Tarixin tədrisi metodikasının əsas inkişaf mərhələləri
XX əsrin
II yarısında keçmiş SSR ittifaqında tarixin tədrisi metdodikası elminin sürətli
inkişaf mərhələsi hesab olunur. Tarixin tədrisi metodikasının A.A.Vagin,
N.V.Korovkin, V.A.Orlov, O.E.Lebedev, J.P.Raxmanova və başqalarıtarixin tədrisi
metodikası üzrə xidmət göstərmiş şəxslərdir. Respublikamızda XX əsrin
ortalarından tarixin təlimi metodikasının praktik istiqamətlərində səmərəli fəaliyyət
göstərmiş- Lalə Əsədovanın, Nəzakət Mehdiyevanın Dəyanət Musayevin, Sabir
Ağayevin təqdirəlayiq xidmətləri olmuşdur. XXI əsrin əvvəllərində xüsusi qeyd
edilməli hadisə -respublikamızda ilk dəfə orta məktəbdə tarixin təlimi
metodikasından isə İ.Cəbrayılov doktorluq dissertasiyaları müdafiə etmişlər.
Gələcəkdə
cəmiyyətin inkişaf xüsusiyyətindən asılı olaraq tarixin tədrisi qarşısında daha
ciddi problemlər qoyulacaq. Fənnin məqsədi vətəndaş cəmiyyəti qurucuları
yetişdirməkdir. Bu cəmiyyəti qurmaqda və XXI əsrin nümunəvi vətəndaşını
formalaşdırmaqdır.
Orta məktəblərdə
tarixin təhsilinin inkişafı prosesinin öyrənilməsi bu inkişafın altı mərhələdən
ibarət olduğunu göstərdi. Həmin mərhələləri
aşağıdakı şəkildə ümümiləşdirdik.
Oktyabr
çevirilişinə qədərki mərhələ
1920-1934
cü illərdə Azərbaycan SSR orta məktəblərində tarix təhsili
1934-1959
cu illərdə məktəb tarix təhsili sahəsində qazanılmış ugurlar
1959-1965
ci illərdə məktəb tarix təhsili sahəsindəki dəyişikliklər . Azərbaycan
tarixinin tədrisi məsələləri
1965-1984
cü illərdə məktbə tarix tədirisinin təkmilləşdirilməsi istiqamətində həyata
keçirilən tədbirlər
1984-1991-ci
illərdə məktəb tarix təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən
tədbirlər
1991-1999cu
illərdə olan dövr- proqram və dərsliklərin
müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində təkmilləşdirilməsi
və yeniləşdirilməsi
1999-cu
il prezdent H. Əliyevin verdiyi fərmanı ilə “Azərbaycan Respublikasının təhsil
sahəsində “İslahat proqramı”nın təsdiqindən bu günlərədək həyata keçirilən tədbirlər.
Bu mərhələyə orta ümumitəhsil məktəblərində tarix təhsilinin müasir sistemi daxildir.
Təhsil sahəsində İslahat
Proqramı 1999-2013-cü illəri əhatə edir.
ki, Azərbaycanda
ümumi təhsil, əsasən, lüzumsuz olaraq elmlərin əsaslarının öyrədilməsinə yönəlib
və şagirdlərin
Kurikulum
islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.
Həmin
araşdırmalarda birmənalı şəkildə belə qənaət hasil edilmişdir
həyati
bacarıqlara yiyələnməsi üçün istiqamətləndirilməsi imkanları məhdudlaşıb.
Bundan əlavə, qloballaşan dünyanın prinsiplərinin əksi olaraq fənlərə daha çox
fundamental biliklər mənbəyi kimi baxılıb. Onların inkişafetdirici, tərbiyəvi
imkanlarına zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil kurikulumlarının
yenidən hazırlanması təklif olunub. Beləliklə, öyrədici innovasiya mərhələsində
görülmüş işlər Dünya Bankının rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığından
2003-2015-ci illəri əhatə edən, iki mərhələdə həyata keçirilməsi nəzərdə
tutulan və birinci mərhələdə 5 komponentdən ibarət olan ikinci layihə müəyyənləşdirilib.
"ümumi orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu" adlı
birinci komponentin alt-komponentlərindən biri kimi "Kurikulum
islahatı" təsdiq olunub. Əlavə təhsil sisteminin müasir tələblər səviyyəsində
qurulmasını “Təhsil haqqında” Azərbaycan respublikası Qanununun 24-cü maddəsinin
icrasını təmin etmək məqsədilə Azərbaycan respublikası Nazirlər
kabinetinin 6 sentyabr 2010-cu il
tarixli, 163 nömrəli qərarı ilə “Əlavə təhsilin məzmunu , təşkili və əlavə təhsilin
hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilmə qaydası çox əhəmiyyətli hesab edilir
2010cu
il 3 iyunda Azərbaycan Respublikası
ümumitəhsil pilləsinin dövlət standartları və kurikulumları haqqında Təhsil
haqqında qanun qəbul edilmişdir.
1920-ci il aprelin 28-də Azərbaycan
Demokratik Cümhuriyyəti devirib hakimiyyəti ələ alan kommunistlər də dərhal məktəb
sistemində, təlimin forma və məzmununda köklü dəyişikliklər etməyə başladılar.
İlk olaraq, mövcud məktəb sistemlərinin ləğvi, yeni tədris plan və
proqramlarının hazırlanması, yeni dərsliklər tərtib etmək, müəllim kadrları hazırlamaq
qarşıya məqsəd olaraq qoyulmuşdu.
İbtidai orta məktəblər politexnik məktəblərlə əvəz ediləcəkdi. Lakin bu
proqramlara diqqət yetirdikdə görülürdü ki, proqramlar yüksək səviyyədə tərtib
edilməmişdi. Proqramda Sovet hakimiyyətinin diyarşünaslıq materiallarına daha
çox yer verilmişdir. Ciddi nöqsanlarına baxmayaraq bu proqramın nəşri Azərbaycan
Sovet məktəbinin həyatında mühüm hadisə
idi. 1929-cu ildə təjsil müddətinin
artırılaraq 10 illik olması qərara alındı. Azərbaycan K(b)PMK-nın 20 may 1933 cü
il tarixli qərarında bu proqramın nöqsanları və onun RSFSR XMK-nın hazırladığı
proqramdan səviyyəcə xeyli aşağı olması qeyd edilərək ibtidai və orta məktəb
proqramlarının RSFSR-dəki proqram və dərs kitabları ilə uyğunlaşdırmağın lazım
gəldiyi göstərilirdi.
Azərbaycan
SSR XMK 1933/34 cü tədris ilində ibtidai və orta məktəblər üçün yeni tədris
planı qəbul etdi. Bu tədris planına əsasən ibtidai məktəblərdə tarix
keçilmirdi. Proqram sinxronolji qaydada tərtib edilmişdi və sovet
respublikalarından yalnız Rusiya tarixinin öyrənilməsinə həsr edilmişdir.
SSRİ-nin digər xalqlarının tarixi isə bir kənara atılmışdı. Bu və bu kimi
nöqsanlara görə bu proqram da qənaətbəxş deyildi. 1935-36 cı illərdə vahid tədris
planı hazırlanmağa başladı.
1939 cu
ildə VIII-X siniflər üçün də tarix proqramları rus dilindən tərcümə edildi. Həmin
proqramlar təkmilləşdirilərək 1941-ci ildə yenidən çap olundu. Beləliklə,
dövrün tələblərinə cavab verən stabil proqramlar üzrə dərs keçilməyə başlandı
Artıq bu dövrdə tarix təlimi metodikası problemlərinin qoyuluşunda və həlli
yollarının axtarılıb tapılmasında mərkəzlə regionlar, o cümlədən respublikalar
arasında fərqlər açıq aydın görünməyə başlayır. Qərardan sonra az bir zamanda tədris
proqramları hazırlandı dövrün tələblərinə cavab dərsliklər hazırlanmağa
başladı. Jurnallarda verilən məqalələr tədris proqramlarına uyğunlaşdırıldı. Azərbaycan
metodik fikrin inkişafında jurnalın rolu böyük idi. Jurnalda metodik işləmələr
, tövsiyyələr dərc olunurdu. Hətta tarixin tədrisi metodikasına dair problemlər
də dərc olunurdu. Jurnalda bəzi dərslik materiallarının çap olunmasına
baxmayaraq məktəblərdə şagirdlərin yeganə bilik mənbəyi müəllimin spzü idi. Müəllim
hər bir dərsdə mövzunun planını tərtib etdirir, onun məzmununu danışır, yaxud
yazdırırdı.Bacarıq və vərdişlərin formalaşdırıldığı aşağı siniflərdə müəllimlərin
vəziyyəti xüsusilə ağır idi. Tarixin tədrisi metodikası elmi sahəsində sənədlərlə,
xəritə və əyani vəsaitlərlə iş məsələlərinin tədqiqi gücləndirildi, sinifdənxaric
işlərin təşkilinə diqqət artırıldı.
50-ci
illərin sonu-60-cı illərin əvvəllərində məktəb tarix təhsilinin inkişafında
yeni mərhələ başladı. Stanilin şəxsiyyətinə pərəstişin ifşa edilməsi məktəb tarix təhsilinin
inkişafında mühüm rol oynadı
SSR-də
ümumi 8 illik təhsilə keçilməsi əlaqədar olaraq Sov. KP MK və SSRİ nazirlər Soveti “Məktəbdə tarixin tədrisində bəzi dəyişikliklər
edilməsi haqqında” 8 oktyabr 1959 -cu il tarixli qərar qəbul etdi. VII-VIII
siniflərdə SSRİ tarixi, IX –XI siniflərdə SSRİ tarixi, xarici ölkələrin yeni və
ən yeni tarixinin sistematik kursları
öyrənilirdi.”Azərbaycan SSR məktəblərində tarixin tədrisində bəzi dəyişiklər
edilməsi haqqında” 5 noyabr 1959-cu il tarixli qərar qəbul etdi. Bu qərarla IV vəVII-VIII siniflərdə tədris
edilən SSRi tarixi tərkibində Azərbaycan tarixinin öyrənilməsinə başlandı.
60-cı illərdə yeni dərslik tipi yaradıldı. 1964-cü ildə yenidən məktəbdə 10
illik təhsil sistemi bərpa olundu. Bununla əlaqədar olaraq, Sov. İKP MK və SSRİ
Nazirlər Soveti “Məktəbdə tədrisi qaydasının
dəyişdirilməsi haqqında” 14 may 1965-ci il tarixli qərarı qəbul etdi. Azərbaycan SSR Nazirlər Sovetinin 23 iyun 1965-ci il tarixli qərarına əsasən respublika tarixinin VII-VIII siniflərdə
elementar şəkildə tədrisi əvəzinə, VII-X siniflərdə sistematik şəkildə öyrədilməsinə
başlanıldı. Azərbaycan tarixinin tədrisinə dair tətqiqat işlər genişləndi.
Məktəblərdə Azərbaycan tarixinin tədrisi
keyfiyyətini yüksəltmək məqsədilə 1984-1985 –ci dərs ilindən başlayaraq orta məktəb
kursu üzrə tarix və ictimaiyyatdan buraxılış imtahanları biletlərinə Azərbaycan
tarixindən sullar daxil edilmişdir. Nəticədə şagirdlərin tarixi bilikləri dərinləşmiş,
onların Azərbaycan tarixinə marağı, müəllimlərin məsuliyyəti artmışdır.
1986-1987 ci dərs ilindən respublikada tarix yeni proqramla keçilməyə başladı.
Proqramlar ümumtəhsil məktəbi islahatının tələblərinə uyğun olaraq işlənilmişdi.
Azərbaycan tarixindən yeni proqramlar hazırlanması respublikada metodika sahəsində
mühüm vəzifə oldu. Proqramlar şagirdlərin dərketmə imkanları nəzərə
alınmaqla hazırlanmalı idi.
Azərbaycan dövlət
müstəqilliyi bərpa olunduqdan sonrakı dövrdə ümumi təhsilin məzmununun
yeniləşdirilməsi, təkmilləşdirilməsi və inkişafı sahəsində mühüm işlər
görülmüşdür. Müstəqil Azərbaycan dövlətinin banisi, ümummili liderimiz Heydər
Əliyevin 30 mart 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının
təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin
inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Dünya Bankının
vəsait qoyuluşunu təmin etmək və Azərbaycan Respublikasında təhsil sahəsində
islahatların aparılmasını təşkil etmək məqsədilə dövlət komissiyası
yaradılmışdır. Dövlət komissiyasına sədrlik Azərbaycan Respublikasının Təhsil
naziri Misir Mərdanova həvalə edilmişdir. Komissiyanın tərkibinə Azərbaycan
Respubklikasının dövlət nazirliklərinin və orqanlarının rəhbərləri və yüksək
rütbəli nümayəndələri daxil edilmişdir. Dövlər Komissiyasına Dünya Bankı ilə
birlikdə təhsil sahəsində islahat proqramının hazırlanması üçün öz nəzdində
işçi orqanının yaradılması və rəhbərinin təyin edilməsi tapşırılmışdır.
İşçi qrupu
tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”
hazırlanmış və 1999-cu ilin 15 iyununda ulu öndərimiz Heydər Əliyevin 168 saylı
sərəncamı ilə təsdiq edilmişdir. Təhsil sahəsində islahat proqramının əsas
məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə
təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil
sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin
Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş
tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan
dövlət siyasətini həyata keçirməkdən ibarət olmuşdur.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.