DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

10 Mayıs 2016 Salı

Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu

Məlumat azadlığı haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Məlumat azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər
kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq
və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı
olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar
və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.
Maddə 2. Məlumat azadlığının təminatı
Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və
mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının
Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından
istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona
müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.
Maddə 3. Qanunun təyinatı
Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan
münasibətləri tənzimləyir.
Maddə 4. Məlumat münasibətlərinin subyektləri
Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir.
Maddə 5. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
məlumat azadlığının təmin edilməsi;
məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;
məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;
məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və
qorunmasının qanuniliyi;
hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;
şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması.
Maddə 6. Məlumatın əldə edilməsi üçün təminatlar
Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul
olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;
dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya
xidmətlərinin yaradılması ilə;
statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından,
habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;
vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii
fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal
məlumat verilməsi ilə;
kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol
verilməməsi ilə;
normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin
nəzərinə çatdırılması ilə.
Maddə 7. Məlumat mənbələri
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və
başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar
məlumat mənbələri hesab edilirlər.
Maddə 8. Məlumatın əldə edilməsi
Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və
üsullarla həyata keçirilir.
Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması
məhdudlaşdırılan məlumata bölünür.
Maddə 9. Açıq məlumatın əldə edilməsii[1]
Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
internet informasiya ehtiyatları vasitəsilə;
rəsmi nəşrlərlə;
kütləvi informasiya vasitələrinin yayılması ilə;
kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün
olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;
fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;
qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.
Açıq məlumatın alınması qaydası və şərtləri bu Qanunla, "İnformasiya əldə
etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları
və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə)
müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə
uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin
olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.
Maddə 10. Alınması məhdudlaşdırılan məlumat
Alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim),
qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə
həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair
informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması
məhdudlaşdırılan məlumata aid edilir.
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və
məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə
aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə
tənzimlənir. ii[2]
Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət
Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi
haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.iii[3]
Maddə 12. Məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ
Məlumatın verilməməsi barədə məlumat sahibinin yuxarı orqanına və Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), habelə
məhkəməyə şikayət edilə bilər.iv[4]
Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin
üzərinə düşür.
Maddə 13. Şəxsiyyət haqqında məlumat (fərdi məlumat)v[5]
Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə
məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun
adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri
çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır.
Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən
könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin
siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla
nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir.
Maddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq
hüququ
Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və
mühafizə olunur. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə
toplanması qadağandır.vi[6]
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən
məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar
istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar
aşağıdakı hüquqları vardır:
onun haqqında toplanan məlumatla tanış olmaq;
məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və
necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;
məlumatda dəqiqləşdirmələraparılmasını tələb etmək.
Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da
vardır.vii[7]
Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar
şəxslər tərəfindən əldə etməsinə yol verilmir.
Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə
müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.
Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması
üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf
göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.viii[8]
Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri
olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin
nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs
yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən
edilmiş məsuliyyətə səbəb olur.ix[9]
Maddə 15. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət
daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 19 iyun 1998-ci il
№ 505-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 1 fevral 2000-ci il tarixli 799-IQnömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
№ 3, maddə 136)
2. 25 mart 2003-cü il tarixli 429-IIQDnömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il,
№ 4, maddə 178)
3. 5 mart 2004-cü il tarixli 598-IIQDnömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il,
№ 3, maddə 133)
4. 20 oktyabr 2006-cı il tarixli 167-IIIQDnömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il,
№ 12, maddə 1005)
5. 12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, № 60, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 172)
6. 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, № 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 162)
7. 5 mart 2013-cü il tarixli 587-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti 12 aprel 2013-cü il, № 75, “Azərbaycan”
qəzeti 17 aprel 2013-cü il, № 80, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 359)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
i[1] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQDnömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12,
maddə 1005) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 9. Açıq məlumatın əldə edilməsi
Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
mütəmadi rəsmi nəşrlərlə;
kütləvi informasiya vasitələrinin yayılması ilə;
fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə.
Açıq məlumatın alınması qaydası vəşərtləri bu Qanunla və ya müqavilə ilə
(məlumatın verilməsi müqaviləəsasında həyata keçirilirsə) müəyyən olunur.
Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət
hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı
verməkdən imtina edə bilməzlər.
ii[2]1 fevral 2000-ci il tarixli 799-IQnömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, maddə 136) ilə 10-cu maddənin birinci və
ikinci hissələrinə “ailə həyatına” sözlərindən sonra, “terror aksiyalarına” sözləri əlavə edilmişdir.
25 mart 2003-cü il tarixli 429-IIQDnömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 178) ilə 10-cu maddənin birinci hissəsinə
ikinci cümlə əlavə edilmiş, ikinci hissəsinə "terror aksiyalarına" sözlərindən sonra "ətraf mühitə" sözləri əlavə
edilmişdir.
iii[3]20 oktyabr 2006-cı il tarixli 167-IIIQDnömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12,
maddə 1005) ilə 11-ci maddələr yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət
Məlumatın əldə edilməsi barədə müraciətə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Məlumatın əldə edilməsi barədə müraciət “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”
Azərbaycan Respublikasının Qanununda göstərilən müddətdə baxılması nəticəsində həmin məlumat öz
əhəmiyyətini itirə bilərsə, məlumatın verilməsi barədə müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec
olmayaraq baxılmalıdır.
Məlumatın əldə edilməsi zəruriliyinin əsaslandırılmasının tələb olunması qadağandır.
Tələb olunan məlumat bu Qanunun 10-cu maddəsində göstərilən
alınmasıməhdudlaşdırılan məlumata aid olduqda müraciət təmin olunmaya bilər.
iv[4]20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 12-ci
maddənin birinci hissəsində "məhkəməyə" sözündən əvvəl "məlumat sahibinin yuxarı orqanına və
İnformasiya Məsələləri üzrə müvəkkilə, habelə" sözləri əlavə edilmişdir.
5 mart 2013-cü il tarixli 587-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 17 aprel 2013-cü
il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04,
maddə 359) ilə12-ci maddədə “İnformasiya Məsələləri üzrə müvəkkilə” sözləri
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)”
sözləri ilə əvəzedilmişdir.
v[5]30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart
2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №
03, maddə 162) ilə 13-cü maddənin adında “məlumat” sözündən sonra “(fərdi
məlumat)” sözləri əlavə edilmişdir.
vi[6]30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart
2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №
03, maddə 162) ilə 14-cü maddədə birinci hissənin birinci cümləsində “toplanır”
sözündən sonra “, işlənir və mühafizə olunur” sözləri əlavə edilmişdir.
vii[7]30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart
2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №
03, maddə 162) ilə 14-cü maddədə üçüncü-altıncı hissələr müvafiq olaraq dördüncüyeddinci
hissələr hesab edilmişdir, maddəyə üçüncü hissə əlavə edilmişdir.
viii[8]5 mart 2004-cü il tarixli 598-IIQDnömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 14-cümaddənin beşinci
hissəsində "Məhkəmənin qərarı olmadan" sözləri "Qanunvericilikdə nəzərdə tutulmamış hallarda"
sözləri ilə əvəz edilmişdir.
ix[9]12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, № 60, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 172) ilə 14-cü maddəsinə altıncı
hissə əlavə edilmişdir.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar