
texnologiyalarından və strategiyalarından istifadə etməlidir.
4.1.5. Müəllim hər bir təhsilalanın
sağlamlığını və rifahını duşunərək, onları zərərli vərdişlərdən cəkindirməlidir.
4.1.6. Müəllim təhsilalanların fəaliyyəti,
nailiyyətləri və kompetensiyalarının qiymətləndirilməsində obyektiv və
qərəzsiz olmalı, təhsilalanlarda özünəinam hissini mohkəmləndirməli,
motivasiyanı yüksəltməlidir.
Təhsilalanlara verilən qiymətin qərəzli
şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir.
4.1.7. Müəllim təhsilalanlara
qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini
etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa calışmalıdır.
4.1.8. Müəllim hər zaman nitqinə
fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir.
4.1.9. Müəllim təhsilalanlara
qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə
(və ya hərəkətsizliyə) yol verməməlidir.
4.1.10. Qanunvericilikdə muəyyən olunmuş hallar istisna olmaqla, muəllim təhsilalanlar tərəfindən ona
verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır.
4.1.11. Təhsilalanlarla munasibətdə
müəllim oz vəzifə səlahiyyətlərindən suiistifadəyə yol verməməlidir.
4.1.12. Müəllim peşə fəaliyyətini
yerinə yetirmək muqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi
nemətlər tələb etməməlidir.
4.1.13.Müəllim qanunvericiliklə
muəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti
(xidmətləri) muqabilində hədiyyə və ya pul tələb etməməlidir.
4.2. Kollektivlə
munasibət
4.2.1. Müəllimlər arasında
munasibət əməkdaşlıq və qarşılıqlı hormət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi
nufuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da
nufuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin
oz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir.
4.2.2. Müəllim oz həmkarının peşəkar
baxış və fikirlərinə hormətlə yanaşmalıdır.
4.2.3. Müəllim pedaqoji münasibətlərdə
əsassız munaqişə və mubahisələrə yol verməməlidir. Munaqişə yarandıqda
isə onun konstruktiv həllinə calışmalıdır.
4.2.4. Müəllim umumi vəzifələrin
icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir.
4.2.5. Müəllim həmkarlarının fəaliyyətini
duzgun qiymətləndirməli, onların səhvlərinə goz yummamalı, fikir və
baxışlarına yonəlmiş tənqidləri təhqirə çevirməməlidir, tənqid əsaslandırılmış,
dəqiq və xoşniyyətli olmalıdır.
4.2.6. Müəllim oz fəaliyyəti ilə
işlədiyi kollektivin nüfuzunun artmasına calışmalıdır.
4.3. Rəhbərliklə
munasibət
4.3.1. Müəllim vəzifəyə təyin
edilərkən və işlədiyi müddətdə rəhbərlik onu etik davranış qaydaları, korrupsiyaya
qarşı mubarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı
normativ hüquqi aktlarla tanış etməlidir.
4.3.2. Müəllim səlahiyyətləri
daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi
tapşırıqlarını yerinə yetirməyə borcludur.
4.3.3. Müəllim təhsil muəssisəsinin
rəhbərliyi tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər
normativ huquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı
yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə
və ya yuxarı orqana təqdim etməlidir.
4.3.4. Rəhbərliyin qanuni göstərişlərinin
müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə
səbəb olur.
4.3.5. Təhsil muəssisəsinin rəhbərliyi
kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət
daşıyır.
4.3.6. Rəhbərliyin muəllimlərlə
münasibəti qarşılıqlı hormət əsasında qurulmalıdır.
4.3.7. Rəhbərlik tərəfindən muəllim
əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərinə gorə olmalı, qərəzsiz
və ədalətli formada həyata kecirilməlidir.
4.3.8. Rəhbərliyin müəllimdən peşə
vəzifələrinin icrasına aid olmayan və ya şəxsi həyatı haqqında məlumatlar tələb
etməsi və yayması yolverilməzdir.
4.3.9. Müəllim rəhbərliyə öz həmkarları
barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı
verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir.
4.3.10. Təhsil muəssisəsinin rəhbərliyi
tərəfindən müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək
məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.
4.3.11. Rəhbərlik təhsil muəssisəsinin
fəaliyyətinə mənfi təsir gostərən munaqişələr və maraqların
toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış munaqişəni konstruktiv həll
etməyə calışmalı və nizam-intizam yaratmalıdır.
4.4. Valideyn və
qanuni numayəndələrlə munasibət
4.4.1.Müəllim valideyn və qanuni
numayəndələrin huquqlarını bilməli, mutəmadi olaraq onlara təhsilalanlarla
bağlı tovsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan munaqişələrin həllində
yardımcı olmalıdır.
4.4.2.Müəllim tərəfindən
valideynlərin qanunazidd hərəkətlərə sovq edilməsi yolverilməzdir.
4.4.3.Müəllim valideyn və digər
qanuni nümayəndələrlə hormətlə və nəzakətlə davranmalıdır.
4.4.4. Valideyn və qanuni numayəndələrlə
munasibətlər təhsilalanlarla münasibətlərə və onların nailiyyətlərinin
qiymətləndirilməsinə təsir göstərməməlidir.
4.4.5. Valideyn və qanuni numayəndələr
tərəfindən konüllü və qanuni yollarla təhsil muəsissəsinə edilmiş
yardım, muəllim - təhsilalan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə
təsir gostərməməlidir.
4.5. Müəllim və
cəmiyyət
4.5.1. Müəllim milli-mənəvi dəyərlərin,
mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal
uzvu olmalıdır.
4.5.2. Müəllim hər zaman cəmiyyətə
fayda verməyə calışmalıdır. Yalnız peşə fəaliyyətini həyata kecirərkən
deyil, butun hallarda munaqişələrə və yersiz mübahisələrə yol verməməli,
problemlərin həllinə, munaqişələrin qarşısını almağa calışmalıdır.
4.5.3. Müəllim vətəndaşlıq
borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə munasibətlər qurarkən
oz şəxsiyyətini qorumalı və mənfi təsir altına duşməməlidir.
5. Müəllim andı
5.1. And Azərbaycan Respublikası
ilə muəllim arasında acıq huquqi borc və sədaqət munasibətlərini təsdiq
edir.
5.2. Müəllim ilk dəfə daimi işə qəbul
olunarkən belə bir and icir: “Azərbaycan Respublikası Konstitusiyasına və
qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq
qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət
zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım,
təhsilalanlar, valideynlər və digər şəxslərlə munasibətləri
hormət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca
tutacağıma and icirəm.”
5.3. Andiçmə təntənəli şəraitdə
Azərbaycan Respublikasının Dovlət bayrağı altında Azərbaycan
Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
5.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.
6. Etik davranış
qaydalarına riayət olunmasının təmin edilməsi
6.1. Hər bir müəllim etik
davranış qaydalarına əməl etməyə borcludur.
6.2. Müəllimlər tərəfindən etik
davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilir
və bu Qaydalarla müəyyən edilmiş
tədbirlər görülür.
6.3. Təhsil müəssisəsinin rəhbərliyi:
6.3.1. yeni işə qəbul olunan muəllimləri
bu Qaydalarla tanış etməlidir.
6.3.2. müəllimlərin davranışının
bu Qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;
6.3.3. öz davranışı ilə Qaydalara
əməl olunmasında nümunə göstərməlidir.
6.3.4. pedaqoji kollektivi və ya
hər hansı bir müəllimi hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir.
6.3.5. Qaydaların pozulmasının
qarşısının alınması üzrə tədbirlər görməlidir.
6.3.6. pedaqoji kollektivə
Qaydaları izah etməli və müraciət edən hər bir müəllimə müvafiq tövsiyələr verməlidir.
6.3.7. bu Qaydaların pozulması
hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin
qanunvericiliyə uyğun intizam məsuliyyətinə cəlb edilməsi üçün
tədbirlər görməlidir.
6.3.8. Qaydaların pozulması
halları ilə bağlı həyata kecirilmiş tədbirlər barədə kollektivi və ictimaiyyəti məlumatlandırmalıdır.
6.3.9. bu Qaydaların pozulmasının
nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər
görməlidir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.