Təhsil sahəsində görülən işlərdən ən mühümü müəllimlərin
sınaq qiymətləndirilməsinin keçirilməsidir.
Artıq bu
sahədə Bakıda silsilə tədbirlər keçirilməkdədir. Bəs regionlarda vəziyyət nə yerdədir?
Atv.az-a açıqlamasında Aran zonasının təhsil
ekspertlərindən biri olan Leyla Bayramova bildirib ki, şəhər mühitindən fərqli
olaraq, regionlarda müəllimlərin öz üzərində işləmə prosesi zəif gedir:
“Regionlarda çox az müəllimə rast gəlmək olar ki, Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən müsabiqələrdə iştirak edir. Düşünürəm ki, sınaq
qiymətləndirilməsinin aparılması müəllimləri öz üzərində işləmə prosesinə cəlb
edəcəkdir. Artıq regionlarda bu proses başlayıb. Müəllimlər özlərinin zəif
tərəflərini bildikləri üçün, bu problemləri aradan qaldırmağa cəhd edirlər”.
Ekspertin fikrincə, sınaq qiymətləndirilməsinin
həyata keçirilməsi, müəllimlər üçün çox gözəl nəticə verəcək: “
Qiymətləndirilmə heç bir müəllimi zorla tədris prosesindən ayırmayacaq. Onlar
könüllü olaraq gedəcək. İkinci bir tərəfdən, müəllim, tədris prosesində qalmağa
davam etsə, yəni zəif nəticə göstərdiyi halda, özündə olan zəif tərəfləri aşkar
edəcək və onları aradan qaldırmağa çalışacaqdır. Mütəmadi olaraq müəllimlər bir
-birləri ilə əlaqə saxlamaqla, bir- birlərindən mentor dəstəyi alırlar. Bu çox
sevindiri haldır ki, müəllimlərimiz bu köməyi bir birlərindən əsirgəmir”.
"Şəxsi fikrim olaraq demək istəyirəm ki, sınaq
qiymətləndirilmənin həyata keçirilməsini bir müəllim olaraq başqa cür edərdim. Xüsusi
bir ekspert qrupu müəyyənləşdirərdim, regionlar və eləcə də Bakı şəhəri üçün
müəllimlərin yoxlanılması prosesini təşkil etsin. Qiymətləndirilmə test üsulu
ilə həyata keçirilir və düşünürəm ki, bu, müəllimin metodik bacarığını,
təhsilalanların öyrtəmə imkanlarını yoxlamağa qadir deyil. Bir müəllimin yalnız
biliyi qiymətləndirilə bilməz axı ki, bu test üsulu ilə həyata keçirilsin.
Qiymətləndirilmənin bir çox üsul və vasitələri var ki, onların araslndan
müəllimin bacarığını da müəyyən etməyə imkan verən üsul və vasitlər var. Eləcə
də müəllimin metodik bacarığı və öyrədici mühiti təşkil etmə bacarığı ekspert
qrupu tərəfindən sinif daxilində həyata keçirilməsi daha yaxşı
olardı"-deyə, o qeyd edib.
Təhsil eksperti bölgədə bu sahədə keçirilən
tədbirlərin daha geniş və fəal aparmağın lazım olduğunu bildirib.
O həmçinin deyib ki, müəllimlərin diaqnostik
qiymətləndirilməsini səbrsizliklə gözləyirlər. Əmək haqqının artımı baxımından
bu proses motivasiya edir: “Bu addımın atılmasını mən məktəblərdə təhsil
verənlərin keyfiyyət göstəricinin artırılması kimi qiymətləndirirəm. Təbii ki,
bu mərhələnin davamı əmək haqqının artırılması prosesidir ki, bu da müəllimlərə
işləmək üçün stimul verəcək önəmli addımlardan biridir”.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.