DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

8 Kasım 2015 Pazar

Qiymətləndirmə Üsulları və vasitələri

QIYMƏTLƏNDIRMƏ ÜSULLARI
TAPŞIRIQLAR (Fəaliyyət növləri)
QİYMƏTLƏNDİRMƏ MEYARLARI
1
Söhbət
«Sən yay tətilini necə keçirdin, harada oldun?» mövzusu ətrafında şagirdlərlə söhbət aparmaq. Bu zaman şagirdlərin cavabları əsasında müəllim qeydiyyatlar aparır.
·         Nitqinin mükəmməl olması,
·         Söz ehtiyatının zəngin olması,
·         Danışarkən düzgün cümlə qurması,
·         Cümlələrin xüsusi intonasiya ilə deyilməsi
2
Müşahidə
1.Tənəffüslərdə müşahidələrin aparılması
(təmkinli, şıltaq, nadinc, ünsiyyətli və s.)

2.Dərs zamanı :
hərfləri hecalara birləşdirilməsi;
yeni sözləri  cümlədə   istifadə edilməsi;
10 çərçivəsində əks istiqamətdə sayması
1. Şagirdlərin davranış qaydalarına, nizam-intizamına riayət etməsi

2.hərfləri hecalarda düzgün birləşdirilməsi; yeni sözləri  cümlədə    düzgün istifadə edilməsi; 10 çərçivəsində əks istiqamətdə ardıcıl və sürətlə saymasi 
3
Müsahibə
Sözü anlama və ifadə etmə  bacarığının
 yoxlanılması (xoşbəxt, nikbin, ekologiya, sülh,
 mərdlik və s. nədir?)
·         Şərhin dəqiqliyi
·         İfadənin genişliyi

4

Tapşırıqlar
Şagirdlərə verilmiş hər hansı bir sualın yazılı cavabının tələb olunması
·         Cümlənin düzgün qurulması
·         Orfoqrafik səhvlərin sayı
Şagirdlər hər hansı bir olduğu yerin şəklini çəksinlər.
·         Rəsmin məzmunu
·         Rəsmin keyfiyyəti
Müəllim tərəfindən verilmiş düşündürücü açıq sualına cavab (əgər belə olsa, sən….).
·         İdeyaların sayı
·         Cavabın orijinallığı 
Məntiqi tapşırıqların həll edilməsi
·         Məntiqli cavablar
Üzündən köçürmə
·         Səhvlərin sayı
·         Səhvlərin keyfiyyəti (məs. kobud, səliqəsiz)
Mətn və lüğət üzrə imla
İfadənin və ya kiçik həcmli inşanın yazılması
  • Məlumatı dəqiq çatdırılması
  • Məlumatlılığın səviyyəsi
5
Özünüqiymətləndirmə
1. I sinifdə keçilən mövzular        əsasında tərtib
 olunmuş  testin təşkili. Müəllimin tərtibatı ilə 10-
20 sual  ətrafında cavablar faizlərlə  
 müəyyənləşdirilir.

Dərsdə öz fəaliyyətini smayliklarla qiymətləndir



1. Yaddaşın və keçilən materialın keyfiyyətli mənimsənilməsini yoxlamaq məqsədilə şagird verilmiş faiz bölgüsü ilə özünü qiymətləndirir.

Məsələn:
L - dərsi başa düşmədim
J - dərsdə fəal idim, hamisini anladım

6
Şagirdlərlə müəllim valideyn arasında əməkdaşlıq
Şagirdlərlə müəllim valideyn arasında
 əməkdaşlığı müəyyənləşdirən  anket
 sorğusunun aparılması.
  • Şagirdlərin ev şəraiti
  • Şagirdlərin fərdi xüsusiyyətləri

Üsullar
Vasitələr
Fəaliyyət növləri
Müşahidə
Müşahidə vərəqləri
Qrupda və ya cütlərdə iş
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları  üzrə  qeydiyyət vərəqi
Təqdimatlar

Tapşırıqvermə
Çalışmalar
Qrammatik tapşırıqlar
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Sorğuların yazılı doldurulması və ya şifahi müzakirəsi
Oxu
Dinləmə üzrə qeydiyyat vərəqi
Oxu üzrə  qeydiyyat vərəqi
Ev tapşırığı
Yazı
Yazı vərdişlərinin inkişafı üzrə  qeydiyyat vərəqi
Yoxlama köçürmələr
 İmlalar
 İfadə
Tədqiqat layihəsi
Meyar cədvəli
Müstəqil (yaradıcı) iş
Rubrik
Nailiyyət səviyyələri üzrə qiymətləndirilmə  şkalası
Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Qrup işi və ya fərdi tədqiqatın təqdimatı
Test
Test  tapşırıqları

Test tapşırıqların həlli

Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Özünüqiymətləndirmə vərəqlərin doldurulması

Şifahi təqdimat bacarıqlarının  qiymətləndirilməsi üzrə holistik   rubrik
Göstəricilər (səviyyə)
Meyarlar
Qeyd
4
Təqdimat yaxşı təşkil olunub. Məzmun bütünlükdə əhatə olunub  və həqiqətən  şagirdlərin birgə əməyinin məhsuludur.

3
Təqdimatın təşkili qənaətbəxşdir. Məzmun  müəyyən qədər əhatə olunub  və  şagirdlərin onun üzərində birgə çalışdığı məlum olur.

2
Təqdimatin təşkilatçılığı  zəifdir. Məzmun bir qədər əhatə olunub və qrupun kollektiv işlədiyi az hiss olunur.

1
Təqdimat qoyulmuş  məzmunu əhatə etmir.Təqdimatın  kollektiv işin nəticəsi olduğu hiss olunmur.


Şifahi təqdimat bacarıqlarının  qiymətləndirilməsi üzrə analitik  rubrik
Cəmi
Aspektlər
Göstəricilər
1
2
3
4
Təqdimatın məzmunu
Təqdimatın məzmunu ilə bağlı məlu­matı azdır və   suallara ca­vab  ver­mək­­də çətinlik çəkir.
Məlumatlar qeyri müvafiqdir və yalnız bəsit sual­ları cavabalandıra bilir.
Məlumatlar məzmuna  müvafiqdir, lakin bildiyini tətbiq edə bilmir.
Məzmunu ətraflı zah edir, tətbiq yollarını bilir və tətbiq edir.

Təqdimatın strukturu və təşkili
Auditoriya təqdimatı  çətin başa düşür, çünki məlumatların  ardıcıllığı zəifdir.
Şagird məlumatları ötürərək təqdim etdiyi üçün  auditoriya təqdimatı başa düşməkdə çətinlik çəkir.
Məlumatları auditoriyanın izləyə bilə­cəyi  ardıcıl­lıqda verir.
Məlumatları auditoriyanın izləyə biləcəyi ardıcıllıqla  və məntiqi şəkildə  verir.

Sinif ilə göz təması
Mətni  üzündən  oxuyur və sinif ilə göz təması qurmur.
Mətni müntəzəm olaraq kağızdan oxuyur və sinif ilə göz təması qurmaqda çətinlik çəkir.
Kağızdan bəzi hallarda istifadə edir  və əsasən sinif ilə göz təması qurur.
Mətnin məzmununu sərbəst danışır və davamlı olaraq sinif ilə göz təması qurur.

Təqdim etmə
İfadələri yanlış tələffüz edir və səsi zəif eşidilir.
İfadələri yanlış tələffüz edir, auditoriya təqdimatı eşitməkdə çətinlik çəkir.

Aydın səs tonundan istifadə edir, ifadələri düzgün və dəqiq tələffüz edir.

YEKUN


Fənn, standart  və aylar

Ana dili 1-ci sinif: Məzmun standartı 2.1.
Düzgün tələffüz bacarıqlarına yiyələndiyini nümayiş etdirir
oktyabr
noyabr
dekabr
Qiymətləndirmə alt-standartları  QS4
Şagirdlərin sayı: 20 nəfər
Q4 (2.1.3)
5
7
8
Q3 (2.1.3)
7
8
8
Q2 (2.1.1)
4
3
 3
Q1 (2.1.1)
4
2
1









Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar