Müəllimin canlı sözündən
və əyani materialdan əlavə, məktəblilər üçün tarixə dair bilik mənbəyi, mətn mənbəyidir.
Şagirdlərin yaşı artdıqca, tarixi səciyyəli məlumatların böyük hissəsini onlar
elmi-kütləvi ədəbiyyatdan, tarixə dair qiraət kitablarından, tarixi sənədlərdən,
siyasi kitabçalardan, qəzet və jurnaldan alırlar. Lakin məktəbli üçün tarixə
dair əsas dərs vəsaiti qiraət üçün kitab, tarix sənədi deyil, yenə də dərslikdir. Dərslikdə tarixə dair proqramla nəzərdə tutulmuş və mənimsənilməsi lazım gələn materialın müntəzəm
şərhi vardır.
Məktəb dərsliyinə verilən tələblər 1)
Tarix dərsliyinin məzmunu elmi cəhətdən qüsursuz
olmalıdır. 2)
Tarix dərsliyi məzmununun elmiliyi onun vətənpərvərlik
hissləri aşılanması ilə vəhdətdir. 3)
Dərslikdəki şərh, tarix hadisələrinin səciyyələndirilməsi
və qiymətləndirilməsi xülasə edilmiş fikirlər və nəticələr həmin yaşda şagirdlər
üçün anlaşıqlı olmalıdır 4)
Şərh üslubu materialın yerləşdirilməsi yeni
anlayışların vaxtında açılıb göstərilməsi ilə dərslik tarixi hadisələrin
şagirdlər tərəfindən dərk olunması prosesinin düzgün təşkil edilməsini təmin
etməlidir. 5)
Dərsliklər arasında ardıcıllığın olması heç də az əhəmiyyətə
malik deyildir 6)
Tarix dərsliyin metodiki aparatına tələblər hamı tərəfindən
bəyənilmişdir. Onda tarix xəritələri , illustrasiyalar və digər əyani təsvirlər və kiçik arayış materialı mündəricat
cədvəl olmalıdır Yeni dərsliklə şagirdlərin
tanış olması çox əhəmiyyətlidir. Tanışlıq adətən giriş dərsində , tarix nədir?
O nədən bəhs edir, maddi və yazılı abidələr nədir suallarının
aydınlaşdırılması ilə əlaqədar olaraq
aparılır. Dərsliyin mətni ilə iş metodları və üsulları Müəllif mətni( dərslik mətni)
şagird üçün əsas bilik mənbəyidir. Müəllimlərin çox bilir ki , şagirdlər üçün dərsliyi
başa düşmək çox vaxt çətin olur, lakin bunun
nə üçün belə oldugunu heç də hamı
anlamır. Adama elə gəlir ki, dərslik mətnləri çox asandır və istənilən digər mətndən
elə də fərqlənmir. Bəlkə də şagirdlər heç də bütün terminlərlə tanış deyillər,
lakin onların söz ehtiyatı genişdir. Bəs onda nə üçün dərslik mətninin başa
düşülməsində çətinliklər yaranır. Ən aşkar izahlardan biri –mövzunun yeniliyidir. Məs: bizim
şagirdlərin əksəriyyəti üçün müasir Azərbaycan ailəsinin həyatından hekayət Qədim
Yunanıstanda qulların və Frank krallığında kəndlilərin vəziyyətinı aid söhbətdən
daha aydın olar. Dərslik mətninin quruluşu ilə bağlı müəyyən çətinliklər
yarana bilər. Şagirdlərin çoxu süjetli ədəbiyyatı az oxumayıblar və hekayə mətninə
öyrəşiblər, buna görə də onu asan mənimsəyirlər. Dərslik mətnndə isə çox vaxt
süjet xarakterlər, bəzən isə kokret hadisə yeri də olmur. Burada fəsillərin ,
paraqrafların adları yarımbaşlıqlar, qara və ya maili hərf , cədvəllər, qrafiklər
və s elementlərdən istifadə olunur ki, bunlar da əvvəlcə anlamanı çətinləşdirir.
Buna görə də, müəllif mətnini səmərəli oxumaq və oradan məlumat götürə bilmək
üsullarını şagirdlərə öyrətmək lazımdır. Paraqrafın oxunmasından əvvəl və sonra
dərs mətninin oxunması zamanı şagirdlərin diqqətini fəallaşdırmaq məqsədilə
onlar qarşısında suallar və məsələlər qoyulur, çünki, yuxarıda qeyd edildiyi
kimi, dərslik mətni həm də tarixin öyrənilməsində əsas mənbədir.
Mətnin
səmərəli oxunması üsulları
Oxudan
əvvəl
1)
Həmin paraqrafın oxunmasının məqsəd və nəticəsini
ifadə et, özündən soruş: mən nə haqda oxuyacağam? Bu paraqrafdan nə gözləyirəm?
2)
Paraqrafa tezcə göz gəzdir, başlıq və
yarımbaşlıqlara nəzər yetir, illüstrasiya və xəritələrə bax. Başlıq və
yarımbaşlıq yoxdursa, bütövlükdə paraqrafın quruluşu haqqında təxmini təsəvvür
yaratmaq üçün hər abzasın ilk cümləsini oxu
3)
Paraqrafın uzunluğu və strukturu kimi xüsusiyyətləri
qeyd et
4)
Qalın və ya maili şriftlə qeyd olunmuş mühüm bəndləri
qeyd et
5)
Özünə sual ver : bu mövzu üzrə artıq nəyi bilirəm?
Həmin mövzu haqqında əvvəllər oxuduqlarını yadına sal, lazımdırsa bir yerə yaz
Oxu
zamanı
1)
Mətnin mühüm hissələrini diqqətlə yenidən oxu
2)
Çətin, xüsusi diqqət tələb edən parçaları hündürdən
oxu
3)
Mətnin məntiqini təşkil edən cümlələri eləcə də “məsələn”
“beləliklə” “nəticədə” “bundan belə çıxır ki”, “birinci” “sonuncu” “sonra” “nəhayət”
və s kimi vacib sözləri nəzərdən qaçırma
4)
Mühüm yerlərin altından xətt çək, dairəyə al, qeyd
et və ya yazıb götür
5)
Paraqrafın ayrı-ayrı cümlələrini və ya hissələrini
başqa sözlə ifadə et. Oxuduğunu öz sözlərinlə danış
6)
Fasilələr et, özünə sual ver: “müəllif nə demək istəmişdir?
“, “Onun məqsədi , niyyət və vəzifələri nə idi? “, “Müəllifin dünyagörüşü
necədir?” , “Müəllif mətninin yazılmasının sosial konteksti necə olub?”, “Müəllif
hansı məlumat mənbələrindən istifadə edib?”
7)
Müəllifin fikrini izləyə bilmədiyini anladıqda
dayan
8)
Sənin üçün məlum olmayan məlumatı xüsusi qeyd et
9)
Yeni məlumat daxil olduqca öz ilkin mülahizələrini
yenidən nəzərdən keçir
10)
Yeni məlumat əvvəl aldığın biliklərlə uyğun gəlmirsə,
əlavə materiallara müraciət et
11)
Mühüm yerləri təzədən oxu
12)
Oxuduğun mətnin hissələrini fikrən özünün gözündə
canlandırır
Oxudan
sonra
1)
Paraqrafın ən mühüm bəndlərini sadala
2)
Mətnin bəzi hissələrini təzədən oxumağın lazım olub-olmadığını müəyyənləşdirir
3)
Oxuduğunun
qısa xülasəsini çıxar
4)
Oxunulan mətn üzrə suallar tərtib et, o sualları
özünə ver və onları cavablandırır
5)
Çox mühüm məlumatları sistemləşdir
6)
Yeni məlumatı nəzərə almaqla öz biliklərinə yenidən
nəzər sal
Şagird
üçün yaddaş
1)
Istənilən şagirdə heç də hər üsul uyğun gəlmir
2)
Hər kəs özü üçün ona daha səmərəli olan bir neçə
üsul seçə bilər
3)
Müxtəlif üsullar, müxtəlif mətn növləri ilə iş,
müxtəlif məqsədli oxu zamanı səmərəli
4)
Bir üsul kömək etmirsə, həmişə başqasınıl tapmaq
olar
Dərslik
mətni ilə iş zamanı idrakı tapşırıqlar və fəallıq növləri
1) Nə üçün
paraqraflar( yarımbaşlıqlar) başqa cür deyil, məhz belə adlanır?
2) Bu
paraqrafı sən başqa cür və ya daaha yaxşı necə adlandırırdın?
3) Paraqrafın
mətnində ən ilkin və ən son tarixi tap
4) Həmin
paraqraf üzrə xronoloji zaman oxucu tərtib et
5) Həmin paraqrafın mətnində adları çəkilən məntəqələrdən
şimaldakını (c-nı, ş-nı, q-nı) müəyyən et
6) Tarixi mənbələr
xəritələr, illüstrasiyalarla təsdiqlənən və ya tamamlanan parçaları (cümlələri)
mətndən tap
7) Həmin
paraqrafda ziddiyətləri tap və onların səbəbini izah etməyə çalış
Metod
və üsullar
1) Izahlı və şərhli oxu
Oxumaq və başa düşmək
üçün çətin olan parçaları müəllim ucadan oxuyur, şagirdlər mətni izləyirlər,
daha asan abzasları şagirdlərdən biri ucadan oxuyur. Oxu prosesində mətnin başa
düşülməsi yoxlanılır. Müəllim mətndə rast gəlinən yeni sözləri , terminləri ,
ifadələri izah edir. Bu kiçik siniflərdə yəni tarix dərsliyi ilə ilk tanışlıq
vaxtında aparılır(v sinif) yeni materialın məzmunu əsasən dərsin özündə möhkəmləndirir.
Sonralar izahlı oxu üsulları isə müəllim şərhləri ilə əvəz edilir. Dərsliyin mətnindəki
ayrı-ayrı daha çətin yerlərin müəllim tərəfindən şərhli oxunması xı sinifə qədər
aparılmalıdır
2) V-VI siniflərdə izahlı və şərhli –oxu ona
görə aparılmalıdır ki, məktəblilər dərsliyin mətnindən müstəqil bilik əldə etməyi
öyrənsinlər
3) Müəllimin izah etdiyi yeni tarix- materialının
ilk qavrayışın təşkil edilməsində mühüm cəhət müəllimin nağılında dərslikdəki mətnin
ünsürlərindən istifadə etməkdir, yaxud dərsliyin mətninə dair bilavasitə göstərişlərdir
4) Dərsliyin mətninin dərk olunmasında-onu təhlil
etməyin və fikrən işləməyin müxtəlif üsulları ciddi əhəmiyyətə malikdir.
5) Fəsillərin, paraqraf və bəndləri sərlövhələri-üzərində
iş plan tərtib etmək üzərində işə yaxındır
6) Mətndə olan tarix materialının –özünün dərk
edilməsi təhlil ümumiləşdirmə tarix, faktlarına qiymət verilməsi, onların
müqayisə edilməsi tarix dərsliyi ilə işdə mərkəzi yer tutur
7) Təcrübəli müəllim yekun nəticələri-formulirovkalar,
anlayışların tərifləri, yeni terminlər üzərində şagirdlə müntəzəm olaraq iş
aparır.
8) Müəllimin rəhbərliyi ilə şagirdlər-tərəfindən
dərsliyin mətnində nişan qoyulmasıı sayəsində dərsliyin materialının şüurlu sürətdə
mənimsənilməsi və möhkəmlənməsi xeyli artır
9) Dərslikdə işin ən mühüm məsələlərindən-biri məktəblilərə
ev tapşırıqlarını yerinə yetirmək bacarığını öyrətməkdir
10)
Məktəblilərdə
dərsliyin materialından-istifadə etmək və onu dərslərdə öyrənildiyi
ardıcıllıqla yox, digər ardıcıllıqla izah etmək bacarığının yetişdirilməsinin
böyük idraki və əməli əhəmiyyəti vardır
11)
Əvvəllər
alınan biliklərin tətbiq edilməsi
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.