DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

10 Mayıs 2016 Salı

Kurikulum-Testlər


T E S T
TEST 1. Kurikuluma nə daxil deyil
 A) təlim strategiyaları B) təhsil qanunu C) məzmun standartları D) qiymətləndirmə mexanizmləri

TEST 2. Məzmun standartı neçə hissədən ibarətdir?
A) 3 B) 1 C) 2 D) 5

TEST 3. Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?
A) Psixomotor B) Ünsiyyət C) İdraki D) Deklarativ

TEST 4. "Tələbyönümlülük" dedikdə nə nəzərdə tutulur?
A) Məktəbin tələbatının nəzərə alınması B) Məktəbin və ailənin tələbatının nəzərə alınması
C) Şagirdin tələbatının nəzəzrə alınması D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması

TEST 5. Hansı bənddə fənn kurikulumunun strukturu düzgün göstərilmişdir?
A) fənnin məzmunu, təlimin təşkilinə verilən tələblər, qiymətləndirmə
B) giriş, fənnin məqsədi və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyalar, şagird nailiyyətlərinin qiymətləndirmə
C) məzmun xətləri, forma və üsullar, təlim strategiyası, qiymətləndirmə vasitələri
D) məzmun standartları, təlim strategiyası, qiymətləndirmə vasitələri

TEST 6. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir?
A) nəticəyönümlüdür B) bİlikyönümlüdür C) müəllimyönümlüdür D) fənyönümlüdür

TEST 7. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?
A) dəstəkləyici mühitin yaradılması B) bilikyönümlüdür
C) təlimdə bərabər imkanların yaradılması D) fəaliyyətin stimullaşdırlması

TEST 8. Aşağıdakılardan hansı iş üsuludur?
 A) klaster, müzakirə B) müsahibə. qrup işi C) BİBÖ, cütlərlə iş D) cütlərlə, fərdi

TEST 9. Planlaşdırmanın neçə növü var?
A) 1 B) 3 C) 4 D) 2

TEST 10. Neçə təlim forması var?
A) 4 B) 5 C) 8 D) 14

TEST 11. Aşağıdakılardan hansı iş forması deyil?
A) cütlərlə B) fərdi C) kollektv D) müzakirə

TEST 12. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?
A) illik B) aylıq C) rüblük D) gündəlik

TEST 13. Aşağıdakılardan hansı ənənəvi qiymətləndirmə sisteminə aiddir?
A) cari rəqəmli qiymətyazmadan imtina edilməsi məzmunun bütövlükdə mənimsənilməsini təmin edir.
 B) şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir.
 C) qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, yüksək rəqəmli qiymət şagirdlərin əsas stimullarından biri idi.
D) qiymətləndirmə standartlarının təyin edilməsi qiymətləndirmənin obyektivliyini təmin edir.

TEST 14. Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
A) 3 B) 4 C) 5 D) 2

TEST 15. Perspektiv planlaşdırma üçün müəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
4. İnteqrasiya imkanlarını müəyyən etmək.
 A) 2, 3, 4 B) 1, 2, 3 C) 1, 3, 4 D) 1, 2, 4

TEST 16. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına aid deyil?
 A) kiçikdən böyüyə B) sadədən mürəkkəbə C) xronoloji D) məntiqi ardıcıllıq

TEST 17. Diaqnostik qiymətləndirmə hansı məqsədlə aparılır?
A) təlimin müəyyən mərhələsi üçün təyin edilmiş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək.
 B) təlimin hər hansı mərhələsində fənn üzrə şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
C) təhsilin hər hansı mərhələsində ( tədris vahidinin, yarımilin və ilin sonunda ) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.

TEST 18. Qiymətləndirmə standartlarında neçə səviyyə müəyyən olunub?
 A) 3 B) 4 C) 6 D) 5

TEST 19. İllik qiymət hansı düsturla çıxarılır?
 A) B) C) D)

TEST 20. Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırılır?
A) asan səviyyə 20%, orta səviyyə 20%, çətin səviyyə 30%, ən çətin səviyyə 30%
B) asan səviyyə 30%, orta səviyyə 20%, çətin səviyyə 20%, ən çətin səviyyə 30%
C) asan səviyyə 20%, orta səviyyə 30%, çətin səviyyə 30%, ən çətin səviyyə 20%
D) asan səviyyə 25%, orta səviyyə 25%, çətin səviyyə 25%, ən çətin səviyyə 25%

TEST 21. İllik planlaşdırmaya hansı daxil deyil?
A) standartlar B) inteqrasiya C) resurslar D) motivasiya

TEST 22. Diaqnostik qiymətləndirmədə istifadə olunan vasitələr hansılardır?
A) müsahibə, söhbət, müşahidə,tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.
B) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhli, test tapşırıqlarının nəticələri. C) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.

TEST 23. Formativ qiymətləndirmədə istifadə olunan vasitələr hansılardır?
A) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
B) müsahibə, söhbət, müşahidə,tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri
 ilə əməkdaşlıq.
 C) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhli, test tapşırıqlarının nəticələri.

1. Təlim standartlarına uyğunluq, mübahisəli faktların olmaması, faktların dəqiqliyi, orfoqrafik, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi dərsliyə verilən hansı tələbin xüsusiyyətləridir? a) düzgünlük b) əyanilik c) tamlıq d) ardıcıllıq
2. Nəzəri materiallar, praktik materiallar, təsviri materiallar və qiymətləndirmə materialarının olması dərsliyə verilən hansı tələbi xarakterizə edən xüsusiyyətlərdir? a) düzgünlük b) müasirlik c) tamlıq d) uyğunluq
3. Havard Qardner nəzəriyyəsinə görə dərketmənin neçə üsulu var? a) 2 b) 8 c)5 d) 3
4. Müəllim şagirdlərə “Mənim ailəm” mövzusunda şifahi mətn qurmağı tapşırdı. Hansı dərketmə üsuluna aid olan şagird bu tapşırığın icrasında daha uğurlu nəticə göstərə bilər? a) lingvistik dərketmə b) vizual/məkan c) naturalistik/təbiət

5. Təklikdə öyrənmək vərdişləri nümayiş etdirir, qarşısındakl insanın kim olduğunu, nə edə biləcəyini və nə etmək istədiyini bilir. Qeyd olunanlar hansı dərketmə üsulunu xarakterizə edir?
a) lingvistik dərketmə b) fərddaxili c) fərdlərarası ç) məntiqi riyazi

6. Üç dost nəyi xoşladıqları haqqında söhbət edir. Anar deyir: “Mən bağda gəzməyi, quşların şən nəğmələrini dinləməyi, heyvanlara qulluq etməyi çox xoşlayıram”. Vüsal deyir: “ Mən idmanı çox sevirəm. Məktəbimizdəki idman dərnəyinə yazılmışam”. Elnur isə deyir:”Mən isə internetdə işləməyi çox xoşlayıram. Internet vasitəslə müxtəlif filmlərə baxmaq, maraqlandığın hər şeyin şəklini tapmaq mümkündür”.dostların dərketmə üsullarını müəyyən edin. a) Anar- naturalistik, Vüsal - bədən/kinestik, Elnur - vizual/məkan
b) Elnur- linqvistik, Anar –emosional, Vüsal - vizual/məkan
c) Vüsal – psixomotor, Elnur –idraki, Anar – emosional

7. Dərsliklərə verilən tələblər hansılardır?

1. düzgünlük 2. şüurluluq 3. əyanilik 4. ifadəlilik 5.mənbələrin göstərilməsi 6.fəal təlim üçün şəraitin yaradılması a) 1,3,4, 6 b) 2,3,4,5 c)1,3,5,6 d)2,3,4,6

8. Multimediya nədir?
 a) səs, şəkil, mətn, animasiya, video kimi iki və daha artıq mediyanın birləşməsi
b) video kadrlardan istifadə etmək
c) filmə xüsusi effektlər əlavə edilməsi: video effektlər və ya hərəkət effektləri

9. Fənn kurikulumunun təlim strategiyaları bölməsi hansı məsələləri əhatə edir?
a) məzmun standartları, təlim üsulları və qiymətləndirmə standartları
b) təlimin təşkilinə verilən tələblər, təlim fəaliyyətinin planlaşdırılması və məktəbdaxili qiymətləndirmə
d) təlimin forma və üsulları, təlimin təşkilinə verilən tələblər və təlim fəaliyyətinin planlaşdırılması
10. Pedaqoji prosesin tamlığı nədir? e) a)Təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) şəkildə həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir.
b) Pedaqoji proses münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir.
c) Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.

11. Təlim üsullarını seçin:
1.BİBÖ 2.qrup işi 3. karusel 4. kollektivlə iş 5. auksion 6. ziqzaq
7. cütlərlə iş a) 1,2, 4, 7 b) 2, 4, 7 c) 1,3, 5, 6, d)1, 2, 4,6

12. Təlimin neçə forması var? a) 2 b)4 c)hər müəllimin öz təlim forması var

13. Təhsil taksonomiyaları hansılardır?
b) Deklorativ, emosional, idraki
c) Psixomotor, prosedural, koqnitiv
a) İdraki, emosional, psixomotor
d) idraki, kontekstual, emosional

14. İdraki taksonomiyaları təsnif olunub.
a) E.J Simpson , 1972
b) K.D. Mur, 1972 c) Benjamen Blum , 1956
d) D.Krassvod, 1964

15. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” nə vaxt təsdiq edilmişdir?
a) 30 oktyabr 2006-cı il
b) 26 aprel 1999-cu il c) 3 iyun 2010-cu il

16. Biri kurikuluma aid deyil:
a) Kurikulum təlim proseini əks etdirən sənəddir
b) Kurikulum – təlim prosesi ilə bağlı bütün fəaliyyətləri əks etdirən konseptual sənəddir c) Kurikulum nəyin və hansı müddətdə öyrədiləcəyini əks etdirən sənəddir
d) Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət” deməkdir.

17. “Bu növ кurriкulum fənn sahələri üzrə təlimin asanlaşdırılmasına хidmət edir. Bu, əкsər hallarda əsas təlim məqsədləri ətrafında cəmləşir və ayrı-ayrı fənlərlə bağlı biliкləri əhatə edir.” Qeyd olunan fikir kurikulumun hansı növü haqqındadır?
 a) Inteqrasiya оlunmuş кurriкulum
b) Qeyri-rəsmi кurriкulum
c) Fənlərə əsaslanan кurriкulum
d) Əhatəli кurriкulum

18. Müasir fənn kurikulumlarının səciyyəvi xüsusiyyətlərini seçin:
1. bilikyönümlüdür 2.şəxsiyyətyönümlü 3.müəllimyönümlü 4. təklifyönümlü
5.tələbyönümlü 6.şagirdyönümlü
a) 1, 3, 4, 6 b) 2, 5, 6 c) 1, 2, 4, 6 d)3,5,6

19. Fənn kurikulumlarının strukturunu müəyyənləşdirin:
a) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları b) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi
c) ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standarltları
d) ümumi təlim nəticələri, məzmun xətləri, müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr

20. Biri səhvdir:
a) məzmun xətti dəyişməzdir
b) alt-standart dəyişməzdir
c) əsas standart əsasən dəyişməzdir
d) alt-standart daim dəyişir

21. Biri alt standartın funksiyası deyil:
a) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
b) Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
c) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
d) Təlimin məzmununun davamlı inkişafını təmin edir.

22. Bilik və fəaliyyət hissəsi səhv göstərilmiş standartı müəyyən et:
 a) 2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.
b) 4.1.4. Cəm şəkilçisinin yazılışı və tələffüzü ilə bağlı qaydaları nitqində tətbiq edir
c) 2.2.1. “Doğru” və “yalan” mülahizələri fərqləndirir.
d) 1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.

23. Bilik və fəaliyyət hissəsi düzgün göstərilmiş standartı müəyyən et:
a) 3.1.2. Əşyanın fəzada vəziyyətini müəyyənləşdirir
b) 3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.
 c) 2.1.1 ” Fərd”, “ailə” və” kollektiv” anlayışlarını müqayisə etməklə fərqləndirir.
d) 2.1.3. Texnoloji vasitələr haqqında kiçik təqdimatlar edir.

24. Biliyin kateqoriyaları hansı bənddə düzgün göstərilmişdir?
 a) Deklarativ, prosedural, kontekstual
b) Emosional, prosedural, kontekstual
c) Emosional, koqnitiv, psixomotor

25. Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklər hansı kateqoriyaya aiddir?
a) koqnitiv b) kontekstual c) prosedural d) deklarativ

26. Məlumat xarakterli biliklər hansı kateqoriyaya aiddir? a) koqnitiv b) kontekstual c) prosedural d) deklarativ

27. 1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir alt standartının məzmun komponentinin hansı kateqoriyaya aid olduğunu müəyyələşdirin:
a) koqnitiv b) kontekstual c) prosedural d) deklarativ

28. 2.1.1. Mötərizəli və mötərizəsiz ədədi ifadələri oxuyur və yazır alt standartının fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin:
a) idraki, bilik
b) idraki, anlma
c)emosional, təşkil etmək
d)psixomotor, mexanizmini bilmək

29. Verilmiş standarta uyğun təlim məqsədini müəyyən edin: 1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) tanıyır.
a) Heyvanlara qulluq qaydalarını bilir.
b) Canlılarla cansızların fərqini sadə şəkildə izah edir.
c) Heyvanlar aləminə aid varlıqları tanıyır.
d) Canlıların yaşaması üçün lazım olan amilləri sadalayır.

30. “Ucadan düşün” strategiyasının fəaliyyət ardıcıllığı hansı bənddə düzgün verilmişdir? a. ilkin biliklərini müəyyənləşdirmək, əlaqələndirmək, sual vermək, məqsədi müəyyənləşdirmək,dərk etməni yoxlamaq, təsəvvür etmək, uşaqalrın münasibətini öyrənmək və dəstəkləyici fikirlər əlavə etmək;
b. ilkin biliklərini müəyyənləşdirmək, əlaqələndirmək, sual vermək, sualların növlərini müəyyən etmək, sualları təsnif etmək, sualları yaratmaq;
c. idraki və yüksək idraki bacarıqları əlaqələndirir, təşkilati işarələrdən istifadə edir, düşünmənin üç mərhələsinə cəlb edilir, yeni məlumatları mövcud bilikləri ilə əlaqələndirir.

31. 3.1.3. Yemək masası ətrafında davranış bacarıqlarını nümayiş etdirir alt standartının fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin:
a)idraki, tətbiq
b) emosional , dəyərlərin daşıyıcısı olmaq
c) emosional, təşkil etmə d) psixomotor, mexanizm

32. 2.1.3.İdman növlərinə (atletika, gimnastika) aid sadə hərəkətləri nümunələrə müvafiq təkrar edir alt standartının fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin: a)psixomotor, təqlid etmək
b)idraki, tətbiq etmək
c)emosional, dəyərlərin daşıyıcısı olmaq
d) psixomotor, hazır olmaq

33. “Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır. Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnir.Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir”. Haqqında danışılan təlim üsulunu müəyyən et:
 a) Ziqzaq b) Karusel c) BİBÖ ç) Qərarlar ağacı

34. Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. Haqqında danışılan üsulu müəyyənləşdirin: a) Ziqzaq b) Karusel c) BİBÖ ç) Venn diaqramı d)Akvarium

35. Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?
a) Pedaqoji prosesin tamlığı
b)Təlimdə dəstəkləyici mühitin yaradılması c)Təlimdə bərabər imknların yaradılması
d) Şagirdyönümlülük

36. Hovard Qardnerin “Müxtəlif üsullarla dərketmə”nəzəriyyəsinə əsasən verilmiş fikirlərdən biri səhvdir:
a) İnsanlar düşünməyə müxtəlif üsullarla cəlb edilirlər;
b) Düşünmə üsulunun düzgün müəyyən edilməsi dərketmə səviyyəsinə təsir edir;
c) İnsanlar ən azı bir formaya görə daha güclü dərketmə imkanına malikdirlər;
d) Hər bir insan dərketmənin yalnız bir üsulunun daşıyıcısıdır.

37. Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır. Qeyd olunan fikirlər təlimin təşkilinin hansı forması aiddir?
 a) Karusel b)qrup işi c)fərdi iş ç)BİBÖ d) cütlərlə iş

38. Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Qeyd olunan fikirlər təlimin təşkilinin hansı forması aiddir?
a) Karusel b)kollektivlə iş c)fərdi iş ç)BİBÖ d) cütlərlə iş

39. Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?
a)Pedaqoji prosesin tamlığı
b)Təlimdə dəstəkləyici mühitin yaradılması
c)Təlimdə bərabər imknların yaradılması ç)Şagirdyönümlülük

40. Təhsilt taksonomiyaları haqqında fikirlərdən biri səhvdir:
a) Taksonomiya təlim məqsədlərinin ardıcıllığını və əlaqəliliyini təmin edir;
b) Taksonomiya qısa müddətdə böyük həcmli materialı öyrənmək imkanı verir;
c) Taksonomiya təlimin keyfiyyətini yüksəldir;
ç) Taksonomiya təlimin konqruentliyinə əminlik yaradır;

41. Strategiya ilə oxuyan hansı bacarıqlara yiyələnir?
1. Kiçik və böyük idraki fəaliyyətlər vasitəsi ilə öyrənir
2. Müxtəlif yazı üslubları haqqında bilikləri olur
3. Öyrənmək məqsədi ilə başqaları ilə əməkdaşlıq edir
4. Yeni bilikləri əvvəlki biliklərlə əlaqələndirir
5. Tanıdığı sözlər vasitəsi ilə mətnin mənasını dərk edir
a)1, 3, 4 b)1, 2, 4, c)3, 4, 5 ç)2,4,5 d)1,3,5

42. Strategiya ilə oxuyan oxucu məqsədləri müəyyənləşdirərkən əsasən hansı üsuldan istifadə edir?
 a) Ziqzaq b) Karusel c) BİBÖ ç) Venn diaqramı d)Akvarium

43. Biri mikro idraki bacarıq deyil:
 a) billmək b) anlamaq c) qərar qəbul etmək ç)analiz

44. Biri makro idraki bacarıqdır:
a) tətbiq etmək b) təhlil etmək c) problemi həll etmək ç) dəyərləndirmək

45. Fənn kurikulumları əsasında təlimin planlaşdırılmasının neçə növü var?
a) 1 b) 2 c)3 d)4

46. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?
a) aylıq b) gündəlik c) rüblük d) illik

47. Perspektiv planlaşdırma aparmaq üçün müəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. İnteqrasiya imkanlarını müəyyən etmək.
4. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
5. Əlavə resurslar seçmək.
a) 2, 3, 4,5 b) 1,3, 4,5 c) 1, 2, 3,5 d) 1, 2, 4,5

48. Aşağıdakılardan hansılar nümunəvi perspektiv planlaşdırma sxeminə aiddir.
1. Tədris vahidi
2. Motivasiya yaratmaq
3.Mövzular
4. Standratlar
5. İnteqrasiya
6.Tədqiqat sualının qoyuluşu
7. Tarix
a) 1,3,4,5,7 b) 1,2,4,5,6 c)1,3,5, 6, 7 d) 1, 2, 3, 4, 5

49. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?
a) xronoloji
b) sadədən mürəkkəbə c) əlaqəlilik
d) məntiqi

50. Aşağıdakılardan hansı fəal dərsin mərhələləridir?
1. Motivasiya, problemin qoyuluşu
2. Tədqiqatın aparılması
3. Məlumat mübadiləsi
4. Ev tapşırığının yoxlanılması
5. Məlumatların müzakirəsi
6. Nəticələrin çıxarılması
7. Yeni mövzunun izahı
8. Yaradıcı tətbiq etmə
9. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar

10. Qiymətləndirmə (məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər)
a) 1,2,3,5,6,8,10 b) 2,3,4,5,7,8,9, c) 1,4,6,7,8,9,10 d) 3,4,6,7,8,9,10

51. Gündəlik planlaşdırma nümunəsinə aşağıdakılardan hansı aid deyil?
a) Mövzu b) İnteqrasiya c) Tədris vahidi d) Təlim üsullar

52. Aşağıdakı fikirlərdən biri motivasiya mərhələsinə aid deyil.
a) Fəal dərsin birinci mərhələsidir. b) İştirakçılar əldə etdikləri biliklərin informasiya mübadiləsini aparırlar.
c) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
d) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.

53. Aşağıdakı fikirlərdən biri informasiya mübadiləsi mərhələsinə aiddir.
a) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
b) Fəal dərsin dördüncü mərhələsidir.
c) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
d) Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.

54. Aşağıdakı fikirlərdə hansı tədqiqatın aparılması mərhələsinə aiddir.
a) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
b) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
c) Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.
 d) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.

55. Aşağıdakı fikirlərdə hansı yaradıcı tətbiqetmə mərhələsinə aid deyil.
a) Şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
b) Biliklərin mənimsənilməsinin başlıca meyarıdır.
c) Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
d) Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər,

56. Aşağıdakı fikirlərdən hansı nəticələrin çıxarılması mərhələsinə aid deyil.
a) Şagirdlər yeni biliyin kəşfi yolunda son addımı atır, ümumiləşdirmə aparır.
b) Şagird əldə olunan bilikləri irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
c) Şagirdlər kəşf etdikləri biliklər üçün bənzərsiz sevinc və məmnuniyyət hissi yaşayırlar. d) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.

57. Aşağıdakı fikirlərdən hansı informasiyanın müzakirəsi və təşkili mərhələsinə aiddir.
1. Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
2. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
3. Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.
4. BBuu mməərrhhəəlləəddəə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumatlar sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
5. Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
a) 4,5 b) 1,3 c) 1,4 d) 1,5

58. “İstənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir” bu fikir fəal dərsin hansı mərhələsinə aiddir.
a) Tədqiqatın aparılması b) Qiymətləndirmə
c) İnformasiyanın müzakirəsi və təşkili
d) Yaradıcı tətbiqetmə

59. Aşağıdakılardan biri “Azərbaycan Respublikasının ümumitəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”na aid deyil.
a) Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri.
b) Buraxılış imtahanları. c) Qiymətləndirmə meyarları.
d) Kurikulum üzrə qiymətləndirmə.

60. Aşağıdakılarda hansı müasir qiymətləndirməyə aid deyil.
a) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
b) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.
c) Şagirdin inkişafı sistemli şəklidə izlənilir.
d) Qiymətləndirmənin obyektivliyini təmin edir.

61. Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
a) 3 b) 4 c) 5 d) 6

62. Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
a) 2 b) 4 c) 5 d) 3

63. Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək.
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
d) şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.

64. Diaqnostik qiymətləndirmə hansı mərhələlərdə aparılır?
a) Dərs ilinin ilk günü.
b) Dərs ilinin əvvəlindən başlayaraq hər dərsin sonunda.
c) Bölmə və bəhslərin, yarımilin sonunda.
d) Təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).

65. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
a) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə.
 b) Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək məqsədilə.
c)Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
d) Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.

66. Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
b) bölmə və hər mövzunun əvvəlində.
c) bölmə və bəhslərin, yarımilin sonunda. d) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq.

67. Neçə formativ qiymətləndirmə sxemi var?
a) 5 b) 6 c) 2 d) 3

68. Holistik qiymətləndirmə sxemində bilik və bacarıqların meyarı nəyə əsasən müəyyən olunur?
a) mövzuya b) məqsədə c) motivasiyaya d) standarta

69. Bunlardan hansı holistik qiymətləndirməyə aid edilə bilməz?
a) bütöv qiymətləndirmə
b) meyara əsasən qiymətləndirmə
c) sürətli qiymətləndirmə d) standarta əsasən

70. Aşağıdakılardan hansı analitik qiymətləndirmə sxeminə aid deyil?
a) Şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini müəyyənləşdirir.
b) Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir.
c) Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir.
 d) Bu qiymətləndirmə sürətli aparılır.

71. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə.
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə.
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
d) Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almaq məqsədilə.

72. Summativ qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq.
c) bölmə və hər mövzunun sonunda. d) bölmə və bəhslərin, yarımilin sonunda.

73. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
a) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq. c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
d) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.

74. Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
a) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
b) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
c) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir.
d) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.

75. Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
a) Vaxt
b) Kəmiyyət
c) Keyfiyyət d) Məzmun

76. Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
a) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
 b) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
c) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
d) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.

77. İnteqrasiyanın neçə səviyyəsi var?
a) 2 b) 3 c) 4 d) 5

78. Bunlardan hansı inteqrasiyanın “Hər hansı məzmun standartlarında digər fənlərlə inteqrasiya imkanlarının nəzərdə tutulması” istiqamətinə aid deyil?
a) Ana dili c) Musiqi b) Texnologiya d) Həyat bilgisi

79. Aşağıdakı fikirlərdən hansı doğru deyil?
a) İnteqrasiyada ifrata varmaq, fənlə bağlı mühüm bilik və bacarıqların tədrisindən yayındıra bilər.
b) Fənləri hansı model üzrə inteqrasiya etmək haqqında dərindən düşünmək və düzgün qərarlar qəbul etmək lazımdır. c) Bütün fənlər üzrə təhsilin müxtəlif pillələrində inteqrasiyaya eyni dərəcədə əhəmiyyət verilməlidir.
d) Fərqli inteqrasiya modelləri müxtəlif nəticəyə gətirib çıxarır.

80. İnteqrasiyanın növləri hansılardır?
1. fəndaxili
2. fənlərin əlaqələndirilməsi
3. fənlərarsı
4. fənlərin birləşdirilməsi
a) 2,4 b) 1, 3 c) 1,2 d) 3,4

81. Fənlərin əlaqələndirilməsi növü üzrə inteqrasiyanın neçə modeli var?
a) 3 b) 4 c) 5 d) 6
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar