DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

29 Ekim 2015 Perşembe

Kurikulum _Testlər


1.Kurikulum nədir?
a) planlaşdırma 
b) konseptual sənəd 
c) standart 
d) qiymətləndirmə 



2. Aşağıdakı anlayışlardan hansı fənn kurikulumuna aid deyil?
a) məzmun standartı 
b) məzmun xətti 
c) ümumi təlim nəticələri 
d) həftəlik dərs saatlarının miqdarı 


3. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir? 
a) bilikyönümlüdür 
b) nəticəyönümlüdür 
c) müəllimyönümlüdür 
d) fənyönümlüdür 


4. Bunlardan biri əsas qiymətləndirmə növünə aid deyil ? 
a) diaqnostik 
b) rüblük 
c) formativ 
d) summativ 


5. Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?
a) psixomotor
b) deklarativ
c) idraki
d) ünsiyyət 


6. Kurikuluma nə daxil deyil?
a) təlim strategiyaları
b) məzmun standartları
c) təhsil qanunu
d) qiymətləndirmə mexanizmləri 



7. Məzmun standartı neçə hissədən ibarətdir?

a) 2 b) 1 c) 3 d) 5 


8. "Tələbyönümlülük” deyəndə nə nəzərdə tutulur?
a) məktəbin tələbatının nəzərə alınması.
b) fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
c) şagirdin tələbatının nəzərə alınması.
d) məktəbin və ailənin tələbatının nəzərə alınması. 


9. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?
a) dəstəkləyici mühitin yaradılması
b) fəaliyyətin stimullaşdırılması
c) təlimdə bərabər imkanların yaradılması
d) bilikyönümlülük 


10. Neçə təlim forması var?
a) 8 b) 5 c)4 d) 14 


11. Aşağıdakılardan hansı iş forması deyil?

a) cütlərlə b) fərdi c) müzakirə d) kollektiv 


12. Aşağıdakılardan hansı iş üsuludur?
a) klaster, müzakirə
b) qruplarla, müsahibə
c) bibö, cütlərlə
d) cütlərlə, fərdi 


13. Planlaşdırmanın neçə növü var?

a) 1 b) 3 c)2 d) 6 


14. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?

a) aylıq b) illik c) rüblük d) gündəlik 


15. Perspektiv planlaşdırma aparmaq üçün müəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. İnteqrasiya imkanlarını müəyyən etmək.
4. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
a) 2, 3, 4 b) 1, 2, 3 c) 1,3, 4 d) 1, 2, 4 



16. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?
a) xronoloji
b) sadədən mürəkkəbə
c) şeirlərin ardıcıllığı.
d) məntiqi ardıcılllıq 


17. Aşağıdakılardan hansı ənənəvi qiymətləndirmə sisteminə aiddir?
a) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
b) qiymətləndirməşagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.
c) şagirdin nailiyyəti (qazanılan dəyərər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir.
d) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir. 


18. Məktəbdaxili qiymətləndirmənin neçə növü var?

a) 2 b) 4 c) 5 d) 3 


19.Diaqnostik qiymətləndirmə hansı məqsədlə aparılır? 
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə 
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə 
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə 


20. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır? 
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə . 
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə 
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə 


21. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır 
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə 
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə 
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə 


22. Summativ qiymətləndirmə hansı mərhələdə aparılır
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda). 
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq 
c) summativ qiymətləndirmə bölmə və bəhslərin, yarımilin sonunda 


23.Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda) 
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq 
c) kiçik summativ qiymətləndirmə bölmə və bəhslərin, yarımilin sonunda 


24.Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda) 
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq 
c) bölmə və bəhslərin, yarımilin sonunda 


25.Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr? 
a) müşahidə, şagirdlərin şifahi cavabları , şagirdlərin yazı işlərinin təhlili , test tapşırıqlarının nəticələri 
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi 


26 Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır? 
a) müşahidə, şagirdlərin şifahi cavabları ,şagirdlərin yazı işlərinin təhlili , test tapşırıqlarının nəticələri 
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi 


27.Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır? 
a) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri 
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi 


28.Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
a) 3 b) 6 c) 6 d) 4 


29.Aşağıdakılardan hansı təlim üsuludur?

a) qiymətləndirmə b) kompetensiya c) yazı işləri d) müzakirə


30.İllik planlaşdırmaya hansı daxil deyil?

a) standartlar b) inteqrasiya c) motivasiya d) resurslar 


31.Aşağıdakılardan hansı iş formasıdır?

a) müzakirə b) cütlərlə c) söz assosiasiyası d) debat 


32.Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırırlır?
a) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 40% təşkil edir.
b) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.
c) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 20% təşkil edir.
d) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 40% təşkil edir. 

33.Təhsil islahatı neçənci illəri əhatə edir?

a) 1999—2007 b) 2001—2011
d) 1999—2013
c) 1999—2009

34.Kurrikulum nədir?
a) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
b) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
c) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
d) Təlim metodu, forma və vasitələrin məcmusu

35.Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?

a) tələbyönümlük
b) nəticəyönümlük
c) subyektivlik
d) şəxsiyyətyönümlük

36.İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
a) 10 b) 9
c) 11 d) 12

37.Kurrikulumlarda fənnin məzmunu necə verilmişdir?
a) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
b) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
c) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasında
d) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında

38.Kurrikulumda məzmun standartı nədir?
a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
c. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
d. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir

39.Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
a. əsas standartın tərkib hissəsi olub ona xidmət edir
b. təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
c. təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
d. təhsil pillələri üzrə dəyişməz qalır

40.4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
a) deklorativ bilik bilik – idraki fəaliyyət b) kontekstual bilik – psixomator fəaliyyət
c) prosedural bilik – idraki fəaliyyət d) deklorativ və kontekstual bilik

41.Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
a) Qiymətləndirmə standartları b) Fənnin məqsədləri c) Valideynin arzusu
d) Fənnin məqsəd və vəzifələri

42.Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
a) Fənnin təliminə verilən əsas tələblər
b) Təlimin təşkilində istifadə olunan forma və üsullar
c) Fənn üzrə təlimin planlaşdırılması
d) Kurrikulum islahatının mərhələləri

43.Təlim üsullarını seçin
1. Müzakirə 2. Qeyri —standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar
7. Dərs oyun
a) 1,3,5,6 b)1, 2,4,6 c) 1, 4,5, 7 d) 3,4,5,6

44.Təhsildə qiymətləndirmə nədir?
a) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
b) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
c) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
d) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir

45.Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
a) diaqnostik qiymətləndirmə b) formativ qiymətləndirmə
c) summativ qiymətləndirmə d) milli qiymətləndirmə

46.Summatıv qiymətləndirmə nə vaxt aparılmır?
a) yarımilin sonunda b) dərs ilinin əvvəlində
c) ayın sonunda d) bölmə başa çatdıqda

47.Qiymətləndirmə standartları nədir?
a. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.
b. tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.
c. təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
d. Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb

48.Qiymətləndirmə standartları sxem üzrə neçə səviyyədə hazırlanır?
a) 3 b) 5 c) 4 d) 2

49.Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların bölgüsü necə olmalıdır?

a) 1-ci səviyyə üzrə suallar 20%
2-ci səviyyə üzrə suallar 30%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%

b) 1-ci səviyyə üzrə suallar 20%
2-ci səviyyə üzrə suallar 20%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%
5-ci səviyyə üzrə suallar 10%

c) 1-ci səviyyə üzrə suallar 30%
2-ci səviyyə üzrə suallar 30%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 10%

d) 1-ci səviyyə üzrə suallar 30%
2-ci səviyyə üzrə suallar 20%
3-cü səviyyə üzrə suallar 30%
4-cü səviyyə üzrə suallar 20%

50.Qeyd olunan bəndlərdən hansı qiymətləndirmə standartıdır?
a) 3.4.1.Q1.Borc analayışını izah etməyi bacarır.
b) 3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
c) 3.3.2. Dinlər haqqında ilkin təsəv¬vürlərini sadə şəkildə izah edir.
d) 3.2.2. Mənəviyyata zidd xüsu¬¬siyyətlərə(yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.

51.Test nümunələri nəyin əsasında hazırlanır?
a) Əsas standartların b) Qiymətləndirmə standartlarının c) Alt standartların
d) Əsas və alt standartların

52.“Beyin həmləsi” nədir?
a) İş üsulu b) Dərs forması c) Təlim üsulu d) Dərs nümunəsi

53. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qüvvəyə minib?
A) 1998 B)1999 C) 2002 Ç) 2008 D) 2009

54. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu neçə maddədən ibarətdir?
A) 47 B) 50 C) 40 Ç) 58 D) 38

55. Məzmun standartının quruluşu hansıdır?
A) Bilik Fəaliyyət Vərdiş
B) Bacarıq Vərdiş
C) Bilik Fəaliyyət
Ç) Heç biri
D) Fəaliyyət Vərdiş

56. “Kurikulum” sözünün lüğəti mənası deməkdir:
A) sənəd, məcmuə
B) fənn, təhsil
C) Konsepsiya, əmr
Ç) yol, istiqamət
D) Təhsil pilləsi, təhsil proqramları

57. Biliyin növləri hansıdır?
A) Təlim. Bacarıq. Vərdiş.
B) Məntiqi. Yaradıcı. Tənqidi.
C) Motivasiya. İnteqrasiya. Karusel
Ç) Deklarativ. Prosedural. Kontekstual
D) Hamı.

58. BİBÖ abveturası nə bildirir?
A) Bilmək İstəyirəm. Bildim. Öyrəndim.
B) Bilmirəm. İstəyirəm bilim. Öyrənərdim.
C) Bilmədiklərim.İstəyirəm bilim. Öyrənərdim.
Ç) Bilik. İstiqamət. Bilmədiklərim. Öyrəndiklərim.
D) Bilirəm. İstəyirəm bilim. Öyrəndim.

59. Blumun Taksonomiyası nəzəriyyəsinə görə dərketmənin Səviyyələri hansıdır?
A) 1)Bilik 2)Qavrama 3)Tətbiq 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə
B) 1)Bilik 2)Tətbiq 3)Təhlil 4)Qiymətləndirmə 5)Sintez
C) 1)Bilik 2)Təhlil 3)Sintez 4)Tətbiq 2) Qiymətləndirmə
Ç) 1)Bilik 2)Qavrama 6) Qiymətləndirmə
D) 1)Bilik 2)Tətbiq 3)Qavrama 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə

60. Fəal təlim nəyə əsaslanır?
A) Təfəkkürün inkişafına. Təfəkkürün müstəqillik və sərbəstliyinə. Əməkdaşlığa.
B) Biliklərin yaradıcı tətbiqinə. Şagirdin fəal
dərketmə mövqeyinə. Problemli şəraitin yaranmasına
C) Biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına.
Ç) Heç birinə.
D) Hamısına.


61.Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır?
A) Humanistlik. Demokratlik. Millilik və dünyavilik. Humanistlik. İnteqrasiya.
B) Humanistlik. Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya
C) Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Humanistlik. İnteqrasiya. Məsuliyyət.
Ç) Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik.
Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya. Kurikulum
D) Humanistlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. İnteqrasiya. Kurikulum. İnteqrasiya.

62. Təhsilalma Formasi deyil?
A) Sərbəst B) Əyani C) Qiyabi Ç) Özəl D) Məsafəil

Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar