DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Eylül 2015 Cumartesi

Dərsdən yayınan uşaqlar və onların təhsilə cəlb olunması

Dərsdən yayınan uşaqlar və onların təhsilə cəlb olunması

1.     Valideynlər və uşaqlar arasında maarifləndirmə işi aparmaq.
2.     Yerli icra nümayəndələri ilə birgə iş.
3.     Rəhbərlik tərəfindən həmin ailələrə fərdi yanaşma.
4.     Həmin şagirdləri məktəbin ictimai işlərinə cəlb etməklə.
5.     Qüsurlu uşaqlara sağlam uşaqları təhkim etməklə (həmin uşaqlar özlərini tək hiss etməsin deyə).
6.     Qüsurlu uşaqlara fərdi qayğı göstərməklə.
7.     Məktəbdaxili müxtəlif yarışlarda onları cəlb edib, bilərəkdən stimullaşdırmaqla.
8.     “Təcili yardım” postları yaratmaqla.
9.      İncik düşən şagirdlərin səbəbini araşdırıb hər birinə fərdi yanaşmaqla.
10.    Şagirdlər arasında ayrı-seçkiliyə yol verməmək.
11.    Şagirdlərin biliklərinin düzgün qiymətləndirilməsinə nəzarət etmək yolu ilə.
12.    Baş verən hadisəni kollektiv təhlil etmə yolu ilə.
13.    Fərdi əməyə cəlb edənləri xəbərdarlıq edib, effekt verməzsə inzibati qaydada cəzalandırmaqla.
14.    Uşağın məktəbə maraq və inamını artırmaq.
15.     Hüquq-mühafizə orqanları ilə əlaqəli iş
16.     Məktəb psixoloqunun fəaliyyəti
17.     Azyaşlılar Komissiyası ilə əlaqəli iş.
18.    Nəqliyyat vasitələri ilə təmin etmək.
19.    VMA-nın aktiv üzvlərinin maddi ehtiyacı olanlara köməyə cəlb edilməsi: a) axtarıb tapılması
20.  b) Uşağın təhsilə cəlb edilməsinin valideynə başa salınması
21.   Yerli icra orqanları ilə birgə işin qurulması, internat və xüsusi tipli məktəblərlə əlaqə yaradılması.
22.  Axşam və qiyabi məktəblərin funksiyalarının bərpa edilməsi.
23.  Xüsusi orqanların köməyi ilə valideyn məsuliyyətini artırmaq, cəza tədbiri görülməsinə qədər.
24. Cəmiyyətdə maarifləndirmə işini genişləndirmək
25. Vəzifəli şəxslərin bu hərəkətinə qarşı yuxarı orqanlara müraciət edilməsi.
26. Qaçqın və köçkünlərin məskunlaşdığı ərazilərdən şagirdləri məktəbə yerləşdirmək.
27. Təkrar sinifdə qalan şagirdlərə yaxşı oxuyan şagirdlərin və müəllimlərin himayədarlığını təşkil etmək                     
28.  Hüquqlarını bilmələri haqqında maarifləndirmə işlərini aparmaq.
29.  Fiziki qüsuru olan uşaqlarların vaxtında aşkarlanması və onlarla ardıcıl psixoloji işin aparılması.
30. Gender problemlərinin həlli üçün aparılan maarifləndirmə işləri.
31. Beynəmiləlçilik və tolerantlığın təbliği və təmin edilməsi.
32. Şovinizm xüsusiyyətlərini (hallarını) vaxtında aşkarlamaq və bu cür hallarla mübarizə aparmaq.
33. Dini fanatizmlə mübarizə aparmaq və dinlərarası tolerantlığı təmin etmək.
34. Maddi durumu zəif olan şagirdləri aşkar etmək və onlara lazımı kömək göstərmək.
35.  Bu tip uşaqlara xüsusi tapşırıqlar vermək, onlara etibar etmək, onları ictimai işlərə cəlb etmək.
36. Region, yerlibazlığa (əgər rast gəlinərsə) sinif təşkilat saatlarında müxtəlif səpgili söhbətlərin aparılması, nöqsanların tez bir zamanda aradan qaldırılması.
37.Yaxşı oxuyan uşaqlar (istedadlı)

a)onlar arasında dostluq və yoldaşlıq münasibətlərini inkişaf etdirmək, özünə inam hissini inkişaf etdirmək.

b) fiziki və əqli qüsuru olan uşaqlar arasında bərabərlilik prinsipi aşılamaq, uşaqlara başa salmaq lazımdır ki, onlara ehtiyatla davransınlar, sinif daxilində izahat işləri aparmaq, onlara psixoloji yardım göstərmək.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar