DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Təhsil strategiyası

Təhsil strategiyası

Azərbaycan  Respublikasında  müasir təhsil prosesi təhsilə qabaqcıl texnologiyaların tətbiqi, yeni idarəetmə üsullarının, beynəlxalq təcrübə əsasında yeni təhsil  kurikulumlarının tətbiqi təhsilin inkişafına yönəlmiş və müasir təhsilin qarşısında duran vacib məqsədləridir.
Hazırda təhsil   şagirdlərdə bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına  hazırlamalıdır.  Ömür boyu təhsil almaq tələbatının ödənilməsi təhsilin inkişafının qarşısında duran əsas tələbatdır.
Azərbaycan Respublikasında təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolunda davamlı addımlar atılır. Məqsəd təhsil sistemində idarəetmə sisteminin yaxşılaşdırılması, və təhsilin müasir tələblərə cavab verməsidir.
Bu məqsədlə ölkədə yeni dövlət proqramları qəbul edilmişdir.  Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (bundan sonra – Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutulmuşdur.
Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmişdir.
Müasir Təhsilin prosesi dedikdə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsi ,xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması,istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması,əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanması və s nəzərdə tutulur
Kurikulum təhsilin məzmununu, qiymətləndirliməsini və təşkilini özündə əks etdirən konseptual sənəddir.
Tez-tez dəyişən həyat şəraiti, elm və texnikanın sürətli inkişafı, informasiya bolluğu, hər sahədə inteqrasiya, uşaqların ümumi inkişaf səviyyəsinin artması, dünya təhsil siteminə inteqrasiya, mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi ölkəmizdə təhsil sahəsinədə kurikulum islahatının aparılmasını zəruri edir.
Kurikulum anlayışını istifadə etdiyimiz zaman ağıla gələn əsas məqamlardan biri Azərbaycan Respublikasının dövlət standartları və dövlət proqramlarıdır
Ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, ümumi təhsilin maddi texniki tədris bazası, ümumitəhsilin infrastrukturu, ümumi təhsildə təhsilverənlərin keyfiyyət göstəriciləri və təhsilalanlarıb bilik, bacarıq və keyfiyyət göstəriciləri.
Ümumi təhsilin məzmunu dedikdə cəmiyyətin, dövlətin maraq və tələbatlarını özündə əks etdirməklə inteqrativ, dünyəvi, humanistlik prinsiplərini müəyyən edən, şəxsiyyətyönümlü, nəticəyönümlü, inteqrativ, şagirdyönümlü təhsil nəzərdə tutulur.
Kurikulum təhsilin son məqsədini, məqsədə çatmaq üçün yollarını, bu yolların həyata keçirmək üçün üsulları özündə birləşdirir. eyni zamanda məqsədə çatmağn ən səmərəli yolunu tapmaq üçün bizə imkan yaradan bir sistemdir.
Ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Təhsili inkişaf edtdirmək məqsədilə təhsilin inkişıafı üzrə Dövlət strategiyası qəbul edilmişdir.
Birinci strateji istiqamət  şəxsiyyətyönümlü təhsilin yaradılmasına yönəlmişdir. Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün təhsil pillələri üzrə şəxsiyyətə yönəlmiş təlim prosesinin məktəblərdə tətbiq edilməsidir.
 İkinci strateji istiqamət təhsildə insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur.  Bu strategiya Təhsil verənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, inkişafına, eləcə də inkluziv təlim metodologiyasının yaradılmasın xidmət edir. Eləcə də, təhsil alanların potensialın üzə çıxarılmasına və inkişafına xidmət edir.
Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf, obyektiv, idarəetmənin yaradılmasını nəzərdə tutur. Yeni məlumat sistemlərinin, idarəetmə sistemlərinin yaradılmasını qarşısına məqsəd qoyur.
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Müasir tələblərə cavab verən məktəblərin, komplekslərin, kampusların yaradılmasını, xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün məktəblərin yaradılmasını, ikt ilə tam təmin olunmuş yeni məktəb binalarının yaradılmasına yönəlmişdir.
Beşinci strateji istiqamət Azərbaycan Respublikasında aparıcı dövlətlərin təhsil sistəmlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin qurulmasıdır. Bu strategiya Təhsil İnkişaf fondunun yaradılmasını nəzərdə tutur..

       Dövlət Təhsil strategiyasına əsasən, təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı olması üçün bütün bunları təmin edə biləcək, səmərəli idarəetmə mühüm rol oynayır.
Təhsil prosesini dayanıqlı etmək, və təhsil strategiyasını uğurla həyata keçirmək üçün   valideynləri məktəbə cəlb etmək  lazımdır.
Valideynlər şagirlərin uğurları ilə tanış olmalı və onları dəstəkləməlidir.
 Bunun üçün hər bir məktəbdə valideyin komitəsi və bankı yaradıla bilər.Məktəbdə valideyn komitəsi təşkil edilməli, onlar müvafiq olaraq, məktəbin təhsil istiqaməti ilə tanış olmalı və lazım olan anda öz dəstəklərini əsrgəməməlidirlər.
 Təklif edərdim ki, hər bir məktəbin öz bankı olsun. Bu bank hesabına müəyyən məbləğ toplanılaraq şagirdlərin ehtiyacları daimi olaraq həmin bankdan ödənilsin.


 Müasir  tələblərin yerinə yetirilməsi təhsilin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar