İnstitutunda (AMİ) 18 oktyabr – Dövlət
Müstəqilliyi gününə həsr olunmuş tədbir
keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsilə başlayıb və sonra Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq ilk növbədə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Rektor A.H.Naxçıvanlı bildirib ki, 1991-ci
il oktyabrın 18-dən öz müstəqilliyini elan etdikdən sonra Azərbaycan
Respublikası dünya birliyinin müstəqil ölkələri sırasına qoşulub və hazırda
tarixin ağır sınaqlarından çıxmış respublikamız özünəməxsus inkişaf yolu ilə
inamla irəliləyir. Memarı və qurucusu ümummilli lider Heydər Əliyev olan müstəqil
dövlətimizin bugünkü inkişafının əsası məhz ulu öndərimiz tərəfindən qoyulub.
1994-cü ilin 15 oktyabr tarixindən etibarən ulu öndərimizin fərmanı ilə 18
Oktyabr – Dövlət Müstəqilliyi günü kimi hər il qeyd edilir. Ölkəmizin hər bir vətəndaşının
borcu ümummili liderin siyasətinin layiqli davamçısı Prezident cənab İlham
Əliyevin rəhbərlik etdiyi Azərbaycanı qorumaq və daha da inkişaf etdirməkdir.
İnstitutun İctimai fənlər
kafedrasının müəllimləri Z.Ramazanlı ölkəmizin müstəqilliyi, R.Rüstəmov müstəqillik
illərində Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı, T.Məmmədov aparılan
hüquqi islahatların nəticələri, Azərbaycan Respublikasının ümumilikdə əldə
etdiyi nailiyyətlər haqqında ətraflı çıxış ediblər. Çıxışlarda dövlət başçısı cənab
İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili islahatlar və uzaqgörən, məqsədyönlü
xarici siyasət sayəsində hazırda Azərbaycanın dünyada özünəməxsus yer tutduğu
vurğulanıb.
İnstitutun üçüncü kurs tələbələrindən
S.Mahmudlu Azərbaycanın müstəqillik tarixi, Ü.Quliyeva müstəqillik illərində
ulu öndər Heydər Əliyevin təhsilə qayğısı, G.Məmmədova Heydər Əliyevin dövlət
siyasətində gender məsələsinə diqqəti haqqında məruzələrlə çıxış ediblər,
mövzuya dair təqdimat nümayiş olunub.
Tədbirdə iştirak edən digər
iştirakçılar da müstəqillik illərində ölkəmizin əldə etdiyi böyük uğurlar
haqqında öz fikirlərini səsləndiriblər, bayram təbriklərini çatdırıblar.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.