Məktəbin başlıca vəzifəsi, şagirdlərə elmlərin əsaslarına daim möhkəm bilik verməkdən, onlarda vətənpərvərlik şüurunu formalaşdırmaqdan, onları həyata hazırlamaqdan ibarətdir. Məktəb tarix kursu təllim tərbiyə ilə qırılmaz sürətdə bağlıdır. Məktəbdə tarix tədrisinin konkret tərbiyəvi vəzifələrini bir birindən fırqləndirmək lazımdır.
Məktəb tarix kursunun maarifləndirici vəzifələri:
1) Tarixə
dair möhkəm biliklə silahlanmaq.-Məktəblilər tarixi öyrənmək, tarixi inkişafın
ardıcıl mərhələlərində bütövlükdə tarixi prosesi və ictimai həyatın müxtəlif cəhətlərini
xarakterizə edən ən mühüm konkret tarixi faktları möhkəm sürətdə mənimsəməlidirlər.
Şagirdlərin yaddaşını əsas tarixi faktlar biliyi zənginləşdirmək və təkmilləşdirmək
məktəb tarix təliminin ən mühüm vəzifələrindən biridir.
2) Tarixi
faktların öyrənilməsi şagirdlər və konkret tarixi təsəvvürlər sistemi yaratmağı
nəzərdə tutur
3) Ən mühüm
tarixi anlayışların şagirdlər tərəfindən mənimsənilməsi,ictimai inkişaf
qanunlarını onların başa düşmələri, tarixin elmi sürətdə anlaşılması, xüsusən
tarixi prosesdə, xalq kütlələri və görkəmli xadimlərin rolunun şagirdlərin öz
yaşlarına uyğun olaraq dərindən başa düşmələri
4) Şagirdlərin
tarixə dair biliklərinin tətbiq etmək bacarığına yiyələnmələri yeni tarix
materialını öyrənirkən, habelə ictimai işdə, həyatda bu biliklərdən istifadə
etmələri, keçmiş dövrün və müasir həyatın hadisələrindən baş çıxarmağı
bacarmaları
5) Tarixi
materialı üzərində müstəqil işləmək bacarığının və vərdişlərinin mətnlər, xəritə
və şəkillər üzərində işləmək, bacarığı, plan, konspekt, mühazirəni yazmaq,
tarix materialını əlaqəli və əsaslı sürətdə şərh etmək, ictimai tarixi mövzuda
məlumat vermək, məruzələr etmək bacarıqlarının tərbiyə edilməsi
Tarixin təlimi
metodikasının predmetinə -orta məktəbdə tarix təliminin metodları, vasitələri,
yolları və üsulları daxildir. Orta məktəbdə tarixin təlimi çətin, ziddiyətli,
çoxsahəli pedoqoji sahədir. Metodika şagirdlərin öyrənmə şəraitini araşdırır. Təhsilin
məqsədi ilə təlimin məzmununu müəyyən edir.Təhsilin məqsədinə və məzmununa
uyğun olaraq, təlimin səmərəli yolu müəyyən edilir. Təlimin səməmrəli olması,
seçilən metod və məzmunla bağlıdır.
Elmin predmeti dedikdə,
onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə, hansı baxımdan, nəzəri və
ya praktik aspektlərdən yanaşması nəzərdə tutulur
Tarixə dair biliklər, şagirdlərdə cansız, gərəksiz bir çey kimi yatıb
qalmamalı, yeni dərin və şüurlu biliklər qazanılmasına xidmət etməlidir. Tarixə
dair biliklərin mənimsənilməsi yalnız onları başa düşmək, yadda saxlamaq, bərpa
etməyi bacarmaq demək deyil, həm də sonrakə tədris prosesində istifadə etməyi
bacarmaq, məlum faktları yeni faktlarla tutuşdurmaq, müqayisə etmək, onlardakı
ümüumi xassələri və fərqləi aşkar etmək , hadisənin inkişafını müəyyən etmək, əvvəl
öyrədilmiş səbəb-nəticə əlaqələrini yeni proseslərin şərhinə tətbiq etmək,
faktları ümumi anlayışlar nöqteyi nəzərindən izah etmək və s deməkdirMənbə:Vagin
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.