DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Kasım 2015 Çarşamba

Həyat Bilgisi_Motivasiya Nümunələri

Həyat Bilgisi fənni üzrə Motivasiya nümunələri
III Sinif
Mövzu-Fəsillər necə dəyişir?
Bir kişinin 4 oğlu var
Biri yaşıl, o biri al
Biri sarı, o biri ağ.
Tapmaca söylənildikdən sonra şagirdlər “FƏSİLLƏR” cavabını səsləndirir. Ekranda fəsilləri əks etdirən slaydlar göstərilir. Bundan sonra şagirdlərin ötən dərslərdə fəsillər haqqında öyrəndikləri sual-cavabla yada salınır. Bu zaman – Fəsil nədir?; Bir ildə neçə fəsil var?; Hər fəsilə neçə ay düşür?; Yay fəslinin ayları hansıdır?; Təbiət nə vaxt oyanır?; Qış fəslinin ayları hansılardır?; İndi hansı fəsildir?; Bu fəsli digər fəsillərdən fərqləndirən ən önəmli xüsusiyyət nədir?; Gül bayramını hansı fəsildə qeyd edirik? və s. kimi suallarla şagirdlərə müraciət etmək olar.

Tətqiqat sualı: Fəsillər necə yaranır?
Fəsillərin dəyişməsinin canlılara təsiri varmı?


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar