DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Aralık 2015 Pazar

TQDK ləğv edilə bilər

İnkişaf etmiş sivil dövlətlərin heç birində, eyni zamanda Avropa ölkələrində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fəaliyyət göstərmir. Son günlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) da ləğv edilməsi haqda müxtəlif fikirlər səsləndirilir. Bəzi məlumatlara görə, TQDK ləğv edilərək Təhsil Nazirliyinin balansına keçə bilər. TQDK hələ bir neçə il öncə ləvğ edilməli və onun səlahiyyətləri Təhsil Nazirliyinə verilməli idi.

Bunu ölkənin təhsil sahəsi üzrə ən tanınmış ekspertləri bəyan edirlər. Məsələn, təhsil eksperti Məhərrəm Zülfüqarlı hələ iki il əvvəl qeyd edib ki, hazırda TQDK kimi bir qurumun fəaliyyətinə ehtiyac yoxdur və tələbə qəbulunu hər ali məktəb özü aparmalıdır: "Əksər xarici ölkələrdə Tələbə Qəbulu Komissiyası anlayışı yoxdur. Sovet dövründə tələbə qəbulunda digər SSRİ məkanında olduğu kimi, Azərbaycanda da neqativ hallar mövcud idi və bu halların qarşısını almaq məqsədi ilə Tələbə Qəbulu Komissiyası yaradıldı. Və indiyə qədər də qəbulu bu qurum aparır. Hesab edirəm ki, bu keçid dövrü üçün zəruri olan bir addım idi. Hazırda keçid ballarının müəyyən bölgüsünün aparılması ilə əlaqədar bir çox abituriyentlər kənarda qalır. Digər tərəfdən, təhsil haqqı da azaldılmalıdır ki, gənclərimizin öz ölkəmizdə təhsil almalarına maraq yaransın. Belə olan halda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kimi bir quruma ehtiyac qalmaz və qəbulu hər universitet özü aparar. Türkiyədə tələbə qəbulu komissiyası funksiyasını yerinə yetirən yüksək öyrətim qurumu var, amma orada tələbə qəbulu bizdəki kimi mürəkkəb deyil".

Nəzərinizə çatdıraq ki, təhsil üzrə ekspert, 2000-2005-ci illərdə parlamentin elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuş Şahlar Əsgərov da məhz bu qənaətdədir ki, TQDK Təhsil Nazirliyinin tabeliyinə keçərsə, bu, müsbət istiqamətdə atılan addım olar: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nazirliyin tabeliyinə verilməsinin tərəfdarıyam. TQDK qarşısında duran məqsəd və vəzifələri layiqincə yerinə yetirmir. Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinə birləşdirilərsə, məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş, orta təhsil də daxil olmaqla tələbə qəbulunu özü müəyyən edərək keçirsə, iş birliyi yaranar və bölünmə olmaz. Bu zaman mövcud problemlər və bir sıra məsələlər də öz həllini tapa bilər".

Keçmiş təhsil naziri, professor Firudin Cəlilov isə hesab edir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin funksiyalarını ələ keçirib: "Tələbə qəbulu qurumu mənim təklifimlə yaranıb. Bu qurum yalnız qəbul qaydalarına aid məsələlərlə məşğul olmalı və bir ildən sonra iki mərhələli seçimə keçməli idi. Eyni zamanda test suallarının bankını yaratmalı idi. Lakin bu qurum sonralar Təhsil Nazirliyinin zəif mövqeyindən yararlanıb onun funksiyalarını da ələ keçirdi. Təhsil Nazirliyi öz əvvəlki statusunu bərpa etməlidir. Tələbə qəbulu qurumu yalnız onun sifarişini yerinə yetirən icraçı orqan olmalıdır". Gördüyünüz kimi, ölkənin təhsil sahəsi üzrə ən peşəkar və tanınmış ekspertləri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv olunmasının, onun səlahiyyətlərinin isə Təhsil Nazirliyinə verilməsinin tərəfdarı olduqlarını açıq şəkildə bəyan edirlər. Məhz bu məqamı göz önünə alaraq güman etmək olar ki, tezliklə TQDK-nın ləğv olunacaq."

Təhsil eksperti, sabiq millət vəkili Şahlar Əsgərov da bu variantı məqbul hesab edib. TQDK-nın ləğv olunması ilə bağlı yayılan söhbətlərə münasibət bildirən ekspert bu ideyanı müsbət qiymətləndirib. O, hesab edir ki, TQDK-nın ləğv edilməsi vacib amillərdəndir: “23 ildir ki, bu komissiyanın fəaliyyəti davam edir. TQDK-nı bir quruma çevirib, Təhsil Nazirliyinə verilməsi çox ağlabatandır. Xarici ölkələrdə belə bir komissiya qeyri -hökumət təşkilati kimi fəaliyyət göstərir. Yəni, gənclərin biliyini ölçən bir təşkilat kimi. Bu bilik ölçən dövlət təşkilatı da ola bilər, qeyri-hökumət təşkilatı da. Güman edirəm ki, indiki dövrdə bu, hökumət təşkilatı olsa yaxşıdır, yəni Təhsil Nazirliyinin nəzdində belə bir qurum fəaliyyət göstərsə daha yaxşıdır. Bu dövlətçilik baxımından da yaxşı ola bilər”.

Ş.Əsgərovun sözlərinə görə, gənclərin orta və ali təhsil alması bir nazirlikdə olmalıdır. Daimi komissiyanın olması isə gülüncüdür: “Komissiya bir, iki, üç illik ola bilər. Sovet dövründə ali məktəblərə qəbul zamanı qəbul komissiyaları yaradırdılar. Amma bu komissiyalar qısa müddətli olardı, növbəti illərdə təzə bir komissiya yaradılardı. 23 il bir komissiyanın fəaliyyət göstərməsi dövlətçilik baxımından da anlaşılmazdır. Bu qurum bütövlükdə, ştatlara qənaət etmək şərti ilə Təhsil Nazirliyinə tabe olunmalıdır. O zaman Təhsil Nazirliyi iki yerə bölünməz. Təhsildə iki tirəlik olmaz. Təhsil sistemində nazir bir iş, komissiya ayrı iş görə bilməz. Hamısı çəkici bir nöqtəyə vurmalıdır”

Ekspert açıqlamasında TQDK-nın fəaliyyətini 10 ballıq sistem üzrə 8 balla qiymətləndirdiyini deyib: “Mən TQDK-nın fəaliyyətni 10 ballıq sistemlə 8 balla qiymətləndirmişəm. TQDK-nı tənqid etdiyim istiqamət o olub ki, test özünə aid olmayan işlə məşğul olur. Test gənclərin, abituriyentərin azadlığını məhdudlaşdırır. Özüm bilərəm ki, Lənkəranı, ya da ki, Naxçıvan ali məkətbini seçirəm. Bu, testin böyük qüsuru idi. Abituriyenti nə ali məktəb seçməli, nə də ki TQDK göndərməli deyil. Onu iki yerə parçalamaq olmaz”. Ekspert təhsil sistemində konkret islahatların aparılmasını vacib sayır. Hər il ali məktəblərə sənəd qəbulu başlamazdan öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirir ki, ali məktəblərin müsabiqəsinə keçid balları artırılacaq. Bu ilin aprelində də oxşar açıqlama verildi. TQDK sədri bəyan elədi ki, I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılacaqlar.III ixtisas qrupunda isə keçid balı 300 müəyyənləşmişdi. Lakin ötən il olduğu kimi, bu il də şərtlər dəyişdi və keçid balları III ixtisas qrupunda 250-yə, digər ixtisas qruplarında isə 200-yə endirildi.. Məlumdur ki, vakant yerlərə abituriyentlər ödənişli ixtisaslar üzrə təyin olunacaq. Necə deyərlər, boş qalan yerləri doldurmaq xatirinə bölgü aparılacaq."

Təhsil eksperti Məhərrəm Zülfüqarlının bildirdiyinə görə, hazırda TQDK kimi bir qurumun fəaliyyətinə ehtiyac yoxdur və tələbə qəbulunu hər ali məktəb özü aparmalıdır: “Əksər xarici ölkələrdə Tələbə Qəbulu Komissiyası anlayışı yoxdur. Sovet dövründə tələbə qəbulunda digər SSRİ məkanında olduğu kimi, Azərbaycanda da neqativ hallar mövcud idi və bu halların qarşısını almaq məqsədilə Tələbə Qəbulu Komissiyası yaradıldı və indiyə qədər də qəbulu bu qurum aparır. Hesab edirəm ki, bu keçid dövrü üçün zəruri olan bir addım idi. Hazırda keçid ballarının müəyyən bölgüsünün aparılması ilə əlaqədar bir çox abituriyentlər kənarda qalır”.
Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Tədris ingilis və ya gürcü dilində aparılan ümumi təhsilmüəssisələrində ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olan ana dili fənnindən də imtahan verməlidirlər . Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Qiymət fənlər üzrə düzgün cavabların sayı "2" 0-5, "3" 6-15, "4" 16-24, "5" 25-30 doğru cavaba əsasən müəyyən ediləcək. Şagirdlərin xarici dil-kimya fənni üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir: Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə aparılır. Abituriyent I, II, III və IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. Həmin ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Yəni abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər.V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, bütün bunlar görüntü yaratmaq məqsədi ilə həyata keçirilir. Yəni təhsildə belə inkişaf gedir, dünya təhsil sisteminə inteqrasiya edilir və s.: "Bilirsiniz, son zamanlar TQDK dəyişikliklər edib, sonra yenidən həmin köhnə şeyləri bərpa edib. Məsələn, buraxılış imtahanı zamanı 8 imtahanı ləğv edib 2 imtahan etdilər. İndi 2 imtahan verən şagirdlərin bilik səviyyəsi tamam aşağı düşüb, məsuliyyət hissləri demək olar ki, yoxdur. Təzədən imtahanların sayını artırıb 3 ediblər. Söhbət gedir ki, dünya təcrübəsinə əsasən imtahanların sayı yenidən 8 olsun. İndidən ixtisas qruplarının sayını artırıblar. Ümumiyyətlə, ixtisas qrupları ləğv olunmalıdır. Qanunda təhsilin ifadəsi sistemləşdirilmiş bilik və bacarıqların, vərdişlərin formalaşdırılması və onun nəticəsinin əldə olunması kimi öz əksini tapır. Qabiliyyət imtahanı isə tamamilə artıq bir məsələdir. Bu digər ixtisasları, peşə sahiblərini təhqir etmək deməkdir. Məgər digər ixtisaslar qabiliyyət tələb etmir? Həkim, müəllim, tarixçi kimi ixtisaslara qabiliyyət lazım deyil? Axı, bütün ixtisaslar qabiliyyət tələb edir".
N.İsrafilovun fikrincə, ixtisasları qabiliyyətli və qabiliyyətsiz olaraq qruplaşdırmaq olmaz.

Ekspert deyir ki, təhsilimizin indiki duruma gəlib çıxmasının səbəbi yeni sistemin oturuşmasına imkan verməməyimizdir: "Elə bir gün, həftə yoxdur ki, təhsillə bağlı xəbərlər yayılmasın. Təhsilin inkişafı, yenilənməsi o demək deyil ki, hər gün onunla bağlı yeni bir xəbər olsun, qayda-qanun qəbul olunsun. TQDK son statistik göstəriciləri açıqladı. Şagirdlərimizin, tələbələrimizin bu vəziyyətə düşməsinin səbəbi gündə bir qərarın qəbul olunmasıdır. Hazırda məktəb sistemi tamamilə dağıdılıb. Şagirdlər məktəbə getmir. Hamısı ixtisas üzrə hazırlaşır. Birinci sinifdən etibarən uşaqlar repetitor yanına getməyə başlayır, dar ixtisaslar üzrə hazırlaşırlar. Repetitor yanında hazırlaşan tələbələrin bir qismi qabağa gedir, digər bir qism isə savadsızlaşır. İxtisas qrupunda nəinki 5-ci qrupu yaratmaq, digərlərini ləğv etmək lazım idi. Biz o təhsil qanunvericiliyini qəbul edirik, ancaq təhsil qanunvericiliyinə əməl etmirik. Təhsil şəxsiyyətyönümlüdür. Orta ümumtəhsil məktəbinin vəzifəsi şəxsiyyət, vətəndaş hazırlamaqdır. Ali məktəbə tələbə hazırlamaq deyil. Biz isə bütün qüvvəmizi ali məktəbə tələbə hazırlamaq üçün sərf edirik. 4 ixtisas az imiş kimi indi də 5-ci ixtisas qrupunu əlavə edirik". Təhsil müəsissələrində təhsil haqqı da azaldılmalıdır ki, gənclərimizin öz ölkəmizdə təhsil almalarına maraq yaransın. Belə olan halda, TQDK kimi bir quruma ehtiyac qalmaz və qəbulu hər universitet özü aparar. Türkiyədə tələbə qəbulu komissiyası funksiyasını yerinə yetirən yüksək öyrətim qurumu var, amma orada tələbə qəbulu bizdəki kimi mürəkkəb deyil.Qərbdə nüfuzlu universitetlərin ardınca tələbə qaçır, universitet tələbə kontingenti yığmaq üçün çalışmır. Türkiyədə elə universitetlər var ki, tələbə qəbulunu artıq özləri aparır. Universitetlərə sərbəstlik vermək lazımdır ki, azad rəqabətdə tələbələr öz seçimlərini edə bilsinlər”. Müəllimlərin elmi dərəcəsini də hər universitet özü müəyyənləşdirməlidir: “Dünya praktikasında hər bir professor, dosent elmi dərəcəsini də universitet özü müəyyən edir. Bu baxımdan Azərbaycanda Ali Attestasiya Komissiyasının da fəaliyyətinə ehtiyac yoxdur.Bizdə ali məktəblərdə elmi ad almaq proseduru belədir: hansısa alim bir ali məktəbdə professor elmi dərəcəsini almaq üçün Elmi Şuradan keçməlidir, sonra onun sənədləri toplanıb göndərilməlidir Ali Attestasiya Komissiyasına.Onlar da ya bunu təsdiq edirlər, ya da geri qaytarırlar. Əgər bu alim universitetin yetişdirməsidirsə, həmin ali məktəbin Elmi Şurası ona öz qiymətini veribsə, onun elmi adını universitet təsdiqləsə, daha obyektiv olmazmı? Ona görə də Türkiyədə, Avropa ölkələrində, Amerikada cavan yaşlarından hər universitetin öz professoru olur.

Bizdə isə qocalıb əldən düşəndən sonra, dili söz tutmayanda professor diplomunu verirlər, o da kimsəyə yararlı olmur. Azərbaycan Avropa Şurasının üzvüdür və hesab edirəm ki, artıq belə addımları atmağın vaxtıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından artıq 22 il vaxt keçib, bu müddətdə keçid dövrü mərhələsində yaradılan qurumların ləğvinə ehtiyac var”.
Gələcəkdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi prezidentin səlahiyyətində olan bir məsələdir. Azərbaycanda ali məktəblərin ödənişli əsaslarla tələbə qəbulu üçün plan yerləri ləğv edildikdən sonra təhsil müəssisələri akkreditasiya prosesinin nəticələrinə əsasən tələbə qəbul edə bilərlər.

Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerləri tədricən ləğv ediləcək. Amma bununla bağlı son qərar verilmədiyindən ödənişli əsaslarla olan plan yerlərinin 2016-2017-ci, və yaxud 2017-2018-ci tədris ilindən ləğv ediləcəyi hələlik məlum deyil.Hazırda bununla bağlı hazırlıq işlərinin aparıldığını deyən C.Bayramovun sözlərinə görə, ödənişli əsaslarla plan yerlərinin ləğv edilməsi o demək deyil ki, ondan sonra təhsil müəssisəsi istənilən sayda tələbə qəbul edə bilər.

Nazir müavini qeyd edib ki, bir çox aparıcı ölkələrin təhsil sistemlərində bu model iki mühüm amil - ali məktəbin müəyyən dövlət standartlarına uyğun olaraq, hansı sayda tələbə qəbul edə bilməsi imkanı və tələbənin ali məktəbə getmək istəyi nəzərə alınmaqla tətbiq edilir: "Ali təhsil müəssisələri akkreditasiya prosesindən keçirlər. Akkreditasiya prosesində isə dövlət standartları mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya, kitabxana fondu var, bu və ya digər ixtisasın açılması və tədris olunması üçün bu sahə üzrə nə qədər kafedra, kafedralarda işləmək üçün hansı səviyyəli elmi dərəcəli kadrlar var. Bu kriteriyalar nəzərə alınmaqla, bu və ya digər ali təhsil müəssisəsi tərəfindən öz potensialına uyğun olaraq, tələbə qəbulu aparıla bilər”.

Məleykə Abbaszadə nə az, nə çox düz 15 ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edir. Lakin deyilənlərə görə, artıq onun tutduğu postla vidalaşmaq vaxtı çatıb. Belə ki, tezliklə ölkənin təhsil sistemi ilə bağlı köklü struktur və kadr islahatlarına start veriləcək. Məhz bu islahatlar nəticəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinə son qoyulacaq, onun səlahiyyətləri isə Təhsil Nazirliyinin ixtiyarına veriləcək.

C.Bayramov müsahibələrində onu da qeyd edib ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə formalaşır: “Bunlar dövlət sifarişi və ödənişli əsaslarla olan plan yerləridir. Dövlət sifarişi ilə bağlı vəziyyət aydındır. Burada dövlətin özünün prioritetləri var və müəyyənləşdirilir ki, hansı sahədə nə qədər mütəxəssisin hazırlanmasına ehtiyac var. Bu plan yeri üzrə qəbul olunan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Cəmiyyətdə belə bir fikir var ki, ödənişli və ödənişsiz təhsil var. Amma ödənişsiz təhsil yoxdur, sadəcə olaraq, bu təhsilin xərcləri dövlət tərəfindən ödənilir”.

C.Bayramov bildirib ki, ali təhsil müəssisələri 2010-cu ildən adambaşına maliyyələşdirmə sisteminə keçdikdən sonra onların gəlirlərinin əksəriyyəti təhsil haqqından formalaşır: “Ali təhsil müəssisələri iki əsas mənbədən gəlir əldə edirlər. Birincisi, dövlət sifarişi ilə qəbul olunan tələbəyə görə dövlət ali məktəbə pul ödəyir, ikincisi isə öz vəsaitləri hesabına oxuyan tələbələr şəxsi imkanları hesabına bu ödənişləri edirlər”. Təhsil Nazirliyi öz əvvəlki statusunu bərpa etməlidir. Tələbə qəbulu qurumu yalnız onun sifarişini yerinə yetirən icraçı orqan olmalıdır".

Təhsil Naziri Mikayıl Cabbarov 2015-ci ildən bəzi təhsil müəssisələrinə qəbulun vahid imtahan əsasında aparılacağını bildirib. Nazir deyib ki, hazırda Azərbaycanda təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün tədbirlər görülür. Nazirin sözlərinə görə, bir ay ərzində şagirdlərin 2 imtahan – yəni buraxılış və qəbul imtahanları verməsinə ehtiyac olmayacaq və hazırda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahanın keçirilməsi məsələsi müzakirə edilir. Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə qəbulun aparılması təcrübəsi bu ildən tətbiq olunub. Belə ki, 9 illik təhsil bazasında şagirdlər 2 fəndən – ana dili və riyaziyyatdan imtahan verərək, istədikləri kolleclərə seçim edə biliblər. “Təhsilimiz buna hazır deyil” Azərbaycanda təhsilin imkanları bütövlükdə vahid qəbul imtahanının keçirilməsinə imkan verirmi?

Vahid imtahan sistemini məqbul variant hesab edən təhsil eksperti Səftər Nəhmətlinin fikrincə, Azərbaycanda təhsil sistemində bu prosesə keçməzdən öncə təhsildə bir sıra əsaslı islahatların aparılmasına ehtiyac var: “Hazırda Azərbaycan təhsil sistemində vəziyyət elədir ki, buraxılış imtahanından keçməyənlərə də xüsusi göstərişlə attestat verilir. Hətta bəzi regionlarda imtahan keçilmədən də məzunlara attestat verilməsi halları olub. Şagird 11 il təhsilə ömür sərf edib, nəticədə iki fəndən imtahan vermək iqtidarında deyilsə, deməli, bu təhsilin verilməsində də ciddi problemlər var. Yaxud 2007-ci ildən Azərbaycanda təhsil islahatları aparılmalı idi. Kurikulum sisteminə keçildi, amma praktikada yox, sənəd üzrə. Kurikulum sənədinin tətbiqinə dair kifayət qədər dövlət vəsaiti xərclənib, amma müəllimlərin əksəriyyəti kurikulumun mahiyyətindən xəbərsizdir. Azərbaycan sanki təhsildə təcrübə sahəsinə çevrilib. Rəsmi qərar verilir, amma icra olunmur. Doğrudur, vahid qəbula keçilməsi məqbul hesab olunan variantdır, amma Azərbaycan təhsili buna hazır deyil. Ona görə də mən irəli sürülən bu cür təklifləri yalnız şüarçılıq sayıram. Təhsil sisteminə son dərəcə ciddi yanaşılmalıdır və hesab edirəm ki, təhsil nazirinin ətrafında olanlar təhsil sistemini mükəmməl bilməlidir Rüşvət mexanizmi aradan qaldırılıb, universitetlər özləri qəbul aparsa, TQDK-nın fəaliyyəti avtomatik dayanar. Azad rəqabət olar və universitetlər öz reytinqinə uyğun tələbə toplayar, sağlam rəqabət vasitəsilə təhsil inkişaf edər. Hazırda Gürcüstana, Türkiyə, Ukraynaya imtahansız attestatla qəbulla bağlı hazırda çox reklamlara rast gəlirik. Bu o məqsəd daşıyır ki, həmin universitetlər daha çox tələbə cəlb etsinlər və o universitetlərin büdcəsinə pul keçsin. Dünyanın yüksək səviyyəli universitetləri arasında Azərbaycandan bir ali məktəbin adı yoxdur. Dünyanın nüfuzlu ali məktəbləri var ki, reytinqini bu yolla qazanıb. Elə universitet var ki, büdcəsi Azərbaycanın büdcəsindən çoxdur. Əlbəttə, nazir də bu problemdən çıxış yolu axtarır”.

TQDK ləğv oluna bilər. M.Zülfüqarlı Azərbaycanda tətbiq ediləcək vahid qəbul imtahanında Qazaxıstan təcrübəsinin tətbiq olunmasına da tərəfdar deyil: “Təhsil qanunun layihəsi müzakirə olunarkən vahid imtahan məsələsi irəli sürüldükdə biz bunu zamanında tənqid etmişdik. Çünki vaxtilə Qazaxıstanda tətbiq olunan sistem təklif olunurdu. Bu sistemə görə, məzunlar imtahan verib, sonra topladığı bala uyğun universitetlərdən müsabiqədən keçməli idi. “İndiki vəziyyətdə TQDK-nın obyektiv imtahan aparmasına cəmiyyətdə şübhələr var və bu şübhələrin də əsaslıdır, çünki TQDK-da qeyri-şəffaf mühit mövcuddur. Digər tərəfdən, mən hesab edirəm ki, Azərbaycanda ali təhsil pulsuz həyata keçirilməlidir, çünki buna iqtisadi imkanı yol verir”.

Gördüyünüz kimi, ölkənin təhsil sahəsi üzrə ən peşəkar və tanınmış ekspertləri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv olunmasının, onun səlahiyyətlərinin isə Təhsil Nazirliyinə verilməsinin tərəfdarı olduqlarını açıq şəkildə bəyan edirlər. Məhz bu məqamı göz önünə alaraq güman etmək olar ki, tezliklə TQDK-nın ləğvi ilə bağlı müvafiq qərar qəbul olunacaq…
xia.az
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar