DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Eylül 2015 Cumartesi

Məktəb rəhbərliyinə tövsiyyələr

Məktəb rəhbərliyinə tövsiyyələr
1-ci qrup
1. İş planında MUD modelinin həyata keçirilməsi öz əksini tapsın.        
2. MUD modelinin hər bir şagirdə, müəllimə, valideynə çatdırılması sahəsində işlər aparılsın (komissiyalar, plakatlar, seminarlar,treyninqlər, sərgilər, təbliğat materialları)
3. VMA məktəbdə yaradılmasını təmin edin.
4. Şagirdlərin asudə vaxtının səmərəli təşkilinə nəzarət edin.
    5.Şagirdlərin müxtəlif sahələr üzrə rəğbətləndirilməsinə xüsusi diqqət    yetirin.
     6.Şagirdlərin sağlam və təhlükəsiz mühitdə təhsil alması üçün ilkin əməli işlər həyata keçirin.
7. Məktəbdə “istedadlı uşaqlar bankı” yaradılsın.
    8.Müəllimlərin müxtəlif treyninq və seminarlara cəlb olunmasını təşkil    edin.
9. İcbari təhsilin həyata keçirilməsinə nəzarəti gücləndirin.
10.Vaxtaşırı təhsilin keyfiyyəti ilə əlaqədar monitorinq aparın.
11.İKT-nin məktəbdə tətbiqinə nail olun.
12.İdarəetmədə demokratik prinsipləri əsas götürün.
13.Şagirdlərin dərsə davamiyyətinə nəzarəti gücləndirin.
14.Uşaq Hüquqları Konvensiyasının məktəbdə öyrənilməsinə nəzarət edin.
15.Şagirdlərin müxtəlif layihələrdə iştirakını təşkil edin. 
TÖVSİYYƏLƏR
2-ci qrup
1. MUD-u həyata keçirmək üçün iş planı tərtib etmək.
2. Məktəb şurasında MUD-la tanış olmaq və müzakirə etmək.
3. İcma ilə əlaqə yaradıb, onu MUD-la tanış etmək.
4. VMA-nı bu işə cəlb etmək.
5. Təhsil ərazisində yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların siyahısını tərtib etmək və onların valideynləri ilə söhbət etmək.
6. Sağlam və təhlükəsiz mühiti yaratmaq.
7. Dəstəkləyici və müdafiəedici mühiti yaratmaq.
8. Fəal təlimin həyata keçirilməsi üçün yeni texnologiyalardan istifadə etmək.
9. Peşəkar müəllimlərin müəyyənləşdirilməsi.
10. Monitorinq və qiymətləndirmə (MUD- standartları əsasında)   
    TÖVSİYYƏLƏR
3-cü qrup
1. Məktəbin ümumi vəziyyəti ilə tanışlıq.
2. İcma üzvləri ilə tanışlıq, bankın yaradılması.
3. İnklüziv təhsilə hazırlıq.
4. MUD modeli komponentləri üzrə komissiyalar yaratmaq.
5. Komissiyalarla birgə fəaliyyət proqramı işləmək.
6. Fəaliyyət proqramının həyata keçirilməsinin monitorinqi.
7. Keyfiyyət standartlarının monitorinqi.
8. Şagird hüquqlarının qorunmasının monitorinqi.
9. Sağlam və təhlükəsiz mühitin monitorinqi. 
10. Yeni texnologiyalarının tətbiqinin monitorinqi.
11. Rəğbətləndirmə və stimullaşdırma 
TÖVSİYYƏLƏR
4-cü qrup
1-Kollektivlə, məktəblə tanışlıq.
2-Məktəbin atmosferasını öyrənmək, eyni zamanda problemlərlə maraqlanmaq.
3- Qeyri formal liderlə ünsiyyətdə olmaq və sağlam mühit yaratmaq
4-Şagird kollektivi ilə tanışlıq.
5-Valideyn kontingentini öyrənmək.
6-Dayaq qrupunun yoxlanılması.
7-Sanitar-gigiyenik vəziyyətlə tanışlıq.
8-Maddi baza haqqında məlumat əldə etmək.
9-Məktəbə aid sənədlərin monitorinqi və yenidən işlənməsi.
10-Strateji və cari planlaşdırma.
11-Əmək intizamı istiqamətində tədbirlərin görülməsi.
12-Təhsilin keyfiyyətinin artırılması istiqamətinin müəyyənləşdirilməsi (treninqlər, İKT, kurrikulum)
13-Lazımi fiziki və psixoloji mühit (inkluziv...)
14-İcma ilə birgə işləmək yollarının müəyyənləşdirilməsi.
15-Beynəlxalq və yerli arenada nüfuzunu artırmaq.
TÖVSİYYƏLƏR
5-ci qrup
1. Məktəbin vəziyyətinin diaqnostikasını edin.
2. MUD modeli ilə bütün maraqlı tərəfləri tanış edin.
3. MUD modeli komponentləri üzrə komissiyalar yaradın.
4. Komissiyalarla birgə fəaliyyət planı yaradın.
5. VMA yaradın və bu işə cəlb edin.
6. Müxtəlif sahələr üzrə məlumat bankları yaradın( valideynlər, təhsildən yayınan şagirdlər, istedadlı şagirdlər, xüsusi qayğıya ehtiyacı olan şagirdlər və s.)
7. İnkişaf sahələri üzrə hazırlıq işlərini həyata keçirin              (inklüziv təhsil üçün maddi-texniki bazanı yaradın;müəllim və valideynlərlə maarifləndirmə aparın şagird və müəllimlərin rəğbətləndirmə mexanizminə riayət edin,fəal təlim üzrə treyninqləri təşkil edin və s.)
8.MUD modelinin davamlı olmasını təmin edin (modelin həyata keçirilməsi üzrə mexanizmləri və göstəriciləri müəyyən edin və daim təkmilləşdirin)
9.Vaxtaşırı monitorinq və qiymətləndirmə aparın və onun nəticəsində məktəbin inkişaf planını yeniləşdirin. 
   DİREKTORA  TÖVSİYYƏLƏR.
1.Məktəbin vəziyyətinin diaqnostikasını edin.
2.MUD modeli ilə bütün maraqlı tərəfləri tanış edin.
3.MUD modeli komponentləri üzrə komissiyalar yaradın.
4.Komissiyalarla birgə fəaliyyət planı yaradın.
5.VMA yaradın və bu işə cəlb edin.
6.Müxtəlif sahələr üzrə məlumat bankları yaradın( valideynlər, təhsildən yayınan şagirdlər, istedadlı şagirdlər, xüsusi qayğıya ehtiyacı olan şagirdlər və s.)
7.İnkişaf sahələri üzrə hazırlıq işlərini həyata keçirin (inklüziv təhsil üçün maddi-texniki bazanı yaradın; müəllim və valideynlərlə maarifləndirmə aparın ,şagird və müəllimlərin rəğbətləndirmə mexanizminə riayət edin ,fəal təlim üzrə treyninqləri təşkil edin və s.)
8.MUD modelinin davamlı olmasını təmin edin (modelin həyata keçirilməsi üzrə mexanizmləri və göstəriciləri müəyyən edin və daim təkmilləşdirin)
9.Vaxtaşırı monitorinq və qiymətləndirmə aparın və onun nəticəsində məktəbin inkişaf planını yeniləşdirin.  
 (c) Mədəd Azərbaycan
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar