DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Kasım 2015 Çarşamba

Azərbaycan Dili_Motivasiya Nümunələri

    
Azərbaycan dili fənni -Antonimlər mövzusu üzrə motivasiya nümunəsi ilə tanış olaq.
İlk öncə aşağıdakı şəkil və ya bu tipdə slayd hazırlanaraq şagirdlərə nümayiş etdirilir.
Sonra isə şagirdlərə aşağıdakı suallar ünvanlandırılır.
Şagirdlərə ardıcıl olaraq aşağıdakı suallar təqdim olunur: “Şəkillərin fərqləndirici xüsusiyyətləri hansılardır?”: ”Buna oxşar daha nə qədər söz bilirsiniz?“ ”Bu sözlər bir-birinə münasibətdə hansı mənanı bildirir?“ Cavablar, təbii ki, müxtəlif ola bilər. Cavablar müzakirə olunduqdan sonra iri planda tədqiqat sualını təqdim edilir. “Antonimlər hansı xüsusiyyətlərinə görə müəyyən olunur?
Mənbə:http://www.tehsilproblemleri.com/?p=10816


VI SİNİF
Azərbaycan dili fənni 
Mövzu: Orxon-Yenisey abidələri
Yeniyetmələrin timsalında şəxsiyyət-vətəndaş yetişdirmək, onların dünyagöruşünü genişləndirmək, milli mənlik şüurunu oyatmaq, onlara milli kimliyini və qüdrətini, soykökünü, gen kodlarını tanıtmaq Azərbaycan dili və ədəbiyyat tədrisinin mühüm vəzifə və məqsədidir. Müasir dərsdə müəllimin rolu dəyişir, o, şagirdlərə biliyi hazır şəkildə şərh edən, mənimsədən mütəxəssis kimi deyil, məktəbliyə öyrənməyi öyrədən bələdçi kimi çıxış edir. Şagird artıq təlim prosesinin obyekti deyil, bərabərhüquqlu iştirakçısına, bilikləri müstəqil əldə etməyi bacaran tədqiqatçıya çevrilməkdədir.
Motivasya:
Motivasiya üçün ekranda 5 manatlıq pul əsginazının şəkli göstərilir (Bax: sağ sütundakı 1-ci şəkil).
Müəllim: - Sizcə, bu əsginazdakı işarələr nə deməkdir?

Cavab:

Şagirdlər əvvəlki dərslərindən qədim türk əlifbası, Azərbaycan dilinin hansı dillər qrupuna daxil olması, türk dilləri qrupuna daha hansı dillərin daxil olması, tarix boyu xalqımızın hansı əlifbalardan istifadə etməsi və qədim türklər haqqında bildikləri məlumatları söyləyirlər. Bu məlumatları BİBÖ cədvəli üzərində qeyd edirlər.


Tədqiqat sualı: Orxon-Yenisey abidələri haqqında elm aləminə nələr məlumdur?


mənbə: muellim.edu.az

Azərbaycan Dili fənni- V Sinif 
İlin ən yaxşı müəllimi müsabiqəsində təşkil edilmiş dərsdən
Müəllif: Quliyeva Xəyalə

Standart:
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını ( ad, əlamət, hərəkət bilidirməsini) izah edir.

Mövzu: Axillesin dabanı. Etimologiya nədir?

Məqsəd: Sözlərdə vurğunun yerini düzgün müəyyən etməklə mətni oxuyur.
Oxuduğu mətnlər əsasında verilmiş mövzu ilə bağlı təqdimat hazırlayır.
Müxtəlif mənbələrdən istifadə etməklə söz və ifadələrin mənasını və mənşəyini araşdırır.
Motivasiya:
Müəllim belə bir hadisə danışır. Hadisə Ç. Aytmatovun “Manqurt” əsərindən kiçik bir başlıqdı. Video kadr nümayiş olunur. Hadisədə əsir düşən əsgərlərdən və onlarla rəftardan söhbət açılır
Müəllim sinfə suallarla müraciət edir.
*    “İnsanın zəif nöqtəsi” ifadəsi nə deməkdir?
*    Qəhrəmanların zəif nöqtələri ola bilər?
*     Hansı qəhrəmanları mifik tanıyırsınız?
Cavablar dinlənildikdən sonra, ümumi bir nəticəyə gəlinir. Mətnin adı açıqlanır.

Oxu. (st. 2.2.1.)
Sinif üzrə oxu təşkil olunur. Şagirdlər mətni oxuyarkən müəllim sözlərin orfoepik normalarına uyğun tələffüzünə, xüsusilə alınma sözlərdə ( adlarda)  vurğunun yerinin düzgün müəyyən olunmasına diqqət yetirir.
Mətn 1-ci mətndaxili suala qədər oxunur. Şagirdlərə illustrasiyadan çıxış edərək mətnin  sonrakı hissəsini təxminetmə bacarığını formalaşdrmağa yönəlmişdir.

Sual cavablandırıldıqdan sonra şagirdlərin diqqətini yoxlamaq məqsədi ilə aşağıdakı fikirlərin doğru, yoxsa yanlış olduğu soruşulur.

Dərsin oxusu yekunlaşdıqdan sonra oxu meyarları üzrə qiymətləndirmə aparlır. 

Motivasiya
Yazı (st.4.1.2.) Dərsin ikinci hissəsində müəllim sinfə yeni motivasiya sualı ilə müraciət edir.
*    Kim öz adının mənasını bilir?
*    Bilməyənlər nə üçün adlarının mənşəyini və necə əmələ gəldiyini indiyə qədər araşdırmayıblar?
Hər sözün mənşəyi var. Biz bu gün sözlərin mənşəyinin,  ilkin  mənasın necə yaranmasını araşdıracayıq. Bunu araşdıran elm etimologiya adlanır.
Şagirdlərdən biri kitablarında verilən etmilogiya qaydasını oxuyur.

Tədqiqat sualı: Etimologiya nədir? Etimologiyanın dildə, həyatda əhəməiyyəti nəədən ibarətdir.



Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar