DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

14 Ekim 2015 Çarşamba

Tarixdən müasir ümumtəhsil məktəb proqramlarının məzmunu

Tarixdən müasir ümumtəhsil məktəb proqramlarının məzmunu

Tarix müəlliminin işində rəhbər sənəd dövlət proqramıdır. Bu proqram məktəbdə keçilən tarix kursunun məzmununu, materialın izahının dərinliyini və sistemini müəyyən edir. Müəllim tarixin tədrisinə hazırlıq işinə proqramı və proqrama dair izahat məktubunu öyrənməkdən başlayır.
Proqramda təkcə tarix kursunun məzmunu və dərs planına, saatlar şəbəkəsinə müvafiq bu və ya başqa bölmənin öyrənilməsinə ayrılan vaxt deyil, eyni zamanda materialın tədris illəri üzrə bölüşdürülməsi də yəni məktəbdə keçilən tarix kursunun quruluşu, onun qurulmasının ümumi planı da nəzərdə tutulur.
Belə bir nətəcəyə gəlmək mümkündür ki, tarix materialı dərs illərinə görə düzgün bölüşdürüldükdə sıra quruluşunun bir sıra üstünlükləri vardır.
   a)     Sıra quruluşunda materialın yerləşdirilməsi daha təbiidir və tarixi prosesin əsil gedişinə ümumi cəhətlərdə uyğun gəlir
    b)    Tam məktəb kursunu bitirən şagirdlər sinifdən sinfə keçərkən ta qədim dövrlərdən bizim zəmanəmizədək bəşəriyyətin inkişafı tarixi haqqında bitkin təsəvvürlər alırlar.
  c)  Tədris vaxtına qənaət edilir, çünki sıra prinsipi kursun konsentrik prinsipi ilə qurulduqda labud olan təkrarlardan xilas olmağa imkan verir.
   d)  Nəhayət, hər bir sonrakı sinifdə daha yeni material öyrənilməsi şagirdlərdə həmin fənnə olan marağı saxlayır. Tarix kursu materialının  təhsil illərinə görə bölüşdürülməsi heç də həmişə elmi dövrləşdirməyə müvafiq gəlmir
Müasir məktəb proqramının quruluşunda da, müvafiq sıralama gedir. Prinsiplər qorunur. Ancaq, müasir proqramlarda edilən dəyişiklər müasir tələblərə uyğun olaraq qurulmuş və bu prosesdə müəllimlərə daha çox sərbəstlik verilmişdir. Müvafiq prinsiplər vardır ki, onların gözlənilməsi şərti ilə müəllim bölmə üzrə materialları, mövzuları sərbəst şəkildə sadədən mürəkkəbə və məntiqi ardıcıllığı gözləməklə qura bilər.  Müəllim dövlət tərəfindən verilən ümumtəlim nəticləri və standartları nəzərə almaqla planını tərtib edərək, spzügedən ümumtəlim nəticələrini hansı mövzular üzrə reallaşdıra biləcəyini öncədən müəyyən edir. Beləliklə il ərzində hansı mövzularla standartları reallaşdıra biləcəyiniqabaqcadan müəyyən edir.  Hətta şagirdlərin qiymətləndirmələrini hansı tarixlərdə təşkil edəcəyini də öncədən müəyyənləşdirərək planında yerləşdirir

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar