MİLLİ
VƏ BEYNƏLXALQ AXTARIŞ AXTARIŞ SİSTEMLƏRİ. KATALOQLAR
Artıq güclü
axtarış proqramlarının Azərbaycan versiyaları da hazırlanıb. Hazırda ən güclü, ən
populyar axtarış robotu “Google” (www.google.com)
hesab olunur. Bu axtarış sisteminin Azərbaycan versiyasını www.google.az serverində tapa bilərsiniz.
Sorğu üçün olduqca rahat mexanizm nəzərdə tutulub. Axtardığınız sənədin dəqiq
tapılması üçün Azərbaycan dilində verilmiş əlavə məlumatları nəzərdən keçirtmək
tövsiyyə olunur. Axtarış məqsədiylə hansısa sözü daxil edərkən onun hansı şrift
standartında yazılmasına diqqət yetirin. Çünkü İnternetdə Azərbaycan dilində
bir neçə şrift standartında yayılmış informasiyalar var. Məsələn əgər siz
“Google”də yeni standartda təhsil sözü
yazsanız təxminən bir milyonadək səhifə tapacaqsınız. Köhnə şriftlə təhsil sözü daxil etsəniz (rus
klaviaturası ilə), tapdığınız 2000 – dək səhifə güman ki əvvəlkilərin içərisində
olmayacaq. Hər hansısa bir mətni
axtararkən həmin mətndə ən çox işlənən sözü axtarış maşınına daxil etmək
lazımdır. Daha əhatəli mətn üçün bir neçə sözün daxil edilməsi tələb olunur.
Müxtəlif ünvanlardan, genişləndirilmiş axtarış üsullarından eyni zamanda
istifadə etmək yaxşı nəticə verir. Azərbaycan İnternetinin özünəməxsus azərbaycandilli
axtarış sistemləri təəssüf ki, hələ bir o qədər də inkişaf etməyib. Ümid etmək
olar ki, Azərbaycan İnterneti inkişaf etdikcə milli axtarış serverlərimiz də
güclü axtarış maşınlarına çevriləcəkdir.
Kataloq saytlar
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.