DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Eylül 2015 Cumartesi

Fiziki Tərbiyə Kurikulumu

  Vəsaiti yükləmək üçün
  şəkilin üzərinə toxun
 Fiziki Tərbiyə1.2 Məzmun xətləri
Fiziki tərbiyə fənni biri-biri ilə qarşlıqlı əlaqəli olan və biri-birini üzvü sürətldə tamamlayan:
 İnformasiya təminatı və nəzəri biliklər;
 Hərəki bacarıqlar və vərdişlər;
 Hərəki qabiliyyətlər;
 Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşması kimi məzmun xətlərindən ibarətdir 
Ayrıca götürülmüş hər bir dərs, eləcədə bütövlükdə fiziki tərbiyə prosesi qeyd 
olunan məzmun xətlərinin qarşılıqlı əlaqəsi üzərində qurulmalıdır.
1.4. məzmun standartları
I sinf
I sinfin sonunda şagird:
sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin, düzgün gün rejiminin əhəmiyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
müxtəlif təyinatlı oyunları və oyun qaydalarını bildiyini nümayiş etdirir;
müxtəlif idman növləri və avadanlıqları haqqında məlumata malik olduğunu nümayiş etdirir;
hərəkətləri sadə üsullarla icra edir;
müxtəlif təyinatlı oyunlarıa dair zəruri bacarıqları mənimsədiyini nümayiş etdirir;
hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirir;
hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt-standartları
1. İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.1. Hərəki fəaliyyətə daxil olan oyunları tanıyır.
1.1.2. Sağlamlığın möhkəmləndirilməsində gün rejiminin əhəmiyyətini haqqında sadə məlumat verir.
1.1.3.Orqanizmin möhkəmləndirilməsində gigiyenik tələblərə əməl etməyin əhəmiyyəti haqqında məlumat verir.
1.1.4. İştirak etdiyi oyunların qaydaları haqqında məlumat verir.  
1.1.5. Komanda yoldaşları ilə ünsiyyət qurmaq və əməkdaşlıq etməyin zəruriliyi haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1. Hərəki bacarıqlara və vərdişlərə yiyələnməyini nümayiş etdirir.
2.1.1.Hərəkətləri müvafiq komandalara və nümunələrə uyğun yerinə yetirir.
2.1.2.Müxtəlif təyinatlı, ayrı-ayrı idman növlərinin elementlərindən ibarət oyunlarda iştirak edir.
2.1.3. Oyun, alət və avadanlıqlardan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirir.
3.1.1. Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir.
3.1.2 Hərəkətlərin və oyunların icrası zamanı bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.
3.1.3. Qaçış və oyun zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
3.1.4. Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir.
3.1.5. Hərəkətlərin və oyunların icrası zamanı qüvvə nümayiş etdirir.
3.1.6. Hərəkətlərin davamlı və təkrar icrası zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.1 Komanda yoldaşları ilə ünsiyyət qurur və əməkdaşliq edir.
II sinif
II sinfin sonunda şagird:
sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin, düzgün gün rejiminin əhəmiyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
müxtəlif təyinatlı oyunları və oyun qaydalarını bildiyini nümayiş etdirir;
müxtəlif təyinatlı oyunlara dair zəruri bacarıqları mənimsədiyini nümayiş etdirir;
hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir;
müxtəlif idman növləri və avadanlıqları haqqında məlumata malik olduğunu nümayiş etdirir;
hərəki fəaliyyət prosesində yaş qrupuna müvafiq zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirir;
hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.1.Hərəki fəaliyyətə daxil olan hərərkət komplekslərini tanıyır.
1.1.2.Sadə gün rejiminin tərtibi qaydaları haqqında məlumat verir
1.1.3.Orqanizmin möhkəmləndirilməsinin sadə üsul, vasitələri və gigiyenik tələbləri sadalayır.
1.1.4.Oyun prosesində tələb olunan təhlükəsizlik qaydalarını sadalayır.
1.1.5.Hərəki fəaliyyət zamanı davranış qaydaları haqqında məlumat verir.
1.1.6.Mübarizlik və rəqibə hörmət haqqında məlumata malik olduğunu nümayiş etdirir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1.Hərəki bacarıqlara və vərdişlərə yiyələndiyini nümayiş etdirir.
2.1.1. Sıra, ümuminkişaf hərəkətlərini icra edir.
2.1.2. Səhər gimnastika komplekslərini yerinə yetirir.
2.1.3.Ayrı-ayrı idman növlərinin elementlərindən ibarət oyunlarda iştirak edir.
2.1.4.Oyun zamanı müvafiq təhlükəsizlik və özünümühafizə qaydalarına əməl edir.
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirir.
3.1.1.Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir.
3.1.2.Hərəkətlərin və oyunlarının icrası zamanı bədənin əyilmə qabiliyyəti nümayiş etdirir.
3.1.3. Qaçış zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
3.1.4.Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir.
3.1.5.Hərəkətlərin və oyunların icrası zamanı qüvvə nümayiş etdirir.
3.1.6. Hərəkətlərin davamlı və təkrar icrası zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.1.Hərəkətlərin icrası prosesində diqqəti cəmləşdirmək keyfiyyəti nümayiş etdirir.
4.1.2. Komanda üzvləri ilə ünsiyyət qurur və səmərəli əməkdaşlıq edir. 
III sinif
III sinifin sonunda şagird:
sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin, düzgün gün rejiminin əhəmiyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
müxtəlif təyinatlı oyunları və oyun qaydalarını bildiyini nümayiş etdirir;
müxtəlif idman növləri və avadanlıqları haqqında məlumata malik olduğunu nümayiş etdirir;
hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir;
müxtəlif təyinatlı kollektiv oyunlara dair zəruri bacarıqları mənimsədiyini nümayiş etdirir;
hərəki fəaliyyət prosesində yaş qrupuna müvafiq zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirir;
hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.1. Hərəki fəaliyyətin orqanizmə müxtəlif təsirlərini sadə şəkildə izah edir.
1.1.2. Gün rejiminin tərtibində əsas amilləri sadalayır.
1.1.3. Orqanizmin möhkəmləndirilməsində istifadə olunan vasitələr və gigiyenik tələblər haqqında məlumat verir.
1.1.4.Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə olunan oyunları fərqləndirir.
1.1.5.Müxtəlif idman növlərinə aid əşya və alətlərin təyinatı və istifadə qaydaları haqqinda məlumat verir.
1.1.6.Oyun prosesində tələb olunan zəruri təhlükəsizlik və özünümühafizə qaydalarını sadalayır.
1.1.7. Komandalı fəaliyyət, fərdi mübarizə zamanı təqdir olunan davranış haqqında məlumat verir.
1.1.8. Komandalı fəaliyyət zamanı yoldaşlarına mənəvi-iradi dayağın əhəmiyyəti haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1. Hərəki bacarıqlara və vərdişlərə yiyələndiyi nümayiş etdirir.
2.1.1. Sıra, ümuminkişaf hərərkətləri icra edir. 
2.1.2. Məqsədli tərtib olunmuş səhər gimnastika komplekslərini və ev tapşırığı hərəkətlərini yerinə yetirir.
2.1.3. İdman növlərinə aid alət və avadanlıqlarından istifadə və oyun zamanı təhlükəsizlik, özünümühafizə qaydalarına əməl edir.
2.1.4. Ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün müxtəlf təyinatlı oyunlar, estafetlər, kombinə edilmiş estafetlərdə iştirak edir.
2.1.5. Müxtəlif idman növlərinə aid hərəkətləri yerinə yetirir, müvafiq əşya və avadanlıqlardan istifadə edir.
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirir.
3.1.1. Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir.
3.1.2. Hərəkətlərin və oyunların icrası zamanı bədənin əyilmə qabiliyyəti nümayiş etdirir.
3.1.3. Qaçış zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
3.1.4. Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir.
3.1.5. Hərəkətlərin və oyunların icrası zamanı qüvvə nümayiş etdirir.
3.1.6. Hərəkətlərin davamlı və təkrar icrası zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması
Şagird
4.1.Hərəki fəaliyyət zamanı təqdir olunan davranış, yoldaşları ilə əməkdaşlıq nümayiş etdirir.
4.1.1. Hərəkətlərin icrası və oyun prosesində rəqiblə qaydalar çərçivəsində davranmaqla cəsarət və mübarizlik göstərir.
4.1.2.. Ümumi mənafe naminə həmrəylik nümayiş etdirir.
IV sinif
IV sinfin sonunda şagird:
sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin, düzgün gün rejiminin əhəmiyyəti haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
müxtəlif təyinatlı oyunları və oyun qaydalarını bildiyini nümayiş etdirir;
müxtəlif idman növləri və avadanlıqları haqqında məlumata malik olduğunu nümayiş etdirir;
hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir;
müxtəlif təyinatlı oyunlara dair zəruri bacarıqları mənimsədiyini nümayiş etdirir;

hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirirlər;
hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.1. Hərəki fəaliyyətin fiziki hazırlığın formalaşmasında əhəmiyyəti haqqında məlumat verir.
1.1.2. Gün rejiminin tərtibində əsas amilləri fərqləndirir.
1.1.3. Orqanizmin möhkəmləndirilməsində istifadə olunan vasitələr və qiqiyenik tələblər haqqında məlumat verir.
1.1.4. Sürət istiqamətli oyunları fərqləndirir.
1.1.5. Sürət-gücü inkişaf etdirən oyunları tanıyır.
1.1.6. Çeviklik tələb edən oyunlar və oyun qaydaları haqqında məlumat verir.
1.1.7. Bədənin əyilmə qabiliyyəti, qüvvə və dözümlülüyü inkişaf etdirən hərərkətlər, oyunlar və kombinələşmiş estafetlər haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.8. Hərəki fəaliyyət zamanı istifadə edəcəyi özünümühafizə, təhlükəsizlik üsullarını sadalayır.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1. Hərəki bacarıqlara və vərdişlərə yiyələndiyini nümayiş etdirir.
2.1.1. Sıra və ümuminkişaf hərəkətlərini yerinə yetirir; müxtəlif təyinatlı ümuminkişaf hərəkətlərini yerinə yetirir.
2.1.2. Çeviklik qabiliyyətini inkişaf etdirən oyunları, estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir.
2.1.3. Bədədnin əyilmə qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir.
2.1.4. Sürət qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir.
2.1.5. Sürət-güc qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir.
2.1.6. Qüvvə qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir.
2.1.7. Dözümlülük qabiliyyətinin oyunları estafetləri, kombinəolunmuş estafetləri və xüsusi hərərkətləri zəruri rejimdə və həcmdə yerinə yetirir.
2.1.8. Hərəkətlərin icrası və oyun zamanı təhlükəsizlik və özünümühafizə qaydalarını əməl edir. 
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu nümayiş etdirir.
3.1.1. Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir.
3.1.2. Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir.
3.1.3 Hərəkətlərin və oyunların icrası zamanı bədənin əyilmə qabiliyyəti nümayiş etdirir.
3.1.4. Qaçış zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
3.1.5 Hərəkətlərin və oyunların icrası zamanı qüvvə nümayiş etdirir.
3.1.6. Hərəkətlərin davamlı və təkrar icrası zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir.
4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2. Hərəkətlərin icrası prosesində əzmkarlıq və qətiyyət nümayiş etdirir.
4.1.3. Həlledici vəziyyətlərdə yoldaşlarına dəstək olmaq keyfiyyətləri nümayiş etdirir.
V sinif
V sinifin sonunda şagird:
hərəkətlərin və sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri haqqında məlumat verir;
sağlamlığını möhkəmləndirmək üçün hərəkətlərdən və vasitələrdən istifadə edir;
müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsullarını nümayış etdirir;
yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayış etdirir;
özünün təqdiredici fəaliyyətini yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır.

Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklər nümayiş etdirir.
1.1.1. Hərəkətlərin sağlamlaşdırıcı təsiri haqqında qısa informasiya verir.
1.1.2. Hərəkətlərin sağlamlaşdırıcı təsiri haqqında qısa informasiya verir.
1.1.3. Hərəkətlərin sağlamlaşdırıcı təsiri haqqında qısa informasiya verir.
1.1.4. Sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri haqqında qısa informasiya verir.
1.2. Müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsulları haqqında biliklər nümayiş etdirir. 
1.2.1. Hərəkətlərin icra üsulları haqqında qısa informasiya verir.
1.2.2. Müxtəlif oyunların təyinatı haqqında qısa informasiya verir.
1.2.3. İdman növlərinin elementlərindən ibarət estafetlər haqqında informasiya verir.
1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair biliklər nümayiş etdirir.
1.3.1. Sıra hərəkətləri haqqında məlumat verir.
1.3.2. Ümuminkişaf hərəkətləri haqqında informasiya verir.
1.3.3. Hərəki qabiliyyətlər, onları inkişaf etdirən oyunlar və hərəkətlər haqqında informasiya verir.
1.3.4. Hərəkətlərin icrası zamanı sadə özünənəzarət üsulları haqqında informasiya verir.
1.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik və ilk tibbi yardım qaydaları haqqında informasiya verir.
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
1.4.1. Vətənpərvərlik hisslərinin formalaşmasında fiziki tərbiyənin rolu haqqında məlumat verir;
1.4.2. İlin əsas idman tədbirləri və idmançıları haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.
2.1.1. Sağlamlığını möhkəmləndirmək üçün hərəkətlər və hərəkət komplekslərini icra edir.
2.1.2. Orqanizmi möhkəmləndirən sağlamlaşdırıcı vasitələri nümunələrə müvafiq tətbiq edir.
2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri tövsiyə olunan üsullarla icra edir.
2.2.2. Müxtəlif təyinatlı oyunlarda iştirak edir.
2.2.3. Kombinələşmiş estafetlərdə iştirak edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1. Sıra hərəkətlərini komandalara və nümunələrə müvafiq yerinə yetirir.
2.3.2. Ümuminkişaf hərəkətlərini nümünələrə müvafiq yerinə yetirir.
2.3.3. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunları və kompleksləri icra edir.
2.3.4. Müxtəlif hərəkətlərin icrasından əvvəl və sonra nəbz vurğularını müəyyən edir.
2.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir. 
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Oyunlar və icra şəraiti dəyişən hərəkətləri yerinə yetirərkən çeviklik nümayiş etdirir.
3.1.2. Hərəki fəaliyyət zamanı bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yerirərkən sürət nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı sürət – güc nümayiş etdirir.
3.1.5. Öz çəkisini və xarici müqaviməti dəf edərkən qüvvə numayiş etdirir.
3.1.6. Təkrar və davamlı icra zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşması.
Şagird:
4.1. Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir.
4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2 Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.
4.1.3. Hərəki fəaliyyət zamanı qaydalara riayət etməklə mübarizlik nümayiş etdirir.
4.1.4. Oyun zamanı öz fəaliyyətini mövcud qaydalar çərçivəsində yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır.
VI SİNİF
VI sinfin sonunda şagird:
fiziki hazırlığını artırmaq, bədən quruluşunun formalaşması və korreksiyası üçün hərəkətlərdən istifadə edir;
hərəki fəaliyyəti zamanı əlverişli icra üsullarından istifadə edir;
hərəkətlərdən təyinatına görə istifadə edir;
hərəkətlərdən istifadə zamanı tövsiyə olunan metod və icra rejimlərindən istifadə edir;
yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayış etdirir;
hərəki fəaliyyət zamanı potensialını tam reallaşdırmağa səy göstərir.

Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
1.1.Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Hərəkətlərin bədən quruluşuna və qamətin korreksiyasına təsiri haqqında 
qısa informasiya verir.
1.1.2. Sağlamlaşdırıcı vasitələrdən istifadə və düzgün qidalanma haqqında informasiya verir.
1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.
1.2.1.Yerinə yetirilən hərəkətlərin icra üsullarını fərqləndirir.
1.2.2. Müxtəlif oyunları, hərəkətləri təyinatına görə fərqləndirir.
1.2.3. İdman növlərinin elementlərindən ibarət kombinələşmiş estafetlərin təyinatını fərqləndirir.
1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair bilikləri nümayiş etdirir.
1.3.1. Sıra hərəkətləri haqqında məlumat verir.
1.3.2. Ümuminkişaf hərəkətlərini təyinatına görə fərqləndirir.
1.3.3. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunlar və komplekslər haqqında informasiya verir.
1.3.4. Hərəkətlərin nəbz vurğularına, tənəffüs tezliyinə təsiri haqqında informasiya verir.
1.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik, özünümühafizə və ilk tibbi yardım qaydaları haqqında informasiya verir.
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
1.4.1 Mübarizlik, inam hissi və vətənpərvərlik tərbiyəsi haqqında məlumat verir.
1.4.2. İlin əsas idman tədbirləri və idmançıları haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1.Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.
2.1.1. Bədən quruluşunun, qamətin korreksiyası üçün hərəkətləri yerinə yetirir.
2.1.2. Sağlamlaşdırıcı vasitələrdən orqanizmi möhkəmləndirmək üçün istifadə edir.
2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.
2.2.1.Müxtəlif idman növlərinə aid hərəkətləri, müvafiq üsullarla icra edir;
2.2.2. Müxtəlif təyinatlı oyunlarda qaydalara müvafiq fəaliyyət göstərir;
2.2.3. Sadə və kombinələşmiş estafetlərdə iştirak edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1. Sıra hərəkətlərini nümunələrə müvafiq icra edir.
2.3.2. Müftəlif təyinatlı ümuminkişaf hərəkətlərini nümunələrə müvafiq icra edir. 
2.3.3. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunları və kompleksləri icra edir.
2.3.4. Hərəkətlərin icrasından sonra ürək vurğularına əsasən özünənəzarəti həyata 
keçirir.
2.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik, özünümühafizə qaydalarına əməl edir.
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Oyunlar və icra şəraiti dəyişən hərəkətlər zamanı çeviklik nümayiş etdirir.
3.1.2. Hərəki fəaliyyət zamanı əzələ-bağ aparatının elastikliyini və oynaqların mütəhərrikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən sürət nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı sürət-güc nümayiş etdirir.
3.1.5. Öz çəkisini və xarici müqaviməti dəf edərkən qüvvə nümayiş etdirir.
3.1.6. Təkrar və davamlı icra zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşması
Şagird:
4.1.Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir.
4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2. Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.
4.1.3. Fiziki potensialını reallaşdırarkən inadkarlıq nümayiş etdirir.
4.1.4. Komandalı fəaliyyət zamanı öz yerini və rolunu müəyyən edir.
VII SİNİF
VII sinifin sonunda şagird:
hərəkətlərin tənəffüs və qan-damar sisteminə təsiri haqqında məlumat verir;
hərəkətlərin əlverişli icra üsullarından istifadə edir;
hərəkətlərdən təyinatına görə istifadə edir;
fiziki yükün orqanizmin funksional sistemlərinə təsirini əlamətlərə görə müəyyənləşdirir;
yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;
oyun şəraitində mübarizlik və cəsarət nümayiş etdirir
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər.
Şagird:
1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Hərəkətlərin tənəffüs və qan-damar sisteminə təsirini izah edir. 
1.1.2. Sağlamlaşdırıcı vasitələrin gün rejimində yeri haqqında məlumat verir.
1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.
1.2.1.Yerinə yetirilən hərəkətlərin icra üsullarını əsaslandırır.
1.2.2.Kombinələşmiş estafetlərin tərtibi haqqında informasiya verir.
1.2.3.Sadə özünümüdafiə elementlərindən istifadə haqqında informasiya verir.
1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair bilikləri nümayiş etdirir.
1.3.1. Sıra hərəkətlərini və təyinatını izah edir.
1.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətlərdən təyinatı üzrə istifadə haqqında informasiya verir.
1.3.3. Hərəki qabiliyyətləri inkişaf etdirən vasitələrin icra ardıcıllığı haqqında informasiya verir.
1.3.4. Hərəkətlərin bərpaedici təsiri haqqında informasiya verir.
1.3.5. Hərəkətlərin təhlükəsiz icrası, özünümühafizə və müxtəlif şəraitlərdə təcili tibbi yardım haqqında informasiya verir.
1.4.Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
1.4.1.Komandanın mənafeyi uğrunda mübarizə və vətənpərvərlik tərbiyəsi haqqında informasiya verir.
1.4.2.İlin əsas idman tədbirləri və idmançıları haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər.
Şagird:
2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tənəffüs və qan-damar sistemini möhkəmləndirən hərəkətləri icra edir.
2.1.2. Sağlamlaşdırıcı vasitələrdən şəraitə müvafiq istifadə edir.
2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Müxtəlif təyinatlı hərəkətlərin yerinə yetirilməsində səmərəli icra üsulunu tətbiq edir.
2.2.2. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunları icra edir.
2.2.3. Sadə və çoxmərhələli kombinələşmiş estafetlərdə iştirak edir.
2.2.4.Sadə, özünümüdafiə hərəkətlərini yerinə yetirir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1. Sıra hərəkətlərini irəliləmələr və yerdəyişmələr zamanı icra edir.
2.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətləri irəliləmələr və yerdəyişmələr zamanı icra edir.
2.3.3. Hərəki qabiliyyətləri inkişaf etdirən vasitələri zəruri ardıcıllıqla icra edir. 
2.3.4. Bərpaedici hərəkətlərdən istifadə etməklə nəbz vurğularını tənzimləyir.
2.3.5. Özünümühafizə, idman alət və avadanlıqlarından təhlükəsiz istifadə edir.
3. Hərəki qabiliyyətlər.
Şagird:
3.1.Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Oyunlar və icra şəraiti daim dəyişən hərəkətlər zamanı nümayiş etdirir.
3.1.2. Hərəki fəaliyyət zamanı əzələ-bağ aparatının elastikliyini və oynaqların mütəhərrikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən sürət nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı sürət-güc nümayiş etdirir.
3.1.5. Öz çəkisini və xarici müqaviməti dəf edərkən qüvvə nümayiş etdirir.
3.1.6. Təkrar və davamlı icra zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi- iradi xüsusiyyətinin formalaşması.
Şagird:
4.1.Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir.
4.1.1.Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir;
4.1.2. Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur;
4.1.3. Mürəkkəb və ekstremal hərəkətlərin icrası zamanı cəsarət nümayiş etdirir;
4.1.4. Oyun zamanı komanda yoldaşlarının səmərəli fəaliyyəti üçün şərait yaradır.
VIII SİNİF
VIII sinifin sonunda şagird:
 hərəkətlərdən təyinatına görə istifadə qaydaları haqqında məlumat verir;
 hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir;
 hərəkətlərin icrası zamanı əlverişli üsullardan istifadə edir;
 funksional göstəricilərə əsasən orqanizmə nəzarəti həyata keçirir və ilk tibbi yardım göstərir;
 yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;
 öz potensialını reallaşdırarkən qətiyyət nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklər nümayiş etdirir. 
1.1.1. Hərəkətlərin əzələ sisteminin formalaşmasında rolunu izah edir.
1.1.2. Sağlamlaşdırıcı vasitələrdən məqsədyönlü istifadə qaydaları haqqında məlumat verir.
1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklər nümayiş etdirir.
1.2.1. Hərəkətləri icra edərkən öz potensialından istifadə etmə imkanlarını əsaslandırır.
1.2.2.Müxtəlif idman növlərində texniki-taktiki fəaliyyəti haqqında məlumat verir.
1.2.3. Müxtəlif təyinatlı kombinələşmiş estafetlərin mərhələlərinin təyinatı haqqında informasiya verir.
1.2.4. Özünümüdafiə elementlərindən istifadə haqqında informasiya verir.
1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair biliklər nümayiş etdirir.
1.3.1.Sıra hərəkətlərini və onların növ müxtəlifliyini izah edir.
1.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətlərindən təyinatlarına görə istifadəni izah edir.
1.3.3. Hərəki qabiliyyətləri inkişaf etdirən hərəkətlər və komplekslərin tətbiqi haqqında informasiya verir.
1.3.4. Hərəkətlərin bərpaedici və relaksiyaedici təsiri haqqında informasiya verir.
1.3.5. Hərəkətlərin təhlükəsiz icrası və təcili tibbi yardım qaydalarını izah edir.
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
1.4.1. Liderlik, məsuliyyət hissi və vətənpərvərlik tərbiyəsi haqqında məlumat verir.
1.4.2. İlin əsas idman tədbirləri və idmançıları haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1.Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.
2.1.1. Əzələ sistemini formalaşdıran hərəkətlərdən məqsədyönlü istifadə edir.
2.1.2. Sağlamlaşdırıcı vasitələrdən məqsədyönlü istifadə edir
2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Müxtəlif idman novlərində texniki-taktiki fəaliyyəti zamanı öz potensialını reallaşdırır.
2.2.2. Hərəki qabiliyyətləri inkişaf etdirən çoxmərhələli oyunları yerinə yetirir.
2.2.3. Çoxmərhələli kombinələşmiş estafetlərdə iştirak edir.
2.2.4. Müxtəlif əşyalardan və rəqibin gücündən istifadə etməklə özünümüdafiə hərəkətləri icra edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair biliklər nümayış etdirir. 
2.3.1. Sıra hərəkətlərini komanda və təyinatına müvafiq icra edir.
2.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətlərindən təyinatı üzrə istifadə edir.
2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün zəruri komplekslərdən istifadə edir.
2.3.4. Bərpaedici və relaksiyaedici hərəkətlərdən istifadə etməklə tənəffüs tezliyini tənzimləyir, əzələləri boşaldır.
2.3.5. Hərəkətlərin icrası və oyunlar zamanı alət və avadanlıqlardan məqsədyonlü istifadə edir.
3.Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Oyunlar və icra şəraiti daim dəyişən hərəkətlər zamanı nümayiş etdirir.
3.1.2.Hərəki fəaliyyət zamanı əzələ-bağ aparatının elastikliyini və oynaqların mütəhərrikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən sürət nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı sürət – güc nümayiş etdirir.
3.1.5. Öz çəkisini və xarici müqaviməti dəf edərkən qüvvə numayiş etdirir.
3.1.6. Təkrar və davamlı icra zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi- iradi xüsusiyyətinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir.
4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2. Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.
4.1.3. Çətin və həlledici anlarda qətiyyət nümayiş etdirir.
4.1.4. Komandalı fəaliyyət zamanı öz potensialını reallaşdırır.
IX SİNİF
IX sinifin sonunda şagird:
 hərəkətlərdən və sağlamlaşdırıcı vasitələrdən təyinatına görə istifadə qaydalarını izah edir;
 təhlükəsiz icra, özünümüdafiə və ilk tibbi yardım göstərmək bacarığını nümayiş etdirir;
 fiziki hazırlığını artırmaq üçün müxtəlif təyinatlı hərəkətləri əlverişli üsullarla icra edir;
 yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;
 hərəki fəaliyyət zamanı məsuliyyət, rəqibə münasibətdə ədalətlilik nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. İnformasiya təminatı və nəzəri biliklər
Şagird:
1.1.Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Orqanizmin müxtəlif funksional sistemlərini möhkəmləndirmək üçün zəruri hərəkət və hərəkət kompleksləri haqqında informasiya verir.
1.1.2. Sağlamlaşdırıcı vasitələrdən və bərpaedici hərəkətlərdən istifadənin səmərəliliyini əsaslandırır.
1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.
1.2.1. Hərəkətləri icra edərkən öz imkanlarını dəyərləndirir.
1.2.2. Fərdi və komandalı fəaliyyətin təşkili zamanı əlverişli üsullarından istifadə haqqında informasiya verir.
1.2.3. Kombinələşmiş estafetlərdən istifadə haqqında informasiya verir.
1.2.4. Müxtəlif özünümüdafiə üsullarının tətbiqi haqqında informasiya verir.
1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair bilikləri nümayiş etdirir.
1.3.1. Müxtəlif təyinatlı sıra hərəkətləri haqqında informasiya verir.
1.3.2.İstifadə etdiyi ümuminkişaf və hazırlayıcı hərəkətlərinin təyinatını əsaslandırır.
1.3.3.Hərəki komplekslərdən və oyunlardan təyinatına görə istifadə haqqında informasiya verir.
1.3.4. Bərpaedici, relaksiyaedici hərəkətlərin məqsədyönlü istifadəsi haqqında məlumat verir.
1.3.5. Hərəkətlərin təhlükəsiz icrası, özünümühafizə və zədələnmələr zamanı ilk tibbi yardım haqqında informasiya verir.
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
1.4.1. Əxlaq, mənəviyyat hissi və vətənpərvərlik tərbiyəsi haqqında məlumat verir.
1.4.2. Hərəki fəaliyyət mədəniyyəti haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər.
Şagird:
2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.
2.1.1. Orqanizmin müxtəlif funksional sistemlərini möhkəmləndirən vasitələri tətbiq edir.
2.1.2. Sağlamlaşdırıcı vasitələrdən və bərpaedici hərəkətlərdən gün rejimində istifadə edir.
2.2.Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Müxtəlif təyinatlı hərəkətləri yerinə yetirərkən icra üsulunu öz potensialına müvafiq təkmilləşdirir.
2.2.2. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunları təyinatına görə istifadə edir.
2.2.3. Müxtəlif təyinatlı çoxmərhələli kombinələşmiş estafetlərdə iştirak edir.
2.2.4. Rəqibin gücündən və ətalətindən istifadə etməklə özünümüdafiə hərəkətlərini icra edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1.Sıra hərəkətlərini təyinatına görə yerinə yetirir.
2.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətləri inkişafı nəzərdə tutulan hərəki qabiliyyətlərə müvafiq seçir.
2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün komplekslərdən məqsədli istifadə edir.
2.3.4. Bərpedici və relaksiyaedici hərəkətlərdən məqsədyönlü istifadə edir.
2.3.5. Müxtəlif şəraitlərdə ilk tibbi yardım göstərir.
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Oyunlar və icra şəraiti daim dəyişən hərəkətlər zamanı sürət nümayiş etdirir.
3.1.2. Hərəki fəaliyyət zamanı əzələ-bağ aparatının elastikliyini və oynaqların mütəhərrikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən sürət nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı sürət – güc nümayiş etdirir.
3.1.5.Öz çəkisini və xarici müqaviməti dəf edərkən qüvvə numayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir.
4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2. Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.
4.1.3. Öz fəaliyyətində humanizm nümayiş etdirir.
4.1.4. Komandalı və fərdi fəaliyyət zamanı məsuliyyət nümayiş etdirir.


X SİNİF
X sinifin sonunda şagird:
 hərəki qabiliyyətlərin inkişafı metodlarından və bərpaedici vasitələrdən istifadəni izah edir;  orqanizmin funksional vəziyyətinə nəzarət və ilk tibbi yardım bacarığı nümayiş etdirir; hərəki qabiliyyətlərin inkişafı və qamətin korreksiyası üçün hərəkətlərdən və vasitələrdən müstəqil istifadə edir; müxtəlif idman növlərinə aid hərəkətləri əlverişli üsullarla yerinə yetirir; yaş qrupuna müvafiq hərəki qabiliyyət nümayiş etdirir; hərəki fəaliyyət zamanı səmərəli əməkdaşlıq qurur
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.İnformasiya təminatı və nəzəri biliklər.
Şagird:
1.1. Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nömayiş etdirir.
1.1.1. Orqanizmin ayrı-ayrı funksional sistemləri və orqanların işinə təsir göstərən hərəkətləri izah edir.
1.1.2. Hərəkətlərin icrasından sonra istifadə olunacaq bərpaedici vasitələr və hərəkətlərdə müstəqil istifadə haqqında məlumat verir.
1.2. Hərəkətlərin icra üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında biliklərini nümayiş etdirir.
1.2.1. Hərəkətləri yerinə yetirərkən icra üsullarının təkmilləşdirilməsi variantlarını sadalayır.
1.2.2.Komandalı fəaliyyətin təkmilləşdirilməsi haqqında məlumat verir.
1.2.3. Müxtəlif təyinatlı hərəkətlərin və oyunların icrası üsullarını və rejimlərini əsaslandırır.
1.2.4. Müxtəlif özünümüdafiə üsullarından istifadə haqqında informasiya verir.
1.3. Hərəki qabiliyyətlərin inkişafı haqqında məlumat verir.
1.3.1. Müxtəlif təyinatlı sıra hərəkətlərini izah edir.
1.3.2. Əşya və alətlərdən istifadə etməklə müxtəlif təyinatlı ümuminkişaf hərəkətləri haqqında məlumat verir.
1.3.3.Hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir.
1.3.4.Bərpaedici hərəkətlərdən və vasitələrdən müstəqil istifadə qaydalarını izah edir.
1.3.5.İlk tibbi yardım və zədə alanın daşınması haqqında informasiya verir.
1.4. Hərəki fəaliyyətlə əlaqədar şagird bacarıq və vərdişləri nümayiş etdirir.
1.4.1.Ümumbəşəri, milli dəyərlər haqqında məlumat verir.
1.4.2. İdmanın millətlər və dövlətlərarası əlaqələrin qurulmasında rolu haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər.
Şagird:
2.1.Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir. 
2.1.1. Orqanizmin ayrı-ayrı funksialarının işinə təsir göstərən hərəkətləri icra edir.
Müxtəlif təyinatlı hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadə edir.
2.2. Hərəki fəaliyyət zamanı əlverişli icra üsullarından istifadə bacarığı nömayiş etdirir.
2.2.1.İdman növlərinə aid olan hərəkətləri səmərəli üsullarla yerinə yetirir.
2.2.2.Komandalı fəaliyyəti,oyunları və estafetləri texniki tələblərə uyğun olan icra üsulu ilə yerinə yetirir.
2.2.3.Müxtəlif təyinatlı hərəkətlərin icrası zamanı əlverişli üsullar və rejimlər tətbiq edir.
2.2.4. Müxtəlif özünümüdafiə üsullarını tətbiq edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1.Sıra hərəkətlərini təyinatına görə müstəqil icra edir.
2.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətləri əşya və alətlərdən istifadə etməklə yerinə yetirir.
2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə edilən fiziki yükün həcmini və intensivliyini müəyyən edir.
2.3.4. Bərpaedici və relaksiyaedici hərəkətlərdən fiziki yükün xüsusiyyətinə müvafiq istifadə edir.
2.3.5. Zədələnmələr və funksional pozuntular zamanı ilk tibbi yardım göstərir.
3. Hərəki qabiliyyətlər.
Şagird:
3.1.Hərəki qabiliyyətlər nümayış etdirir.
3.1.1. Dəyişən şəraitin tələblərinə müvafiq normativlərə uyğun çeviklik nümayiş etdirir.
3.1.2. Sərbəst və geniş amplitudalı icra zamanı normativlərə müvafiq mütəhərriklik və əzələlərin elastikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən normativlərə müvafiq sürət nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı normativlərə müvafiq sürət-güc nümayiş etdirir.
3.1.5. Müxtəlif xarici müqaviməti dəf edərkən normativlərə uyğun qüvvə nümayiş etdirir.
3.1.6. Təkrar və davamlı icra prosesində normativlərə uyğun dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi- iradi xüsusiyyətinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.1.Birgə fəaliyyət zamanı əməkdaşlıq nümayiş etdirir. 
4.1.2. Ekstremal şəraitlərdə təmkinlilik nümayış etdirir.
4.1.3.Təhlil əsasında özünün hərəki fəaliyyətində korreksiyalar aparır.
XI SİNİF
XI sinifin sonunda şagird:
 orqanizmin möhkəmləndirilməsi, hərəki qabiliyyətlərin müstəqil inkişafı metodlarının tətbiqini izah edir;
 müxtəlif şəraitlərdə ilk tibbi yardımın göstərilməsi və bərpaedici vasitələrin tətbiqini izah edir;
 hərəki fəaliyyət zamanı əlverişli icra üsulları tətbiq edir;
 yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;
 etik, hüquqi, mənəvi normaları dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. İnformasiya təminatı və nəzəri biliklər.
Şagird:
1.1.Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini nümayiş etdirir.
1.1.1. Orqanizmin funksional sistemlərinin iş qabiliyyətini artırmaq üçün hərəkətlərin tətbiqi qaydalarını izah .
1.1.2. Hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadəni izah edir.
1.2. Hərəkətlərin icra üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında biliklərini mümayiş etdirir.
1.2.1. Hərəkətləri yerinə yetirərkən icra üsullarının təkmilləşdirilməsini izah edir.
1.2.2. Komandalı fəaliyyətin təkmilləşdirilməsini əsaslandırır.
1.2.3. Müxtəlif təyinatlı hərəkətlərin və oyunların icrası üsullarını və rejimlərini əsaslandırır.
1.2.4. Fiziki hazırlığına uyğun özünümüdafiə üsullarının seçilməsini izah edir.
1.3. Hərəki qabiliyyətin inkişafı haqqında məlumat verir.
1.3.1. Müxtəlif təyinatlı sıra hərəkətlərini izah edir.
1.3.2. Əşya və alətlərdən istifadə etməklə ümuminkişaf hərəkətlərinin təyinatını əsaslandırır.
1.3.3. Hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir.
1.3.4. Bərpaedici hərəkətlərdən və vasitələrdən müstəqil istifadə qaydalarını izah edir.
1.3.5. İlk tibbi yardım və zədə alanın daşınması haqqında informasiya verir. 
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
1.4.1. Ümumbəşəri, milli dəyərləri izah edir.
1.4.2. İdmanın millətlər və dövlətlərarası əlaqələrin qurulmasında rolunu izah edir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1. Mənimsədiyi bacarıq və vərdişləri nümayiş etdirir.
2.1.1. Orqanizmin funksional sistemlərinin və orqanlarının iş qabiliyyətinə təsir göstərən hərəkətləri icra edir.
2.1.2. Müxtəlif təyinatlı hərəkətlərin icrasından sonra bərpaedici vasitələrdən və hərəkətlərdən müstəqil istifadə edir.
2.2. Hərəki fəaliyyət zamanı əlverişli icra üsullarından istifadə bacarığı nümayiş etdirir.
2.2.1. İdman növlərinə aid olan hərəkətləri təkmilləşmiş üsullarla yerinə yetirir.
2.2.2. Komandalı fəaliyyət zamanı əlverişli texniki və taktiki variantları icra edir.
2.2.3. Müxtəlif təyinatlı hərəkətlərin icrası zamanı əlverişli üsullar və rejimlər tətbiq edir.
2.2.4. Fiziki hazırlığına və şəraitə müvafiq özünümüdafiə üsullarını tətbiq edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1. Sıra hərəkətlərini təyinatına görə müstəqil icra edir.
2.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətləri qamətin korreksiyası və fərdi hazırlıq məqsədi ilə icra edir.
2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə edilən fiziki yükün həcmini və intensivliyini müəyyən edir.
2.3.4. Bərpaedici və relaksiyaedici hərəkətlərdən fiziki yükün xüsusiyyətinə müvafiq istifadə edir.
2.3.5. Zədələnmələr və funksional pozuntular zamanı ilk tibbi yardım göstərir.
3. Hərəki qabiliyyətlər.
Şagird:
3.1.Hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Hərəki fəaliyyətinin dəyişən şəraitin tələblərinə müvafiq qurulması zamanı normativlərə uyğun çeviklik nümayiş etdirir.
3.1.2. Sərbəst və geniş amplitudalı icra zamanı mütəhərriklik və əzələlərin elastikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən normativlərə müvafiq sürət nümayiş etdirir.
3.1.4. Məqsədli olaraq seçilmiş və kombinə edilmiş hərəkət komplekslərinin icrası zamanı normativlərə müvafiq sürət-güc nömayiş etdirir.
3.1.5. Hərəki fəaliyyət zamanı zəruri olan müxtəlif qüvvə növlərini normativlərə uyğun nömayiş etdirir. 
3.1.6. Yarış və mübarizə şəraitində normativlərə uyğun ümumi və xüsusi dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətinin formalaşması.
Şagird:
4.1. Hərəki fəaliyyət zamanı təqdiredici ünsiyyət nümayiş etdirir.
4.1.1.Hərəki fəaliyyət zamanı təqdiredici ünsiyyət nümayiş etdirir.
4.1.2. Çətin və ekstirmal şəraitdə psixoloji dayanıqlılıq nümayiş etdirir.
4.1.3. Təhlil əsasında özünün hərəki fəaliyyətində korreksiyalar aparır  
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar