Təhsil Nazirliyinin
təşkilatçılığı ilə növbəti “Bayraq yürüşü”
Noyabrın 7-də saat
11:00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə
əlaqədar “Bayraq yürüşü” keçirəcək.
Yürüşdə Təhsil
Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış
ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi
təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin
şagird və tələbələri iştirak edəcəklər.
Yürüşün keçirilməsində
əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində
tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.
“Bayraq yürüşü”nün
“Azneft” meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi
nəzərdə tutulur.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.