DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Ədəbiyyat Kurikulumu

Vəsaiti yükləmək üçün
 şəkilin üzərinə toxun.
 Ədəbiyyat1.2. Məzmun xətləri
Ədəbiyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun olaraq hər iki pillədə məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilir:
- ədəbiyyat və həyat həqiqətləri;
- şifahi nitq;
- yazılı nitq.
1.4. Fəaliyyət xətləri
Ədəbiyyat üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri əsas götürülmüşdür:
- problemin həlli;
- mühakimə yürütmə və əsaslandırma;
- ünsiyyət;
- tədqiqetmə;
- tətbiqetmə;
- təqdimetmə.

1.5. Məzmun standartları
V sinif
V sinfin sonunda şagird:
bədii nümunələri məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib
edir;
bədii nümunələrin məzmununu müxtəlif formalarda (yığcam və geniş) nağıl
edir;
şifahi və yazılı ədəbiyyat nümunələrini janrlarına görə fərqləndirir, bədii təsvir vasitələrini müəyyənləşdirir;
bədii nümunələrin mövzusunu, ideyasını aydınlaşdırır, baş qəhrəmanları səciyyələndirir;
öyrəndiyi yeni sözlərdən, obrazlı ifadələrdən istifadə etməklə bədii əsərlərlə bağlı fikirlərini şərh edir, müzakirələrdə dinlədiklərinə münasibətini bildirir;
müxtəlif səciyyəli yazılarda mövzuya münasibətini ardıcıl şərh edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir. 
1.1.1. Heca vəznli şeirlərdə və sadə süjetli bədii nümunələrdə (əfsanə, nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri, sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hadisələrin məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (yığcam və geniş) nağıl edir.
1.1.4. Şifahi və yazılı ədəbiyyat nümunələrini (əfsanə, nağıl, təmsil, hekayə)
janrlarına görə fərqləndirir.
1.1.5. Heca vəznli şeirlərdə, sadə süjetli bədii nümunələrdə bədii təsvir vasitələrini
(epitet, təşbeh) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini müqayisə edir.
1.2.2. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir.
1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə söylənilən fikirlərə münasibətini bildirir.
3. Yazılı nitq
Şagird: 
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Bədii nümunələrin məzmununa (əhvalat və hadisələrə, sonluğa) fərqli münasibət bildirir.
3.1.2. Mövzu ilə əlaqədar fikirlərini məntiqi ardıcıllıqla şərh edir.
3.1.3. 0,5-1 səhifə həcmində inşa, esse yazır.
VI sinfin sonunda şagird:
VI sinif
 bədii əsərləri obrazların xarakterinə, hadisələrin məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
 bədii əsərlərin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı)
nağıl edir;
 bədii əsərlərə janr xüsusiyyətləri baxımından münasibət bildirir, təsvir və ifadə vasitələrini müəyyənləşdirir;
 bədii əsərlərin mövzu və ideyasını aydınlaşdırır, obrazları davranış və əməllərinə görə səciyyələndirir;
 öyrəndiyi yeni söz, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikrini aydın ifadə edir,
 müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir;
 müxtəlif səciyyəli yazılarda mövzuya münasibətini faktlarla əsaslandırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə izah edir.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur. 
1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii əsərlərin (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətləri baxımından müqayisə edir.
1.2.2. Bədii nümunələrdəki qəhrəmanları davranış və əməllərinə görə səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı diskussiya və təqdimatlarda istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini obrazlı sözlərdən və ifadələrdən istifadə etməklə şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir. 
3.1.1. Mətni faktlarla, sitatlarla zənginləşdirir.
3.1.2. Bədii nümunələrdəki başlıca fikri anladığını nümayiş etdirir.
3.1.3. 1-1,5 səhifə həcmində rəy və təsvir xarakterli mətnlər (inşa, esse) yazır.
VII sinif
VII sinfin sonunda şagird:
 bədii nümunələri ideya - məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
 bədii nümunələrin məzmununu müxtəlif formalarda yığcam, geniş, yaradıcı nağıl edir, əsas hadisələrə ilkin münasibət bildirir;
 bədii nümunələrə növ və janr xüsusiyyətləri baxımından münasibət bildirir, təsvir və ifadə vasitələrini müəyyənləşdirir, obrazlılığa təsirini aydınlaşdırır;
 bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, digər obrazlarla qarşılıqlı münasibətlərinə, yazıçının mövqeyinə əsaslanmaqla surətləri səciyyələndirir;
 şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə fikrini əhatəli, ardıcıl ifadə edir;
 müxtəlif səciyyəli yazılarda mövzuya, əsərdəki mühüm problemə əsaslandırılmış münasibət bildirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur. 
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, mənzum hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota ) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) növ və janr baxımından müqayisə edir.
1.2.2. Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir, əsaslandırılmış münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı müzakirələrdə və müxtəlif ünsiyyət məqamlarında istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Mövzu ilə bağlı əlavə mənbələrdən topladığı materialları əlaqələndirir, yazısında istifadə edir. 
3.1.2. Bədii nümunələrdəki başlıca problemi müəyyənləşdirir, əsaslandırılmış münasibət bildirir.
3.1.3. 1,5-2 səhifə həcmində mühakimə və təsvir xarakterli mətnlər (inşa, esse)
yazır.
VIII sinfin sonunda şagird:
VIII sinif
 bədii nümunələri emosional-obrazlı ifadəliliyin tələblərinə uyğun oxuyur, hissələrə ayırır, plan tərtib edir;
 bədii nümunələrin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı)
nağıl edir, baş qəhrəmanlara ilkin münasibət bildirir;
 ədəbi növ və janr xüsusiyyətlərinə, təsvir və ifadə vasitələrinə əsaslanmaqla bədii nümunələrin ideya-məzmununa münasibət bildirir;
 bədii nümunələrin mövzusunu və ideyasını aydınlaşdırır, məişət təsvirlərindən, nitqlərindən çıxış etməklə obrazlara münasibət bildirir;
 şifahi təqdimatlarda, nümunələrlə bağlı müzakirələrdə mövzuya, problemə əsaslandırılmış tənqidi münasibət bildirir;
 müxtəlif səciyyəli yazılarda mövzuya, problemə şəxsi təcrübəsinə və təəssüratlarına əsaslanmaqla münasibət bildirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli əsərləri (dastan, hekayə, novella,
dram poema) ideya-məzmununa uyğun ifadəli oxuyur. 
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr
xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafora, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır. 
3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə münasibət bildirir.
3.1.3. 2-2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər
(inşa, esse, məruzə) yazır.
IX sinif
IX sinfin sonunda şagird:
 müxtəlif ədəbi vəzndə olan bədii nümunələri ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
 bədii nümunələrin məzmununu müxtəlif formalarda (yığcam, geniş, yaradıcı)
nağıl edir, obrazlara ilkin münasibət bildirir;
 növünə və janrına, təsvir və ifadə vasitələrinə əsaslanmaqla ədəbi əsərləri bədii xüsusiyyətlərinə görə təhlil edir;
 bədii nümunələrin mövzusunu və ideyasını aydınlaşdırır, yazıçı mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları səciyyələndirir;
 şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir;
 müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktə fərqli mənbələrdən topladığı məlumatlara əsaslanmaqla münasibət bildirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (poema, hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.2. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri, süjetli bədii nümunələri
(poema, hekayə, povest, roman, dram) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (poema, hekayə, povest, roman, dram) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (hekayə, povest, roman, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (hekayə, povest, roman, dram, poema) növ və janr baxımından müqayisə edir.
1.2.2. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metonimiya, inversiya,
simvol) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.
2.1.2. Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət
bildirir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
3. Yazılı nitq 
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Yazacağı mətnin məzmununa uyğun üslub müəyyənləşdirir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərinə münasibət bildirir.
3.1.3. 2,5-3 səhifə həcmində mühakimə, təsvir, müqayisə xarakterli mətnlər (inşa,
esse, məruzə) yazır.
X sinif
X sinfin sonunda şagird:
 ifadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması və təhlili məqsədi ilə istifadə edir;
 müxtəlif ədəbi növdə olan əsərlərin məzmununu qavrayır, fakt və hadisələr, obrazlarla bağlı yazıçı mövqeyini aydınlaşdırır;
 əsərin mövzusunu, ideyasını, başlıca problemini, obrazlarını səciyyəsini müəyyənləşdirir, bağlı olduğu dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə ona qiymət verir;
 çoxsüjetli epik və dramatik əsərləri, lirik şeirləri bədii xüsusiyyətlərinə görə təhlil
edir;
 şifahi məlumatlarda, bədii əsərlə bağlı müzakirələrdə mövzu, proble min mahiyyəti barədə dinləyicilərdə aydın təsəvvür yaratmaq üçün müxtəlif mənbələrdən sitatlar seçir, bədii nümunələrdən bəhrələnir;
 müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına münasibətini tutarlı dəlillərə əsaslanmaqla ifadə edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir. 
1.1.1. Müxtəlif vəznli şeirlərdə (heca, əruz, sərbəst) və süjetli əsərlərdə (dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə) tanış olmayan sözlərin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili məqsədi ilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələri hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaqi-etik dəyərləri müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, mürəkkəb süjet və kompozisiyalı bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, inversiya) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli şeirləri (heca, əruz, sərbəst) və süjetli bədii nümunələri (dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə) janr, dil baxımından müqayisə edir.
1.2.2. Davranış və əməllərinə, başqaları ilə qarşılıqlı münasibətlərinə, yazıçının mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları təhlil edir.
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrinin obrazlılığın yaradılmasındakı rolunu aydınlaşdırır və münasibət bildirir.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri baxımından təhlil edir və nəticə çıxarır.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında obrazlı ifadələrdən istifadə edir.  
2.1.2. Obrazların nitqinə istinad edərək yazıçı mövqeyi ilə bağlı fikirlərini əsaslandırır.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır.
3.1.3. 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst
mövzuda inşa, esse, məruzə) yazır.
XI sinfin sonunda şagird:
XI sinif
 ifadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili və qiymətləndirilməsi məqsədi ilə istifadə etməyi bacarır;
 müxtəlif ədəbi növdə olan mürəkkəb kompozisiyalı əsərlərin məzmununu qavrayır, mənəvi dəyərlər, fakt və hadisələrlə, obrazlarla bağlı yazıçı mövqeyini aydınlaşdırır;
 əsərin mövzusunu, ideyasını, başlıca problemini və konfliktini müəyyənləşdirir, bağlı olduğu dövrün ictimai-siyasi, estetik yanaşmalarından çıxış etməklə əsərə münasibət bildirir.
 çoxsüjetli, mürəkkəb kompozisiyalı epik və dramatik əsərləri, lirik şeirləri bədii xüsusiyyətlərinə görə təhlil edir. 
 şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə müxtəlif üsullardan (nağıletmə, təsvir, nümayiş) istifadə etməklə ümumiləşdirmələr aparır, nəticə çıxarır.
 müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına münasibətini tutarlı dəlillərlə, məntiqi ardıcıllığı gözləməklə, ümumiləşdirmələr aparmaqla əsaslandırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli şeirlərdə (heca, əruz, sərbəst) və süjetli əsərlərdə ( hekayə, povest, roman, dram, komediya, faciə, poema) tanış olmayan sözlərin, ifadələrin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili və qiymətləndirilməsi məqsədi ilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman, dram, komediya, faciə) əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslandırılmış münasibət bildirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, mürəkkəb süjetli və kompozisiyalı ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, sineqdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, kinayə (sarkazm), inversiya) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli şeirləri (heca, əruz, sərbəst) və süjetli əsərləri (poema, hekayə, povest, roman, dram, komediya, faciə) kompozisiya, dil, üslub baxımından təhlil edir.
1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli bədii nümunə lərdə bədii təsvir və ifadə vasitələrinin obrazlılığın təmin edilməsindəki roluna əsaslandırılmış münasibət bildirir.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını, başlıca problemini, konfliktini dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əsaslandırır.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının mövqeyinə tənqidi münasibətini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsədyönlü istifadə edir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan, şəxsi təəssüratlarından istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə, bədii xüsusiyyətlərinə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır.
3.1.3. 3,5- 4 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məqalə, məruzə) yazır.  
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar