DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

14 Ekim 2015 Çarşamba

Tarixin təlimi metodikasının digər elmlərlə əlaqəsi

Pedoqoji elmlər sistemində tarixin tədrisi metodikasının yeri,Tarixin təlimi metodikasının digər elmlərlə əlaqəsi

Tarixin tədrisi metodikasının faydalandığı mənbələr sırasına- müəlllimlərin iş təcrübəsi, təhsil qanunu, xarici ölkə pedoqoqlarının fikirləri, Heydər Əliyev irsi, etnoqrafiya, məntiq, gigiyena, qabaqcıl məktəblərin təcrübəsi, müasir pedoqoqların fikirləri, fənlər, psixologiya, dilçilik, arxeologiya, sosiologiya, pedoqoji sənədlər, politologiya, dövlətin, təhsil və tərbiyəyə dair qanunları daxildir.
Tarixin təlimi metodikası elmi, özünə yaxın olan elmlərə daha çox istinad edir. Və hər şeydən əvvəl  tarixə, pedoqogikaya, psixologiyaya söykənir.

Orta məktəblərdə, tarixin tədrisində forma, metod, təchizat yollarının öyrənilməsi tarix elminin öyrənilməsindən fərqlidir. Xüsusi tədqiqat metodlarından istifadə edilir ki, şagirdlər müəllimin rəhbərliyi altında qanun və hadisələrin baş vermə səbəblərini drək edə bilsin. Didaktik vəzifə və şagirdlərin müstəqillik dərəcəsinə görə metodlar müəyyənləşdirilir. Didaktik vəzifələrə görə tarixin tədrisi metodlarının 3 qrupu müəyyən edilmişdir.
    1)    Tarix materialı haqqında məlumat vermə metdoları
    2)    Tarix materialını işləmək və dərk etmək metodları
    3)    Tarix biliklərini möhkəmlətmək və tətbiq etmək metodları
Bunlar hər biri tədris prosesində 3 yolla həll edilir.
A)  Müəllimin şərhi ilə-monoloq
B)   Müəllimin şagirdlərdə söhbəti ilə -dioloq
C)   Şagirdlərin müstəqil işləməsi yolu ilə
 Nəyi və necə öyrətməli? Məsələsinin həllində və tədris praktikasında pedoqogikanın nailiyyətini nəzərə almaq lazımdır. Pedoqogika təlim tərbiyə haqqında elm deməkdir. Elə tarixin tədrisi metodikasının da əsas məqsədi, tarix elmini şagirdlərə öyrətmənin yollarını öyrətmə ilə yanaşı, həm də tərbiyə edir. Tarixin təlimi metodikası psixologiya ilə də sıx bağlıdır. Psixologiya kursundan məlumdur ki, şagirdlərin idrak fəallığının təşkili məqsədi ilə müəllim adətən başlanğıc kimi, konkret faktlardan istifadə edir, onları xırdalayır, hər hansı məsələnin izahında xırdaçılıqdan istifadə edir. Bu induktiv metoddur. Bununla yanaşı müasir psixologiya təsdiq edir ki, şagirdlər çox məlumatı təkcə məktəblərdən deyil, kənar informasiya mənbələrindən də alırlar və bununla da başa düşmək, qavramaq qabiliyyətinə məktəbdən kənarda nail olurlar. Deməli, idrak fəaliyyətinin təşkili deduktiv metodla da gedə bilir. Yəni şagirdlər əvvəlcə nəzəri materialla tanış olurlar, sonra isə konkret faktları öyənirlər. Şagirdlər yuxarı siniflərə qalxdıqca deduktiv metod daha çox səmərə verir. Müəllim hər hansı təlim metodunu seçərkən, didaktik məsələləri həll edərkən şagirdlərin yaş səviyyəsini və fərdi imkanlarını nəzər alır. Psixologiya xüsusilə yaş psixologiyası tarixin tədrisi metodikası üçün olduqca vacibdir. Çünki fənni öyərədərkən şagirdlərin yaşını unutmamaq, şagird sinifdən sinifə keçdikcə , öyrətmə metodunu dəyişdirmək lazımdır.

Tarixin tədrisi metodikasının müasir mərhələsində pedoqogika elminin, psixologiyanın və tarixin tədrisi metodikasına dair tədqiqatların nəticələrinə əsaslanaraq demək olar ki, şagirdlərin müstəqilliyi, elmi biliklərin sistemli şəildə verilməsi və elmi biliklər üzərində müstəqil iş prosesi ilə  formalaşır

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar