«Dövlət hakimiyyəti orqanlarında,
idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat»ın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat
və müəssisələrində kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsi,
onun vahid sistemə və formaya salınması məqsədi ilə qərara alıram:
1. «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat
və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat» təsdiq edilsin (əlavə
olunur).
2. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat
və müəssisələrində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üzrə
kargüzarlığın aparılması və rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti
orqanlarında sənədlərlə iş qaydası Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları ilə tənzimlənir.
3. Müəyyən edilsin ki, «Dövlət hakimiyyəti
orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına
dair Təlimat»ın tələblərinə riayət edilməsinə ümumi nəzarəti Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
- Dövlət hakimiyyəti orqanlarında,
idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın
aparılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
- öz səlahiyyətləri
daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 935
«Azərbaycan» qəzetində dərc edilmişdir (5
oktyabr 2003-cü il, № 230) .
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2003-cü il, № 9, maddə 486) .
22 may 2007-ci il tarixli,
577 nömrəli; 20 iyun 2008-ci il
tarixli, 780 nömrəli; 21 avqust
2008-ci il tarixli, 814 nömrəli fərmanlara əsasən dəyişikliklərlə.
Azərbaycan
Respublikası
Prezidentinin
27 sentyabr 2003-cü il tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Prezidentinin
27 sentyabr 2003-cü il tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Dövlət hakimiyyəti orqanlarında,
idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair
Təlimat
I. Ümumi müddəalar Təlimat
1. Bu Təlimat dövlət hakimiyyəti orqanlarında,
idarə, təşkilat və müəssisələrində (bundan sonra — təşkilatlar) kargüzarlığın
aparılması işini tənzimləyir.
2. Kargüzarlıq — təşkilatın, öz vəzifələrini həyata
keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.
3. Təşkilatlarda kargüzarlığın aparılması dəftərxana
və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (bundan sonra —
kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir. Kargüzarlıq xidməti tərəfindən
bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti təşkilatın rəhbərliyi həyata
keçirir. Tabe təşkilatlarda kargüzarlığın aparılması qaydalarına riayət
olunması üzərində nəzarətin həyata keçirilməsi vəzifəsini onların baş təşkilatları
daşıyır.
4. Kargüzarlıq xidmətinin əsas vəzifələri
aşağıdakılardır:
4.1. daxil olan sənədləri qəbul etmək, qeydə
almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
4.2. sənədləri göndərmək;
4.3. sənədlərin icra müddətinə nəzarət etmək;
4.4. icra edilmiş sənədləri struktur bölmələrindən
tələb etmək;
4.5. sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və
stenoqrafiya işlərini həyata keçirmək;
4.6. sənədləri işlər üzrə formalaşdırmaq və arxivə
vermək;
4.7. sənədləri saxlamaq və onlardan istifadə
edilməsini təmin etmək;
4.8. kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi
məqsədi ilə təşkilatın bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi
həyata keçirmək, kargüzarların peşə hazırlığını artırmaq;
4.9. tabe təşkilatlarda kargüzarlığın
aparılmasına nəzarət etmək.
5. Strukturdan, habelə sənəd dövriyyəsinin həcmindən
asılı olaraq, kargüzarlıq sistemi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş ola
bilər.
Struktur bölmələrinin sayı az, sənəd dövriyyəsi
isə ildə 25000 sənədə qədər olan təşkilatlarda kargüzarlıq mərkəzləşdirilmiş
qaydada aparılır.
Strukturu mürəkkəb, sənəd dövriyyəsi isə ildə
25000 sənəddən çox olan, habelə struktur bölmələri ayrı-ayrı ərazilərdə yerləşən
təşkilatlarda kargüzarlıq mərkəzləşdirilməmiş qaydada aparılır.
Mərkəzləşdirilmiş kargüzarlıq sistemində
korrespondensiyanın qəbulu və göndərilməsi, sənədlərin struktur bölmələrinə
paylanması, korrespondensiyanın gətirilməsi, habelə sənədlərin qeydə alınması,
rəsmiləşdirilməsi, işlərin formalaşdırılması kargüzarlıq xidməti tərəfindən həyata
keçirilir.
Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində isə
korrespondensiyanın qəbulu və göndərilməsi, sənədlərin struktur bölmələrinə
paylanması, korrespondensiyanın gətirilməsi kargüzarlıq xidməti tərəfindən, sənədlərin
qeydə alınması, rəsmiləşdirilməsi, işlərin formalaşdırılması isə struktur bölmələri
tərəfindən həyata keçirilir.
6. Təşkilatların və struktur bölmələrinin rəhbərləri
dəyişdirildikdə, işlər və ya icrada olan sənədlər akt üzrə qəbul edilir və təhvil
verilir. Aktın bir nüsxəsi kargüzarlıq xidmətində saxlanılır.
İşdən çıxarıldıqda və ya başqa işə keçirildikdə,
icraçı onda olan işləri və sənədləri bu vəzifəyə yeni təyin edilən və ya həmin
vəzifəni müvəqqəti icra edən şəxsə akt üzrə təhvil verməlidir.
Aktda bütün işlər və ayrı-ayrı sənədlər icra vəziyyəti
göstərilməklə sadalanır.
II. Sənədlərin hazırlanması üçün ümumi tələblər
7. Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin
(qərarlar, sərəncamlar, əmrlər) yaranmasının hüquqi əsasları aşağıdakılardır:
7.1. qüvvədə olan qanunvericilik aktlarının tələbləri;
7.2. yuxarı təşkilatların konkret tapşırıqları;
7.3. təşkilat tərəfindən onun üzərinə düşən vəzifələrin
icra edilməsi üçün, səlahiyyətləri daxilində cari təşkilati-sərəncamverici və
ya inzibati-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi;
7.4. təşkilatın aparatının işini hüquqi baxımdan
tənzimləmək zərurətinin yaranması.
8. Sənədlərin hazırlanması üçün «İşlətmək üçün
kağız formatları» — 9327 — 60 dövlətlərarası standart üzrə A4
(210x297 mm) və A5 (210x148 mm) formatlı blank və kağızlardan
istifadə edilir.
9. Sənəd dövriyyəsi böyük olan təşkilatlarda
ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilir və onların üzərində mətbəə
üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s.) yazılır.
İki və ya daha artıq təşkilat adından hazırlanan
sənədlər blanksız tərtib edilir.
Sərəncam mahiyyətli sənədlər üçün blanklar «Sərəncam
sənədləri sistemi. Formulyar-nümunə» — 6.38-90 dövlətlərarası standart üzrə
hazırlanır.
Blanklar 1 nömrəli ağ yazı kağızından hazırlanmalıdır.
Müstəsna hallarda açıq rəngli, zəif boyalı kağız işlətməyə yol verilir.
10. Təşkilatlarda tez-tez təkrarlanan birtipli sənədlər
(bildiriş, məktub və s.) tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə
hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər.
11. Təşkilatların mətbəə üsulu ilə hazırlanan
blanklarında aşağıdakı rekvizitlər çap edilir:
11.1. Azərbaycan Respublikasının Dövlət gerbi (Azərbaycan
Respublikasının 1993-cü il 23 fevral tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə
uyğun olaraq);
11.2.
Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) adı;
11.3.
təşkilatın tam adı;
11.4.
təşkilatın poçt indeksi, ünvanı, məlumat almaq üçün telefon nömrəsi, faksın nömrəsi
və elektron poçtu (əgər varsa).
Rekvizitlər
blankların yuxarı hissəsində (küncdə və ya eninə) bir qayda olaraq, Azərbaycan
Respublikasının dövlət dilində çap edilir (1 nömrəli əlavə). Xarici dildə çap
edilmiş rekvizitlərə malik blanklardan istifadə edilməsinə yalnız sənədin mətni
həmin blankı göndərən təşkilat tərəfindən xarici dildə yazıldıqda yol verilir.
12.
Plan, maliyyə, statistika sənədləri və başqa xüsusi sənədlər qanunvericiliklə
müəyyən edilmiş qaydada hazırlanıb tərtib edilir.
13.
Sənədlər hazırlanarkən təşkilatın adının (bir qayda olaraq sənədin blankında əks
etdirilir) və sənəd növünün adının (məktublar istisna olmaqla), sənədin
başlığının (mətni A5 (210x148) formatlı kağızda çap olunan sənədlər,
teleqramlar və bildirişlər istisna olmaqla) göstərilməsi, sənədlərə ünvan
yazılması, tarix və nömrə qoyulması, mətnin razılaşdırılması haqqında qeydlər
yazılması, sənədin rəsmiləşdirilməsi, habelə sənədin hərəkəti və icrası
haqqında qeydlərin yazılması zəruridir.
14.
Bir qayda olaraq, sənədlərin mətnləri iki hissədən ibarət olur. Birinci hissədə
sənədin hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri
verilir. İkinci hissədə nəticələr, təkliflər, qərarlar və sərəncamlar ifadə
olunur.
Sənədin
yaranması üçün başqa sənəd əsas olduqda, birinci hissədə bu sənədin
hazırlanması üçün əsas götürülmüş sənəd növünün adı (adlıq halda), nömrəsi,
tarixi və mətnin başlığı göstərilir.
İkinci
hissənin mətni hərəkətlərin xarakterinə, icraçılara, müddətlərə görə və başqa
meyarlar əsasında ərəb rəqəmləri ilə nömrələnmiş bəndlərə və yarımbəndlərə
bölünə bilər.
Ayrı-ayrı
hallarda sənədin mətni yalnız son hissədən (əmrdən, göstərişdən və s.) ibarət
ola bilər.
15.
Sənədlərin mətnləri, mətn hissələri və ya ayrı-ayrı cümlələri vahid şəklə
salına bilər. Mətnlərin vahid şəklə salınması tam oxşar və daim təkrarlanan məlumat
sənədləri üçün dil trafaretlərinin işlənib hazırlanmasından ibarətdir.
16.
Sənədin başlığı vərəqin ortasında mətndən əvvəl yazılır.
Sənədlərin
başlığı maksimum qısa, dəqiq olmalı və «nə haqqında» sualına cavab verməklə
feli ismin köməyi ilə ifadə edilməlidir («... ciddi nöqsanlar haqqında», «...tədbirləri
haqqında», «...yerinə yetirilməsi haqqında», «... işinin təşkil edilməsi
haqqında» və s.).
17.
Göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində)
ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl
edilməlidir:
17.1.
sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı
və soyadı yazılır;
17.2.
sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya
onun struktur bölməsinin adı yönlük halda yazılır (məsələn: Azərbaycan
Respublikasının Yanacaq və Energetika Nazirliyinə);
17.3.
sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik
halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda
yazılır (məsələn: Azərbaycan Respublikası Təhsil Nazirliyinin _________
(struktur bölməsinin rəhbəri) cənab___________);
17.4.
məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd),
küçə və evin nömrəsi) tam şəkildə göstərilir.
Əgər
sənəd fiziki şəxsə göndərilirsə, əvvəlcə onun poçt ünvanı, sonra soyadı və adı
göstərilir. Təşkilatlara göndərilən sənədlərdə sənədi alanın poçt ünvanı
yazılmır.
Sənəddə
dörddən çox ünvan olmamalıdır. Sənəd dörddən çox ünvana göndərilərkən göndəriş
siyahısı tərtib edilir və hər sənəddə yalnız bir ünvan göstərilir.
18.
Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə icraçının vəzifəsidir.
19.
Sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab
edilir.
Sənədin
tarixi onu imzalayan və ya təsdiq edən vəzifəli şəxs tərəfindən qoyulur.
Sənədin
tarixi, həmçinin sənədin məzmununda olan tarixlər rəqəmlə yazılmalıdır. Tarixin
elementləri eyni sətirdə ardıcıllıqla yazılır: ayın tarixi, ay, il (məsələn:
15.12.03., 15.12.2003-cü il və ya 15 dekabr 2003-cü il).
20.
Sənədin nömrəsi bir qayda olaraq, işin nomenklatur üzrə nömrəsindən və sənədin
qeydə alınmasının sıra nömrəsindən ibarətdir.
Sərəncam
mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd növü daxilində
verilən qeyd nömrələri onların nömrələridir.
21.
Sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək zəruri olduqda, sənədin
razılaşdırılması tələb olunur. Razılaşdırma təşkilat daxilində və ya müxtəlif təşkilatlar
arasında həyata keçirilir. Bunun üçün sənədlər imzalanmazdan əvvəl, onlara
müvafiq vəzifəli şəxslər tərəfindən viza verilməlidir.
22.
Təşkilat daxilində razılaşdırma müvafiq struktur bölmələrinin rəhbərləri
arasında həyata keçirilir.
Sərəncam
mahiyyətli sənədlərin layihələrində icraçı tərəfindən birinci nüsxədə mətnin
axırıncı vərəqinin arxasında viza qoyulur. Göndərilən sənədlərdə vizalar təşkilatda
qalan nüsxədə qoyulur.
Vizanın
tərkibinə viza verən şəxsin soyadı və adı, onun şəxsi imzası və tarix daxildir.
Sənədlə
əlaqədar qeydlər ayrıca vərəqdə yazılır. Bu zaman viza aşağıdakı kimi göstərilir:
(imza)
(adı və soyadı)
(tarix)
Qeydlər
əlavə olunur.
23.
Sənədlərin müxtəlif təşkilatlar arasında razılaşdırılması müvafiq təşkilatların
rəhbərləri tərəfindən razılaşdırılma qrifinin qoyulması, razılaşdırılma sənədinin
alınması və ya kollegial orqanın iclasında sənəd layihəsinin müzakirəsinin
protokolunun təqdim edilməsi vasitəsi ilə həyata keçirilir.
Razılaşdırılma
qrifi «Razılaşdırılmışdır» və ya «Razıyam» sözündən, sənədin razılaşdırıldığı şəxsin
vəzifəsindən, adından və soyadından, şəxsi imzasından və tarixdən ibarətdir (məsələn:
«Razılaşdırılmışdır»
Azərbaycan
Respublikasının səhiyyə naziri
(imza)
(adı
və soyadı)
(tarix).
Razılaşdırılma
qrifi sənədin titul vərəqinin yuxarı sağ küncündə yerləşdirilməlidir.
III. Sənədlərin rəsmiləşdirilməsi
üçün ümumi tələblər
24.
Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədi ilə rəsmiləşdirilməlidir.
Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsi
ilə həyata keçirilir.
25.
Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır.
İmzanın
tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, soyadı və
adı daxildir.
Əgər
sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə
göstərilir (məsələn:
Sədr
(imza) (adı və soyadı).
Əgər
sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə
göstərilir (məsələn:
Azərbaycan
Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
(imza)
(adı və soyadı)
(tarix)
Təşkilatlara
göndərilən sənədlər göndərən təşkilatın rəhbəri və ya onun müavinləri tərəfindən
imzalanır. Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər isə müvafiq struktur
bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır.
Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının
rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən
imzalanmalıdır.
26.
Kollegial orqanların sənədləri, habelə məzmununa görə iki və ya daha artıq şəxsin
məsuliyyət daşıdığı sənədlər müvafiq olaraq iki və ya daha artıq imza ilə rəsmiləşdirilir
(protokollar, maliyyə sənədləri və s.). Belə hallarda imzalar şəxslərin tutduğu
vəzifələrə uyğun olan ardıcıllıqla bir-birinin altında (vəzifələrin adları biri
digərindən iki-dörd sətirarası intervalla ayrılmaqla) yerləşdirilir.
27.
Əgər sənədi eyni dərəcəli iki və ya bir neçə vəzifəli şəxs imzalayırsa, onların
imzaları bir səviyyədə yerləşdirilir.
28.
Komissiyanın tərtib etdiyi sənədlər imzalanarkən sənədi tərtib etmiş şəxslərin
vəzifələri deyil, komissiya üzvləri arasında vəzifələrin bölgüsü göstərilir (məsələn:
Komissiyanın sədri: |
(imza)
|
—
(adı və soyadı)
|
Komissiyanın üzvləri: |
(imza)
|
—
(adı və soyadı)
|
(imza)
|
—
(adı və soyadı)
|
|
(imza)
|
—
(adı və soyadı və s.).
|
29. Əgər sənədi imzalamalı olan şəxs yoxdursa, sənəd
onun müavini və ya vəzifəsini icra edən şəxs tərəfindən imzalanmalıdır. Bu
zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir.
Sənədi «əvəzinə» sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə
imzalamaq qadağandır.
30. Bir qayda olaraq, aşağıdakı sənədlər təsdiq
edilir: təşkilatın və onların struktur bölmələrinin əsasnamələri, nizamnamələri,
perspektiv və cari planlar, yoxlama-təftiş xarakterli aktlar, işlərin qəbulu və
təhvili aktları, ayrı-ayrı protokol növləri və təşkilat rəhbərliyinin zəruri
hesab etdiyi digər sənədlər.
31. Sənəd təsdiqetmə qrifi ilə və ya müvafiq sərəncam
mahiyyətli sənəd qəbul etməklə təsdiq olunur.
Təsdiqetmə qrifinin elementləri aşağıdakılardır:
«Təsdiq edilmişdir» və ya «Təsdiq edirəm» sözləri, sənədi təsdiq etmiş şəxsin vəzifəsinin
adı, şəxsi imzası, adı və soyadı, təsdiqetmə tarixi.
Sənədin tətbiqi üçün əlavə tədbirlərin həyata
keçirilməsi tələb olunduğu hallarda, həmin sənədin təsdiq edilməsi sərəncam mahiyyətli
sənəd qəbul edilməsi vasitəsi ilə həyata keçirilir.
32. Əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə,
ona möhür vurulmalıdır. Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə,
arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin
məhv edilmək üçün ayrılması aktlarına, habelə lazımi hallarda başqa sənədlərə
imza qoyulması ilə bərabər Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş
möhür vurulur.
Dövlət gerbi əks olunmuş möhürü olmayan təşkilatlar
əsas möhürdən istifadə edirlər.
Möhür vəzifə adının və şəxsi imzanın üstünü
tutmamalıdır.
IV. Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblər
33. Sənədlərin kompüter (makina) üsulu ilə
hazırlanması 6.38-90 dövlətlərarası standartın tələbinə uyğun surətdə həyata
keçirilir.
34. Sənədlər çap olunarkən vərəqdə aşağıda göstərilən
qədər sahələr saxlanılır:
34.1.
soldan — 25 mm;
34.2.
sağdan — ən azı 8 mm;
34.3.
yuxarıdan — 20 mm;
34.4.
aşağıdan:
34.4.1.
A5 formatlı kağızlar üçün — azı 19 mm;
34.4.2.
A4 formatlı kağızlar üçün — azı 16 mm.
35.
9327-60 dövlətlərarası standart üzrə A5 formatlı sənədlərin mətni
bir sətirarası intervalla, mətbəə üsulu ilə nəşr edilən sənədlərin mətni iki sətirarası
intervalla, qalan sənədlərin mətni isə bir yarım sətirarası intervalla çap
edilir.
Sənədin
hər abzasının birinci sətri sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi
intervalı ilə çap edilir.
36.
Təşkilatın adlarında köməkçi sözlərdən başqa bütün sözlərin və onların tərkibinə
daxil olan xüsusi isimlərin baş hərfi böyük yazılır (Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi , Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi, Ticarət və Sənaye Palatası və s.).
37.
Təşkilatların struktur bölmələrinin adının yalnız baş hərfi böyük yazılır (məsələn:
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatı).
Struktur
bölmələrinin tərkibindəki ayrı-ayrı struktur vahidlərinin adı kiçik yazılır (məsələn:
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Əmək statistikası
şöbəsi).
38.
Rayon (şəhər) icra hakimiyyəti orqanlarının adlarında bütün sözlərin baş hərfi
böyük yazılır (Nərimanov Rayon İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti
və s.).
39.
Böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin
adları (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş
naziri, Azərbaycan Respublikasının Baş prokuroru və s.) istisna olmaqla, qalan
vəzifə adları kiçik hərflə yazılır (Azərbaycan Respublikasının maliyyə naziri,
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri, Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru,
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və s.).
40.
Başlanğıc hərflərindən yaradılmış mürəkkəb ixtisar adları böyük hərflə yazılır
(məsələn: Milli Təhlükəsizlik Nazirliyi - MTN).
41.
İki və daha artıq səhifəsi olan sənədlər ikinci səhifədən başlayaraq nömrələnməlidir.
Nömrələr ərəb rəqəmləri ilə yazılır.
42.
Sənədlərdə nömrə anlayışı «№» işarəsi və ya «nömrə» («nömrəli») sözü ilə ifadə
olunur.
V. Sənədlərə əlavələrin
(qoşmaların) edilməsi qaydası
43.
Sənədlərə aşağıdakı əlavələr ola bilər:
43.1.
müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr;
43.2.
əsas sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr;
43.3.
müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələr.
Müstəqil
sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələrdə sənəd üçün zəruri olan
elementlərin hamısı (adı, başlığı, məzmun üçün məsul olan şəxslərin imzaları,
razılaşdırma, təsdiqetmə haqqında qeydlər və s.) olmalıdır.
44.
Sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən və həmin sənədlə təsdiq edilən
əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:
Azərbaycan Respublikasının
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi sədrinin «___» _______ il tarixli
______ nömrəli əmri ilə
təsdiq edilmişdir
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi sədrinin «___» _______ il tarixli
______ nömrəli əmri ilə
təsdiq edilmişdir
Sərəncam
mahiyyətli sənədin mətnində adı çəkilən, lakin həmin sənədlə təsdiq edilməyən əlavələrdə
birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:
Azərbaycan Respublikası
vergilər nazirinin
«___» _______ il tarixli
______ nömrəli əmri ilə
təsdiq edilmiş Təlimata
1 nömrəli əlavə
vergilər nazirinin
«___» _______ il tarixli
______ nömrəli əmri ilə
təsdiq edilmiş Təlimata
1 nömrəli əlavə
Sərəncam
mahiyyətli sənədə həmin sənədlə təsdiq edilməyən bir neçə əlavə olduqda,
onların sıra nömrələri ardıcıllıqla yazılır («... 2 nömrəli əlavə», «... 3 nömrəli
əlavə» və s.).
45.
Əgər sənədlərə (sərəncam mahiyyətli sənədlər istisna olmaqla) mətndə adı çəkilən
qoşmalar vardırsa, qoşmanın mövcudluğu haqqında qeyd mətndə sənəddəki imzadan əvvəl
aşağıdakı formada tərtib edilir:
Qoşma
: 20 vərəq, 3 nüsxə.
Əgər
sənədə mətndə adı çəkilməyən qoşmalar əlavə edilmişsə, onların adları qoşma
haqqında qeyddə vərəqlərin və nüsxələrin miqdarı göstərilməklə sadalanır (məsələn:
Qoşma:
1.
________________ illərə aid daimi saxlanan işlərin siyahısı — 5 vərəq, 4 nüsxə.
2.
________________ illərə aid vaxtı keçmiş sənədlərin məhv edilmək üçün ayrılması
haqqında akt — 2 vərəq, 3 nüsxə).
Əgər
əsas sənədə qoşması olan sənəd əlavə edilirsə, əlavənin mövcudluğu haqqında
qeyd aşağıdakı formada tərtib edilir:
Qoşma:
(sənəd növünün, təşkilatın və ya sənəd tərtib edənin adı, sənədin tarixi və
nömrəsi) və ona əlavə: cəmi 5 vərəq.
Əgər
qoşmalar kitab şəklində bağlanmışdırsa, vərəqlərin miqdarı göstərilmir.
VI. Sənədlərin surətlərinin
çıxarılması, çoxaldılması və stenoqrafiya işləri
46.
Sənədlərin surətlərinin çıxarılması üçün müvafiq rəhbər vəzifəli şəxsin göstərişi
və ya icazəsi tələb olunur. Struktur bölməsinin rəhbəri surətlərin miqdarını,
göndəriş ünvanlarını müəyyən edir və sifariş blankını imzalayır.
47.
Sənədlərin surətlərinin aidiyyəti tərəflərə verilməsi təşkilat rəhbərliyinin
icazəsi ilə həyata keçirilir.
48.
Sənədin surətləri kompüter (makina) üsulu ilə təşkilatın blankında deyil, adi vərəqdə
hazırlanarsa, blankın rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə
köçürülür. Surətin birinci vərəqinin yuxarı sağ küncündə «Surət» qeydi yazılır.
49.
Əsli imzanı eynən təkrarlamayan, kompüter (makina) üsulu və surətçoxaldıcı
texniki vasitələrin köməyi ilə əldə edilmiş surətlər, onların əsli ilə düz
olmasını təsdiq edən vəzifəli şəxs tərəfindən imzalanır və müvafiq hallarda
möhürlənir.
Surətlərin
təsdiq edilməsi üçün sənədin «imza» rekvizitindən aşağıda sol sahədə «Düzdür» təsdiqləyici
imza əlavə edilir, surəti təsdiqləmiş şəxsin vəzifəsi, onun şəxsi imzası, adı və
soyadı təsdiq edilmə tarixi göstərilir və möhür vurulur (məsələn:
Düzdür:
Kargüzarlıq
xidmətinin rəhbəri (imza) (adı və soyadı)
(tarix).
50.
Surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli
verilir, surətləri çıxarıldıqdan sonra qaytarılaraq işlərə daxil edilir. Sənədin
əsli və çoxaldılmış əlavəsinin nüsxələri eyni nömrə ilə qeydə alınır.
51.
Təşkilat rəhbərinin yanında keçirilən iclasların və müşavirələrin stenoqramları
hazırlanır, müvafiq qaydada rəsmiləşdirilir və kargüzarlıq xidmətində
saxlanılır.
52.
Rəhbərliyin tapşırığı ilə müvafiq səs yazısını əks etdirən audio və video
yazılar daimi saxlanmaq üçün arxivə verilə bilər və ya maqnitsizləşdirmək yolu
ilə silinə bilər. Bu barədə akt tərtib olunur və müvafiq kitabda qeydiyyat aparılır.
Əgər
stenoqramlar səsyazan maqnit daşıyıcıları vasitəsi ilə qeydə alınıbsa, bu zaman
həmin materiallar kargüzarlıq xidmətində saxlanılır.
VII. Qərarların
hazırlanması və tərtib edilməsi
53.
Qərar təşkilatın kollegial orqanı tərəfindən qəbul edilə bilər. Qərarın mətni
yığcam, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur (2 nömrəli
əlavə).
54.
Qərarın şərh hissəsində qərar qəbul edilməsinin səbəbləri, görülməli tədbirlərin
məqsədləri göstərilir.
Görülməli
tədbirlərin izahına ehtiyac olmadıqda, şərh hissəsi olmaya da bilər.
55.
Qərarın sərəncam hissəsi əmr formasında ifadə olunur və qərarı qəbul edən təşkilatın
adından sonra mətn dayandırılmadan «qərara alır» sözləri ilə davam etdirilir.
Əgər
qərar bir neçə müxtəlif xarakterli tədbirlər görülməsini tapşırırsa, sərəncam
hissəsi bəndlərə bölünür. Eyni xarakterli tədbirlər bir bənddə (ayrı-ayrı
abzaslarla) sadalanır.
İcraçı
qismində bir qayda olaraq, təşkilatlar və ya struktur bölmələri göstərilir.
İcraçı qismində vəzifəli şəxs yalnız tədbirin icrası konkret şəxsə
tapşırıldıqda göstərilir.
Sərəncam
hissəsinin axırıncı bəndində qərarın icrasına nəzarətin həvalə edildiyi təşkilat,
struktur bölməsi və ya vəzifəli şəxs göstərilir. Təşkilatın, struktur bölməsinin
adı və ya vəzifəli şəxsin vəzifəsinin tam şəkildə adı, adı və soyadı yönlük
halda yazılır.
56.
Qərarların layihələri bu sənədləri hazırlamış şəxslərə verilir ki, onlar həmin
layihələrə zəruri hesab etdikləri dəyişiklik və əlavələri etsinlər. Sonra layihələr
onların tərtibinin başa çatdırılması və imzalanması üçün məsul şəxsə
qaytarılır.
İcraçı
imzalanmaq üçün hazırlanmış qərara həmin qərarın, o imzalandıqdan sonra göndərilməli
olduğu təşkilatların, struktur bölmələrinin və vəzifəli şəxslərin siyahısını əlavə
edir.
57.
Qəbul edilmiş qərarlar kollegial orqanın sədri və katibi tərəfindən imzalanır və
ən geci yeddi gün müddətinə kargüzarlıq xidməti tərəfindən icraçılara
çatdırılır.
58.
Qərarlar müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə qərarın
nömrəsi hesab olunur (3 nömrəli əlavə).
59.
Qəbul edilmiş qərarlara təşkilat rəhbərliyinin razılığı olmadan düzəliş etmək
qadağandır.
VIII. Sərəncamların
hazırlanması və tərtib edilməsi
60.
Sərəncamın mətni bir qayda olaraq, yalnız sərəncam hissəsindən ibarət olur (4
nömrəli əlavə). Şərh hissəsi cümləyə «müvafiq olaraq», «məqsədi ilə» və s. kimi
ifadələr şəklində daxil ola bilər. Bu zaman sərəncam hissəsi şərh hissəsindən
abzasla ayrılmalıdır və «tapşırılsın», «nəzərinə çatdırılsın», «təklif
edilsin», «təsdiq edilsin» və s. bu kimi fellərlə ifadə edilməlidir.
61.
Sərəncam təşkilat rəhbəri tərəfindən imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində
xronoloji ardıcıllıqla qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın
nömrəsi hesab olunur (5 nömrəli əlavə).
IX. Əmrlərin
hazırlanması və tərtib edilməsi
62.
Əmr bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur (6 nömrəli əlavə).
Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam
hissəsində isə görülməli tədbirlər sadalanır.
63.
Əmrin sərəncam hissəsi mətn dayandırılmadan «əmr edirəm» sözləri ilə başlanır.
Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir.
Hər bənd struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin adının və
soyadının göstərilməsi ilə başlanır.
64.
Əmrin mətni əlaqədar struktur bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan
əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri
imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər.
65.
Əmri hazırlayarkən icraçı onu struktur bölmələrinə və tabelikdə olan təşkilatlara
göndərmək zərurətini və əmrin tirajını müəyyən edir. Ünvan sahiblərinin
siyahısı həmin əmrin son vərəqinin əks tərəfində çap olunur və ya müstəqil sənəd
kimi əlavə edilir (tiraj böyük olduqda).
66.
Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır (7 nömrəli
əlavə).
X. Protokolların
hazırlanması və tərtib edilməsi
67.
Təşkilatların kollegial orqanlarının iclaslarının, habelə təşkilat rəhbərinin
göstərişi ilə digər iclas və müşavirələrin protokolu yazılmalıdır.
68.
Bir qayda olaraq, protokolun mətni giriş hissəsindən və əsas hissədən ibarət
olmalıdır.
69.
Geniş protokollarda protokolun giriş hissəsində iclası aparan sədrin və katibin
adları və soyadları, dəvət edilənlərin siyahısı, məruzəçinin (məruzəçilərin)
adları və soyadları, müzakirə ediləcək məsələnin (məsələlərin) adları verilir
(8 nömrəli əlavə).
70.
Geniş protokolda əvvəlcə məruzələrin və çıxışların qısa mətni, sonra isə qərar
hissəsi verilir. Qərar əvvəlki mətndən sonra vərəqin sol sahəsinin hüdudundan
üç sətirarası intervalla çap edilən «Qərara alındı» sözləri ilə başlanır. Qəbul
edilmiş qərarın mətni yeni sətirdən abzasdan yazılır.
71.
Stenoqramları aparılan iclasların protokolları qısa şəkildə tərtib edilir. Belə
protokolda iclasın gündəliyində duran məsələnin (məsələlərin), bu məsələyə aid
məruzəçinin (məruzəçilərin) və çıxış edənlərin adları və soyadları göstərilir,
müzakirə edilən hər məsələyə aid qəbul edilən qərar öz əksini tapır. Stenoqramları
aparılan iclasların protokolları tərtib edilərkən çıxışların məzmunu verilmir,
müvafiq qaydada tərtib edilmiş stenoqramın mətni protokola əlavə edilir.
72.
Protokol təşkilat rəhbəri və iclasın katibi tərəfindən imzalanır və təqvim ili
çərçivəsində nömrələnir.
XI. Arayışların və məlumat
vərəqələrinin hazırlanması və tərtib edilməsi
73.
Arayışın və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır. Birinci
hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə nəticələr
və təkliflər yazılır.
74.
Arayışda və ya məlumat vərəqəsində verilən məlumatın aid olduğu tarix və dövr
başlığa daxil edilməlidir (məsələn: «__________ il tarixinə olan vəziyyətə görə
yaz kənd təsərrüfatı işlərinə hazırlığın gedişi haqqında»).
75.
Arayışlar və məlumat vərəqələri təşkilatların blanklarında çap olunur, təşkilatın
və ya struktur bölməsinin rəhbərləri tərəfindən imzalanır.
76.
Vətəndaşların xahişi ilə verilən arayışlar ümumi blanklarda və ya trafaret mətnli
blanklarda tərtib olunur, təşkilatın rəhbəri tərəfindən imzalanaraq təsdiq
edilir və müvafiq kitabda qeydə alınır.
XII. Aktın
hazırlanması və tərtib edilməsi
77.
Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır.
Giriş
hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib
edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən
edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur.
78.
Aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və
adlıq halda feli isim ilə ifadə olunmalıdır (məsələn: «Məktəblərin yeni dərs
ilinə hazırlanması haqqında»).
79.
Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə
uyğun gəlməlidir.
80.
Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer
haqqında məlumat yerləşdirilir.
81.
Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu
zaman imza etmiş şəxslərin vəzifələri göstərilir.
82.
Aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin
rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır.
XIII. Məktub,
teleqram və telefonoqramın hazırlanması və tərtib edilməsi
83.
Məktublar xahişin (sorğunun), xahişə cavabın, habelə informasiya xarakterli məlumatların
ifadə olunması məqsədi ilə və bir məsələyə dair tərtib edilir.
Müşayiət
məktubları icra üçün göndərilən sənədin icrasının xarakterinə və ya göndərilməsinin
məqsədinə dair izahlar tələb olunduqda tərtib edilir.
84.
Məktubun mətni bir qayda olaraq, biri digəri ilə məntiqi surətdə bağlı iki hissədən
ibarət olmalıdır. Birinci hissədə məktubun hazırlanması üçün əsas götürülmüş
faktların və ya hadisələrin təsviri, ikinci hissədə nəticələr, təkliflər və ya
xahişlər yazılır.
85.
Teleqraf yazışması ancaq təcili məsələlərə dair aparılır. Sorğuya cavab verilərkən
teleqram mətninin qabağında həmin sorğunun nömrəsi göstərilir. Mətnin axırında
(imzadan əlavə) çıxış nömrəsi qoyulur.
Teleqramlar
iki nüsxə çap olunur və icraçı onlara viza verir. İmzalanandan sonra
teleqramlar göndərilmək üçün kargüzarlıq xidmətinə verilir. Teleqramda sözlər
hecalara bölünmədən və düzəlişlər edilmədən yazılır. İmza yeni sətirdən qeyd
edilir və möhürlə təsdiq olunur.
86.
Telefonoqramlardan ölkə, şəhər, rayon daxilində telefonla məlumat vermək üçün
istifadə edilir. Telefonoqram verilərkən aşağıdakılar göstərilir: kimin
ünvanına verilir, telefonoqramı imzalamış şəxsin vəzifəsi və soyadı,
telefonoqramın verildiyi tarix və saat, mətni ötürənin vəzifəsi və soyadı, təşkilatın
telefon nömrəsi.
XIV. Sənədlərin
dövriyyəsinin təşkili
87.
Sənədlərin təşkilatda hərəkəti, onlar təşkilata daxil olduğu və ya yaradıldığı
andan icra edildiyi və ya göndərildiyi anadək sənədlərin dövriyyəsini təşkil
edir.
88.
Təşkilatlarda sənədlər dövriyyəsinin təşkili aşağıdakı tələblərə cavab verməlidir:
88.1.
sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata
keçirilməlidir;
88.2.
işin zərurətindən irəli gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən
kənarlaşdırılmalıdır;
88.3.
sənədlərin hərəkəti qaydasında və işlənməsi prosesində maksimum eynilik təmin
olunmalıdır.
89.
Daxil olan korrespondensiyanın qəbulu və ilkin qaydada işlənməsi təşkilatlarda
kargüzarlıq xidməti tərəfindən, struktur bölmələrində isə struktur bölmələrinin
kargüzarlıq üçün məsul olan əməkdaşları tərəfindən həyata keçirilir. Daxil olan
korrespondensiyanın ilkin qaydada işlənməsi korrespondensiya gətirilməsinin
düzgünlüyünün və zərflərin içindəki sənədlərin salamatlığının yoxlanmasından,
onun təyinat üzrə verilmək üçün hazırlanmasından ibarətdir.
90.
Gətirilən korrespondensiyanın düzgünlüyünü yoxlamaqda məqsəd təyinat üzrə gətirilməyən
korrespondensiyanı aşkar etməkdən ibarətdir. Səhvən gətirilən korrespondensiya
geri qaytarılır.
Şəxsi
korrespondensiya istisna edilməklə, bütün zərflər açılır. Bu zaman zərflərin
bütövlüyü və içində sənədlərin mövcudluğu yoxlanılır. Sənədi göndərənin
ünvanını və ya sənədin göndərilmə, alınma tarixini ancaq zərfə görə müəyyən etməyin
mümkün olduğu hallardan başqa, zərflər bir qayda olaraq, məhv edilir.
Bütün
daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə qeyd
ştampı vurulur (9 nömrəli əlavə).
Daxil
olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra
baxılmaq üçün təşkilatın və ya struktur bölməsinin rəhbərliyinə verilir.
Dövlət
orqanlarının sənədləri, təşkilatın fəaliyyətinin mühüm məsələlərinə dair başqa
vacib sənədlər, habelə icrası üçün qərar qəbul etmək tələb olunan sənədlər təşkilat
rəhbərinə, qalan sənədlər isə onun müavininə və ya struktur bölməsinin rəhbərinə
verilir.
Vəzifəli
şəxslərin ünvanına olan sənədlər, bir qayda olaraq, bilavasitə həmin şəxslərə
verilir.
91.
Daxil olmuş sənədlər onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir.
Teleqramlar və digər təcili sənədlər baxılmaq və icra edilmək üçün ilk növbədə
verilir.
Daxil
olmuş sənəddə başqa sənədlərə istinad vardırsa, həmin sənədlər seçilib ayrılır
və daxil olmuş sənədlə, yaxud müvafiq arayışla birlikdə təşkilat rəhbərliyinə
verilir.
92.
Baxılmanın nəticələri bir qayda olaraq, sənədlərdə 6.38-90 dövlətlərarası
standart ilə ayrılan yerdə (mətndən əvvəl yuxarı sol hissədə) müvafiq olaraq təşkilatın
rəhbəri, onun müavini və ya struktur bölməsinin rəhbəri tərəfindən yazılan dərkənarda
əks olunur. Dərkənarlarda sənədlərin icra xarakteri və icraçıları haqqında
aydın və qəti göstəriş olmalıdır.
93.
Daxil olmuş sənədlər rəhbərlik tərəfindən baxıldıqdan sonra dərkənar mətninin
qeydiyyat vərəqəsinə keçirilməsi və lazımi hallarda nəzarətə götürülməsi üçün
kargüzarlıq xidmətinə qaytarılaraq təyinat üzrə göndərilir.
94.
Dərkənarda birinci göstərilən şəxs sənədin əsas icraçısıdır.
Sənədin
müştərək icraçıları əsas icraçıya lazım olan materiallar (məlumatlar) təqdim
etməli və digər zəruri kömək göstərməlidirlər. İcraçılar sənədlərin vaxtında və
keyfiyyətli hazırlanması üçün eyni dərəcədə məsuliyyət daşıyırlar.
İcra
olunmuş sənədlər işə tikilmək üçün işləri müvafiq məsələlər üzrə tərtib edən
struktur bölmələrinə və ya bu məqsəd üçün ayrılmış işçilərə verilir.
95.
Daxil olmuş sənədlərin rəhbərliyin göstərişi ilə bir struktur bölməsindən digərinə
verilməsi kargüzarlıq xidməti tərəfindən həyata keçirilir ki, bu barədə də
qeydiyyat vərəqələrində və müvafiq kitabda qeyd aparılır.
96.
Göndərilən sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması
(qeydə alınmalı olan sənədlər barəsində) və göndərilməsi sənədlərin
hazırlanması prosesini təşkil edir.
İlkin
qaydada tanış olmaq və razılaşdırılmaq üçün sənədin layihəsi çoxaldıla və eyni
zamanda onun hazırlanmasında iştirak edən bütün təşkilatlara verilə bilər.
Sənədi
imzalanmaq üçün verməzdən əvvəl icraçı onun məzmununu, tərtibinin düzgünlüyünü,
lazımi imzaların və əlavələrin mövcudluğunu yoxlamalıdır. İmzalanmaq üçün sənəd
onun hazırlanması üçün əsas götürülən materiallarla birlikdə verilir.
97.
İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə
verilir.
98.
Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin
hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt
göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə
verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi
kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün
verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir.
Kargüzarlıq
xidməti tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən
qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər
icraçılara qaytarılır.
Daimi
ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ
çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur.
Eyni
zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula bilər.
Göndərilmək
üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir.
99.
Daxili sənədlər təşkilat daxilində hazırlanır, tərtib və icra edilir. Daxili sənədlərin
hərəkəti onların hazırlanması və tərtibi mərhələlərində göndərilən sənədlərin,
icra mərhələsində isə daxil olan sənədlərin dövr etməsinin ümumi qaydasına
uyğun surətdə təşkil olunur.
Sərəncam
mahiyyətli sənədlərin layihələri müvafiq qaydada razılaşdırıldıqdan sonra
baxılmaq və ya imzalanmaq üçün təşkilatın rəhbərliyinə verilir. İmzalandıqdan
sonra həmin sənədlər qeydə alınır, əlavə olunmuş göndəriş siyahısına uyğun
sayda çoxaldılır və icra üçün verilir (göndərilir).
Təşkilatın
və ya struktur bölmələrinin rəhbərliyinə ünvanlanan məlumat vərəqələrinə,
arayışlara, məlumatlara və başqa daxili sənədlərə onların ünvanlandığı vəzifəli
şəxs tərəfindən baxılır, bundan sonra həmin sənədlər icra edilmək (işlənilmək)
üçün ümumi qaydada müvafiq struktur bölmələrinə verilir, yaxud işə alınır.
100.
Təşkilat daxilində sənədlərin çatdırılmasını struktur bölməsinin kargüzarlıq
üçün məsul olan əməkdaşları həyata keçirir. Göndərilən sənədləri isə təyinat
üzrə kuryerlər çatdırırlar.
101.
Teleqramlar və təcili sənədlər dərhal, qalan sənədlər isə bir qayda olaraq,
gündə azı iki dəfə çatdırılır.
102.
Daxil olan və göndərilən sənədlər, o cümlədən nəzarətdə olan və digər ən mühüm
sənədlər hərəkətin bütün mərhələlərində bir qayda olaraq, müvafiq kitabda müəyyən
qeyd aparılmaqla qəbul edilir və təhvil verilir (10 və 11 nömrəli əlavələr).
103.
Sənədlərin struktur bölmələri daxilində verilməsi struktur bölməsinin
kargüzarlıq üçün məsul olan əməkdaşı tərəfindən həyata keçirilir və bu barədə
qeydiyyat vərəqəsində müvafiq qeydlər aparılır. Sənədin bir struktur bölməsindən
digərinə verilməsi barədə kargüzarlıq xidmətinə məlumat verilməlidir. Qeydiyyat
vərəqəsində sənədin verilməsi haqqında müvafiq qeyd aparılır.
XV. Sənədlərin qeydə
alınması və məlumat aparatının quruluşu
104.
Sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat
vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsidir.
105.
Sənədlərin qeydə alınmasını təşkilatın kargüzarlıq xidməti və struktur bölmələrinin
kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər.
106.
Bilavasitə təşkilatın vəzifələrinin həyata keçirilməsi üçün zəruri olmayan sənədlərin
(təbrik məktubları və dəvətnamələr, kitablar, jurnallar, bülletenlər, reklam
bildirişləri və plakatları, iclaslar, müşavirələr, konfranslar və digər tədbirlərin
proqramları və ya belə tədbirlər haqqında digər məlumatlar, müxtəlif məsələlər
üzrə hesabatlar və s.) qeydə alınması tələb olunmur. Belə sənədlər təşkilatın
müvafiq bölmələrində (kitabxanada, mühasibat, kadrlar, analitik-informasiya şöbələrində
və s.) uçota alınır.
107.
Hər bir sənəd təşkilatda ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər
onların təşkilata daxil olduğu gün, göndərilən və daxili sənədlər isə, onların
imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır.
108.
Sənəd dövriyyəsinin həcmi ildə 1000 sənəddən çox olan təşkilatlarda sənədlərin
qeydə alınması üçün vahid qeydiyyat vərəqəsi tətbiq edilir (12 nömrəli əlavə).
109.
Qeydiyyat vərəqələrinin blankları 170x120 mm ölçüdə A5 və A6
formatlı kağızda mətbəə üsulu və ya operativ poliqrafiya metodu ilə hazırlanır.
110.
Sənəd dövriyyəsinin həcmi ildə 1000 sənədə qədər olan təşkilatlarda sənədlərin
yalnız qeydiyyat kitabında qeydə alınmasına yol verilir.
111.
Sənədlər qeydiyyat vərəqələrində qeydə alınan zaman aşağıdakı tələblərə riayət
edilməlidir:
111.1.
vərəqələr ancaq təşəbbüs sənədi (sorğu) üçün yazılır;
111.2.
vərəqənin üz tərəfi kargüzarlıq xidməti, əks tərəfi isə struktur bölməsi və ya
icraçı tərəfindən doldurulur;
111.3.
vərəqənin birinci nüsxəsi sənədlə birlikdə göndərilir, ikinci nüsxəsi isə
kargüzarlıq xidmətində qalır;
111.4.
vərəqələr kargüzarlıq xidmətində iki kartoteka (icra olunmuş sənədlərin
kartotekası və icra olunmamış sənədlərin kartotekası) təşkil edir.
112.
Sənəd bir struktur bölməsindən digərinə göndərilərkən qeydiyyat vərəqəsində dərkənarın
mətni və tarixi göstərilir.
113.
Sənədin icrası haqqında yazılan qeyd məsələnin mahiyyətcə həll olunmasını, cavab
sənədinin tarixini və nömrəsini əks etdirməlidir. Yazılı cavab hazırlanması tələb
olunmursa, təşəbbüs sənədində qoyulan məsələnin nə vaxt, kim tərəfindən və necə
həll olunması haqqında konkret qeyd yazılır.
114.
Qeydiyyat vərəqələrinin məlumat kartotekası aşağıdakı hissələrdən ibarətdir:
114.1.
icra edilməmiş daxili sənədlər üçün (birinci hissə);
114.2.
cavab alınması gözlənilən göndərilən sənədlər üçün (ikinci hissə);
114.3.
icra edilmiş daxil olan sənədlər üçün (üçüncü hissə).
115.
Ayın günləri kartotekanın birinci və ikinci hissələrinin bölmələridir. Vərəqələr
bölmələrdə müvafiq olaraq icra müddətlərinə və cavab alınmasının gözlənilən
tarixlərinə görə yerləşdirilir.
Üçüncü
hissənin bölmələri təşkilatın struktur bölmələrinə və ya müstəqil iş sahələrinə,
rubrikalar isə işlərin başlıqlarına və nomenklatur üzrə nömrələrinə uyğundur. Vərəqələr
bu bölmələrdə qeydə alınma nömrələri qaydasında yerləşdirilir.
116.
Sənədlər icra olunduqca və cavablar alındıqca vərəqələr birinci və ikinci hissələrdən
üçüncü hissənin müvafiq bölməsinə və rubrikasına keçirilir, bu barədə vərəqələrdə
lazımi qeydlər yazılır. Yuxarı təşkilatların məlumat üçün göndərdikləri sənədlər
üçün doldurulan qeydiyyat vərəqələri də orada yerləşdirilir.
XVI. Sənədlərin
icrasına nəzarətin təşkili
117.
Sənədlərdə olan təkliflərin, tapşırıqların və məsələlərin icrasına daim nəzarət
edilməlidir. Belə nəzarətin məqsədi sənədlərin vaxtında və keyfiyyətli icrasına
nail olmaqdır.
118.
Sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti təşkilatların,
struktur bölmələrinin rəhbərləri həyata keçirirlər.
Sənədlərin
icrasına bilavasitə nəzarət edilməsi kargüzarlıq xidmətinə və təşkilatda xüsusi
olaraq yaradılan nəzarət xidmətinə tapşırılır. Struktur bölmələrində sənədlərin
icrasına nəzarəti struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları
həyata keçirirlər.
119.
Aşağıdakı sənədlər xüsusi nəzarətə götürülür:
119.1.
bilavasitə qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər;
119.2.
dövlət hakimiyyəti orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən
tapşırıqlarını nəzərdə tutan sənədlər;
119.3.
təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər.
Təşkilat
rəhbərliyinin göstərişi ilə icrasının nəticəsinin məruzə edilməsi nəzərdə tutulan
digər sənədlər də nəzarətə götürülə bilər.
120.
Sənədlərin ümumi icra müddəti qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilatın
özü tərəfindən müəyyən edilir.
Konkret
hallarda hər hansı ayrıca sənədin icrası ilə əlaqədar təşkilatın rəhbərliyi və
ya yuxarı təşkilat tərəfindən xüsusi icra müddəti müəyyən edilə bilər.
121.
Sənəddə cavab alınması üçün müddət göstərilmişdirsə, həmin müddətə, bir qayda
olaraq, riayət edilməlidir.
122.
Sənədin icra müddəti onun təşkilata daxil olduğu vaxtdan hesablanır.
123.
Sənədin icra müddəti icraçının (icraçıların) yazılı xahişi ilə təşkilat rəhbəri
tərəfindən qanunvericiliyin tələbləri pozulmamaqla uzadıla bilər.
124.
Sənədlərin icrasına nəzarət, nəzarət vərəqələrində qeydlər edilməklə aparılır
(13 nömrəli əlavə).
125.
Sənəd dövriyyəsi kiçik olan təşkilatlarda nəzarət daxil olan, göndərilən və
daxili sənədlərin qeydiyyat kitablarında həyata keçirilir (14 nömrəli əlavə).
126.
Nəzarət vərəqələrində, habelə nəzarətdə olan sənədlərdə (birinci vərəqin yuxarı
sağ kənarında) nəzarət işarəsi («N») qoyulur və ya «Nəzarətdədir» ştampı
vurulur, bundan sonra sənəd icraçıya verilir, vərəqənin əlavə nüsxəsi isə nəzarət
kartotekasına qoyulur.
127.
Sənədlərin icrasının gedişi haqqında məlumat «icra haqqında qeyd» sütununda
qeyd edilir.
128.
Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə
cavab verildikdə icra edilmiş sayılır.
Əgər
icra sənədləşdirilməmişdirsə, bu barədə nəzarət vərəqəsinin «İcra haqqında
qeyd» sütununda məlumat yazılır.
129.
Sənədlər, bir qayda olaraq, icra edildikdən sonra nəzarətdən çıxarılır. Sənədin
icrası və nəzarətdən çıxarılması haqqında məlumat nəzarət vərəqəsində qeyd
edilir.
Digər
hallarda sənədi nəzarətdən yalnız onu nəzarətə götürmüş vəzifəli şəxs çıxara
bilər. Bu zaman sənəddə və vərəqədə nəzarətdən çıxarılma barədə qeyd yazılır.
130.
Nəzarətdə olan sənədlərin icrası haqqında təşkilatın rəhbərliyinə ayda 1 dəfə məlumat
verilir.
Digər
sənədlərin icrasının gedişi və nəticələri haqqında məlumat ildə azı 1 dəfə təhlil
edilir. Təhlil əsasında sənədlərin icrasını sürətləndirmək və icra intizamını
yüksəltmək məqsədi ilə müvafiq tədbirlər planı işlənib hazırlanır.
XVII. İşlərin
nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil
verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları
131.
Qovluqların düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi,
işlərin sistemləşdirilməsi və uçotu, onların saxlanma müddətlərinin müəyyən
edilməsi və gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə hər
il təşkilatın işlərinin ümumi nomenklatur-siyahısı tərtib edilir (15 nömrəli əlavə).
132.
İş nomenklaturunu struktur bölmələrinin təkliflərini nəzərə almaqla kargüzarlıq
xidməti tərtib edir, təşkilat rəhbəri isə təsdiq edir.
133.
İcra edilmiş sənədlər təsdiq edilmiş iş nomenklaturuna uyğun olaraq struktur
bölmələri tərəfindən qovluqlarda formalaşdırılır.
134.
Qovluqlar saxlanılmaq üçün təşkilatın arxivinə təhvil verilməzdən əvvəl
kargüzarlıq xidməti tərəfindən aşağıdakı tələblərə riayət edilməlidir:
134.1.
qovluqda sənədlərin hamısının olub-olmadığını yoxlamaq;
134.2.
qovluqda işə tikilməli sənədlərin bu Təlimata uyğun surətdə qeydə
alınıb-alınmadığını yoxlamaq və qeydə alınmamış sənədlər aşkar edildikdə,
onları qeydə aldırmaq;
134.3.
qovluqda sənədlərin yerləşməsinin düzgünlüyünü yoxlamaq;
134.4.
bölmə-bölmə tikilmiş işlərin siyahısında şöbələrin adlarının tikilmiş sənədlərə
uyğun gəlib-gəlmədiyini yoxlamaq;
134.5.
qovluğun vərəqlərini sağ küncdən başlayaraq yuxarıdan aşağı adi karandaşla nömrələmək.
135.
Qovluğun təşkilatın arxivinə təhvil verilməli olub-olmadığı iş nomenklaturuna
uyğun müəyyən edilir.
Təşkilatın
cari arxivinə verilmiş sənədlərin istifadə üçün götürülməsi yalnız təşkilat rəhbərliyinin
icazəsi ilə mümkündür.
136.
Növbəti ilə adlayan işlər istisna olmaqla, bir ilin bütün sənədləri qovluqlarda
formalaşdırılır. Bir qovluqdakı vərəqlərin sayı 200-250-dən çox olmamalıdır. Sənədlər
qovluğa bir nüsxədə tikilir.
137.
İşlərin nomenklaturu tərtib edilərkən, işlər formalaşdırılarkən və sənədlərin
işlərə düzgün daxil edilməsi yoxlanılarkən təşkilatda sənədlərin ekspertizası
keçirilir. Ekspertizanı təşkilatda daimi fəaliyyət göstərən sənədlərin
ekspertizası və arxiv işi üzrə ekspert komissiyası aparır.
Ekspert
komissiyasının tərkibi təşkilat rəhbəri tərəfindən təsdiq edilir.
138.
Sənədlər Dövlət Arxivinə təhvil verilmək üçün hazırlanarkən onlar yenidən
ekspertizadan keçirilməli, daimi saxlanılan sənədlərin və işlərin siyahıları, ləğv
edilmək üçün ayrılan sənədlərin və işlərin aktları tərtib edilməlidir.
Təşkilatda
olan sənədlər qanunvericiliklə müəyyən edilmiş müvəqqəti saxlanma müddəti başa
çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir. Arxivə təhvil
verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı ilə və təşkilat rəhbərinin
təsdiq etdiyi akt üzrə məhv edilir.
139.
Sənədlər daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilərkən aşağıdakı tələblərə
riayət edilməlidir:
139.1.
sənədlərin tərkibi və keyfiyyəti yoxlanmalıdır;
139.2.
üz qabığında (qovluğun axırında), ümumi qovluqda isə həm də bölmələrin
siyahısında təsdiqləyici imza qoyulmalı, qovluğun nömrələnmiş vərəqlərinin sayı
rəqəmlə və sözlə göstərilməli, lazım gəldikdə, vərəqlərin nömrələnməsinin
xüsusiyyətləri və işə tikilmiş sənədlərin fiziki vəziyyəti qeyd edilməlidir;
139.3.
ara qatları, metal bəndlər, pərçimlər qovluqdan çıxarılmalı və sənədlər müəyyən
edilmiş qaydada tikilməlidir;
139.4.
qovluğu arxivə təhvil vermək üçün hazırladıqdan sonra ümumi qovluğun bölmələr
siyahısının birinci səhifəsində (sağdan aşağı küncdə), ayrı-ayrı qovluqların isə
sonuncu sənədində (axırıncı səhifənin arxa tərəfində) «Arxivə» sözü yazılmış
ştamp vurulmalıdır.
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
1 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
1 nömrəli əlavə
Təşkilat blankının nümunəsi
(küncdə)
Azərbaycan Respublikası Dövlət
gerbinin təsviri
(«Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİ
Poçt indeksi _________, Bakı şəhəri,
_________________________ küç., _____, Tel: ___________ Faks: ______________ Elektron poçtu _____________________ «___» _________________ il № ___________ |
(eninə)
Azərbaycan Respublikası Dövlət
gerbinin təsviri
(«Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİ |
Poçt indeksi _________, Bakı şəhəri, ________________________ küç., _____, |
Tel: ____________ Faks: _____________ Elektron poçtu _____________________ |
«___» ______________ ______il
|
№ ___________
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
2 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
2 nömrəli əlavə
Təşkilatın qərarının nümunəsi
Azərbaycan Respublikası Dövlət
gerbinin təsviri
(«Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
(«Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN KOLLEGİYASI
DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN KOLLEGİYASI
QƏRAR
№ _____
№ _____
Bakı
şəhəri
|
«___» ______________ il
|
qərara alır:
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
3 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
3 nömrəli əlavə
Qərarların qeydə alınması kitabı
Qərarın sıra nömrəsi
|
Tarixi
|
Qərarın adı
|
Kim imzalamışdır
|
İcraçı
|
Qeyd
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
4 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
4 nömrəli əlavə
Təşkilatın sərəncam blankının
nümunəsi
Azərbaycan Respublikası Dövlət
gerbinin təsviri
(«Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
(«Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN RESPUBLİKASININ
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ
SƏRƏNCAM
№ _______
№ _______
Bakı
şəhəri
|
«___» ______________ il
|
Azərbaycan Respublikası
Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
5 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
5 nömrəli əlavə
Sərəncamın qeydə alınması kitabı
Sərəncamın sıra nömrəsi
|
Tarixi
|
Sərəncamın adı
|
Kim imzalamışdır
|
İcraçı
|
Qeyd
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
6 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
6 nömrəli əlavə
Təşkilatın əmr blankının nümunəsi
Azərbaycan Respublikası Dövlət
gerbinin təsviri
(«Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
(«Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN RESPUBLİKASININ
MALİYYƏ NAZİRLİYİ
MALİYYƏ NAZİRLİYİ
ƏMR
№ ______
№ ______
Bakı
şəhəri
|
«___» ______________ il
|
əmr edirəm:
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
7 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
7 nömrəli əlavə
Əmrlərin qeydə alınması kitabı
Əmrin sıra nömrəsi
|
Tarixi
|
Əmrin adı
|
Kim imzalamışdır
|
İcraçı
|
Qeyd
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
8 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
8 nömrəli əlavə
Geniş protokol nümunəsi
AZƏRBAYCAN RESPUBLİKASININ
MƏDƏNİYYƏT NAZİRLİYİ KOLLEGİYASININ İCLASININ
PROTOKOLU № ______
MƏDƏNİYYƏT NAZİRLİYİ KOLLEGİYASININ İCLASININ
PROTOKOLU № ______
Bakı
şəhəri
|
«___» ______________ il
|
Sədrlik edirdi: |
(adı, soyadı və vəzifəsi) |
İştirak edirdilər: |
(adları, soyadları) |
Dəvət olunanlar: |
(adları, soyadları, vəzifələri) |
Gündəlik
1.
____________________________________________________________________________
(baxılan məsələlərin
sadalanması, məruzəçilərin adları və soyadları)
2.
____________________________________________________________________________3. ____________________________________________________________________________ Eşidildi: (məsələnin adı, məruzəçilərin və müzakirələrdə çıxış edənlərin adları və soyadları). Çıxış etdilər: (məruzələrin və çıxışların qısa mətni). Qərara alındı: (qəbul olunmuş qərar və ya həmin məsələyə dair rədd edilmiş layihə tam yazılmış şəkildə). 1. ____________________________________________________________________________ 2. ____________________________________________________________________________ 3. ____________________________________________________________________________ |
Sədr |
_______________________________
|
(adı və soyadı) |
(imza)
|
||
Katib |
_______________________________
|
(adı və soyadı) |
(imza)
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
9 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
9 nömrəli əlavə
Qeydiyyat ştampının nümunələri
Ölçüləri:
|
||
|
5,5 X 2,5 sm. |
|
|
4
X 1,5 sm.
|
|
|
4
X 1,5 sm.
|
|
|
4
X 1,5 sm.
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
10 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
10 nömrəli əlavə
Daxil olan sənədlərin qeydə
alınması kitabı
Sənədin daxilolma tarixi və nömrəsi
|
Sənədi göndərən
|
Sənədin tarixi və nömrəsi
|
Sənədin qısa məzmunu
|
Kim baxmışdır və dərkənar
|
İcraçı
|
Alınma barədə imza və tarix
|
Sənədin kargüzarlıq xidmətinə
qaytarılması tarixi
|
Sənədin saxlandığı işin nömrəsi,
vərəqlərinin sayı
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
11 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
11 nömrəli əlavə
Göndərilən sənədlərin qeydə
alınması kitabı
Sənədin tarixi və nömrəsi
|
Kim göndərir
|
Qısa məzmunu
|
Sənədin icrası haqqında qeyd
|
Sənədin verilməsi barədə imza və
tarix
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
12 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
12 nömrəli əlavə
Qeydiyyat vərəqəsinin nümunəsi
QEYDİYYAT VƏRƏQƏSİ (üz tərəfi)
Təşkilatın adı
Sənədin nömrəsi _______________ və
tarixi «____» _____________ il
Göndərən
|
Kargüzarlıq xidmətinə
daxilolma №-si
«____» _____________ il
|
__________________________________________________________________________ Sənədin qısa məzmunu |
Kimə göndərilmişdir. Dərkənarın müəllifi və məzmunu |
Sənədin forması, növü, vərəqlərinin, əlavələrinin sayı, müşayiət məktubu
barədə qeydlər |
(arxa tərəfi)
__________________________________________________________________________ İcranın gedişi __________________________________________________________________________ İcranın nəticələri |
Azərbaycan Respublikası
Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
13 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
13 nömrəli əlavə
Nəzarət vərəqəsinin nümunəsi
Nəzarət vərəqəsi
İcra haqqında qeyd
|
13 nömrəli əlavənin
davamı
İcradan sonra nəzarət xidmətinə qaytarılmalıdır
|
|
Struktur bölməsi rəhbərinin imzası ____________________________________ Qeyd ____________________________________________________________ «____» ____________________ ______ il |
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
14 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
14 nömrəli əlavə
Nəzarətdə olan sənədlərin qeydə
alınması kitabı
Sənədin nəzarət nömrəsi,
daxilolma nömrəsi və tarixi
|
Sənədi göndərən
|
Sənədin tarixi və nömrəsi
|
Qısa məzmunu
|
Nəzarətə götürən, dərkənar
|
Kim baxmışdır
|
İcraçı
|
Nəzarət qeydləri
|
Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
15 nömrəli əlavə
2003-cü il 27 sentyabr tarixli,
935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş Təlimata
15 nömrəli əlavə
İşlərin nomenklatur-siyahısı
|
|
||||
|
|||||
|
İşlərin indeksi
|
Struktur bölmələrinin (və ya fəaliyyət
istiqamətlərinin) və işlərin adı
|
İşlərin miqdarı (cildləri)
|
Saxlama müddətləri və siyahı üzrə
maddələr
|
Qeyd
|
1
|
2
|
3
|
4
|
5
|
15 nömrəli əlavənin
davamı
Hazırlanmış işlərin kateqoriyaları
və miqdarı haqqında yekun qeydi
Saxlanma müddətləri üzrə
|
Cəmi
|
O cümlədən başqa ilə keçən
|
Daimi |
||
Müvəqqəti (10 ildən artıq) |
||
Müvəqqəti (axırıncı il də daxil olmaqla, 10 ilədək) |
||
Cəmi |
||
İmza |
Arxiv idarəsi
ilə razılaşdırılma qrifi
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.