DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

İnformatika Kurikulumu

Vəsaiti yükləmək üçün
 şəkilin üzərinə toxun
 İnformatika1.2. Məzmun xətləri
İnformatika fənni üzrə məzmun xətti ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən əsas məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Bu məzmun xətləri şagirdlərin öyrənəcəyi materialı daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.
Mövcud dünya təcrübəsinin öyrənilməsi və təhlili əsasında informatika fənni təliminin aşağıdakı məzmun xətləri müəyyənləşdirilmişdir:
İnformasiya və informasiya prosesləri
Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri
Cəmiyyətin informasiyalaşdırılması


1.4. Fəaliyyət xətləri
İnformatika fənni üzrə məzmun standartlarının reallaşdırılması aşağıdakı fəaliyyət xətləri üzrə həyata keçirilir:
Problemin həlli
Mühakimə yürütmə və əsaslandırma
İnformasiya mübadiləsi və məsləhətləşmə
Tədqiqetmə və tətbiqetmə
Təqdimetmə

1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir;
sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.
kompüter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir;
 kompüterdə sadə əməliyyatları icra edir;
 kompüterdə sadə şəkillər və fiqurlar çəkir;
 kompüterdə sadə mətnlər yığır;
 cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.

1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. Sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Verilmiş sadə informasiyaları şərh edir.
1.1.2. Sadə informasiyaları təsvir formalarına görə fərqləndirir.
1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir.
1.1.4. Müxtəlif informasiya mənbələrinə aid nümunələr göstərir.
1.2. Oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Verilmiş informasiya əlamətlərinə görə əşyaları fərqləndirir.
1.2.2. Verilmiş əşyanın əlamətlərini şərh edir.
1.2.3. İki və daha çox əşya arasında münasibətləri (oxşar, fərqli, az, çox, ağır, yüngül, böyük, kiçik, uzun, qısa, qarşıda, arxada, yuxarıda, aşağıda, sağda, solda, ortada) müəyyən edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.
2.1.1. Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələr göstərir.
2.1.2. Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından hissələrə ayırır.
2.1.3. Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izah edir.
2.2. Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. “Doğru” və “yalan” mülahizələri fərqləndirir.
2.2.2. Sadə mühakimələrin inkarını qurur.
2.2.3. Təqdim olunanlar arasından mümkün hərəkət variantlarını göstərir.
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompüterin əsas hissələrini ona tanış olan oxşar əşyalarla (televizor, telefon, pult) müqayisə edir.
3.1.2. Kompüterlə iş prosesində tələb olunan ümumi təhlükəsizlik texnikası qaydalarını sadalayır.
3.1.3. Kompüterin əsas hissələrinin təyinatını sadə formada izah edir. 
3.2. Kompüterdə sadə əməliyyatları icra edir.
3.2.1. Kompüteri işə salır, sadə menyuları seçir, bağlayır.
3.2.2. Kompüterin sadə qurğuları ilə (klaviatura və maus) davranır, onların düymələrindən istifadə edir.
3.2.3. Kompüterdəki sadə proqramları (kalkulyator, bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) işə salır və bağlayır.
3.2.4. Kalkulyator proqramında sadə hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompüterdə oyun tipli sadə proqramlarla işləyir.
3.2.6. Kompüterin sadə qurğuları ilə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompüterdə sadə şəkillər və fiqurlar çəkir.
3.3.1. Alətlər qutusundakı sadə alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə bacarığı nümayiş etdirir.
3.3.2. Şəkil və fiqurların elementlərini çəkir.
3.3.3. Sadə şəkillər və fiqurlar (düz və əyri xətt, dördbucaqlı) çəkir.
3.3.4. Çəkdiyi şəkilləri yadda saxlayır.
3.3.5. Çəkdiyi şəkilləri iş masasında müxtəlif formalarda yerləşdirir.
3.4. Kompüterdə sadə mətnlər yığır.
3.4.1. Kompüterdə böyük, kiçik hərfləri, rəqəmləri və durğu işarələrini yığır.
3.4.2. Kompüterdə söz və söz birləşmələrini yığır.
3.4.3. Kompüterdə sadə mətnləri yığır.
3.4.4. Redaktə xarakterli sadə tapşırıqları yerinə yetirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. Cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. İnformasiya vasitələrini sadalayır.
4.1.2. İnformasiyanın əhəmiyyətini sadə formada şərh edir.
4.1.3. İnformasiya vasitələrinin rolunu izah edir.
II sinif
II sinfin sonunda şagird:
 informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
 obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
 sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir;
 sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir;
 kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir;
 kompüterdə əməliyyatları icra edir;
 kompüterdə müxtəlif şəkillər çəkir;
 kompüterdə mətnlər yığır;
 cəmiyyətdə informasiya proseslərinin əhəmiyyətini anladığını nümayiş etdirir.

1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Cansız və canlı təbiətdəki informasiyalara aid misallar göstərir.
1.1.2. İnformasiyanın ötürülmə vasitələrini sadalayır.
1.1.3. Verilmiş informasiyaların təsvir formalarını və mənbələrini izah edir.
1.1.4. İnformasiya mübadiləsi prosesini sadə misallarla izah edir.
1.2. Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Müxtəlif obyektlər qrupundan oxşar və fərqli əşyaları seçir.
1.2.2. Müxtəlif obyektlər qrupundakı əşyaların oxşar və fərqli əlamətlərini izah edir.
1.2.3. Müxtəlif obyektlərin içərisindən oxşar əlamətlərinə görə əşyaları qruplaşdırır və adlandırır.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.
2.1.1. Şərh olunan hərəkətlər, hadisələr ardıcıllığını hissələrə ayırır.
2.1.2. Təbii hadisələrin başvermə ardıcıllığını nümunələr əsasında şərh edir.
2.1.3. Sadə hərəkətlər, hadisələr ardıcıllığında buraxılan səhvləri müəyyənləşdirir.
2.2. Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. “Doğru”, “yalan”, “qeyri-müəyyən” mülahizələrə aid misallar göstərir.
2.2.2. Verilmiş mühakimələrin “doğru”, “yalan” və ya “qeyri-müəyyən” olduğunu müəyyənləşdirir.
2.2.3. Sadə və qısa yolları seçməklə hərəkət variantlarını müəyyənləşdirir.
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompüterin əsas hissələrinin təyinatını izah edir.
3.1.2. Kompüterlə iş prosesində tələb olunan ümumi qaydaları və texniki təhlükəsizlik qaydalarını izah edir.
3.2. Kompüterdə əməliyyatları icra edir.
3.2.1. Klaviatura və mausla iş üzrə sadə bacarıqlar nümayiş etdirir. 
3.2.2. Kompüterdə sadə əməliyyatları (proqram pəncərələrini açıb-bağlamağı, bükməyi, böyüdüb-kiçiltməyi) iş prosesində icra edir.
3.2.3. Kompüterdəki sadə proqramların (kalkulyator, bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) idarəetmə panelində dəyişiklər edir.
3.2.4. Kalkulyator proqramında müvafiq hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompüterdə oyun tipli proqramlarla işləyir.
3.2.6. Kompüterdə müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompüterdə müxtəlif şəkillər çəkir.
3.3.1. Alətlər qutusundakı əsas alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə bacarığı nümayiş etdirir.
3.3.2. Müxtəlif şəkillər və fiqurlar çəkir.
3.3.3. Çəkdiyi şəkil və fiqurlar üzərində sadə redaktə işlərini yerinə yetirir.
3.3.4. Çəkdiyi şəkillərə mətnlər daxil edir.
3.3.5. Kompüterin yaddaşındakı şəkilləri ekrana çıxarır.
3.4. Kompüterdə mətnlər yığır.
3.4.1. Müəllimin təklif etdiyi müvafiq mətni yığır.
3.4.2. Mətnlərdə hərflərin ölçüsünü, formasını, rəngini dəyişir.
3.4.3. Yığdığı mətnlərdə müvafiq redaktələr edir.
3.4.4. Yığdığı mətni kompüterin yaddaşında saxlayır.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1.Cəmiyyətdə informasiya proseslərinin əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. İnformasiya mənbələrini sadalayır və onları fərqləndirir.
4.1.2. İnformasiya proseslərini və onların əhəmiyyətini sadə formada izah edir.
4.1.3. İnformasiya vasitələrinin tətbiq sahələrini nümunələr əsasında şərh edir.
III sinif
III sinfin sonunda şagird:
 informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
 obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
 hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığı nümayiş etdirir;
 məntiqi mühakimələri anladığını nümayiş etdirir;
 kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir;
 kompüterdə əməliyyatları icra edir;
 kompüterdə müxtəlif şəkillər çəkir;
 kompüterdə mətnlər yığır;
 cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.

1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Təbiət və cəmiyyətdəki informasiyalara, informasiya proseslərinə aid nümunələr göstərir.
1.1.2. Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir.
1.1.3. Müvafiq şəraitə uyğun informasiyanın müxtəlif ötürülmə vasitələrini seçir.
1.1.4. Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah edir.
1.2. Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini müəyyən edir.
1.2.2. Oxşar obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini izah edir.
1.2.3. Qrupdakı obyektlərin əlamətlərini kəmiyyət baxımından müəyyən edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığı nümayiş etdirir.
2.1.1. Hərəkəti, hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etməyin mümkünlüyünü izah edir.
2.1.2. Söz, işarə və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini təqdim edir.
2.1.3. Sadə hərəkət fəaliyyətini (xətti, budaqlanan və dövri) icra edir.
2.2. Məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. “Hamısı”, “heç biri”, “bəzisi” sözləri daxil olan mülahizələr söyləyir.
2.2.2. Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar seçir.
2.2.3. Verilmiş informasiya əsasında obyekti təsvir edir.
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompüterin əsas qurğularının (klaviatura, maus, monitor, sistem bloku) funksiyalarını ümumi şəkildə şərh edir.
3.1.2. Kompüterin əsas qurğuları ilə iş zamanı tələb olunan ümumi qaydaları və texniki təhlükəsizlik qaydalarını izah edir.
3.2. Kompüterdə əməliyyatları icra edir.
3.2.1. Klaviatura və mausla işləmək bacarıqları nümayiş etdirir.
3.2.2. Kompüterdə zəruri əməliyyatları (iş masasında qovluq yaratmaq, hesablamalar aparmaq, proqram pəncərəsinin elementləri ilə iş) icra edir.
3.2.3. Əlavə məlumatlar almaq üçün kompüterdəki sadə proqramların (kalkulyator, bloknot, sadə qrafiki və mətn redaktorları, sadə oyunlar) arayış menyusundan istifadə edir.
3.2.4. Kompüterin yaddaşından istifadə etməklə kalkulyator proqramında sadə hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompüterdə sadə öyrədici tipli proqramlarla işləyir.
3.2.6. Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompüterdə müxtəlif şəkillər çəkir.
3.3.1. Alətlər qutusundakı alətlərdən istifadə bacarığı nümayiş etdirir.
3.3.2. Rənglər qutusunda yeni rəng çalarları yaradır.
3.3.3. Şəkil çəkilən səhifənin müvafiq parametrlərini müəyyənləşdirir.
3.3.4. Müxtəlif şəkillərin (mozaikalar, naxışlar) çəkilməsində müvafiq əməliyyatları (fraqmentlər kəsib götürmək və ya surətini çıxarmaq) yerinə yetirir.
3.3.5. Çəkdiyi şəkilləri çap etmək üçün müvafiq parametrləri müəyyənləşdirir.
3.4. Kompüterdə mətnlər yığır.
3.4.1. Yığdığı və ya hazır mətnlər üzərində müvafiq əməliyyatları (mətnin bir hissəsini kəsib götürmək, surətini çıxarmaq, mətnə şəkillər daxil etmək, zəruri hallarda müəyyən sözləri tapıb yenisi ilə əvəz etmək) yerinə yetirir.
3.4.2. Müxtəlif mətnlərdən istifadə etməklə yeni mətn (mətnlər) yaradır.
3.4.3. Mətn yığılan səhifənin müvafiq parametrlərini müəyyənləşdirir.
3.4.4. Sadə formatlaşdırma bacarıqları nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. Cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. Ətraf aləmdəki informasiya mübadiləsinin əhəmiyyətini sadə nümunələrlə izah edir.
4.1.2. Müvafiq mərhələdə istifadə etdiyi kompüter proqramlarının əhəmiyyətini izah edir.
4.1.3. İnternetdən istifadə etməklə informasiya əldə edir.
IV sinif
IV sinfin sonunda şagird:
 informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
 obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
 sadə alqoritmləri anladığını nümayiş etdirir;
 məntiqi mühakimələri anladığını nümayiş etdirir;
 kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir;
 kompüterdə əməliyyatları icra edir;
 kompüterdə müxtəlif şəkillər çəkir;
 kompüterdə mətnlər yığır;
 cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.

1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötürülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Cəmiyyətdə və texniki sahələrdəki informasiyaya, informasiya proseslərinə aid nümunələr göstərir.
1.1.2. Cəmiyyətdə və texniki sahələrdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir.
1.1.3. İnformasiya ötürülməsinin müxtəlif üsul və vasitələrini şərh edir.
1.1.4. Müvafiq şəraitə uyğun informasiyanın ötürülməsi vasitələrindən istifadə edir.
1.2. Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1.Müxtəlif qrupdakı əşyaları əlamətlərinə görə ümumiləşdirir.
1.2.2. Obyektlər qrupundan olan əşyaların əlamətlərini cədvəl şəklində təqdim edir.
1.2.3. Qrupdakı obyektlərin əlamətlərini keyfiyyət baxımından izah edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Sadə alqoritmləri anladığını nümayiş etdirir.
2.1.1. Alqroritmin, alqroritmləşdirmənin mahiyyətini və təyinatını sadə formada izah edir.
2.1.2. Xətti və budaqlanan alqoritmləri sadə nümunələrlə izah edir.
2.1.3. Dövri alqoritmləri sadə nümunələrlə nümayiş etdirir.
2.2. Məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. Verilmiş mülahizələri “əgər – onda, əks halda” məntiqi ilə təsvir edir.
2.2.2. Verilmiş vəziyyət və situasiyalarda “əgər – onda, əks halda” qaydası ilə sadə ardıcıllıqlar qurur.
2.2.3. Verilmiş “və”, “və ya” “deyil” mülahizələrinə uyğun olaraq sxemlər tərtib edir.
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter haqqında ümumi biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompüterin əsas və əlavə (printer, kolonkalar, mikrofon) qurğularını və onların funksiyalarını şərh edir.
3.1.2. Kompüterin əsas və əlavə qurğuları ilə iş zamanı tələb olunan ümumi qaydaları və təhlükəsizlik qaydalarını izah edir.
3.2. Kompüterdə əməliyyatları icra edir.
3.2.1. Printerlə işləmək bacarıqları nümayiş etdirir.
3.2.2. Kompüterdə müvafiq əməliyyatları (faylları yadda saxlamaq, fayl və qovluqların adını dəyişdirmək, onları silmək, çap etmək) icra edir.
3.2.3. Kompüterdəki sadə proqramların bütün menyularından istifadə edir.
3.2.4. Kalkulyator proqramında müvafiq əməliyyatları yerinə yetirir.
3.2.5. Kompüterdə öyrədici tipli proqramlarla iş bacarığı nümayiş etdirir.
3.2.6. Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3. Kompüterdə müxtəlif şəkillər çəkir.
3.3.1. Müxtəlif şəkillərin çəkilməsində müvafiq əməliyyatları (digər şəkillərdən fraqmentlər kəsib götürmək və ya surətini çıxarmaq) yerinə yetirir.
3.3.2. Verilmiş rəsmləri, mozaikaları, sadə naxışları qurur, onlara müxtəlif formalarda mətnlər daxil edir.
3.3.3. Çəkdiyi şəkillərin atributlarını dəyişir.
3.3.4. Çəkdiyi şəkilləri müxtəlif formalara salmaqla nümayiş etdirir.
3.3.5. Çəkdiyi şəkillərdən istifadə etməklə layihələr hazırlayır.
3.4. Kompüterdə mətnlər yığır.
3.4.1. Müəllimin diktəsi ilə kompüterdə mətn yığır.
3.4.2. Yığdığı mətndə formatlaşdırma elementlərini (mətni səhifələmək, mətni müxtəlif formalara salmaq, mətnə marker qoymaq, abzası müəyyənləşdirmək) tətbiq edir.
3.4.3. Mətni çap etmək üçün müvafiq parametrləri müəyyənləşdirir.
3.4.4. Yaddaşdakı hazır mətnlər üzərində redaktə edir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. Cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının əhəmiyyətini anladığını nümayiş etdirir.
4.1.1. Müvafiq mərhələdə informasiya prosesləri və texnologiyalarının tətbiq sahələrini və əhəmiyyətini şərh edir.
4.1.2. Cəmiyyətdə informasiya mübadiləsinin əhəmiyyəti barədə kiçik təqdimatlar edir. 
4.1.3. İnternet vasitəsilə əldə etdiyi informasiyalardan istifadə edir.
V sinif
V sinfin sonunda şagird:
 İnformasiyaların sadə işarələrlə kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.
 İnformasiyaların qəbul edilməsi üsulları haqqında biliklərini nümayiş etdirir.
 Obyektin informasiya modelinin növlərinə dair bacarıqlar nümayiş etdirir.
 Alqoritmləşdirmə və sadə proqramlaşdırma mühitində tətbiq bacarıqları nümayiş etdirir.
 Kompüterin əməliyyat sistemlərinə dair bacarıqlar nümayiş etdirir.
 Mətn və qrafiki redaktorda işləmək bacarıqları nümayiş etdirir.
 İnternetdə sadə tapşırıqları icra edir.
 İnformasiya resurslarının əlamətləri və əhəmiyyətinə dair biliklərini nümayiş etdirir.

1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasını izah edir.
1.1.2. İnformasiyaların sadə işarələrlə kodlaşdırılmasına aid nümunələr göstərir.
1.1.3. İnformasiyaların həcminin ölçülməsini nümunələrlə izah edir.
1.2. İnformasiya və informasiya emalı haqqında biliklərini nümayiş etdirir.
1.2.1. İnformasiyaların qəbul edilməsinin üsullarını sadalayır.
1.2.2. İnformasiyaların qəbul edilməsi üsullarını fərqləndirir.
1.2.3. İnformasiyaların qəbul edilməsi üsullarını nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
2.1.1. Obyektin informasiya modelini izah edir.
2.1.2. İnformasiya modelinin növlərini fərqləndirir.
2.1.3. Obyektin informasiya modelinin növlərini nümunələrlə şərh edir.
2.2. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Alqoritmin təsviri üsullarını izah edir. 
2.2.2. Sadə proqramlaşdırma mühitində proqramlaşdırma haqqında elementar biliklərini izah edir.
2.2.3. Sadə proqramlaşdırma mühitində “İcraçı”nın hərəkətini idarə edir.
2.2.4. Sadə proqramlaşdırma mühitində elementar fiqurlar çəkir.
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.
3.1.1. Fərdi kompüterlərin təsnifatını şərh edir.
3.1.2. Kompüterin əməliyyat sistemlərinə dair sadə anlayışları izah edir.
3.1.3. Proqramın icrasına dair bacarıqlar nümayiş etdirir.
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.
3.2.1. Qrafiki redaktorda rəsmlərin fraqmentləri üzərində işləyir.
3.2.2. Mətni yadda saxlamaq və çap etmək bacarıqlarını nümayiş etdirir.
3.2.3. Şəkilləri mətnə əlavə edir.
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.
3.3.1. İnternet haqqında ilkin bilikləri izah edir.
3.3.2. İnternetdə sadə iş bacarıqlarını nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.
4.1.1. İnformasiya resurslarını əlamətlərinə görə təsnif edir.
4.1.2. İnformasiya resurslarını əsas əlamətlərinə görə qruplaşdırır.
4.1.3. Təbiətlə əlaqədar informasiya resurslarının əhəmiyyətini izah edir.
VI sinif
VI sinfin sonunda şagird:
 İkilik say sistemində kodlaşdırmaya dair bacarıqlar nümayiş etdirir.
 İnformasiyaların əlamətlərə görə qruplaşdırılmasına dair biliklərini nümayiş etdirir.
 Obyektin informasiya modelinin təsviri formalarını şərh edir.
 Sadə proqramlaşdırma mühitində müxtəlif alqoritmləri icra edir.
 Fərdi kompüterin əsas və yaddaş qurğuları ilə işləyir.
 Mətn, qrafiki və təqdimat proqramlarında işləyir.
 İnternetdə sadə axtarışlar aparır, elektron poçtla işləyir.
 İnformasiya resursları ilə işləməyin mərhələlərini, əhəmiyyətini izah edir.
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İkilik say sisteminin mahiyyətini izah edir.
1.1.2. Natural ədədlərin ikilik say sistemində kodlaşdırılmasını nümunələrlə şərh edir.
1.1.3. İkilik say sistemində kodlaşdırılmış informasiyanın həcmini ölçür.
1.2. İnformasiya və informasiya emalı haqqında biliklərini nümayiş etdirir.
1.2.1. İnformasiyaların qruplaşdırılmasının müxtəlif əlamətlərini sadalayır.
1.2.2. Müxtəlif əlamətlərə görə informasiyaların qruplaşdırılmasını izah edir.
1.2.3. İnformasiyaların müxtəlif əlamətlərə görə qruplaşdırılmasını nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
2.1.1. Obyektin informasiya modelinin təsvir formalarını sadalayır.
2.1.2. İnformasiya modellərinin təsvir formalarını fərqləndirir.
2.1.3. İnformasiya modelinin təsvir formalarını nümunələrlə şərh edir.
2.2. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Alqoritmin xassələrini izah edir.
2.2.2. Alqoritmin növlərini nümunələrlə şərh edir.
2.2.3. Sadə proqramlaşdırma mühitində budaqlanan və dövri alqoritmləri icra edir.
2.2.4. Klaviatura vasitəsilə proqramda səslərdən istifadə bacarıqları nümayiş etdirir.
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.
3.1.1. Fərdi kompüterin əsas qurğularının iş prinsiplərini şərh edir.
3.1.2. Müxtəlif disk qurğuları haqqında biliklərini nümayiş etdirir.
3.1.3. Proqramların müxtəlif variantlarla icrasını şərh edir.
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.
3.2.1. Qrafiki redaktorda şəkli yadda saxlamaq və çap etmək bacarıqlarını nümayiş
etdirir.
3.2.2. Mətni müvafiq qaydada formatlaşdırır.
3.2.3. Təqdimat proqramında ilkin işləmək bacarığını nümayiş etdirir. 
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.
3.3.1. İnternetdə sadə axtarışları icra edir.
3.3.2. Elektron poçtu ilə sadə işləmə bacarığını nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.
4.1.1. İnformasiya resursları ilə işləməyin mərhələlərini izah edir.
4.1.2. İnformasiya resursları ilə işləməyin əhəmiyyətini izah edir.
4.1.3. İnformasiya resursları ilə işləməyin əhəmiyyətini nümunələrlə əsaslandırır.
VII sinif
VII sinfin sonunda şagird:
 Müxtəlif say sistemlərində kodlaşdırmaya dair bacarıqlar nümayiş etdirir.
 Müxtəlif xassələrinə görə informasiyaların qruplaşdırılmasına dair biliklər nümayiş etdirir.
 Obyektin informasiya modelinin cədvəl formasının yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
 Sadə proqramlaşdırma mühitində proqram tərtib etmək bacarığı nümayiş etdirir.
 Proqram təminatı sisteminin tərkib hissələrini izah edir, fayl və qovluqlarla işləyir.
 Təqdimat proqramında müxtəlif üsullarla slaydlar hazırlayır.
 İnternetə qoşulma qaydalarını şərh edir, elektron poçtda fayllarla işləyir.
 İKT-nin tətbiqinin xüsusiyyətləri, əhəmiyyəti və sahələri haqqında biliklərini nümayiş etdirir.

1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Müxtəlif say sistemlərinin xüsusiyyətlərini izah edir.
1.1.2. Natural ədədlərin müxtəlif say sistemlərində kodlaşdırılmasını nümunələrlə şərh edir.
1.1.3. Müxtəlif say sistemlərində kodlaşdırılmış informasiyanın həcmini ölçür.
1.2. İnformasiya və informasiya emalı haqqında biliklərini nümayiş etdirir.
1.2.1. İnformasiyaların xassələrini sadalayır.
1.2.2. İnformasiyaları xassələrinə görə qruplaşdırır.
1.2.3. İnformasiyaların müxtəlif xassələrinə görə qruplaşdırılmasını nümunələrlə şərh edir. 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
2.1.1. Obyektin informasiya modelinin cədvəl formasını izah edir.
2.1.2. İnformasiya modelinin cədvəl formasında təsvirini nümunələrlə şərh edir.
2.1.3. Obyektin informasiya modelini cədvəl formasında ifadə edir.
2.2. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Məsələnin həlli mərhələlərini izah edir.
2.2.2. Məsələnin həlli alqoritmini qurur.
2.2.3. Sadə proqramlaşdırma mühitində verilmiş məsələnin proqramını tərtib edir.
2.2.4. Sadə proqramlaşdırma mühitində bəzi riyazi əməllərin proqramlarını hazırlayır.
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.
3.1.1. Fərdi kompüterin əsas və əlavə qurğularının iş prinsiplərini şərh edir.
3.1.2. Proqram təminatı sisteminin tərkib hissələrini təsnif edir.
3.1.3. Fayl və qovluqlar üzərində əməliyyatları icra edir.
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.
3.2.1. Qrafiki redaktorda şəkillərin atributlarını dəyişir.
3.2.2. Mətn redaktorunda cədvəl və diaqramlar qurur.
3.2.3. Müxtəlif üsullarla slaydlar yaradır.
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.
3.3.1. İnternetə qoşulma qaydalarını şərh edir.
3.3.2. Elektron poçtda fayllarla işləyir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.
4.1.1. İKT-nin tətbiq olunduğu əsas sahələri təsnif edir.
4.1.2. İKT-nin müxtəlif sahələrdə tətbiqi xüsusiyyətlərini fərqləndirir.
4.1.3. İKT-nin tətbiqinin əhəmiyyətini nümunələrlə əsaslandırır.
VIII sinif
VIII sinfin sonunda şagird: 
 İnformasiyaların kodlaşdırılması üsullarını izah edir və bir say sistemindən digərinə keçidə aid nümunələr göstərir.
 İnformasiyanın emalı mərhələlərinə dair biliklərini nümayiş etdirir.
 Obyektin informasiya modelinin “ağac” formasında təsvirinə dair bacarıqlar nümayiş etdirir.
 Proqramın hazırlanması mərhələlərini izah edir və tərtib etdiyi proqramı kompüterdə icra edir.
 Multimedia qurğularının funksiyalarını, iş prinsiplərini, fayl və qovluqların axtarışı prosesini şərh edir, iş masasını nizamlayır.
 Qrafiki və mətn redaktorunda obyektlərlə işləyir, elektron cədvəlin əsas elementlərində işi nümayiş etdirir.
 Şəbəkə növlərini, strukturunu izah edir, İnternetin əsas xidməti proqramları ilə işləyir.
 İnformasiyalaşdırma proseslərinin mahiyyəti və mərhələlərinə aid biliklər nümayiş etdirir.

1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İnformasiyaların kodlaşdırılması üsullarını izah edir.
1.1.2. İnformasiyanın bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr göstərir.
1.1.3. Müəyyən üsullarla kodlaşdırılmış informasiyanın həcmini ölçür.
1.2. İnformasiya və informasiya emalı haqqında biliklərini nümayiş etdirir.
1.2.1. İnformasiyaların emalı mərhələlərini sadalayır.
1.2.2. İnformasiyaların emalı mərhələlərini izah edir.
1.2.3. İnformasiyaların emalı mərhələlərini nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
2.1.1. Obyektin informasiya modelinin “ağac” formasını izah edir.
2.1.2. İnformasiya modelinin “ağac” formasında təsvirini nümunələrlə şərh edir.
2.1.3. Obyektin informasiya modelini “ağac” formasında ifadə edir.
2.2. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Proqram təminatının mahiyyətini şərh edir.
2.2.2. Proqramların hazırlanması mərhələlərini izah edir.
2.2.3. Verilmiş məsələnin proqramını tərtib edir.
2.2.4. Tərtib edilmiş proqramın kompüterdə icrasını nümayiş etdirir. 
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.
3.1.1. Multimedia qurğularının funksiyalarını, iş prinsiplərini şərh edir.
3.1.2. Qovluq və faylların axtarışı prosesini müxtəlif əlamətlərə görə şərh edir.
3.1.3. İş masasını müxtəlif parametrlərə görə nizamlayır.
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.
3.2.1. Qrafiki redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır.
3.2.2. Mətn redaktorunda obyektlərlə işləmək bacarığını nümayiş etdirir.
3.2.3. Slaydlara yeni komponentlər, effektlər əlavə edir.
3.2.4. Elektron cədvəlinin əsas elementlərini nümayiş etdirir.
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.
3.3.1. Kompüter şəbəkələrinin növlərini, strukturlarını izah edir.
3.3.2. İnternetin əsas xidməti proqramları ilə işləyir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.
4.1.1. İnformasiyalaşdırma proseslərinin mahiyyətini izah edir.
4.1.2. İnformasiyalaşdırma proseslərinin mərhələlərini fərqləndirir.
4.1.3. İnformasiyalaşdırma proseslərinin mərhələlərinə aid sadə layihələr hazırlayır.
IX sinif
IX sinfin sonunda şagird:
 Müxtəlif xarakterli informasiyaların həcmini ölçür və kompüterdə kodlaşdırır.
 İnformasiyaların qəbulu və ötürülməsi üsullarına dair biliklərini nümayiş etdirir.
 İnformasiya modelinin şəbəkə formasında təsvirinə dair bacarıqlar nümayiş etdirir.
 Öyrənilmiş proqramlaşdırma mühitində işləyir.
 İdarəetmə paneli və xidməti proqramlarla işləyir.
 Rastr və vektor qrafikləri, elektron cədvəl ilə işləyir, multimedia təqdimatları hazırlayır.
 İnternetdə informasiya resurslarını ünvanlaşdırır.
 İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyəti və əsas istiqamətlərinə dair biliklər nümayiş etdirir.
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir.
1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaşdırılmasına aid nümunələr göstərir.
1.1.3. Müxtəlif xarakterli informasiyaların həcmini ölçür.
1. 2. İnformasiya və informasiya emalı haqqında biliklərini nümayiş etdirir.
1.2.1. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını sadalayır.
1.2.2. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını izah edir.
1.2.3. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
2.1.1. İnformasiya modelinin şəbəkə formasını izah edir.
2.1.2. İnformasiya modelinin şəbəkə formasında təsvirini nümunələrlə şərh edir.
2.1.3. İnformasiya modelini şəbəkə formasında ifadə edir.
2.2. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Proqramlaşdırma dillərini təsnif edir.
2.2.2. Proqramın ümumi strukturunu izah edir.
2.2.3. Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir.
2.2.4. Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir.
2.2.5. Şablonla sadə veb-səhifələr yaradır.
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüterin, sistem proqramlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.
3.1.1. Müxtəlif kompüter modellərinin imkanlarını parametrlərinə görə müqayisə edir.
3.1.2. İdarəetmə paneli ilə işləmək bacarığını nümayiş etdirir.
3.1.3. Xidməti proqramlarla işləyir.
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.
3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir.
3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır.
3.2.3. Multimedia təqdimatları hazırlayır.
3.2.4. Elektron cədvəldə diaqramlar, qrafiklər qurur. 
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.
3.3.1. Kompüter şəbəkələrinin iş prinsiplərini izah edir.
3.3.2. İnternetdə informasiya resurslarının ünvanlaşdırılmasını nümunələrlə nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.
4.1.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyətini şərh edir.
4.1.2. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini fərqləndirir.
4.1.3. İnformasiya cəmiyyətinin formalaşdırılması istiqamətlərinə aid sadə layihələr hazırlayır.
X sinif
X sinfin sonunda şagird:
 İnformasiya proseslərinin mərhələlərinə dair biliklərini nümayiş etdirir.
 Kompüter-informasiya modelinin xüsusiyyətləri, yaradılmasının mərhələlərinə dair bacarıqlar nümayiş etdirir.
 Veb-səhifələr hazırlayır.
 Kompüterin şəbəkəyə qoşulmasını tənzimləyir, diaqnostik proqramlarla işləyir.
 Verilənlər bazasının əsas tərkib elementlərini, formalarını hazırlayır.
 İnternetdə telekonfranslar təşkil edir.
 İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrinə dair biliklər nümayiş etdirir
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiya prosesləri və sistemləri haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İnformasiya proseslərinin mərhələlərini təsnif edir.
1.1.2. İnformasiya proseslərinin əsas mərhələlərini fərqləndirir.
1.1.3. İnformasiya proseslərinin əsas mərhələlərini nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Kompüter-informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.
2.1.1. Kompüter-informasiya modelinin xüsusiyyətlərini şərh edir.
2.1.2. Kompüter-informasiya modelinin yaradılmasının əsas mərhələlərini şərh edir.
2.1.3. Kompüter-informasiya modelinin yaradılmasına dair təqdimatlar edir. 
2.2. Alqoritmləşdirmə və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Veb-proqramlaşdırmanın mahiyyətini izah edir.
2.2.2. Veb-proqramlaşdırmanın əsas əmrlərini şərh edir.
2.2.3. Veb-səhifəni hazırlayır.
2.2.4. Hazırladığı veb-səhifə üzrə təqdimatlar edir.
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri.
Şagird:
3.1. Kompüter və sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.1.1. Yeni proqramların yüklənməsinə aid bacarıqlar nümayiş etdirir .
3.1.2. Əməliyyat sisteminin köməyi ilə kompüterin şəbəkəyə qoşulmasının tənzimlənməsini nümayiş etdirir.
3.1.3. Kompüterdə diaqnostik proqramlarla işləyir.
3.2. Tətbiqi proqramlarla işləyir.
3.2.1. Verilənlər bazasının obyektlərini nümayiş etdirir.
3.2.2. Verilənlər bazasının əsas tərkib elementlərini, formalarını yaradır.
3.3. Müasir kommunikasiya texnologiyaları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.3.1. Şəbəkə qurğularının iş prinsiplərini izah edir.
3.3.2. İnternetdə telekonfransları təşkil etmə bacarıqları nümayiş etdirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinə dair biliklər nümayiş etdirir.
4.1.1. İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrini (informasiya inqilabları, informasiya təhlükəsizliyi, informasiya mədəniyyəti, E-hökumət, E-təhsil, E-seçki, E-kitabxana, E-ticarət) şərh edir
4.1.2. İnformasiya cəmiyyətini xarakterizə edən əsas fəaliyyət sahələrinə aid təqdimatlar edir.
XI sinif
XI sinfin sonunda şagird:
 Müxtəlif informasiya sistemləri haqqında biliklərini nümayiş etdirir.
 Verilmiş informasiya prosesini modelləşdirir.
 Veb-sayt hazırlayır.
 Əməliyyat sistemini tənzimləyir, şəbəkə proqram təminatından istifadə edir.
 Müəyyən sahəyə aid verilənlər bazasının layihəsini hazırlayır.
 Müasir şəbəkə texnologiyalarından istifadə edir.
 İnformasiya cəmiyyətinin əsas əlamətlərinə dair biliklər nümayiş etdirir.
1. İnformasiya və informasiya prosesləri
Şagird:
1.1. İnformasiya prosesləri və sistemləri haqqında biliklərini nümayiş etdirir.
1.1.1. İnformasiya sistemlərini təyinatına görə təsnif edir.
1.1.2. İnformasiya sistemlərini fərqləndirir.
1.1.3. Müxtəlif informasiya sistemlərini nümunələrlə şərh edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
Şagird:
2.1. Modelləşdirmə haqqında biliklərini nümayiş etdirir.
2.1.1. Verilmiş informasiya prosesinin modelləşdirilməsi üçün zəruri əlamətləri müəyyənləşdirir.
2.1.2. Verilmiş informasiya prosesi üçün müvafiq modelləşdirmə formasını seçir.
2.1.3. Verilmiş informasiya prosesinin modelini qurur.
2.2. Alqoritmləşdirmə və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir.
2.2.1. Veb-layihələrin hazırlanmasının əsas mərhələlərini şərh edir.
2.2.2. Seçilmiş mövzu üzrə veb-layihə hazırlayır.
2.2.3. Veb-sayt yaradır.
2.2.4. Hazırlanmış veb-saytı İnternet şəbəkəsində yerləşdirir.
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri
Şagird:
3.1. Kompüter və sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.1.1. Əməliyyat sisteminin işini idarəetmə panelinin vasitəsi ilə müxtəlif situasiyalara uyğun olaraq tənzimləyir.
3.1.2. Şəbəkə proqram təminatından istifadə edir.
3.2. Tətbiqi proqramlarla işləyir.
3.2.1. Müəyyən sahəyə aid verilənlər bazasını layihələndirir.
3.2.2. Hazırlanmış verilənlər bazası layihəsini nümayiş etdirir.
3.3. Müasir kommunikasiya texnologiyaları ilə işləmək bacarıqları nümayiş etdirir.
3.3.1. Müasir şəbəkə texnologiyalarını izah edir.
3.3.2. Müxtəlif İnternet xidmətlərinə aid təqdimatlar edir.
4. Cəmiyyətin informasiyalaşdırılması
Şagird:
4.1. İnformasiya cəmiyyətinə dair biliklər nümayiş etdirir
4.1.1. İnformasiya cəmiyyətini xarakterizə edən əsas əlamətləri şərh edir.
4.1.2. İnformasiya cəmiyyətini xarakterizə edən əsas əlamətlərə aid təqdimatlar edir.  
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar