DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Təhsil işçilərinin qulluqçu vəzifələri


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçasına (hissə 75) əlavələr edilməsi barədə
Qərar № 22-4
28 oktyabr 1999-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə Ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçalaranın işlənib hazırlanması haqqında» 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası qərara alır:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası»nın (hissə 75) «Ali məktəblər» bölməsinə «Rejim üzrə nəzarətçi» vəzifələri əlavə edilsin (əlavə olunur).
Kollegiyanın sədri
Ə. NAĞIYEV
«Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2000-ci il, № 1) («VES Consultancy» LLC).

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən
08 noyabr 1999-cu il tarixdə
qeydə almışdır.
Qeydiyyat № 193
Nazir
S. C. HƏSƏNOVA
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi kollegiyasının
28 oktyabr 1999-cu il tarixli
22-4 №-li qərarı ilə
təsdiq edilmişdir
Nazir
Ə. NAĞIYEV
Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrini Vahid Tarif İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr
Elmi katib
Vəzifə borcu:
Elmi Şuranın iş planının layihəsini hazırlayır. Elmi Şuranın işini və iclasların keçirilməsini təsdiq edilmiş plana uyğun təşkil edir.
Elmi Şuranın iclaslarını hazırlayır. İclasda müzakirə olunacaq Məcələlərə dair lazımi materialları şuranın üzvlərinə əvvəlcədən çatdırır. Elmi Şurada baxılacaq məsələlərə dair uyğun sənədləri yoxlayıb qəbul edir.
Elmi Şuranın protokollarını tərtib edir və sədrlə birlikdə imzalayır. Həmin protokolların və digər lazımi sənədlərin saxlanılmasını təmin edir.
Ali təhsil (elmi-tədqiqat) müəssisəsinin əsas iş istiqamətlərinin müəyyənləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, əməyin təşkilinin yaxşılaşdırılması üzrə planların və proqramların işlənməsində əlaqələndirməni təmin edir.
Elmi adların verilməsi ilə əlaqədar Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayır.
Elmi ezamiyyədə olan əməkdaşların hesabatlarını müvafiq qaydada qəbul edir.
Respublikanın, eləcə də xarici ölkələrin təhsil müəssislərindən daxil olan elmi işlərə rəylərin yazılmasını təşkil edir.
Elmi Şuranın qərarlarının yerinə yetirilməsinə nəzarət edir.
İlin sonunda Elmi Şuranın işi haqqında hesabat hazırlayır və şuranın sədrinə təqdim edir.
Bilməlidir:
Dövlət və hökumətin elm və təhsilə aid qanunlarını, o cümlədən «Azərbaycan Respublikası Təhsil Qanunu»nu, qərar və sərəncamlarını; Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamə, təlimat, tövsiyə, normativ aktları və digər sənədləri; başqa təşkilat və müəssisələrlə birgə iş yerinə yetirilərkən müqavilənin tərtibi məsələlərini, elmi və elmi-pedaqoji kadrların əməyinin təşkili və elmi-tədqiqat işlərinin idarə edilməsi metodlarını, kargüzarlıq işinin təşkili üzrə rəhbər materialları, əmək mühafizəsi və təhlükəsizlik texnikasının, istehsalat sanitariyasının və yanğından mühafizənin qayda və normalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
  • 17-ci dərəcə-elmlər doktoru, professor;
  • 16-cə dərəcə-elmlər namizədi, professor;
  • 15-ci dərəcə-elmlər namizədi, dosent;
  • 14-cü dərəcə-elmlər namizədi, baş müəllim.
Xususi peşə məktəbində rejim üzrə nəzarətçi
Vəzifə borcu:
Peşə məktəbində tərbiyə olunan şagirdlər üçün dərsdən sonra müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir, şagirdlərin daxili davranış qaydalarına riyaət etmələrinə nəzarət edir. Davranış qaydaları ilə əlaqədar şagirdlərlə profilaktik iş aparır, şagirdlərin davranış qaydalarında ciddi pozuntular yarandığı hallarda məktəbin rəhbərliyinə məlumat verir.
Məktəbdə tərbiyə olunan hər bir şagirdə diqqət və qayğı göstərir. Şagirdlərin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün tədbirlər planının hazırlanmasında iştirak edir.
Hər bir şagirdin psixologiyasına uyğun münasibət yaratmağı bacarmalı və onunla şəxsiyyət kimi davranmalı və cəmiyyətə yararlı insan tərbiyələndirməlidir. Şagirdlərdə əməyə məhəbbət ruhu yaratmalıdır.
Şagirdlər tərəfindən məktəbin bina, qurğu və digər vasitələrinin qorunması onların vaxtından əvvəl sıradan çıxarılmaması üzrə tərbiyəvi iş aparır. Müəyyən işlər görülərkən əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinin şagirdlər tərəfindən yerinə yetirilməsinə nəzarət edir.
Qadağan olunmuş əşya və məmulatların şagirdlər tərəfindən əldə edilməsinin və ya onlara verilməsinin, eləcə də onlardan istifadə edilməsinin qarşısını alır.
Bilməlidir:
«Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununu, xüsusi peşə məktəbinə dair qərar, göstəriş və təlimatları, şagirdlərlə davranış qaydalarını, tərbiyə üsul və metodlarını, məktəbdə nəzarət etdiyi qrupdakı şagirdlərin ad və soy adını, onların psixologiyasını, fərdi xüsusiyyətlərini, peşə məktəblərində gigiyena və təhlükəsizlik texnikası qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
  • 7-ci dərəcə-orta ixtisas təhsilli, ən azı bir il iş stajı;
  • 8-ci dərəcə -orta ixtisas təhsilli, 3 ildən yuxarı iş stajı.


© VES Consultancy LLC


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar