Tarixi
faktlar və nəzəri material
Məktəbdə tarix tədrisinin maarifləndirici və idraki vəzifələrini tərbiyəvi
vəzifələrdən fərqləndirmək lazmdır. Hər şeydən əvvəl biz şagirdləri tarixə dair
möhkəm biliklə silahlandırmalıyıq. Bu isə o deməkdir ki,
1)
Məktəblilər tarixi öyrənərkən tarixi inkişafın
ardıcıl mərhələrində bütövlükdə tarixi proses və ictimai həyatın müxtəlif cəhətlərini
xarakterizə edən ən mühüm konkret tarixi faktları möhkəm sürətdə mənimsəməlidirlər.
Belə güman etmək səhv olardı ki, şagirdlər tarix kursundan yalnız tarixi
faktların araşdırılması və ümüumiləşdirilməsi sayəsində alınan nəticələri və
ümumi ideyaları əldə etməlidirlər. Yox belə deyil, əsas tarixi faktlar da möhkəm
sürətdə mənimsəməlidir. Bu faktların özünün çox böyük maarifləndirici əhəmiyyəti
vardır.
Şagirdin yaddaşını əsas tarixi faktlar biliyi ilə zənginləşdirmək və təkmilləşdirmək
məktəbdə tarix təliminin ən mühüm vəzifələrindən biridir. Şagird bilməlidir ki,
ibtidai insanlar necə yaşamışlar, ən qədim quldarlıq dövlətləri harada və necə
meydana gəlmişdir, monqol –tatar zülmü nə deməkdir? Bu zülmə necə son
qoyulmuşdur. Çünki bu və bu cür tarixi faktları bilmədən məktəblinin dünya
haqqında təsəvvürləri sönük olacaqdır
2)
Tarixi faktların öyrənilməsi şagirdlərdə konkret
tarixi təsəvvürlər sistemi yaratmağı nəzərdə tutur. –yəni keçmişin mənzərələrini
öyrənmək. Bu təsəvvürlər sisteminin öyrənilməsi qədim tarixin öyrənilməsinin ən
vacib maarifləndirici nəticələrindən biri və quldarlıq quruluşunun xüsusiyyətlərini,
onun inkişafını və dağılmasını şagirdlərin başa düşməsi üçün bir əsasdır.
3)
Şagird ən mühüm tarixi anlayışları mənimsəməli ,
şagirdlər yaşlarına görə tarix elmini dərindən başa düşməlidir
4)
Şagirdlər tarixə dair bilikləri tətbiq etmək
bacarığına yiyələnməli , yeni tarix materialını öyrənərkən həyatda bu biliklərdən
istifadə etməli, keçmiş və müasir həyatın
hadisələrindən baş çıxarmağı bacarmalıdırlar
5)
Tarix materialı üzərində müstəqil işləmək bacarığı,
mətnlə xəritə və şəkillər üzərində işləmək bacarığı , plan, konspekt, mühazirəni
yazmaq , məruzələr etmək bacarıqları onlara öyrədilməlidir. Məktəblilərin tarix
təhsilinin əsasını zaman və məkanda toplanmış tarixi faktları bilmək təşkil
edir. Faktlar təhlil və ümumuləşdirmələr üçün çıxış materialıdır. Lakin, yenə də faktları bilmək şagirdlər tərəfindən
tarixin dərk edilməsinin yalnız 1-ci
pilləsidir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.