DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

2 Şubat 2016 Salı

Tarix fənni timsalında Yaradıcı tapşırıqların qiymətləndirilməsi


Yaradıcı tapşırıqlar tarixi empatiya (şəriklik) hissini ; tarixi mənbələrin öyrənilməsi əsasında qədim insanların düşüncə tərzini; əhvalını , hisslərini müəyyən tarixi şəraitdə mövcud fikir və nöqteyi nəzər toplusunu bərpa etmək bacarığını yoxlamağa xidmət edir. Əvvəlcədən müəyyən olunmuş  müxtəlif və konkret meyarlardan istifadə yoxlama işinin, tam məzmununu və əhəmiyyətini dəyişir. Əsas diqqəti şagirdin nəyi mənimsədiyinə və cavablarında nəyi çatdırdığına, tapşırığı nə dərəcədə müstəqil yerinə yetirdiyinə, təlim işinin hansı üsullarından və bacarıqlarından istifadə etdiyinə , öz fərdiliyini nədə biruzə verdiyinə, faktlara, mənbələrə və sabit dəyərlərə tənqidi və yaradıcı  münasibətinə yönəltmək olar.
 Şagirdlərin yaradıcı tapşırıqlarını aşağıdakı meyarlar üzrə qiymətləndirmək olar. 

  • müvafiq mənbələrdən bacarıqla istifadə
  • öz hekayə, məktub və s-də o dövrün terminlərinin tətbiqi, verilən ölkədə həyat tərzinin təsviri, tarixən həqiqi obraz, detal düşüncələrdən istifadə
  • o dövrdə insanları narahat edən və müzakirə olunan aktual problem və mövzuların düzgün qeyd olunması (məs: barbarların hücumu, xristianlığın yayılması v s) 
  • keçmişin adamının müəyyən mövqeyini anlamaq və onun düşüncə tərzini , dəlillərin əsaslandırılmasını , hiss və əhvalını tarixi dəqiqliklə çatdırmaq bacarığı 
  • müzakirə olunan problem və fikirlərin mahiyyətini anlamaq 
  • seçilmiş mənbənin və məktubda (gündəlikdə) ifadə olunmuş mövqelərin uyğunluğu 
  • (plakat və ya şüar hazırlananda) fikrin dəqiqliyi və plakatın və ya şüarın əsas ideyasının aydın əks olunması
  • tarixi şəraitin emosional mühitini hiss və ifadə etmək bacarığı, tarixi empatiya (şəriklik) hissinin olması və s
  • tərtibatın qurulmuş həmahəngliyi , estetikliyi və ifadəliliyi

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar