Təlimin təşkili forması bütöv təlim
prosesinin mühüm komponentlərindən biridir. Forma hər hansı fəaliyyətin, işin
zahiri ifadəsidir. Təlimin təşkili forması müəllim və şagirdlərin müəyyən qaydada
və rejimdə cərəyan edən birgə fəaliyyətinin ifadəsidir.
Təlimin təşkili
formalarının tarixi qədimdir.
Pedaqogika tarixində aşağıdakı formalar mövcud olmuşdur.
- Fərdi təlim
forması (XIII-XVI əsrlər);
- Sinif-dərs
forması (XVI-XVII əsrlər);
- Standart təlim
sistemi (XVIII-XIX əsrlər);
- Qarşılıqlı təlim
forması (XVIII-XIX əsrlər);
- Dalton-plan
təlim forması (XX əsrin əvvəli);
-
Laborator-briqada forması (XX əsrin əvvəli);
- Tramp planı
sistemi (XX əsr) - təlimin kollektiv, qrup və fərdi formalarını uzlaşdırmağa
əsaslanır. Onun banisi - ABŞ professoru L.Tramp bütün təlim vaxtının 40%-ni
kollektiv məşğələlərə, 20%-ni qrupla işə, 40%-ni isə fərdi işə ayırmağı təklif
edirdi.
Bu formalardan
əlavə ABŞ və Qərbi Avropa ölkələrinin təhsil sistemində digər formalar da
tətbiq edilir.
Nəzərdən keçirilən
formaların böyük qismi müəyyən müddət ərzində öz təsirini saxlaya bilmişdir.
Kollektiv forma kimi dərs daha çox yayılmış və öz təsirini indi də
saxlamaqdadır.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.