DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Ekim 2015 Pazar

Məktəb Mühazirəsi

Məktəb Mühazirəsi
Tarix dərsində mühakimə adətən, nağıletmə , təsvir, izahla uyğunlaşmış bir şəkildə
ünsürlərindən biri kimi irəli çıxır. əgər dərsdə nəzəri material əsas yer tutarsa, mühakimə geniş xarakter alır. Müəllimin şərhini  mühazirəyə yaxınlaşdırır. Mühazirə şərhi ardıcıl, sürətdə yeridilən və konkret tarixi materiala əsaslanan geniş nəzəri mühakimə, elmi, təhlil və ümumiləşdirmədən ibarətdir. Mühazirə şərhinə təhlil və ümumiləşdirmə müsahibə şəklində deyil, monoloq şəklində aparılır. Məktəb mühazirəsi ali məktəbdəki mühazirədən əsaslı sürətdə fərqlənir.
Əsas fərq odur ki, məktəb mühazirəsində müsahibə ünsürləri də olur. Məktəb mühazirəsi giriş müsahibəsindən başlanır. Mühazirənin gedişində müəllim öz şərhini dəfələrlə kəsərək sinif qarşısında şagirdlərdən düşünməyi tələb edən məsələlər irəli sürür. Məktəb mühazirəsi şərh edilmiş material üzrə son müsahibə ilə qurtarır. Məktəb mühazirəsinin xüsusiyyəti bir də bundadır ki, mühazirənin məzmununu şagirdlərin konspekt şəklində yazmasına müəllim bilavasitə rəhbərlik edir. Müəllim məktəb mühazirəsini ali məktəbdə mühazirəçinin sürətindən yavaş sürətlə aparır
     1. Mühazirə elmi cəhətdən qüsursuz olmalıdır.
     2.  Mühazirə dərsliyin məzmunundan daha geniş olmalıdır
     3.  Mühazirə şagirdlərdə keçmişin canlı təsvirini yaratmalıdır. 
     4.Mühazirə şagirdləri düşünməyə öyrətməli, tarixi hadisələri araşdırmaq və  ümumiləşdirmək nümunələri verməli, şagirdlərdə tarixi təfəkkür yetişdirməlidir.

    5.   Mühazirənin şagirdlərə çatması üçün müəllim öz dili üzərində çox işləməlidir.
    Mənbə: Vagin



0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar