Müəllimlərin bilik və bacarıqlarının imtahanlarında
iştirakçıların davranış
QAYDALARI
• imtahana gələrkən özləri ilə qələm və şəxsiyyət
vəsiqələrini gətirməlidirlər; • imtahan keçirilən məkana gələrək, girişdə qeydiyyatdan keçməli və imtahan nəzarətçilərinin təlimatına uyğun olaraq binaya daxil olmalıdırlar;
• imtahan zalına daxil olduqdan sonra onlar üçün nəzərdə tutulmuş yerlərdə oturmalı və təlimatı gözləməlidirlər. Təlimat və imtahana başlamaq haqqında məlumat verildikdən sonra imtahana başlamaq olar;
• nəzarətçilər təlimat verərkən müəllimlər imtahanlar zalında sakitliyi tam təmin etməli, bir-birilərinin təlimatı dinləmələrinə mane olmamalıdırlar;
• imtahan zamanı bir-birindən köçürməməli, bu və ya digər hər hansı bir səbəbə görə sakitliyi pozmamalıdırlar;
• imtahanda iştirakçılar onlara verilən vərəqlərdən əlavə heç bir vasitədən istifadə etməməlidirlər. Pərgar, kalkulyator, əlavə vərəq, kitabça və sair kimi ləvazimatların imtahanlara gətirilməsi və ya istifadə edilməsi qadağandır;
• mobil telefonlar söndürülməlidir;
• yuxarıda qeyd edilən qaydalara riayət etməyən imtahan iştirakçıları imtahandan xaric olunacaq və onların nəticələri ləğv olunacaqdır.

0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.