DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Nisan 2016 Cuma

“Tədris üzrə direktor müavini”

Əmək funksiyası: təlim-tərbiyə və metodiki işləri təşkil edir, onların yerinə yetirilməsinə və tədris plan-proqramlarının yerinə yetirilməsinə məsuliyyət daşıyır, zərurət yarandıqda operativ surətdə tədris plan-proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir; müəllimlərin ixtisasartırma və stajkeçmə işini təşkil edir, bu məqsədlə müvafiq müəssisə və təşkilatlarla əlaqə yaradıb sənədlərin tərtibi məsələsini həll edir, müəssisədə ixtisasartırma və qısaldılmış müddətə mütəxəssis hazırlığı üzrə təhsilin təşkilinə dair sənədləri hazırlayır, təsdiq üçün müvafiq qurumlara təqdim edir və bu işlərlə məşğul olan
qurumların normal fəaliyyət göstərməsini təmin edir. Müəssisə rəhbəri tərəfindən verilmiş tapşırığa əsasən müəllimlər üçün dərs yüklərinin müəyyənləşdirilməsi və rəsmiləşdirilməsini, dərs cədvəlinin tərtib edilməsini, tədris və təcrübə dərslərinin həftələr və semestrlər üzrə bölünməsini, kurs işi və diplom layihələrinin hazırlanmasını və müdafiəsini təşkil edir; dövlət Attestasiya Komissiyasının işində, imtahanların keçirilməsi üçün sənədlərin hazırlanmasında bilavasitə iştirak edir; pedaqoji şuranın qərarlarının yerinə yetirilməsinə, həll olunan məsələnin müzakirəsinə, fənn birləşməsi komissiyalarının fəaliyyətinə rəhbərlik edir; orada fəal tədris-metodiki məsələlərin müzakirəsində iştirak edir və onun fəaliyyətini istiqamətləndirir; qrup rəhbərləri, kabinet və laboratoriya müdirləri, fənn dərnəkləri, fənn birləşmələri rəhbərlərinin fəaliyyətinə nəzarət edir və onların vaxtaşırı hesabatlarını dinləyir; dərsdənkənar tədbirlərin, fiziki tərbiyə, idman və çağırışaqədərki hazırlıq işlərinin yerinə yetirilməsini, tədris-istehsalat və diplomqabağı təcrübə, laborator və təcrübə məşğələlərinin aparılmasını təşkil edir və yerinə yetirilməsinə nəzarəti həyata keçirir; direktor olmadıqda onun funksiyalarını icra edir. Bilməlidir: gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 
1.Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil;
2.Ən azı 3 il pedaqoji staj;
3.Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat). Direktorun vəzifə maaşından 10% aşağı vəzifə maaşı müəyyənləşdirilir.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar