DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

19 Ekim 2015 Pazartesi

İş Formaları

Fəal təlim metodları üzərində qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan  yaradır və bu zaman onlar özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər. Fəal təlim məktəbəqədər yaşlı uşaqların inkişaf etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar. 

Fəal təlim metodlarından istifadə tədris prosesinin təşkilinə, tərbiyəçi-uşaq münasibətlərinə yeni məzmun gətirir, tərbiyəçi-uşaq münasibətlərinin dəyişdirilməsini, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını təmin edir. Məktəbəqədər təhsil müəssisələrində fəal təlim metodlarları ilə aparılan məşğələlərin aşağıdakı ardıcıllıqla həyata keçirilməsi məqsədəuyğun hesab edilir: 


İş formaları. 
İş formaları dedikdə fərdi, cütlərlə, qruplarla və kollektiv iş nəzərdə tutulur. 
Fərdi iş uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların müstəqil fəaliyyət göstərməsi üçün imkan yaradır. 
Cütlərlə iş zamanı uşaqların hər hansı problemin həllində biri-birinə köməklik göstərmələrinə, əməkdaşlıq etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaranır. 
Qruplarla  (3-4 nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar müstəqil fikir söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər. 
Kollektiv iş zamanı kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ bacarıqların inkişafı təmin edilir. 
Bəzən fəal təlimin iş formaları ilə metodları(strategiyaları) qarışıdırılır
Fəal təlimin iş formaları aşağıdakılardır.
Fərdi, cütlərlə, bütün siniflə və qruplarla iş.
Bir çoxları qrup iş formasını yeni təlim metodu kimi başa düşür. Fəal təlim zamanı daha çox istifadə olunan, qrup işi formasıdır. Bu iş forması şagirdlərə problemin birgə həll edilməsini, bir birnin fikrinə hörmətlə yanaşmağı, müstəqil öyrənməyi, sərbəst fikir söyləməyə öyrədir. Ənənəvi dərslərdə psixoloji tipindən asılı olaraq dərsi bildiyi halda, sinif qarşısına çıxanda çaşıb qalır, cavab verə bilmirlər. Nəticədə dərsin vaxtı gedir, şagir disə mənəvi psixoloji travma alır. Fəal təlimdə bu cür fəsadlar olmur.  Yalnız işgüzar səs-küyün olması müəyyən narahatçılıq yaradır. Müəlliminin pedoqoji ustalığı özünün göstərərsə bu problemlər aradan qalxır. 
Qrup işini müxtəlif varinatlara ayırmaq olar:
1. Bütün qruplar ümumi mövzu ətrafında müxətlif tədris materialı ilə işləyirlər
2. Bütün qruplar eyni vaxtda bir tədris materialı üzərində işləyirlər.
3. Eyni material üzərinə qruplar növbə ilə işləyirlər. 

Qrupda iş şagirdləri problemin birgə həll edilməsinə öyrədir hər bir kəsə fikrini sərbət söyləmək və digərləri tərəfindən dinlənilmək imkanı yaradır.  Bu iş forması digər insanların mövqelərinə hörmətlə yanaşmağı öyrədir, hər bir şagirdin təlim prosesinə cəlb edilməsini təmin edir. Bütün uşaqlar öz imkanlarını nümayiş etdirməyə, şərait yaradır. Şəxsi inkişafları üçün imkanı təmin edir. Qrupda iş və müstəqil öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsinə, təlimin fərdiləşdiləşdirilməsinə imkan yaradır. Və tam mənada şəxsiyyət kimi hiss etməsinə imkan verir. 

Müəllim aşağıdakı prinsiplərə riayət etməlidir.


  • İşin təşkilini dəqiq fikirləşməli
  • Qrup işinin faydalarını şagirdlərə başa salmalı
  • Qrup işinin məqsədlərini tam təsəvvür etməli
  • İş üçün lazım olan materialları əvvəlcədən hazırlamalı
  • Qrupda iş qaydalarına riayət edilməsinə nəzarət etməli
Müəllim sinfi qruplara bölərkən, hər qrupda 4 və ya 6 nəfər şagirdin olmasını təmin etməlidir
Qrupların sayı isə 4-5 olmalıdır. Qrupların sayı çox olarsa, işin nəticələrinin təqdim olunması vaxtı uzanar, qrupda iştirakçıların sayının çoxlugu isə onun işində fəal iştirak imkanını məhdudlaşdırar. Qrup tərkibini müəllim müəyyən etməlidir.  Əvvəlcədən şagirdləri qruplara necə böləcəyini planlaşdırmalıdır. Əgər nəticə əhəmiyyətli dərəcədə qrupların tərkibindən asılı olacaqsa, o, çox böyük ustalıqla qrup bölgüsü zamanı öz təsirini göstərməlidir. Qrupların tərkibi mümkün qədər müxtəlif olmalıdır. Bütün məsələlər üzrə differiensiallaşdırılmış qruplar təşkil etmək olar. Qrupları təşkil edərkən, "zəif" və "güclü", "yaxşı" və "pis" qrupların yaranmasına imkan verməmək, dostları ayırmaq prinsipinə riayət etmək vacibdir. 
Müəllim imkan daxilində tez-tez qrupların tərkibini dəyişməyə çalışmalıdır. Şagirdlərin həmişə eyni tərkibdə işləmələrinə yol verməməlidir. Müəllim qruplara bölmənin cazibədar üsulunu tapmalıdır. Artıq 3-cü bölmədə eyni bir üsul şagirdlər üçün darıxdırıcı olur.
Qruplarda işi nəcə aparmalı?

1.  Şagirdləri 4-6 qrupa bölürük.( Hər qrupda 4-6 nəfər olmaq şərtilə)
2. Qruplar ayrı-ayrı masaların arxasında əyləşirlər. 
3. Müəllim müzakirə olunan mövzu ilə əlaqədar bir və ya iki sual (tapşırıq) qoyur, qrupunun işinin nəticələrinin nümayişi üsullarını aydınlaşdırır, həmçinin işin görülməsi üçün vaxt müəyyən edir. 
4. Şagirdlər gördükləri işi təqdim etmək üçün, öz aralarında, bir nəfəri seçirlər, nəticə qeyd edilir və təqdim edilir.
5. Müəllim qrupun işinin gedişini müşahidə edir, onun qərarının düzgün qəbul olunduğuna əmin olur, suallara cavab verir, iştirakçıların onun kööməyinə ehtiyacları varsa, əlavə təlimatlar verir. 
6. Verilmiş vaxt bitdikdən sonra, müəllim işi dayandırır və məruzəçilərdən nəticələri bildirməyi xahiş edir. 
7. Müəllim ümumi diskussiyanı idarə edir, qrupların işinin yekunlarını tutuşdurur və ümumiləşdirir və s
Qruplara bölmənin üsulları.

  • Rəqəmləri saymaqla (4-dən 6-ya qədər saymaqla)
  • Meyvə adları saymaqla (alma, armud, nar, heyva, banan)
  • Həndəsi fiqurları paylamaqla( kvadrat, düzbucaqlı, üçbucaq, dairə, romb və s)
  • Rəngli fiqurları paylamaqla (qırmızı, sarı, göy, yaşıl və s)
  • Fərqli konfetlər paylmaqla (ibtidai siniflərdə)
  • Şəklin hissələrinin yığılması, hər iş iştirakçı şəklin bir hissəsini alır və iştirakçılar şəklin hissələrini bir yerə yığıb, tam pazlı almalıdırlar və s)



 Bunlar qruplara bölgünü ən sadə üsullarıdır. Daha mürəkkəb qrup bölgüləri də var
Bu zaman hər fənnə aid əvvəlki dərslə bilikləri almaq olar.



Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar