DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Şubat 2016 Perşembe

Tədqiqat işi zamanı buraxılan səhvlər


 Bu gün sizə tədqiqatın aparılması mərhələsində fasilitatorun etdiyi və ya edə biləcəyi səhvləri qeyd edəcəm. Tədqiqat mərhələsi bildiyimiz kimi dərsin ikinci mərhələsidir və motivasiya mərhələsindən sonra gəlir. Bu mərhələ dərsin ən önəmli mərhələlərindəndir. Çünki öyrənmə prosesi, təfəkkürün inkişafı, idrak fəallığı bu mərhələdədə davam edir. Tədqiqat mərhələsində adından da göründüyü kimi müəllim, şagirdlərin qarşısında tədqiqat apara biləcəkləri problem qoyur. Ancaq, bu problem qoyularkən müəllim çox diqqətli olmalıdır. Müəllim dərsin bu mərhələsinə hazırlaşmazdan əvvəl mərhələdə tələb olunan proseslərə hazırlaşır, tədqiqat sualını hazırlayır daha sonra isə tapşırıqları tədqiqat sualına müvafiq olaraq yazıb hazırlayır. Proses dərs zamanı da davam edir. Müəllim öyrətmə mühitində də mərhələnin tələb etdiyi məsələləri diqqtəli bir şəkildə yerinə yetirir. Bəzi hallarda nöqsanlara yol verilir ki, gəlin bu nöqsanlarla tanış olaq

Səhv.1  Müəllim bəzən elə düşünür ki, fəal təlim və qrup işi eyni şeydir. Bütün dərslər ancaq qruplarla həyata keçirilməlidir. Ancaq bu doğru deyil.  Bütün məşğələlər qrup işi formasında keçirilə bilməz.
Qrup işi, dərsin keçirilməsi formalarından sadəcə biridir.  Düzdür, vacib formadır, ancaq tək forma deyil.  Standartlardan, dərsin məqsədindən, mövzusundan, qarşıya qoyulmuş vəzifələrdən, materialın həcmindən, əldə olunması əvvəlcədən müəyyənləşdirilmiş nəticədən asılı olaraq, müəllim müxtəlif formalardan istifadə edə bilər. Bu formalar bildiyimiz kimi, qruplarla, kollektiv, fərdi və cütlərlədir.  Bu iş formaları sadaladığımız məsələlərə müvafiq olaraq istifadə edildikdə, proses düzgün yerinə yetirilmiş olur.

Səhv.2  Müəllim tədqiqat sualını elan etmədən tədqiqat üçün hazırladığı tapşırıqları şagirdlərə təqdim edir.

Tədqiqat sualı şagirdlərə elan edilməklə yanaşı, daimi olaraq onların diqqət edə biləcəkləri bir yerdən asılmalı və ya qeyd edilməlidir. çünki şagirdlər əslində nəyi araşdırdıqlarını, tədqiqatın gedişində yalnış istiqamətdə fikirlərinin yönəlməməsi üçün bu vacib amildir. Çünki, şagirdlər müəllimin verdiyi iş vərəqlərindəki tapşırıqları kortəbii olaraq, əslində nəyi araşdırmalı olduqlarını dərk etmədən həll edirlər. Bu isə onların sonrakı qrup müzakirələrinə mənfi təsir göstərəcəkdir.

Səhv.3  Müəllim tədqiqatın aparılması mərhələsinə başlayarkən (şagirdlərə tapşırıqları iş vərəqlərində təqdim edərkən)  tədqiqat üçün ayırdığı vaxtı şagirdlərə bildirmir.  Sonra isə vaxtın bitdiyini elan edir. Bu zaman müxtəlif problemlər yaranır. Qruplar işləri vaxtında təqdim edə bilmir, bir qrup digərindən daha tez və ya daha gec tapşırığı yerinə yetirir. Bəzən isə, şagirdlərin "arxayınlığı" dərsin xeyli vaxtının itməsinə səbəb olur.

Əslində isə müəllim, gündəlik planlaşdırmasını yazarkən, əvvəlcədən tədqiqat üçün nə qədər vaxt ayırdığını müəyyənləşdirir. Müəllim tədqiqatdan əvvəl bu vaxztı şagirdlərə bildirməlidir ki, şagirdlər əvvəlcədən vaxtlarını düzgün bölüşdürə bilsinlər. Eyni zamanda müəllim tədqiqatın gedişində şagirdlərə vaxtın nə qədər qalmasını da xatırlada bilər.

Səhv.4  Müəllim uşaqları qrup şəklində birləşdirir. lakin onun verdiyi tapşırıqlar müxtəlif fərziyyələrin yaranmasını nəzərdə tutmur, şagirdlərin marağına səbəb olmur, onları həvəsləndirmir, onları kollektiv müzakirəyə sövq etmir.  Nəticədə isə, şagirdlər tapşırıqları müstəqil olaraq həll edirlər.

Qrup işinin məqsədyönlü xarakter daşıması şagirdlərin işini pozur, şagirdlər də öz növbəsində müzakirə üçün sualdan məhrum olduqlarına görə bir-birləri üçün əngələ çevrilirlər.

Səhv.5 Müəllim tədqiqat və problemin həlli üçün zəruri şəraiti yarada bilmir. Problemi düzgün şəkildə qura bilmir.


  1. düzgün yönəldici suallardan istifadə etmir
  2. vacib olan informasiya mənbələrini şagirdlərə təqdim etmir
  3. tədqiqat işini düzgün qurmur
  4. idrak fəaliyyətini, şagirdlərin təfəkkürünü, yaradıcı təxəyyülünü inkişaf etdirmir
  5. şagirdləri psixoloji cəhətdən dəstəkləmir
  6. sadəcə konkret cavabı olan, hər hansı mənbə və ya kitabdan köçürmə şəraiti yarada bilən suallar olur
  7. "Hə" "Yox" cavabları tələb edən suallar olur. və s
Səhv.6 Müəllim bu mərhələdə şagirdlərin tədqiqat aparması fürsətindən yararlanmağa çalışaraq, başqa "işlərlə" məşğul olmağa çalışır. (Ev tapşırığını yoxlama və s tipli) 
Əslində isə, tədqiqatın aparılması mərhələsi müəllimdən daha çox diqqətli olmasını tələb edən vacib bir mərhələdir. çünki bu mərhələdə müəllim özünün fasilitator bacarıqlarını nümayiş etdirərək, şagirdlərə istiqamət verməli və onları yalnış gedə biləcəkləri istiqamətdən yayındırmalıdır. Bunun üçün müəllim, qrupların arasında gəzişməli, qrup daxilində gedən prosesləri izləməli, həm şagirdlərin fərd olaraq tədqiqatda necə iş apardıqlarına nəzarət etməli, həm də qrup olaraq əməkdaşlıqlarını gözdən keçirməlidir. Qrup daxilində baş verə biləcək müəyyən nöqsanları aradan qaldırma prosesində bu izləmə müəllimin köməyinı çatacaqdır.

Səhv.7 Müəllim, bumərhələdə şagirdlərə istiqamət verilməsini bəzən yalnış analayaraq, birbaşa problemin həllini öz edir. 
Əslində isə, müəllim qrup tapşırıqlarının həllini, cavabı birbaşa olaraq şagirdlərə açıqlamalı deyil. Əgər söhbət tədqiqatın aparılması mərhələsindən gedirsə, adından da görünüdüyü kimi, tədqiqatı şagird aparlamlı və müəyyən nəticəyə gəlməlidir. Müəllim sadəcə şagirdlərə istiqamət verə bilər. Cavabın düzgün həlli isə dərsin növbəti mərhələlərində aşkara çıxacaqdır.

Qeyd: Məqalə ilə bağlı əlavə suallarınız yaranarsa yorumlar bölməsində qeyd edə bilərsiniz.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar