Tarix tədrisi metodikasının məzmunu və quruluşu
Tarix təliminin məzmunu- təlimin gedişində şagirdlərin
yiyələndikləri elmi biliklərin, praktik bacarıq və vərdişlərin fəaliyyət və təfəkkür
üsullarının sistemidir.
Təlimin
məzmununu-bilik bacarıq və vərdişlər təşkil edir. Deməli, tarix təliminin məzmununu
tarixə dair biliklər, biliklərin əldə edilməsi üçün, bacarıqlar və vərdişlər təşkil
edir.
Tarix təlimin
məzmununa aid sənədlərə daxildir.-tədris planları, tədris proqramları və dərsliklər.
Tarix təlimin məzmununa tarix elmindən alınmış faktiki nəzəri materiallar
daxildir. Nəzəri materiallar və faktlar konkret zamanda və məkanda baş verən və
təkrarlanmayan hadisələridir. Tarixi gerçəklik incəsənət əsərlərində öz əksini
tapır. Belə ki, incəsənət əsərləri tarixi proses haqqında ən qiymətli bilik mənbəyi
olur. Məsələn qədim Misir ustaları tarla işlərini, ev təsərrüfatı, emalatxana
cişlərini məqbərələrin divarrlarında təsvir edir və ağacdan kəsib düzəldirdilər.
Incəsənət əsərləri çox zaman insanların müasiri olan dövrünün hisslərini,
ideologiyasını, estetikasını, etikasını açıb göstərir.
Elm tarixi proses haqqında biliklər verir, incəsənət
isə öz spesifik vasitələri ilə çox zaman bu bilikləri parlaq daha anlaşıqlı,
daha emosional şəkildə əks etdirir. Elm xadimlərini öz tarixi tədqiqatlarının
ideyasını kütləviləşdirmək üçün incəsənət vasitələrindən istifadə edirlər.
Tarix təlimində
şagirdlər tarixi hadisələrin miqdar, zaman, səbəb-nəticə, məkan tək-tək, xüsusi
və ümüumi münasibətlərin açılıb göstərilməsi ilə tanış olurlar.
Onlar
faktları, anlayışları tarix elmi vasitəsilə mənimsəyirlər. Obyektiv tarixi əlaqələr
şagirdlərin elmi dünyagörüşünün formalaşmasına təsir edir.
Tarix təlimin
məqsədləri ilə məzmunu arasındakı uyğunluq ilk olaraq təhsil və tərbiyənin məzmunu
ilə müəyyən olunur. Ikincisi məqsədlər məktəb tarix kursunun məzmunundan irəli
gəlir və bir birini tamamlayır. Üçüncüsü, şagirdlərin gücünə müvafiqlik o deməkdir
ki, məktəblilər onların zehni inkişafını təmin edir. Metodika nə üçün öyrətməli,
necə öyrətməli?, nəyi öyrətməli?, -məktəblərin tədris fəaliyyətini necə təşkil
etməli və ona necə rəhbərlik etməli , tarix müəllimlərini necə hazırlamalı?
Bütün bu suallara müsbət cavablar tarix təlimin məqsədləri ilə məzmunu arasında
uyğunluq olduqda əldə olunur.
Cəmiyyətin
inkişafının dərk edilməsində əsas rolu tarix elmi oynayır, buna görə də tarix təlimin
məzmununu təşkil edən nəzəri materiallar , tarixi faktlar, tarixi hadisələr və
proseslərin, anlayışların xüsusiyyətlərindən çox asılıdır. Ona görə ki, bütün
bunlar təlimin keyfiyyətinə və şəxsiyyətin
formalaşmasına motiv yaradır.
Tarix təlimin məzmunundakı əsas komponentlərdən biri də tarxi
anlayışların seçilməsi, yerləşdirilməsidir. Bu anlayışlar bir və ya bir neçə
xalqa və ya ölkəyə, bir neçə ictimai iqtisadi formasiyaya aid olan
anlayışlardır.tarix təliminin məzmununda ümumi , xüsusi, sosioloji anlayışlar
mövcuddur ki,bunların hər biri lazımı öz yerində işlədilir. Tarix dərsliyinin məzmununda
2 növ tarixi fakt olur-sadə və mürəkkəb faktlar. Faktlar hadisə və təzahürlərdən
yaranır. Onlar bir biri ilə sıx əlaqədə olur. Dərsliklərə 2 növ faktlar daxil
edilir. Tək-tək hadisələr –tarixi prosesin pillələri və bir birinə oxşar olub dəfələrlə
təkrar olunan, dövr üçün tipik olan faktlar. Dərsliklərin mətnində hafizədə möhkəmlənməsi
zəruri olan əsas və qeyri əsas olan tarixi faktlar daxil edilir. əsas faktlar
tarixi prosesin planı və onun dövrləşdirilməsi üçün əsas olur. Qeyri -əsas
faktlarda tarixi göstərilən faktlarla xronoloji əsasın zaman münasibətlərinin
müəyyən edilməsinə və onların prosesin əsas dövrləşdirilməsinə daxil edilməsinə
xidmət edir.
Tarix təliminin
məzmununda xəritəyə, xronologiyaya və statistikaya əsaslanan faktlar çox olur.
Belə ki, xronoji tarixlər şagirdlər tərəfindən faktların öyrənilən dövrə düzgün
aid edilməsi üçün, onların ardıcıllığını, sinxronluğunu, təsvir olunan
faktların neçə müddət davam etməsini, tarixi prosesi dövrlərə bölməyi başa düşmək
üçün lazım olan dərəcədə istifadə edilir. Tarix təliminin məzmununa tarixi
coğrafi adlar da daxil edilir. Tarix təlimin məzmununda statistik faktlar-əşyaların
böyüklüyü, adamların miqdarı , qoşunların sayını təyin edən say göstəriciləri də yetərincə əks olunur.
Tarix təhsilinin müasir quruluşu haqda məlumat axtaram
YanıtlaSil