DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Gənclərin Çağırışa qədərki Hərbi hazırlığı Kurikulumu

  Vəsaiti yükləmək üçün
  şəklin üzərinə toxun
 GÇHH                1.4. Fəaliyyət xətlər
Çağırışaqədərki hazırlıq fənni üzrə aşağıdakı fəaliyyət xətləri müəyyənləşdirilir:
 problemin müəyyənləşdirilməsi və həlli;
 ünsiyyətqurma;

 əlaqələndirmə;
 mühakiməyürütmə və əsaslandırma;
 təqdimetmə.

Fəaliyyət xətləri məzmun xətlərinin hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları realizə etmək məqsədi daşıyır və şagirdlərə istiqamətləndirilir.

1.5. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
X sinif
Х sinfin sonunda şagird:
Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir;
daxili xidmət, qarnizon və qaravul xidməti, sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir;
müasir ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini, zirehli döyüş texnikaları haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh edir;
ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir;
fövqəladə hadisələr zamanı mülki müdafiə dair biliklər nümayiş etdirir.
sağlam həyat tərzinə, bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım göstərməyə dair bilik və bacarıqlar nümayiş edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
2. Həyat fəaliyətinin təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir. 
2.1.1. Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdrir.
2.2.3. Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
2.4.2. Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir. 
3.2.3. Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
XI sinif
ХI sinfin sonunda şagird:
Azərbaycan Silahlı Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu, qoşun növləri, vəzifələri, hərbi nizamnamələrin ümumi müddəalarının, (qarnizon qarovul xidməti, sıra, intizam, daxili xidmət nizam namələrinin) tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir;
müasir ümumqoşun döyüşünün təşkili, döyüş təminatı, motoatıcı tağımın təşkili və döyüş imkanları haqqında biliklərini şərh edir;
atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət barədə, mühəndis maneələr haqqında, mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir, zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir;
topoqrafik xəritələr və onlardan istifadəyə dair təqdimatlar edir;
fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir;
müxtəlif fərdi mühafizə vasitələrindən, radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə bacarıqları nümayiş etdirir;
sağlamlığın mühafizəsi haqqında təqdimat edir;
ilk tibbi yardıma dair qaydaları tətbiq edir;
radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir;
yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair bilik və bacarıqlar nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin struktru və vəzifələri barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2.1. Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair təqdimat edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüşünün təşkili və döyuş təminatı (kəşfiyyat, mühəndis təminatı) haqqında təqdimat edir.
2.1.2. Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına əməl edir.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını izah edir.
2.2.3. Zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Topoqrafik xəritələrdən istifadə edir. 
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
2.4.2. Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
2.4.3. Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji, bakterioloji) dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə edir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlamlığın mühafizəsi haqqında təqdimat edir.
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikası və ilk tibbi yardım qaydalarına əməl edir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir  
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar