Güllübəyim CƏRULLAYEVA,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti
IV sinif
Musiqi
Mövzu: Bəstəkar və operetta.
Motivasiya.
Şagirdlər proyektorla Dövlət himninin məzmununa uyğun videoçarxı izləyərək himni ifa edirlər. Uşaqlardan himnimizin müəlliflərini soruşur, "Şair kimə deyilir, bəstəkar kimə deyilir" kimi suallarla onlara müraciət edirəm. Uşaqlar sualları cavablandırırlar. Müsahibəni davam etdirirəm:
- Hansı Azərbaycan və Avropa bəstəkarlarını tanıyırsınız?
Şagirdlər slaydlara baxa-baxa bəstəkarların adlarını sadalayırlar. Sonra dahi bəstəkarımız Üzeyir Hacıbəylinin portretini göstərir və uşaqlara müraciət edirəm:
- Üzeyir Hacıbəyli kimdir? Uşaqlar şaxələndirmə üsulu ilə Üzeyir Hacıbəyli haqqında məlumatlanırlar. Müzakirələrdə onun həyatı, yaradıcılığı, publisistikası və nəhayət, Azərbaycanda opera və operettanın yaradıcısı olaraq vurğulanır.
Tədqiqat sualı:
Operettada hansı musiqi janrlarından istifadə olunur və hansı musiqi kollektivləri iştirak edir?
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.